13:36 24 Yanvar 2014
3682 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

Sabah Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun doğum günüdür. 115 illiyi tamam olur

Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasında orta təhsilini başa vurmuş, həmin ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışmışdır. Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışmışdır. 1919-cu ildə Bakıya gəlmiş və Azərbaycan Xalq Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilmiş, Fransaya Parisin Sorbon Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. ADR-nin rus imperiyası tərəfindən süquta uğraması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalmış, lakin M.Vəkilov öz imkanları hesabına təhsilini davam etdirmişdir. Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə xaricdə təhsil alan tələbələrin təqaüdü bərpa olunmuşdur. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya Kremlə gəlmiş, orada MİK-nin sədri N.Nərimanovla görüşmüşdür. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif etmişdir. O, bu təklifi qəbul etməmiş və 1924-cü ildə Bakıya qayıtmışdır. O, Bakıda Konyuktor Bürosuna statbüroda əvvəlcə katib sonra isə rəis vəzifəsində işləmişdir. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunmuşdur. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı, və xüsusilə Mühüm İşlər üzrə Xalq Məhkəməsində hakim vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunmuşdur. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunmuşdur. Sonra əsasən 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1930/31-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi almışdır. Sonra Mustafa ağa Vəkilov iki iri elmi əsər yazmışdır: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq". 1935-ci ildə isə gənc alim ASSR Konstitusiyası türk mətninin redaktoru olmuşdur. M.Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, həmçinin rus, fransız, alman dillərini kamil bilmişdir. 1935-ci ildə o professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirmişdir. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşünas alim olmuşdur. 1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 1943-cü il aprelin 30-da cəzasını çəkib qurtardıqdan sonra sürgündə vəfat etmişdir.


Müəllifin digər yazıları

  1. Milli ziyalı Mobil Vəkiloğlu haqqında..
  2. “Qarabağa məktub” şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? (VİDEO)
  3. Müdriklik məbədgahı yaxud ustad Əli Əkbər Həsənzadə kimdir?
  4. Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
  5. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  6. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  7. Kərəm özünü necə "yandırdı?!..."
  8. Hacı Zakir Bayramov -70
  9. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  10. RAMİN QASIMOVU TANIYAQ
  11. Dostların ərk yeri Rasim Mirzəyev!
  12. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  13. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  14. Multikulturalizmin etnosiyasi çalarları
  15. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  16. Vəkil Akif Əlizadə haqqında...
  17. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  18. ƏRK QALASI !
  19. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  20. Ömür dedikləri bir karvan yolu...!
  21. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  22. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  23. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  24. Zeynəb ...duyğu və harmoniya!
  25. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  26. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1575 san