10:15 25 Noyabr 2014
18282 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

           BÜTÜN YER üzündə modernləşmələr mənzərəsində baş alıb gedən, çoxalan, yüksələn Qadın zorakılığı, qızlara təcavüz və bu fonda gedən müzakirə və təbliğatlar… qəbul edilən qanynlar... Çox istərdim, Bir qadın höquqlarının tədqiqatçısı, genderşünas kimi yazmayım, danışmayım, dinməyim, susum… susa bilmədim...

Zorakılıq XXI əsrin «xərcəng bəlası» kimi bir «fəlakəti»dir.  Zorakılıq həqiqətdə mənəvi terrorizmdir. Bu «terror aktının» törədilməsində «bəhanələr» guya ki, müxtəlif obyektiv səbəblərdən mey­dana çıxır. Bəhanələr nədir?... içkili olub, narkotik qəbul edib, ağıl çatışmamazlığı var, bacısı (və ya qızı) yalan deyir, qeyrisi ilə əlaqədə olub və yaxud Qadından Kişiyə yönəlik zorakılıq. Bu motivasiyada Qısqanclıq amili səbəbdir və s. və s. bəhanələr

Yeniləşən dünyada istənilən sosiumun nüvəsi olan qadın-kişi qarşılıqlı münasibətləri GENDER adlanır- bu sivil mədəniyyətdir. Burada münasibətlər isə bərabərhüquqluluq üzərində köklənmiş qanunlarla tənzimlənir. AR Konstitutsiyasının 25-ci maddəsi bərabərhüquqluq prinsipini özündə ehtiva edir. Konstitusiyanın 25-ci maddəsinin I bəndində «Hamı qanun və məhkəmə qarşısında bərabərdir», II bəndi «Kişi ilə qadın eyni hüquqları və azadlıqları vardır» kimi təsbit edilmiş,, III bənddə: «İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır» və IV bənddə isə «Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz»  yazılmışdır.

Gender bərabərliyi, azadlıq və hüquqların təminatında cinsi bərabərlik prinsipial olaraq yuxarıda qeyd etdiyimiz maddələrdə əks olunmuşdur. Bu prinsip əksər demokratik cəmiyyətlərin Ali Qanunlarında öz təsbitini tapmışdır. Bu gün Modern Dünyanın 1№-li Əsas bəlasına çevrilmiş zorakılıqa qarşı qanunlar, konseptual aspektdə qanunvericiliklə öz təsbitini tapmışdır.

Belə ki, 1993-cü il 20 dekabrda BMT Baş Məclisində «Qadınlara qarşı zorakılığın bü­tün formalarının aradan qaldırılması haqqında» Bəyannamə qəbul edil­miş­dir ki, onun 1-ci maddəsində yazılıb: «qadınlara münasibətdə zorakılıq –bu cin­si əlamət daşıyan, qadına qarşı cinsi, fiziki və psixoloji zərər və işgəncə ve­ril­məsi və ya bu aktların təhlükəsi olan, onların şəxsi və ictimai həyatda azad­lıq­larının məcburi və ya könüllü məhdudiyyətlərinə səbəb olan halları əks etdirir»

Bu Bəyannaməyə görə, qadın zorakılığı kişilər tərəfindən qadına qarşı disk­ri­mi­nasiyadır. Bəs zorakılıq nədir? «Zorakılıq- özünə və ya digər insana, qrupa, icmaya, cəmiyyətə qarşı işlənən, bədən zədələri, ölüm, psixoloji travma, inkişafda qüsur, əyintilər, müxtəlif cür zərər ilə nəticələnən (və ya nəticələnə biləcək) fiziki gücün və ya hökmün real və ya hədələmək məqsədilə qəsdən tətbiq edilməsidir»

Zorakılığın tipologiyasına diqqət edək:

a) Özünə qarşı. Bu intihar (suisid) və özünə müxtəlif cür zərər etmə, zərər vurmadır. b) Şəxsiyyətlərarası. Bu da iki yerə ayrılır: ailə (partnyorlararası)icma daxili. Belə ki, ailə daxili zorakılıqda 1) uşaqlar; 2) partnyor (ər və arvad); 3) ahıllar (ata, ana, qaynana, qayınata və s.) 4) ailə üzvləri (qardaş, bacı, qayın, baldız və s.) daxildir. İcma deyəndə isə buraya (dayı, bibi, xala, əmi və s.) və yadlar (qonşu, dost və s.) aiddir. Zorakılığın bir tipologiyasına da «kollektiv» dairəsi də daxildir ki, o da məhz a) sosial; b) siyasi və c) iqtisadi tərəfə ayrılır. Beləliklə zorakılıq fiziki, cinsi, psixoloji, mənəvi zərər vurmalardır, hətta zərər vurduqdan sonra belə qayğı göstərməməkdir.

