10:09 05 Yanvar 2015
9657 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Sizə maraqlı həyat yolu keçmiş bir ziyalı haqqında söz açmaq istəyirəm. O,1887-ci ildə Şamaxıda anadan olub.Atası o  vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar  işləyirdi-Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı  Əbdülhəmid Əfəndi  Mustafa Əfəndizadə ilə əqidə və məslək dostu idi.Əbdülhəmid Əfəndi 1872-ci ildə,Şamaxı qaziliyindən Tiflisə təyinat alandan  sonra   onun Şamaxıdakı vəzifəsinə  Səid Əfəndi Ünsizadəni təyin edirlər.   Şərq
dillərini ,eləcə də dövrünün  məcburi dili olan rus dilini ana dili kimi  bilən Adil bəy yenə kargüzarlığında qalır,şəhərin və quberniyanın ictimai - siyasi  və ədəbi   həyatında fəal iştirak edir.  O,övladlarını yaxşı oxutdurmaq üçün  əlindən gələni edir. XIX əsrin ən populyar  ensiklopedik nəşrlərindəndən  biri olan  "Кавказский календарь"ın   hər nəşrində Adil bəyin adı  təkrar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır. Fondun 848 nömrəli  saxlama vahidindəki materiallardan məlum olur ki, 1887-ci ilin dekabrında Adil bəyin yerinə -kargüzar vəzifəsinə  Sultan Murad bəy Əfəndiyev təyin olunmuşdur. Fikrimizcə, bu, Bakı Əhli - Təsənni İdarəsi tərəfindən aparılan açması uzun  vaxt tələb  edən   qərəzli yoxlama ilə ilgilidir. Sözün qısası budur ki, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin Adolf Berje  tərəfindən vəzifəyə gətirilən, müdafiə olunan,dəstəklənən  başçısı Hüseyn Əfəndi Qayıbov   1883-cü ilin dekabrında Tiflisdən Şamaxıya qazı vəzifəsinə göndərilən  Səid Əfəndi Ünsizadə ilə yersiz ədavətini davam etdirir, onun tərəfdarlarını sıradan çıxarırdı. Bir müddətdən sonra-1889-cu il  fevral ayının 20-də Səid Ünsizadə də vəzifəsindən uzaqlaşdırılır. O,Şamaxıda yaşaya bilmədiyindən neft və milyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə  Tiflisdə nəşri dayandırılan  "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrinin davam etdirilməsinə  hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir.Səid Ünsizadə böyük maarifçilik işlərini davam etdirmək üçün  İstanbula üz tutur və burada ,çox güman ki, hələ Tiflisdən-"Ziya" qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə  maarif və  təhsil sahəsindəki fəaliyyətini  davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı  Cəlaləddin Əfəndi də Tiflisdən  İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə  Bakıda qalır, burada ,əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə  "Məzhər" adlə qəzet çap etdirir.

   Bu uzun  gedişlərdən sonra yenidən Adil bəy Cəbrayılbıyov haqqındakı söhbətimizi davam etdiririk. Adil bəylə ilgili son arxiv sənədlərəri 60 vərəqdən ivarət olmuşdur.  Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilmiş,tarixi istifadədən uzaqlaşdırılmışdır.  Saxlama vahidinin adından məlum olur ki,buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş.   Bu sənədlər Adilbəy Cərayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə igilidir.
  
   Bir məsələ hələ də qaranlıq qalır: görəsən, Adil bəy  oğlu Cəmo bəyə yaş kağızı (metrika-N.N.) alddımı?

