10:09 15 Dekabr 2014
13145 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85

   Hörmətli Mirzə müəllim, salam. Gözlədim ki, dekabr ayının  15-i gəlsin.Gəldi də.  Çoxdan söyləmək istədiyim sözləri sğyləmək istəyirəm. Bu gün Sizin ad gününüzdür. Siz mənalı həyat yaşayırsınız.Belə həyat tərzi hamıya nəsib olmur. 85 yaşınızı təbrik edirəm.
  85 yaş nədir ki... Hələ nə qədər elmi işləriniz, gənclərə dəyərli məsləhətləriniz olacaq...
  Mirzə müəllim,  icazənizlə qısa şəkildə də olsa, maraqlı , alimlərə də, alim olmayanlara da  nümunə olan həyat səhifələrinizi vərəqləyək.  
                                                            ***
 Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə  olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki,tanınmış  məkan olub, bir sıra  sakinlərinin adı tarixin səhifələrinə  düşüb.
 Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktıəbdə oxuyub.Deməli, 
10 yaşından M.Ə.Sabiri tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda  28 yaşında elmlər namizədi olan  astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini də, onların hər ikisinin  müəllimi olan Nizami Gəncəvini də, Məhəmməd Füzulini də yaxşı tanıyıb.
  Mirzə Rəhimov  elmi yaradıcılığa  Azərbaycan dilinin  tarixinə müraciətlə başlayıb: "Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları" mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki  elmi mövzunun təsdiqi zamanı  nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu  yazını çapa  hazırlayarkən telefonla Mirzə müəllimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya  üstün gəldi. Mirzə müəllimin  həm namizıədlik, həm də doktorluq dissertasiyaları  ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, " Dastani-Əhməd  Hərami " də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
 Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər. "Dastani-Əhməd Hərami " poemasının(məsnəvisinin) qəhrəmanı  həramidir,quldurdur,yolkəsəndir, deməli,dələduzun biridir,bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta  ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir: Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür...
  Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarır. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır. 
  Biz hələ " Kitabi-Dədə Qorqud "un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu,bilmirik,nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik:  "Dədə Qorqud "un  dili    qafiyəli nəsrdir.  Onda bəs bu şeirlərin janrı nədir?  Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik. 
  Mirzə müəllm  "Dədə Qorqud"dan nümunə gətirir:
"Baban dedi, keyikləri qovsun gətirsün,...oğlumun at səgirdişin,qılınc çalışın,ox atışın görəyim,sevinəyim,qıvanayım,güvənəyim". 
  Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın.  Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın.
  Mirzə müəllim ən çox Nəsimidən misal gətirir: " Qulağ tutgil sənə edim hekayət ; 

                                                                  Surəti,hüsni-cəmalı cümlə zibadır anın,
                                                                  Hüsnünə qurban olayım belin sər ta pasinə".

Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim  elmi rəhbərim oldu. İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti  ilə  "Nəsiminin dilində sözlərin məna qrupları" mövzusunda  referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı  yaxşı    öyrənmək məqsədi daşıyırmış.  Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun   direktoru Cahangir Qəhrəmanovdan(1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən pasportumu çıxaranda  Cahangir müəllim mənə  tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka  ( qeydlər üçün qalın vərəq )  verdi,  bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
 1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.Universitet  də Mirzə müəllim   üçün doğma idi.O,Akademiyada işləyəndə də burada- o vaxtkı ADU-da saat hesabı  ilə dərs deyirdi.  Mirzə müəllim bizə dil tarixindən mühazirələr oxuyurdu. Savadlı aspirantları var idi, Şaməddin, Sevil, Əvəz... Dərsləri çox maraqlı keçirdi, özünü şair hesab edən  filoloq tələbələr,adətən, ədəbiyyat dərslərinə üstünlük verirdilər. Mirzə müəllimin dərsləri onları bu fikirdən daşındırdı. Mən BDU-da iki nəfərdən "iki" almışam.Onlardan biri Kənan Mikayılov, digəri Mirzə Rəhimov idi. Kənan müəllimin bu "iki"si hələ də mənə  aydın deyil. Dekana şikayətdən sonra  o, bu "iki"ni nəyə görə verdiyini özü də başa düşmürdü.  Mirzə müəllimin "iki"si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş.  Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsirdən ötrü Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim  bu "iki"yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı.
  Mirzə müəllimi  ensiklopedik nəşrlərdə   şərqşünas alim kimi tanıdırlar. Bu, onun son  40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun  1965-ci ildə Bakıda  çap olunmuş 

               "Azərbaycan dilində fel  ( 2013-cü ildən  bu söz yeni orfoqrfiya lüğətinə görə  feil   şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi"

monoqrafiyası dünya türkologiyasının ən sanballı  nümunələrindəndir.Bu,birnəfəsə oxunan elmi əsərlərdəndir.

