10:00 23 Fevral 2015
11727 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi


         Orxon -Yenisey,  ərəb, latın, rus  və yenə də latın əlifbalı yazımız  və yaxud
                      bu yazıların səsi olan səsimiz , avazımız



   1994-cü ildən YUNESKO xətti ilə hər il oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü, 2000-ci ilin fevralın 21-dən isə Beynəlxalq Ana Dili Günü keçirilir. Bu tarixlər cəmiyyətin ən aparıcı qüvvələrindən hesab olunan dünya müəllimlərinin hesabat günü kimi də başa düşülə bilər: müəllimlər bu gün həm hesabat verir, həm də görüləcək işlərini planlaşdırırı. Müəllimlik çətin işdir, amma şərəfli sənətdir. Müəllim tərbiyəçidir, doğru yol göstərəndir. Əsl müəllimlər doğru yol göstərənlərdir. Mən çox məmnunam ki, yaxşı müəllimlərdən dərs almışam: Zərxanım müəllimə, Fərhad müəllim, Samət müəllim, Tofiq müəllim...

  Azərbaycan dilini mənə körpəlikdən nənəm öyrədib. O, mənim ən böyük həyat müəllimim olub. Məktəb təhsili yox idi, amma xalq ədəbiyyatının bilicisi idi, sözün semantik məna növlərini incəliklərinə qədər bilirdi. Sözdən söz çəkə bilirdi, ona yalan demək mümkün deyildi. Nəvələrinə gün ağlamağı bacarırdı. Dediyi sözün ağası idi. Şamaxıda - Azərbaycanın qədim paytaxt şəhərində böyüdüyündən kübar cəmiyyətin qayda-qanunlarına bələd idi. Sözün yerini və vurğusunu yaxşı bilirdi. Yaxşı hafizəsi vardı. Radioda bir dəfə eşitdiyi tamaşanı yadında yaxşı saxlayırdı. Üzünü görmədiyi şair Seyid Əzim Şirvanidən, qızları ilə rəfiqə olan şair Mirzə Ələkbər Sabirdən şeir deməyi bacarırdı.

  Mən keçən il Beynəlxalq Müəllimlər Gününü yüksək ovqatla qarşıladım; keçən il ərzində Azərbaycanda və Türkiyədə yüzdən artıq elmi, elmi-metodiki, elmi-publisistik məqaləm çap olunub. Bu yazılarda Türkiyə-Azərbaycan ədəbi əlaqələri, mətbuat tarixi, uşaq mətbuatı, dilçilik məsələləri, ədəbi növlər və janrlar, maarifçilik məsələləri, məktəb tarixi, dərslik tarixi, qabaqcıl milli ziyalıların həyatı arxiv materialları əsasında işıqlandırılıb. Yazlarımın  hamısı dərs proqramları  və kurikulum sənədləri ilə ölgilidir,bağlıdır. İndi material toplamağa nə var ki... Vaxtilə mən bir faktı dəqiqləşdirmək üçün Bakıdan Leninqrada(lap əvvəlki v indiki Sankt-Peturburqa getmişdim-N.N.). Yazılarımla maraqlananlar  "Azərbaycan məktəbi " , "Təhsil ", "Sənətkar", "Kəlam" , "Milli Azərbaycan  Tarixi Muzeyi"  adlı  jurnal və məcmuələrə , "Təhsil probleməlri ",  "Ziya " , "Kaspi ", "Olaylar"  və s. qəzetlərə, Ankaradan bütün dünyaya yayımlanan  "HALDUN  CEZAYİRLİOĞLU Koleksiyonu"na internetdə axtarış verib baxa bilərlər. 

   Bunu ona görə yazıram ki, bəzən görülən iş kölgədə qalır, ünvanına çatmır, yazılanlar ziyalıların mütaliə dairəsinə daxil olmur, çox danışıb az iş görənlər irəli atılır, nahaq haqqı üstələyir.

  Dünyanı hər cür fəlakətdən elm, maarif, ulularımızın işıqlı fikirləri xilas edəcək. Biz müəllimlər bu yolda hələ çox işləməliyik. Övladlarımıza baba və nənələrimizin danışdığı Azərbaycan dili ilə yanaşı, dünyanın aparıcı dillərini - ingilis, alman, fransız, ərəb dillərini də öyrətməliyik. Biz Azərbaycan dili ilə qohum olan digər türk dillərini - Türkiyə türkcəsini də, qazax, özbək dillərini də öyrənməliyik. Dil olmasa, yaxşı həyat da, tərəqqi də olmayacaq. Övladlarımıza qayğı göstərmək, onların fikirlərinə hörmətlə yanaşmaq, sözlərini dinləmək, incələmək lazımdır.