Niyə bunları açıqladıq... Çünki XXI əsrin ilk onilliyi də zorakılığın bir xərçəng, bir «quş qripi», bir “ebola,bir bəlkə də «dəb» kimi tüğyanı zamanıdır. Aktual olduğu qədər də zorakılıq gah «gizlin», gah da daha aşkar gündəmdədir. Bir tədqiqatçı kimi, hesab edirəm ki, qadına qarşı bütün zorakılıqlar aqressiyadır. Bu əks cinsin (Kişinin) qadına ziyan vurması (döyməsi, təhqir etməsi, təhdid etməsi, hədələməsi, müxtəlif fiziki mənəvi, psixoloji güc tətbiqidir). Bunun ən ağrılı tərəfi də məhz qadına cinsinə görə qüvvə, güc tətbiq edilməsidir. El arasında belə deyim var, «belə qolu zorlusan, get qolu güclü bir kişiyə güc göstər, zərif, incə qadını döyən pəhləvansanmı?»

Təbii ki, zorakılığın ən çox mənəvi sarsıntı verən forması seksual zorakılıqdır. Buraya da cinsi əlaqəyə girməyə məcburetmətəcavüz daxildir.

Belə ki, 1995-ci il Pekin Fəaliyyət Platformasında da deyildiyi kimi «Cinsi zorakılıq və cinsi ünsiyyət yolu ilə keçirilən xəstəliklər, SPİD daxil olmaqla, vaxtsız cinsi əlaqəyə girmək üçün qızlara təzyiq göstərilir. Nəticədə cavanlıq, sosial təzyiq, qoruyucu qanunların olmaması, yaxud onlara riayət edilməməsi səbəbindən qızlar zorakılığın müxtəlif növlərnə, məsələn, zorlama, cinsi məcburiyyət, şəhvani istismar, qız alveri, əsasəndə qızların orqanları və toxumaları ilə alver, həmçinin məcburi əmək kimi zorakılığa məruz qalırlar».  Bəs qanunvericilik nə göstərir? Zorlama, yəni zərər çəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tədbiq etməklə və ya belə zor tədbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmadır? Cinayyət məcələsinin 149-cu maddəsi “zorlama””””””” məsələsini əks etirir. Bu maddəyə əsasən “zorlama”” 4 ildən 8 ilədək möddətə azaddlıqdan məhrum etmə ilə cəzalandırırlır. Möəyyən hallarda 5 ildən 10 ilədək və ya 8 ildən 15 ilədək möddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır”

Bəs Qan Qohumluğu zorakılığı nədir...?

Bu mövzunu belə incələməkdə məqsəd nədir? Günümüzün ən ağrılı, ən dözülməz, insan hissini belə hiddətə gətirən Doğma, ən yaxın, eyni DNT tərkibli yaxın qan Qohumluğu zorakılığıdır. Sual oluna bilər ki, bu nədir? Yuxarıda sadalanan tipologiya, növ, forma içində bu açıqlan yox idi axı… Bu yeni və Qədim formadır. Bu Əxlaqsız, Mənəviyyatsız Doğma Qan Qohumu tərəfindən törədilən ağır, dəhşətdən yüksək, bəlkə də bunu edənin öz Nəsil tarixinə qarşı qətliamıdır. KİV, TV, sosial şəbəkələr, saytlar və s. kimi müxtəlif informasiya ötürücüləri qadın zorakılığından bəhs edərkən, zaman sanki XXI əsr deyil, matriarxatdır, bir çox az qisim üçünsə promiskuitet münasibətlər dövrödör. Nədir matriarxat? Bu ailə və siyasi hakimiyyətin qadınlara məxsus olduğu ana hakimiyyəti güman edilən fərziyyəvi sosial quruluş formasıdır. Budur matriarxatın ictimai-siyasi anlamı. Bəs mənəvi- mədəni anlamı nədir? Antropoloqlar matriarxata - «ana+ qəbilə» cəmiyyəti kimi baxırlar. Bu cəmiyyət olub, ya mifdir, bu yox, bizi forma öz təsirinə çəkir. Cinslərarası münasibətin ilk forması promiskuitet (nizamsız) əlaqələr olmuşdur. Matriarxat cəmiyyətinin əsas xüsusiyyəti aşağıdakılardır: ana ailə başçısıdır, anaxətlilikmatrilokallıq və ya avunkulokallıq (ananın qardaşı qrupunda məskən salma), hətta çox vaxt (epizodik nigah görüşləri və eyni zamanda ər-arvaddan hər birinin öz qrupunda yaşaması) və ya ambiolokallıq (ər-arvadın növbə ilə bu və ya digər qrupda yaşaması) xarakterikdir. İsveçli alim İ.Baxofen «Ana hüququ» kitabında göstərir ki, «patriarxal ənənələrdən əvvəl olan qohumluq ana qəbiləsi idi, varislik «ana xətti» üzrə idi». İ.Baxofen bu sosial quruluşu «ginekokratiya» adlandırmışdır. İ.Baxofenə görə, əvvəlla insanlar qeyri-məhdud cinsi əlaqədə yaşayırdılar, yəni bu «heterizm» idi. Sonrası, bu əlaqələr atanın kimliyini müəyyən etməyə qoymurdu. Daha sonra, ana doğulan uşağın tam sahibi idi, ona görə ki, qadının bir kişi ilə deyil, daha çox kişilərlə cinsi münasibətə girməsi səbəb idi. Nəhayət, qadın istədiyi kişi ilə əlaqəyə girə bilərdi”. (Bir haşiyə çıxacam... Bəlkə də bu gün «Qədim Sənət» adlanan əxlaqsızlığın ilkin dövrü...)

