11:17 03 Dekabr 2014
7446 dəfə oxunub
Çap versiyası

1976-cı ildə ailəlikcə Leninqrada səyayətə getmişdik. Atam, anam, bir də mən. Düzünü desəm ovsunlamışdı bu şəhər məni. Heykəltaraşlıq, memarlıq,  rəssamlıq əsərləriylə. Bu gözəlliyə xələl gətirən bir məqam var idisə, o da Leninqradın müharibə vaxtı blokada günlərində yaşadıqları idi. Ekskursiya marşrutlarından biri də Piskaryov Memorial Qəbiristanlığı oldu.

Ümumilikdə götürəndə köklü leninqradlılar öz tarixlərini gözəl bilirdilər. Məhz bu xüsusiyyətlərinə görə atam Qabil onları bir-birindən ayırırdı. Əgər rusu saxlayıb hər hansı sualına cavab almaq istəyirdinsə, əgər o bu suala təmkinlə, şəhərinə böyük məhəbbətlə cavab verirdisə, deməli o, köklü Sankt-Peterburqlu idi. Əgər sual verdinsə, səni it kimi qapdısa, deməli müharibədən sonra bu şəhərə köçürüləndir. Bizim Bakı dilində desək “çuşka”.

Nə isə .... gəldik qəbiristanlığa. Yaşıl çəmənliyə örtülmüş təpəciklər gördük. Üstündə sadəcə illər yazılmışdı. Hər təpəciyin də sahəsi 100 kvadtrat metr. Demə bu torpağın altında kütləvi məzarlıq imiş. Blokadada ölən o qədər çox imiş ki, ekskavatorla dərin çala qazıb, cəsədləri üst-üstə qalaqlayıb, üstünü də torpaqla örtürlərmiş. Demə Piskaryov qəbiristanlığında 600 min leninqradlı basdırılıbmış.

Birdən atam yanımızdan keçən bir rusu saxladı:

-         Bağışlayın, buranın adı Piskaryov məzarlığıdır. Bəs Piskaryov özü kim olub?

-         Tacir, zadəgan.

-         Nə? Zadəgan? Mən də elə bilirdim ki, hansısa inqilabçının adıdır.

Sonra üzünü bizə anamla mənə tutub:

-         Köpəkuşağı... Hacı Zeynalabdin Tağıyevin adını evinin pencərəsindən də qaşıyıb pozdular. Amma qəbiristanlıqlarından zadəgan adını silməyiblər.

 

SEYİD ƏZİM ŞİRVANİ

 

Bir Şirvanlı kimi Şamaxıya tez-tez gedərdik. Mərkəzi yolun sağında Şahi Xəndan qəbiristanlığı var. Sabirin qəbri hündür təpədə yerləşsə də, müəllimi Seyid Əzimin qəbri burda idi. Yoldan da görsənirdi. Hər dəfə ordan keçəndə atam “Seyid Əzim, Allah sənə rəhmət eləsin” deyirdi. Amma nədənsə ziyarət etmirdi. Əsas Sabirin qəbri üstünə gedirdi.

Vaxt keçdi. Mən böyüdüm. Orta məktəbdə Seyid Əzim Şirvanini keçəndə tez-tez bu misralara rast gəlməyə başladım:

 

Mən öləndə Şah Xəndanda basdırın

Çünki onun Şahidi Xəndanı var.

 

Bu misralara siz müxtəlif variantlarda da rast gəlmisiniz. Amma bir dəfə də olsun mən, yaxud da həmsiniflərim müəllimdən  soruşmadı ki, bəs Şah Xəndan kim olub? Qəbiristanlıq niyə onun adıyla bağlıdır?

 

MÜƏLLİMİM PROFESSOR CƏLAL ABDULLAYEV

 

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 5-ci kursunda oxuyurdum. Professor Cəlal Abdullayev Sovet ədəbiyyatından dərs deyirdi. Atama, bacanaqları Nəbi Xəzri, Məstan Günər, İsa Hüseynova, baldızı Firuzə xanıma görə məni çox istəyirdi. Düzü evin uşağı sayılırdım. Bunu bilirdim. Ona görə də dərsdə ərköyünküyüm özünü biruzə verirdi. Günlərin bir günü əsəbiləşdi. Üzünü mənə çevirib:

-         Mahir,  dərsini bilsən belə, Qabilin “Nəsimi” poemasından iki fəsil əzbər deməsən sənə qiymət yazmayacağam.

Düzünü desəm şeir, poeziyayla aram yox idi. Xüsusilə də şeir əzbərləməklə. Amma məcbur idim. Gəlib Cəlal müəllimin sözünü atama da dedim.Məsləhət istədim ki, 13 min misralıq poemadan hansı fəsli əzbərləyim. Dedi ki, “Şahi Xəndan” və “Eheyy” fəsillərini əzbərlə. Mən də məcburiyyət üzündən başladım əzbərləməyə.

Mənim böyük qardaşımın

            adı Şahi Xəndan idi,

O, şairdi... eşidənlər

         kəlamına heyran idi.

Atəşliydi, alovluydu

         sinəsində çarpan ürək.

O sel kimi coşqun idi,

         bulaq kimi rəvan idi...

 

Onda bildim ki, Seyid Əzim Şirvani  

                       Mən öləndə Şah Xəndanda basdırın

                       Çünki onun Şahidi Xəndanı var.

deyəndə kimin adına olan qəbiristanlığı nəzərdə tuturmuş. Demə Nəsiminin Şahi Xəndan adlı böyük qardaşı olub. Zəmanəsinin böyük şairi olub. Amma bir misrası da bu günə gəlib çatmayıb. Sadəcə qəbiristanlığın adında bugünəcən yaşayıb. Sadəcə sənətkar, şair taleyi.

 

SON

O vaxtdan mən Şahi Xəndanı tanıdım. Şahi Xəndan qəbiristanlığını da tanıdım. Sizə də bu əhvalatı danışdım ki, Şamaxıdan - Nəsiminin qardaşının adını daşıyan qəbiristanlığın yanından keçəndə Sabir, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət və daha neçə böyük şairimizlə yanaşı ona da rəhmət oxuyun. Nə olsun ki, bir misrası da qalmayıb. Amma qəbiristanlığın adında adı qalıb ki... Lap Leninqraddakı zadəgan Piskaryov kimi.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6574 san