14:37 17 Fevral 2015
4494 dəfə oxunub
Çap versiyası

 

 

Şair könüllərin nişanəsiyəm

Alışan qəlblərin pərvanəsiyəm

Bir azca Bəxtiyar, bir az Nüsrətəm,

Ürəyi oxşayan bir məhəbbətəm.

 

Nəfəsim çiçəklər üstündə gəzir

Ayağım kimsəsiz yolları əzir

Tökülən ləçəklər qəlbimdən qopur

Güllər də bəxtim tək nə vaxtsız solur.

 

Gözləmə, qayıdıb gəlmərəm daha

Məni də səsləmə gələn sabaha

Nə gedə bilirəm, nə də ki qallam

Ümmansız səhrada bitməz bir yolam.

 

Sıxıb göz yaşını daha ağlama,

Ötən günləri də heç salma yada.

Daha şirin sözlər gəlmir ağlıma

Soyuq əllərim də isinmir daha.

 

Ən böyük arzular qəlbimdən keçir

Könül badəsinə nə süzsən içir

İçim qəm dəryası, batmayıb hələ

Fikrim sənə çatmaz, gəmidir elə...

 

Qaytarma gözümə bir damla yaşı

Ovutma bu qədər ağrıyan başı

Eşidə bilməzsən hönkürən səsi

Sənə canım deyən ürək kəlməsi...

Sənə eşqim deyən rüzgar nəğməsi...

 

         06.05.2010


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4943 san