   Bu barədə təqqiqatçılar hələ heç nə deyə biməyivlər. Cəmo bəydən yazırlar,söhbət açırlar, amma ortalıqda hələ,demək olar ki, də tutarlı  ilkin  elmi- bioqrafik məlumat  yoxdur. Yeganə mənbə kimi Cəmo bəyin ölümündən bir il sonra nəşr olunan Cəmo bəy Cəbrayılbəyovun  "Xatilərim" adı ilə nəşr olunan  əsərdir.
    Cəmo bəy Cəbrayılbəylinin ömür payına   iki əsrdən  78 il düşüb: 1887-1965. Atasının ölüm tarixi bilinmir(  Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun  ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı  şair  Ağali  bəy Nasehin həyat yoldaşı idi.  Ağali  bəy Naseh   Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M.Ə.Sabir, A.Səhhət,M.Mahmudbəyov   kimi  ziyalıların ən yaxın, səmimi  dostlarından idi. 
   Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub.Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub. Bu məktəbdə Cəmo bəyin ana dili  və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu  Mir Cəfər idi.  Bir sıra tədqiqatçılar  Cəmo bəyin dövlət hesabına oxumasında Mir Cəfərin adını   yüksək qiymətləndirirlər. 
  Şamaxı şəhər məktəbi  təlimi rus dilində olan təhsil oşağı idi.Burada Avropa təhsilli  rus və Avropa təhsilli,  universitet bitirmiş müəllimlər dərs deyirdi. Şamaxı  Şəhər  Məktəbi şagirdləri ali məktəbə daxil  olmağa  hazırlayan   təhsil ocağı idi.  Tədqiqatçıların yazdığına görə,  Cəmo bəy burada  1896-1901-ci illərdə oxumuşdur.  1908-ci ildə  xüsusi komissiya  üzvlərinə imtahan verərək müəllimlik attestatı  almış,1919-cu ilədək Şamaxıda müəllimlik etmişdir. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllimlik etmişdir. Cəmo bəyin müəllimlik   fəaliyyətində S.M.Qənizadənin  ona göstərdiyi  qayğı  xüsusi qeyd edilməlidir.  Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminaruiyasına 1905-ci il avqust ayının 3-də   inspektor təyin edilən  S.M.Qənizadə  3 ildən sonra əmrlə  işdən çıxarılır. Bu əmr  direktor M.Miropiyev ilə  S.M.Qənizadənin   aralarında tədris layihəsi ilə əlaqədar  olan   fikir müxtəlifliyi  bağlı  idi.   S.M.Qənizadə  Qafqaz Təhsil Dairəsinin popeçiteli  N.Rudolfa müraciət edərək,günahkar olmadığını sübut edir və  ona Qoridəki vəzifəsindən daha üstün olan  vəzifə verilir. O, Bakı-Dağıstan  Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki  nümunəvi  müəllimlik fəaliyyəti məhz  bu dövrün başlanğıcı ilə əlaqədardır.  Cəmo bəy Cəbrayılbəyov  Xalq Maarif Komissarlığının xətti ilə bir  sıra irimiqyaslı tədbir və layihələrdə  fəal iştirak edir, uşaq pedaqoji mətbuatının formalaşmasında  S.M.Qənizadə ,Ə.Cəfərzadə, A.İsrafilbəyli, A.Talıbzadə,Q.Mirzəzadə, K.İsmayılov,  F.Ağayev və başqaları ilə birlikdə  nümunəvi işlər görür; layihələrlə çıxış edir,  rus   və Avropa ədəbiyyatından etdiyi tərcümə və təbdilləri ilə məktəblilərin  mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun  "Maarif","Qızıl yıldız","Qırmızı günəş" və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi  təbiət hekayələri, şeir və marşları bu gün də maraqla oxunur. 
  Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan  Adildir. 
   Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılov (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi  Xəstəxananın baş həkimi olmuşdur.
  Atam hər dəfə  Bakıya gələndə mütləq  qohum-əqrəbalarına, dostlarına baş çəkərdi;atasının xalası oğlu  professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri-Yusif Şirvan , Hidayət Əfəndiyev,bir də  Adil Cəbrayılbəyli.Mən onlardan  yalnız  üç nəfərini ziyarət etmişəm. Cəmo bəy Cəbrayılbəylinin "Xatirələrim" kitabını birnəfəsə oxuyandan sonra  doktor  Adil   Cəbrayılbəylinin  ziyarətinnə getmədiyimin peşmançılığını çəkirəm;  fəhlə həyatından yazılar yazmaqdansa,20-30-cu illərin ziyalıları haqqında nə qədər yazı yazmaq olarmış...Təəssüf, səd təəssüf...
   Yenə də, yaxşı ki arxiv  və  bəzi kitabxanalarda  bu  dövrə aid   makulatura olmaqdan  qaça bilən materiallar  az da olsa qalmışdır.

