08:53 26 Yanvar 2015
3534 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Son vaxtlar Azərbaycana qarşı irəli sürülən ittihamlar münasibətlərdə yaranmış ziddiyyətlərin təzahürüdür. Digər tərəfdən isə bu sərtləşmə ümumdünya miqyasında gedən qlobal qarşıdurma və hegemonluq davasının konkret məkanda təzahürü kimi qiymətləndirilməlidir. Uzun illərdir ki, Azərbaycan öz həqiqətlərini bütün dünyaya çatdırmağa, öz haqlarını sübut etməyə çalışır, Əvvəllər mövcud olmuş informasiya blokadası dəf edilmiş, regionun və ölkədə olan vəziyyət haqqında kifayət qədər düzgün təsəvver yaradılmasına nail olunmuşdur. Dövlətin yeritdiyi düzgün xarici siyasət xətti, ardıcıl iş sayəsində onun öz mövqeyi, maraqları, iradəsi və rolu adekvat qəbul edilir. Lakin xeyli məqamlarda onun haqlarının təmin olunması problemlərlə üzləşir.

Azərbaycana münasibətdə ABŞ-ın və Avropanın böyük dövlətlərinin çoxunun mövqeyində qərəzli yanaşma mütəmadi olaraq hər addımbaşında təkrarlanır. Bu da regionda olan münaqişələrin aradan qaldırılmasına, burada ədalətin bərqərar olmasına imkan vermir, münaqişələrin bir təsir vasitəsi olaraq daimi qalmasına xidmət edir.

Hər gün diqqətə çatdırılmasına baxmayaraq, Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu qətnamələrin iyirmi ildən artın bir vaxtdır ki, yerinə yetirilməməsi, erməni təcavüzünə göz yumulması, Cənubi Qafqazda on illərdir davam edən qanlı münaqişələrə biganə münasibət fonunda dünyanın çox yerlərində baş verən problemlərə ani olaraq reaksiya verilməsi, sanksiyaların tətbiqi, qoşun yeridilməsi ikili standartın aşkar nümunəsidir. Deməli, dünyada qəbul olunmuş beynəlxalq norma və prinsiplərə əməl olunmasında başlıca meyar böyük dövlətlərin və hegemon güclərin maraqlarına uyğun gəlib gəlməməsidir.

Hazırkı dövrdə bir birinin ardınca ayrı-ayrı təşkilatların, beycnəlxalq qurumların rəsmi nümayəndələrinin Azərbaycanda demokratiyanın məhdudlaşdırılması, insan haqlarının pozulması kimi ittihamlarının irəli sürülməsi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, onun artan nüfuzuna kolgə salmaq məqsədinə xidmət edir. Belə qarışıq bir zamanda Azərbaycanın müstəqil siyasət yeritməsi, dünyanın müxtəlif problemlərinin həllində təsirinin artması, görünür, həmin dövlətlərə və beynəlxalq təşkilatlara sərf etmir. 2014-cü ilin dekabrında Azərbaycan barədə ABŞ-ın Demokratiyaya Milli Dəstək təşkilatı (NED) tərəfindən dinləmələr keçirilmişdir. Orada çıxış edənlər yerli QHT-lərə, ayrı-ayrı hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı təzyiqlərin olması həbslər haqqında əsassız iddialar irəli sürmüşlər. Bu ittihamların nə dərəcədə əsassız olduğunu Azərbaycan cəmiyyəti, dünya ictimaiyyəti yaxşı bilir. Bu dinləmələri təşkil edənlərin özləri də irəli sürülən ittihamların həqiqəti əks etdirməməsini çox gözəl bilirlər. Özlərində deyilən məsələlərdə kifayət qədər problem olan dövlətlərin onun haqqında danışması, Azərbaycan kimi ölkələrdən hesabat tələb etməsi nə dərəcədə düzgündür.

Lakin bu məsələnin yalnız formal tərəfidir. Həmin tələb və ittihamların arxasında hansı həqiqətlərin dayanması, düşünürük ki, təkcə ittiham edənlərə və ittiham olunanlara deyil, bütün dünyaya məlumdur. Müsəlman ölkələrində törədilmiş münaqişələr, islam dəyərlərinin Qərb ölkələrində təhqir edilməsi orta əsrlərdəki səlib yürüşlərini xatırlatması təsadüfi deyildir.

Doğrusu, Azərbaycan demokratik dünyadan çox şey gözləyir. Dünyanın hegemon dövləti olan ABŞ-dan, nüfuzlu beynəlxalq təşkilatlardan beynəlxalq hüququn norma və prinsipləriniə düzgün əməl edilməsindən tutmuş, pegional problemlərin, o cümlədən Qarabağ münaqişəsinin həllində ədalətli mövqe gözləyir. Lakin biz çox zaman həmin gözləntilərin əksi olan reallıqlarla üzləşirik. Qarabağ münaqişəsinin uzanmasının də səbəbləri həmin məqamlardır. Problemin həllinə təkan vermək əvəzinə onun ermənilərin maraqlarına uyğun şəkildə uzanması üçün şərait yaradırlar. İşğalçı Ermənistan nəinki heç bir sanksiyaya, qınaqlara məruz qalmır, hətta açıq və ya gizli şəkildə maddi və mənəvi dəstək alır. Buna görə də Qarabağ probleminin uzanmasının səbəbi Ermənistanın - işğalçı dövlətin gücü və iradəsi deyil, onu dəstəkləyən dövlətlərin və beynəlxalq təşkilatların gizli mövqeyi və dəstəyidir. Bu da o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan onlara çox da arxayın ola bilməz, öz problemlərini hər an özü həll etməyə hazır olmalıdır.


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6967 san