16:30 18 Fevral 2015
3615 dəfə oxunub
Çap versiyası

Yox, bu “dərs” o dərsdən deyil. Görmüşük ki, ata oğluna  nəsihət edər, başına ağıl qoyar, düz yol göstərər, lazım olsa qulağını çəkər, lap kötəkləyər də... Amma atam mənə “dərs” verdi. Düzdür peşiman deyiləm. Amma hər dəfə məndən təəccüblə soruşanda ki, “Mahir, sən babasan? Üç nəvən var? Neçə yaşın var ki?” Cavab verirəm ki, “mən 43 yaşından babayam”. O saat ikinci sual gəlir: “Yəqin tez evlənmisən?” Cavab verirəm ki, “Hə. 21 yaşında. Amma evlənməmişəm. Evləndiriblər”.

Söhbət burda bitsə də, o saat bir əhvalat yadıma düşür. Dünən də həmkarım Ülviyyə xanım bu sualı verəndən sonra qərara aldım ki, bu yazını yazım. Bəlkə siz də uşağınızı düzgün tərbiyə etmək üçün Qabilin bu metoduna əl atdınız. Amma inanmıram. Çünki texnika indi çox inkişaf edib. Ancaq o vaxt belə deyildi. Hər evdə telefon yox idi. Bizim evdə isə vardı. İnsanlardan bir iş telefonunu, bir də ev telefonunu soruşardılar. İş telefonlarını da idarələrdə kommutator sistemində qururdular ki, əməkdaşlar telefondan çox “asılmasınlar”.

Ev telefonları isə azad idi. Danış nə qədər danışırsan. Müasir gənclər feysdən, elektron poçtdan, SMS-dən, vatçapdan, bir sözlə cib telefonundan,  planşetlərdən necə “asılırlarsa”, mən də o vaxt telefon xəstəsiydim. Evdə tək olan kimi dəstəyi götürüb zəng edirdim. Kimə? Onu soruşmazlar. Əlbəttə ki, qızlara. Başlayırdıq söhbətə. Bəzən dəstəyi pianinoya yaxınlaşdırıb onlar üçün Sezen Aksunun repertuarından “Minik sərçə”, “Məhəbbətin vida mahnı”larını da ifa edirdim. Telefonun dili yüyrək olar deyib atalar. Hiss etmirdim ki, bir saat necə keçib. Bir də görürdüm ki, qapının zəngi çalınır. Açırdım. Qapıbir qonşumuz Bayram Bayramovun həyat yoldaşı Zümrüd xalaydı qapını döyən: “Ay Mahir, atan bizə zəng eləmişdi. Deyir bir saatdır evə zəng edirəm “zanitdir”. Mahirə denən telefonu qoysun yerə”. Geri qayıdıram. Sağollaşıb dəstəyi qoyuram yerinə. Həmən zəng çalınır. “Mahir, bu nədir. Bir saat da telefondan “asılmaq” olar? Bəsdir də...”

Düz deyir. Bunu indi başa düşürəm. Onda isə hələ uşaq idim. 20 yaşım vardı. Sözlər telefon dəstəyini yapışdırdığım  qulağımdan girir, o biri qulağımdan uçub gedirdi havaya.  Ertəsi gün yenə eyni mənzərə. Telefon yenə qulağımda, yaxud da pianinonun üstündə. Yenə qapının zəngi basılır. Bu dəfə qonşumuz Əmir Mustafayevin qızı Samirədir. Yenə həmin sözlər: “Ay Mahir, atan bizə zəng eləmişdi. Deyir bir saatdır evə zəng edirəm “zanitdir”. Mahirə denən telefonu qoysun yerə”. Həmən dəstəyi yerinə qoyuram. Zəng çalınır. “Mahir, bu nədir. Bir saat da telefondan “asılmaq” olar? Bəsdir də...”

Atam deyir, mənsə cavab qaytarmasam da sözlərinə əhəmiyyət vermirəm.

Uşağam axı?! 20 yaşım var. İki illik əsgərliyimi çəkmişəm. Universitetin 4-cü kursunda oxuyuram. Kommunist biletim də ki, cibimdə.

Bu mənzərə az qala hər gün təkrar olunur. Atam utandığından ayrı-ayrı qonşulara zəng edib qapımızı döydürür. Utana-utana. Amma mən utanmıram.  Telefonla danışmağımda davam edirəm.

Günlərin bir günü isə atam hər gün təkrar etdiyi “telefonla az danış” sözlərini demədi. Sadəcə bir cümlə dedi: “Səni evləndirərəm, ağlın gələr başına”. Başa düşmədim bu sözləri. Axı evlənməyin telefonla danışmağa nə dəxli? Bilirsiniz niyə başa düşmədim? Çünki uşaq idim. 20 yaşım vardı. Uşaq olduğum üçün də məni evlənməyə razı salmaq çox asan oldu. Namizəd isə çoxdan hazır idi. El adətincə elçi getdilər, nişan qoydular, toy çaldırdılar. Mən oldum evli bir adam. Sonra bir qızım oldu, sonra o birisi. Telefondan nəinki asılmırdım, heç yadıma da düşmürdü. Pianino çalmağı da yadırğamışdım. Qonşularımızın da canı dincəlmişdi. Atam da artıq “Telefondan az “asıl” sözlərini demirdi. Gülə-gülə, mənə yaxşı “dərs” verdiyinə sevinmiş kimi iki misra şeir oxuyurdu. Öz yaradıcılığından yox. Şair  Abbas Səhhətdən:

Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,

Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9622 san