     GoogLe.az-da  " Biologiya elmləri- Milli Elektron Kitabxana "

sözlərini yazmaqla  Cəmo  bəy Cəbrayılbəyliyə aid bir neçə kitab və proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları  oxumaq üçün mütləq  M.F.Axundov  adına  Milli Kitabxanaya getməlisən. Mənə elə gəlir ki, Milli Məslisdə  elektron kitabların  distant oxusu haqqında müzakirələr aparılmalıdır. 


 Cəbrayılbəyli C. Akvarium və terrarium [Mətn] C.Cəbrayılbəyli.- B.: Azərnəşr 1930.- 69, [1] s.

 

 Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi.- B.: Azərnəşr, 1931.- 16 s.; 21 sm. 

 Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi.- Bakı: Azərnəşr, 1931.- 8 s. ; 23 sm.

 

  Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 102, [4] s.

 

 Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitabları] /C.Cəbrayılbəyli; red. Ə.Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91, [1] s.

  

 Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1928.- 100 s.

 

 Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid.- B.: Azərnəşr, 1924.- 75, [2] s.

  Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1926.- 75 s.

 

 Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.

 

  Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 126, [4] s.
   

        Burada elə ilk baxışdan öyrənilməli nə qədər material var.
       Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə -55 yaşında alimlik dərəcəsi alıb.    Kataloqa baxın,akademiyanın müvafiq institutları C.Cəbrayılbəylinin hər kitabına aid  bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə  də mən gecikmişəm ; kimsə Cəmo bəyin  elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən də bu mövzuda sanballı bir yazı    hazırlayacağam.
           Mətbuat tarixinə aid  layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin  Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və                     1920-ci illərdə  uşaq mətbuatı   səhifələrində   həm  pasportdakı adı    ilə,  həm də  "CƏMO" ("CAMO" yox-N.N.) təxəllüsü ilə    xeyli  bədii, elmi-bədii,elmi-publisistik  əsər,ən başlıcası siyasi nəğmə-marş   yazdığının  şahidi oluruq.     Hələ də bəzi alimlər    " Cəmo" təxəllüsünün kimə aid olması  yəqinləşdirməkdə çətinlik çəkirlər:  “Cəmo”nu  

               CAVAD AXUNDOV MƏMMƏDƏLİ  OĞLU

  kimi oxuyurlar. Bir az gülməli çıxır: görəsən ,   "axund" sözünü  incə saitlə oxuyan  varmı?

   ”Cəmo”nu  Camo Hacinski, Əhməd Cavad kimi  açıqlamaq istəyənlər  bilməlidirlər ki, rusdilli Hacinski heç vaxt nə rusca, nə də Azərbaycan dilində şeir yazmayıb,   Əhməd Cavad kimi nəğməkar şair  də  adını  düz yazanlardandır. 
 
                                                                             ***
          Cəmo bəy Cərayılbəylinin     1930-cu illərdə pedqoji və uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu  dövrün  materiallarının incələnməsini sonraya saxlayırıq. İndilikdə isə  "Yeni yıldız"ın  1922-ci ilə aid 2-ci nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "Cəmo" təxəllüsü ilə yazdığı  "Sənsən" şeirini oxuculara təqdim edirik. 
  Yeri gəlmişkən onu da deyək  ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi  məcmuə olan "Yeni yıldız"ın  bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "İctimai  hifzi-səhhət” adlı maraqlı bir  elmi yazısı da çap olunmuşdur. Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.


                                       
                                         Sənsən

   Ey dilbərim,ey güllərcəm,ey cahcəlalım,
   Sənsən  bana dirilik  gətirən, ey pəri , sənsən!
   Ey eşq səmasında gəzən  şanlı hilalım,   
   Şu cürmlərin  ( günahların-N.N.)cümləsinin dilbəri sənsən!


   Bin dərdə ,bəla  atəşi sövq edən sənsən,
   Bin dürlü  səfa məninin  məzhəri sənsən.
   Qan ağlatub,aşiqlərə  baş gəzənsən
   Bir baq  yenə hər aşiqinin əzbəri sənsən!

