10:35 19 Yanvar 2015
3444 dəfə oxunub
Çap versiyası

  Atam həyatının son illərində bu ifadəni tez-tez işlədirdi: “Allah, sən məni niyə yaradırsan ki, ilk saniyələrdən də ölümlə qorxuzasan”. Bilmirəm bu onun öz sözüydü ya yox, amma mənim üçün mənası indi çox dərindir. Nə olsun ki, 49 yaşım var. Ölmək heç vaxt tez deyil. Ölmək heç vaxt gec deyil.

Mən çox qorxaq adamam. Hamıdan qorxuram. Arvaddan da, qızlarımdan da, kürəkənlərimdən də, nəvələrimdən də, polisdən də, prokurordan da, vergi işçisindən də, hakimdən də... Hətta üzünü heç vaxt görmədiyim Allahımdan  da...

Amma mən elə bir şeydən qorxmuram ki, çəkindiyim  bu insanların hamısı ondan qorxur. Hətta özləri üçün ən dəhşətli bir qarğış bilirlər “Allah səni öldürsün!” sözlərini. Amma mən onların hamısından üstünəm. Onlardan qorxsam da, onların qorxduğu ölümdən qorxmuram. “Allahım, mənə ölüm göndər” deyib gecə-gündüz yalvarsam da, məni öldürmür ki, öldürmür. Bəlkə səbəb yoxdur, ona  görə. Bəlkə də ona lazımam. Gələcəkdə iblis, yaxud mələk rolunu oynatmaq üçün. Amma bütün bunların mənə heç biri lazım deyil. Mənə sadəcə ölüm lazımdır. Arvadım deyir ki, elə demə - Allaha acıq gedər, bu cavan yaşında qıyar sənə. Nəvə toyu görmərsən. Bəlkə heç mən nəvə toyu  görmək də lazım deyil?! Mən sadəcə ölmək istəyirəm. Sadəcə ölmək. Yatmaq, bir də oyanmamaq.

Bir neçə dəfə cəhd də eləmişəm. Alınmayıb. İntihara etdiyim cəhdlər uğursuzluqla başa çatıb.  Bəlkə seçdiyim intihar metodu düzgün deyil. Özümü dənizə atım. Yox, soyuqdur. 18-ci mərtəbədən yerə tullanım. Olmaz. Getdim düşdüm birinin başına, ya maşınının üstünə. Niyə başqasına ziyan verim  ki. Yaxşısı budur yandırım özümü. Yox. Kişiyə yaraşmaz. Ərindən bezən  qadın etiraz əlaməti olaraq  yandırar özünü. Bəlkə körpünün başına qalxım? Özümü ordan buraxım aşağı. Sonra da təsadüfən düşüm hansısa brezentli maşının üstünə. Sağ qalım,  bassınlar dəlixanaya. Başlayım bitləri öldürüb, bir-bir saymağa.

Axı  nə edim? Allah məni öldürmür ki, öldürmür. Bir səbəb də yoxdur axı. Niyə öldürsün? Pis adamammı. Niyə növbəni pozsun ki? Bəlkə Kimsə tapşırıb  məni? Yetim oğlanam.  Allahın bacısı oğlu  deyiləm a... Növbəni niyə pozmalıdırlar ki?

Yox, ölməyim  yaxşıdır. Çünki salim olmaq istəyirəm. Ən salim insan isə fəqət olur tabutidə. Qərəzsiz də ola bilər. Amma əsas salimlikdir. Bəlkə həyat sıxır məni? Əsla. Sadəcə başım ağrıyır. Nəsə ağırlıq var başımda. Bəlkə başım bədənimə ağırlıq edir? Bədən də bu ağırlığa dözmür. Ona görə.

Düzdür ölümdən qorxmuram, amma ağrıdan ki, qorxuram. Qorxuram özümü asam, ağrı verə. Uksus içib zəhərləyəm. Ağrıdan qovrulam. Özümü balkondan atam, başım, bədənim parça-parça olsun.Bir gün reanimasiyada bir təhər sağ saxlasınlar.  Ağrı pis şeydir. Mən də ki, ağrıdan qorxuram. Amma ölümdən qorxmuram. Bəlkə maşının   qluşitelindən çıxan qazla nəfəs alıb uyum?  Bəlkə döyüşə gedib bir-iki dənə də erməni öldürüm, sonra da özüm şəhid olum? Birdən öldürdüm. Amma məni əsir aldılar – sonra? İşgəncələr, nələr, nələr.

Ancaq ölmək istəyirəm. Ölümə də meydan oxuyuram. “Gəl məni öldür!”. Amma yan qaçır.

Arvad da məsləhətlərini gen eləyib: “ Görəcəksən, günlərin  bir günü Əzrayıl gələcək ki, öldürürəm səni. Yalvaracaqsan ki, romanımın son səhifəsi qalıb. Qoy onu yazım sonra öldür. Heç bir saniyə də aman verməyəcək. Ona görə də başını aşağı sal, işini gör. Öl deyəndə ölərsən, qal deyəndə qalarsan.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4898 san