11:15 15 Dekabr 2014
5552 dəfə oxunub
Çap versiyası

Yazıçı, deputat Aqil Abbasa  hələ uzaq 90-cı illərdən - qonşularına, o cümlədən  mənə də mehriban qonşuluğuna görə -  böyük hörmətim olub. Səmimi insandır. Deyirlər əliaçıqdır. Söz dedisə eləyəndir. Sadəcə geci-tezi var. Mənim yaradıcılığımı dəyərləndirən, “Ədalət” qəzetində mütəmadi işıqlandıran redaktorlarımızdandır. 2014-cü il martın 8-də, saat 11.34-də, telefon danışığımız zamanı mənə şifahi də olsa  qonorar da  kəsib. Daha doğrusu vəd edib.

“Qarabağ” futbol komandasına olan fanatik azərkeşliyinə də inanıram. Amma “Qarabağ”ın “İnter” üzərində qələbəsini əvvəlcədən car çəkəndə  həm sevindim, həm də qorxdum.

Sevindim ki, yəqin oyunu artıq “danışıblar”. “İnter” və UEFA-da oturanlar haqlarını alıblar. Biz sadəcə sönük bir oyuna tamaşa edəcəyik. Sonda da bir yalançı 11 metrə. Vəssalam, “Qarabağ” mərhələni adlayacaq. Sonra isə qorxdum. Niyə? Birdən oyun əvvəlcədən danışılmayıb?! Birdən qeyrət damarımız qaynadı. Heç nəyi vecimizə almadan həqiqi futbol oynayıb və udduq.  Onda necə olacaqdı?  Axı,  dünyada futbol qumarı deyilən bir söz var. Biz də “TOPAZ” vasitəsilə bu təşkilatın üzvüyük.

Bu heç kimə sirr deyil. Bunu deməklə Amerika-zad açmıram. Qorxdum ki, birdən “Qarabağ” bunun əksinə gedər, çaşıb “İnter”i udar. Qumarbazlar isə belə şeyi heç vaxt bağışlamırlar. Bunun cəzası yalnız ölüm hökmüdür.  Çox şükür ki, belə olmadı. Sona 30 saniyə qalmış vurulan zərbə də düz qapıçının üstünə vurulmuşdu. Amma birdən rəqib komandanın futbolçusunun təsadüfən ayağına dəydi və istiqamətini dəyişib qapıya girdi. Hakimlər də uşaq deyil a... Canlarından bezməyiblər a... Yaxud da ki, gül kimi işlərindən olsunlar. Ona görə də 100 faizlik qolu saymadılar.

Aqil müəllim, sizə bir sual. Siz “Qarabağ”ın futbolçularının yerində olsaydınız o hakimləri təpiyinizin altına salıb çiləyərdiniz, ya yox? Yaxud da onları təpikləyənə qəşəng, bahalı bir hədiyyə alıb verərdiniz, ya yox? Bəs sizcə, onlar bunu niyə etmədilər? Çünki...

Bir də ki, məqsəd doğma azərkeşlər önündə udmaq yox, uduzmamaq idi. “Qarabağ” udsaydı, dünya futbol mərc bazarının, doğma dildə desək, futbol qumar dünyasının əleyhinə getsəydi bilin ki, növbəti dəfə xaricə gedəndə təyyarə elə göydəcə partlayacaqdı. Yəqin ki, belə hallar idman tarixində az da olsa baş verib.

Aqil müəllim, indi isə gələk sizin dildə desək proqnoza, mənim dilimdə desək futbol mərcinə, qumara. Bilirsinizmi, əsas kuboku sonda kim qazanacaq? DNEPR.  O vaxt narıncı inqilab olanda Yevrovijndə birinci yerə Ukrayna çıxdı. İndi isə ruslar əzdiyinə görə, rusların acığına kuboku da onlar götürəcək. Daha doğrusu onlara verəcəklər.

“Qarabağ”ın qələbəsinə söz verdiyiniz qonaqlığı isə verin. Həqiqətən də qələbə oldu. “İnter”in özünün vurduğu və hesaba alınmayan avtoqol nəticəsində. Nə edək ki, dünya futbol qumarının öz qanunları var...

Yaşasın tarix yazan “Qarabağ”. Yaşasın tariximizin qara səhifəsi Qarabağ.

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5242 san