 Stolüstü kitablarla yanaşı,mənim stolüstü jurnallarım da var.  (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri  "Sovetskaya  türkologiya"  jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi  Mahmud a  Kaşğarinin "  Divani-lüğət-it-türk "(Türk dilləri lüğətinin divanı)   əsərinin  900  illik  tarixinə həsr olunmuşdur.  Nömrədəki   yazılar  7-9  oktyabr  1971-ci ildə    Fərqanədə keçirilmiş  Ümumittifaq Türkologiya Konfransında səslənən   materiallarıdır. Bu nömrədə 

Mirzə Rəhimovun  " Дивану лугат--ит -тюрк" Махмуда Кашкари и древнетюркские  элементы  в диалектах и говорах Азербайджанского языка "  


 məqaləsi elmi  meyarlarına, dilçilik təfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi  göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil.
   M.Rəhimovun bu məqaləsi  proqram xarakterli   pedaqoji təmayüllü  bütün ali məktəblərdə   öyrənilməlidir.

  Bakı Dövlət Universitetinin  90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  2009-cu ildə imzaladığı Sərəncamı ilə  Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu  Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir.
 Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəəlimi təbrik etmişdim.
 Bu gün Mirzə müəllimi təbrik edənlərin sayı daha çox olacaqdır. Axı o, 58 ildir ki,elmə xidmət edir.
 Ad gününüz mübarək, Mirzə müəllim!
 Ad gününüz mübarək,professor!



Müəllifin digər yazıları

  1. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  2. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  3. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  4. Hamıya dostam mən,bir qardaşam mən
  5. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  6. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  7. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  8. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  9. Söz sözü çəkər, əgər sözün közü varsa
  10. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  11. Müəllim olanda da yaxşı müəllim olun
  12. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  13. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  14. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  15. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  16. Ay Allah bəndəsi, niyə yazıqsan?
  17. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  18. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  19. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  20. Təbrizdən kənd məktubları
  21. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  22. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  23. Dünya yaman dünyadır
  24. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  25. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  26. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  27. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  28. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  29. Sözgəlişi, ola bilər düzəlişi...
  30. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  31. Bu Dünya- Şirin Dünya.....
  32. Göz görür,ağıl kəsir....
  33. Tərcüməsiz başa düşülən tatar bayatıları
  34. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  35. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  36. Mənim nəğməli bibim - Foto
  37. Sən yazmasan,mən yazaram
  38. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  39. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  40. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  41. Qulam Məmmədli-120
  42. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  43. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  44. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  45. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  46. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  47. Bu tarix ki var, qəliz məsələ imiş......
  48. SÖZ KİMİNDİR?
  49. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  50. Mənim dualarım
  51. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  52. Təzadlar, ay təzadlar....
  53. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  54. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  55. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  56. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  57. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  58. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  59. Testdən qəsdən danışmırıq
  60. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  61. Dərsliklərimizin halı və vəziyyəti
  62. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  63. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  64. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  65. Hırsızın gözü əlyazmalara düşdü
  66. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  67. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  68. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  69. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  70. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  71. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  72. Hacı Səid Əfəndi Ünsizadə-191
  73. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  74. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  75. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  76. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  77. Bir daha Ünsizadələr haqqında
  78. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  79. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  80. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  81. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  82. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  83. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  84. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  85. Bizə hansı elmlər lazımdır və yaxud ...
  86. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  87. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  88. Soyqırımı günündə dostumu itirmişəm
  89. Bu yaz bir başqa yazdır
  90. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  91. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  92. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  93. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  94. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  95. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  96. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  97. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  98. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  99. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  100. Dərgahdan başlanan yol
  101. Fikrin ifadə formalarından biri
  102. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  103. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  104. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  105. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  106. Təhsil tariximizin maraqlı səhifələri
  107. Təhsil tariximizdən maraqlı səhifələri
  108. Akademiklərin cərgəsindəki müəllim
  109. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  110. Mübarizə bu gün də var,sabah da...
  111. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  112. "Əkinçi" qəzeti-140
  113. Mustafanın Çanakkala məktubu
  114. Məktəbdə elm və texnologiya həftəsi
  115. Mübarizə bu gün də var, yarın da....
  116. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  117. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  118. Yazımızın tarixi-özümüzün tarixi
  119. Fikrət Sadıq -Dədə Qorqud
  120. Tədqiqatçı öz fikrində israrlıdır
  121. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  122. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  123. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  124. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  125. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  126. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  127. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  128. "Bağçasaraydan göndərilən məktub"
  129. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  130. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  131. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  132. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  133. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  134. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  135. Abdulla Şaiqin uşaq bağçası
  136. "Ziya"nın biblioqrafiyası
  137. Kasıblığın üzü qara olsun
  138. Bu gün M.Ə.Sabirin ad günüdür
  139. Keçən günə gün çatarmı ... - Fotolar
  140. Elmə yönələn yolun başlanğıcı - FOTO
  141. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  142. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  143. Ucundadır dilimin həqiqətin böyüyü ...
  144. İlk hesab dərsliyimiz
  145. Yusif Vəzirovun kölgədə qalan yazıları
  146. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  147. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  148. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  149. Dərslik, dərslik, yenə də dərslik...
  150. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  151. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  152. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  153. "ZİYA"lı ziyalı - Foto
  154. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7296 san