   Ey nur saçan, gün kibi  afaqı işıqlat, 
   Ruh aləminin nur saçan əxtəri sənsən.
   Bu kəsələtdə (kefsizlikdə-N.N.) bənim ruhumi ilham ilə  anlat,
   Sənət yaratan    qüvvələrin  gövhəri sənsən!

   Bir şeiri- məlahətsən,aman  bəndən  uzaşma, 
   Əşara yaqın qalblərin rəhbəri sənsən,

   Aşiqin işini etsə yürəklərdə təcəlli.
   Həp anlar odum : xilqətin hər dəftəri sənsən!

             Cəmo

                                                   ***

        Hər dəfə Şamaxıya gedəndə  "Yeddi günbəz"qəbirstanlığında  M.Ə.Sabiri də, onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın   atası     Nəsrəddin İsmayılovu da,    Yusif Şirvanı da,      eləcə də  Cəbrayılbəyovları  da  ziyarət edirəm. Bunlar  qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan  şamaxılılardır, qohumlardır,dostlardır...
                                                   ***

..Şamaxıda M.Ə.Sabirin məqbərəsindən  20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən  3 qəbir var:

 Cəmo Cəbrayılbəyli (1887-1965) 

       Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli(22.03.1900-10.05.1982)
       Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

 

Bunların hər üçü tariximizdə izi və sözü olan insanlardır.


Müəllifin digər yazıları

  1. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  2. Mənim dualarım
  3. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  4. Təzadlar, ay təzadlar....
  5. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  6. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  7. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  8. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  9. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  10. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  11. Testdən qəsdən danışmırıq
  12. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  13. Dərsliklərimizin halı və vəziyyəti
  14. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  15. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  16. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  17. Hırsızın gözü əlyazmalara düşdü
  18. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  19. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  20. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  21. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  22. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  23. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  24. Hacı Səid Əfəndi Ünsizadə-191
  25. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  26. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  27. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  28. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  29. Bir daha Ünsizadələr haqqında
  30. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  31. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  32. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  33. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  34. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  35. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  36. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  37. Bizə hansı elmlər lazımdır və yaxud ...
  38. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  39. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  40. Soyqırımı günündə dostumu itirmişəm
  41. Bu yaz bir başqa yazdır
  42. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  43. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  44. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  45. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  46. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  47. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  48. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  49. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  50. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  51. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  52. Dərgahdan başlanan yol
  53. Fikrin ifadə formalarından biri
  54. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  55. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  56. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  57. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  58. Təhsil tariximizin maraqlı səhifələri
  59. Təhsil tariximizdən maraqlı səhifələri
  60. Akademiklərin cərgəsindəki müəllim
  61. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  62. Mübarizə bu gün də var,sabah da...
  63. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  64. "Əkinçi" qəzeti-140
  65. Mustafanın Çanakkala məktubu
  66. Məktəbdə elm və texnologiya həftəsi
  67. Mübarizə bu gün də var, yarın da....
  68. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  69. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  70. Yazımızın tarixi-özümüzün tarixi
  71. Fikrət Sadıq -Dədə Qorqud
  72. Tədqiqatçı öz fikrində israrlıdır
  73. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  74. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  75. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  76. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  77. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  78. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  79. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  80. "Bağçasaraydan göndərilən məktub"
  81. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  82. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  83. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  84. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  85. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  86. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  87. Abdulla Şaiqin uşaq bağçası
  88. "Ziya"nın biblioqrafiyası
  89. Kasıblığın üzü qara olsun
  90. Bu gün M.Ə.Sabirin ad günüdür
  91. Keçən günə gün çatarmı ... - Fotolar
  92. Elmə yönələn yolun başlanğıcı - FOTO
  93. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  94. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  95. Ucundadır dilimin həqiqətin böyüyü ...
  96. İlk hesab dərsliyimiz
  97. Yusif Vəzirovun kölgədə qalan yazıları
  98. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  99. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  100. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  101. Dərslik, dərslik, yenə də dərslik...
  102. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  103. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  104. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  105. "ZİYA"lı ziyalı - Foto
  106. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
27-02-2017
26-02-2017
25-02-2017
25.02.2017 Neft ucuzlaşıb
24-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.403 san