Antropoloq Q.Rubin «Qadınlar mübadiləsi» əsərində «Cins-qeyri bərabərliyin əsasını təşkil edən mədəni səviyyədə yozulan bir anlayışıdır» deyə  yazır: «nigah – hədiyyələrin mübadiləsində ən qədim formalarının başlıcası, qadının özü isə ən qiymətli hədiyyə olub. Beləliklə, İNTEST olunan (qan qohumları arasında cinsi əlaqələrin qadağan edilməsi) qadağanın mənası aydın olur: a) onun məqsədiz seksin və uşağın doğulması kimi bioloji halları sosial akt halına, b) seksual və uşağın doğulması kimi bioloji halları sosial akt halına; c) seksin və uşağın doğulması kimi bioloji halları sosial akt halına; d) seksual aləmi qadağa edilmiş və icazəli olan partnyorlarla bölünməsi vasitəsinə çevirmək olar. Bacınınyaxud qızının seksual partnyor kimi istifadə edilməsinə qoyulan qadağa –İNTSEST- nəticəsində bacı-qız başqasına verilir (ərə vermək ifadəsi buradan yaranır), nəticədə ailələr arasında sosial (qohumluq) əlaqələr yaranır. Q.Rubin yazır ki, «qadınlar kişiləri, onlar qadınları əldə etdiyi kimi əldə edə bilmirlər, ona görə də sosial cins («gender» termini elə buradan yaranıb) müxtəlif imkanlarla bağlı olan sosial bölgü formasıdır».

Q.Rubinin «Qadınlar mübadiləsi» əsəri tam təsdiq edir ki, İNTEST –bəşər mədəniyyətinin yaranmasının müqəddəs şərti, Ailə İnstitutunun etik-əxlaqi formalaşmasının ən əsas göstəricisidir. Burada kişilərin ağalığı –üstünlüyü, yəni dominantlığı qadınlarn ikinciliyi – özü də ailə mədəniyyətin mövcudlu-ğunun əsasıdır. Bu mədəniyyətdən başqa şəraitə (qardaş-bacı və ya ata-qız nigahı və s.) keçidin necə ola biləcəyini təsəvvür etmək belə demək özü mümkün deyil. Ona görə də yuxarıda matriarxatdan bəhs etdik. Bu gün patriarxal mədəniyyətin dəyişdirilməsi mümkün deyil, yəni doğma qan qohumluğunun ata-qız, qardaş-bacı evliliyi «qəti qadağalıdır». Bu təbiətdən deyil, sivill insan, bioloji cins tərəfindən cəmiyyətdə bərqərar olmuş Dominant Mədəniyyətdir… Doğma Qan qohumluğu (ata+qız+bacı və ya qardaşla nigah) isə vəhşilik, idrakın, düşüncənin əqlini itirməsi, heyvani münasibətdir.   

