10:14 07 Yanvar 2015
5384 dəfə oxunub
Çap versiyası

...(İçim özümü yandırır, çölüm özgəni) heç də həmişə içimizi yandıranlar çöldə kimisə yandırmır.

 

Yollara baxıram, uzanır elə,

Həsrətmi, hicranmı, bu nədi belə?

Xəyalda uçuram sevgilimgilə

Çırpınıb, çırpınıb dəlilər kimi –

İçim özümü yandırır, çölüm heç kimi.

 

Bu haqqın sonunu çözə bilmirəm

Bir xırda nahaqqa dözə bilmirəm.

Daha mələklərlə gəzə bilmirəm,

Varlığım üşüyür hurilər kimi –

İçim özümü yandırır, çölüm heç kimi.

 

İçimdə bir ruzgar fəryad qoparır

Gör fələk kimləri vaxtsız aparır.

Qanadlı illərin kimdi çaparı?!

Aparır ömürdən küləklər kimi –

İçim özümü yandırır, çölüm heç kimi.

 

Yazılan yazıya baxıb susdunmu?

Arxanda sürünən kölgə dostunmu?

Qəlbinin səsinə qulaq asdınmı??

Yandım da, soldum da, çiçəklər kimi –

İçim özümü yandırır, çölüm heç kimi.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6246 san