Niyə döndük tarixə, niyə dünənə nəzər yetirdik…? Yox, deməzdim ki, bu terminlərin əhatə etdiyi hallar, yəni, «heterizm», «ambiolokalıq», «avunkulokallıq», «ginekokratiya»  «İNTEST» bu gün mövcuddur. Bəlkə də qismən (məs: mikroneziya, malay-minanqkabua və s. tayfalarında) öz «izlərini» saxlayıbdır. Belə məqamlarda isə Ailə və qohumluq sistemi donur, Ailə- qohumluq sistemi mənəvi, mədəni, etik, əxlaqi və s. kimi nümunəvi dəyər ölçülərini itirir. Ailə İnstitutunun tənəzzülü də yox, sosiumda bu kimi hallar qəti qəbul edilməz qanunlarından biri olur. İNTEST-in təsdiqidir. Belə də deyim var ki, məhz bəzi hallarda «qanunlar da olanları pozmaq üçündür». Belə olumlar, olanlar, pozulmalı da yox, qətiyyətlə dəf edilməlidir. Bəs nədir bu doğma qan qohumları zorakılığı? Nədir bu sivil dönya qanunlarının da belə yazılmayanlara yeni maddə əlavə edilməsinə təhrik edən «yeni davranış» və ya «heterizm», «avunkulokallıq»…  İNTEST  ya da dəhşətli anoslar: Qardaş bacısına təcavüz edib... Bu bəs etmirmiş kimi,  ikinci bacıya da təzyiqlər edərək, cinsi əlaqədə olub…  Yaxud digər reallıq: Ata qızına təcavöz edib. (Yenə haşiyə: Beləsinə məhz ömürlük cəza tətbiq edilməlidir nəinki 4 və ya 5 il... Yaxudda bötön radikallığımla səslənirəm: bu faktlarda mən genderşunas ya siyasətşünas tədqiqatçı  yox, elə Feministəm!)

Zorakılıq… Ata öz qızına, qardaş baciya təcavüz edib, neçə illərdir zorla onunla cinsi münasibətdədir. Təcavüz… Hədə, Qorxutma, Təhdid, Yeniyetmə ikən həyati-mənəviyyatı-namusu öz doğma qan qohumu tərəfindən Yandırılmış, Söndürülmüş, mənən məhv edilmiş, parçalanmış həyat faciəsi…  Bu Matrilokallığmı, matriarxatmı, nədir bu xərçən metastaz, bu zorakılığın Modern Zamanda resepti nədir?… (Loru dildə sorğulanır ki, eldə-obada –qohumda- yadda qızmı, qadınmı Yoxxx...). Elmi dildə yuxarıda sadalan terminologiya «izm»ləri tarixləşir, mifləşir, sosiallaşır.. Cəmiyyət dilində qadına qarşı zorakılıq sosiuma «ictimai rezonans», «ideoloji dissonans» gətirir. Bax, hörmətli Kişilər budur kuluarların niyə «qadın hüququ», nə qədər danışılar bu «qadın məsələsindən» və s. kimi sorğulanmasının adekvat  cavabı. XXI əsr İnkişaf edən İKT mədəniyyəti çərçivəsində İKT vasitəsi ilə aldığımız qadın zorakılıqlarının statistik çeşidli rəngarəngliyi mənzərəsinin qeyri-etik görünüşü... Hələ də Qara rənglidir.

Ta keçmişdə Cəmiyyət qadını İNSAN hesab etmirdi… Qadın satılır- alınırdı. Qadın hər cür istifadə olunurdu: əməkçi, qul, kölə, kəniz, cariyə, dayə, geteralar… və son əxlaqsız… Bu günümüzdə belələrinə «İnsan alveri qurbanları» deyilir. Bu gün qeyri-etik hərəkət, yəni əxlaqsızlıq edənlərə çox dəhşətli bir hal kimi baxılmırsa, bu hala biganəlik varsa, susulursa bir müddətdən sonra artıq azyaşlı qızların da bu işin «qurbanı» olmasına və ya bu isə cəlb edilməsinə etinasız- əhəmiyyətsiz hadisə kimi yanaşmamı baş verəcəkdir... Təbii ki, yenə insan hüquqları önə keçəcək və burada da hüquq müdafiəçiləri höquq mödafiəçiləri «hər kəsin öz şəxsi işidir» mesajını verəcəklər. Bu qəbuldeliməz, yanlış bir nəzərdir. Bəs nə etməli? Sosiumun özündə laqeydlik biganəlik hissi olmamalıdır.

Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsində yazılır ki, «Hər bir insan öz bədəni üzərində hökmranlığa sahibdir. Əxlaqi normaları keçməmək, ətrafa ziyan vurmamaq şərti ilə hər bir insan öz bədəni ilə istədiyini edə bilər». Dgər bir Qanunvericilik qurumu- Avropa İnsan Haqları Məhkəməsi «seks işini» dövlətlərin öz işi, öz öhdəsinə aid edir və öz ictimai normaları, qaydaları, ölkə qanunları, adət-ənənədən irəli gələn mili dəyərlərinə münasibəğ olaraq bu haqda öz müstəqil qərarvermə sərbəstliyini qoruyur.

Bir vacib məsələyə də diqqət edək. Gender zorakılığı nədir… Gender zorakılığı qadınlara münasibətdə hüquq pozuntularının bütün növlərinə aiddir. Zorakılığın bütün fiziki və psixoloji forması, qadınların imkanlarının onların qeyri- ənənəvi davranışları üzərində nəzarəti məhdudlaşdırır. Ona görə də zorakılığa qarşı mübarizə qadınlara münasibətdə hüquq pozulmalarının bütün formalarının aradan qaldırılması üzrə Qlobal proqramın bir hissəsidir. Bütün dünyada qadınlara qarşı zorakılığın müxtəlif növ formaları elə miqyas almışdır ki, BMT hər il 25 noyabr gününü «Beynəlxalq Qadınlara qarşı zorakılıqla mübarizə» günü kimi qeyd edilməsini elan etmişdir.

Yuxarıda Azərbaycan Respublikasının Konstitusiyasından bəhs etdik. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin prinsiplərinə riayət etməyən ölkə vətəndaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.1 maddəsini pozmuş olur. Həmin maddədə yazılıb ki, “… irqindən, milliyyətindən, dinindən, dilindən, qulluq mövqeyindən, əqidəsindən və s. mənsubiyyətlərdən (R.M.- bu qanunda hər cəhət var, ailə daxili, qan qohumluğu, yaxın qohum ifadəsindən savay…) asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaq şəxsin bərabərlik hüququnun pozulması deməkdir və bu hərəkət qanunla təqib olunandır»

Bu kimi yuxarıda sadalanan qanunvericilik və sosiumda baş verən hallardan irəli gələn təhlilə belə yekun vuraq:

1)          Hesab edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Ailə Məcəlləsi, hətta Konstitusiyaya dövrdən asılı olaraq yeni dəyişiklik və əlavələr ediləndə, mütləq halda bu «Zorakılıqlar növləri və metodu» öz qanuni təsbitini yenidən yeniləşmiş formada tapmış olacaqdır.

2)         1995-ci il Ümumdünya Pekin Deklorasiyasının da 12 problem istiqamətlərindən biri «Qızlar» məsələsidir. (Bu orta məktəbdə təbliğ olunmalıdır).

3)           Ailə daxili qan qohumu (ata, qardaş) tərəfindən törədilən zorakılıq xüsusi cəza-ömürlük həbsə bərabər tutulması müzakirə olunmalı faktdır. Bu halla üzləşən, mənən öldürülən qadın (qızlar) tədqiqatlar da, aşkar edir ki, cismani olumu daha üstün tutur.

4)          Bu kimi halların ictimailəşdirilməsində hədsiz həssaslıq olmalıdır. KİV dayanmadan təbliq etməməli, TV gün (həftə) ərzində təkrar-təkrar nümayiş etməməlidir. Bu cinayətin təbliğidir, məlumat, informasiya deyil. Bu ailələrdə yadlaşma, özgələşmə, bacı-qardaş-ata münasibətlərində çəkingənlik, qorxu, hiddət, ailə daxilində xof yaratmaqdır.

5)          Nümunə çox deyildir! Lap olsun Birdənədir! Lakin bu kimi mənəviyyatsızlıq günümüzün görünən reallığıdır. Reallıq isə yalnız xüsusi qanunlar olarsa fakt olmaz. Burada heç bir insan hüququnu pozmaq yoxdur, burada səhv yoxdur, burada daxili, namusu, mənəviyyatı əbədi öldürülmüş cismən məhv olmuş «qınaq obyektinə» çevrilən qız (qadın) var! Və ona zorakılıq edən ömürlük cəza almalıdır.

Cinayət Məcəlləsinin 173.1 maddəsində «… yetkinlik yaşına çatmayanın alqı-satqısı və ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması cinayət» sayılır. Lakin bu maddənin də əlavə və dəyişikliyə ehtiyacı vardır. 

Və sonda fikirlərimi gender üzrə məşhur tədqiqatçı Sulamif Fayerstounun bir kəlamı ilə bitirmək istərdim: «Təbiət qadını kişidən fərqli yaradıbsa, cəmiyyət onu insandan fərqli edib».

 


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Zəmanəmizin lideri
19:19 14.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0107 san