  Mən bir dilçi mütəxəssis, türkoloq kimi dilimizin bugünkü vəziyyətindən gileyliyəm. Biz dilimizin100 il bundan əvvəlki yazısını oxuya bilmirik,çünki ərəb əlifalı yazımızı oxuya bilmirik. Deməli, biz babalarımızın baş daşını da oxuya bilmirik.Bugünkü onuncular rus əlfbalı yazılarımızı höccələyə-höccələyə oxuyurlar. Türk dillərinin ulu yazısından-Orxon-Yenisey abidələrihaqqında bildiklərimiz ümumi sözlərdir: " Orxon-Yenisey abidələriqədim türklərin daş abidələridir. Fonoqrafik yazı nümunəsidir. Bu yazıda hər danışıq  səsini ifadə edən  hərflərdən istifadə olunmuşdur ". 
  Nənəsi ,babası dünyadan köçənlər, eləcə də, nənə-babalarına qulaq asmayanlar dili cizgi filmlərindən, tərcümə kitablarından, internet səhifələrindən öyrənirlər. Təəssüf ki, hələ də hər ailədə milli dil mühiti yoxdur. Hələ də ana laylası and nəğmələrimizə çevrilməyib. Hələ də uşaqlarımızın ən ağıllı qəhrəmanı Cırtdandır. Gerçək qəhrəmanlarımız isə yada düşmür. “Dədə Qorqud” eposunun uşaq qəhrəmanlarını hələ də tanımırıq. “Leyli və Məcnun”, “Xosrov və Şirin” böyüklər üçündür. Uşaqlarımıza türk dünyasının düşüncə tərzinin kitabları lazımdır. Bu günün uşaqları sözün lüğəvi mənasını bilməyəndə kəkələyirlər. Nitqimizin avazı yoxdur. Orfoepiya - dilçiliyimizin Axilles dabanıdır. Bəzən danışanda gülməli görünürük.
  Dilə münasibətdə qorxulu bir məqam da diqqəti cəlb etməkdədir. Xarici olkələrdə oxumağı qərqra alan bəzi uşaqların valideynləri ana dilinin yox, ingilis dilinin öyrənilməsinə  daha böyük maraq göstərirlər. Mənə elə gəlir ki, xarici ölkələrə oxumamağa göndərilənlər mütləq Azərbaycan dilindən və ədəbiyyatından  testlər və esselər vasitəsilə imtahan verməlidirlər.

  Hələ də ibtidai məktəb şagirdlərinin böyük əksəriyyətinə dilimizin orfoqrafik və orfoepik vərdişlərini öyrədə bilmirik. Nitqimizin əsasını təşkil edən nəqli cümləmizin intonasiyası bərbaddır. Əlbəttə, bu məsələdə ən böyük problem ibtidai məktəb proqramındadır. Müəllimlərin nitq mədəniyyətini yüksəltmək lazımdır. Bu günün müəllimi dialekt dilində danışır. Hətta yuxarı sinif müəllimləri də orfoepik vərdişlərə hələ tam yiyələnməyiblər, çünki mükəmməl orfoepiya lüğətlərimiz yoxdur.

   Nəhayət, Azərbaycan dilinin orfoqrafiya lüğətinin ilk nöqsanlı nəşrindən  9 il sonra -2013-cü ildə yeni nəşrinin  sorağını  eşitdik. Bu lüğətin hazırlanmasına böyük qüvvə sərf olunub, bir sıra bacarıqlı mütəxəssislər əməkdaşlığa cəlb olunub.  Təəssüf ki, yeni nəşr hər ailənin kitabxanasına yol tapa bilməyib,çünki qiyməti  bahadır.  Yeni nəşrin məziyyətləri ilə hamı tanış deyil. Çoxları  indi  ancaq yeni qayda kimi "fel"in  "feil" şəklində yazıldığını bilir. Orfoqrafiya lüğəti hər bir ailənin stolüstü kitabı olmalıdır.

   Məncə , hələ bir sıra sözlərin yazılışının  və  dil qaydalarının yenidən müzakirəsinə ehiyac vardır. Biz hələ "nənə" sözünün  yönlük haldakı orfoepiyasını müəyyənləşdirə bilməmiçik. Orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə böyük ehtiyac var. Radio və televiziya verilişlərinin dilinə nəzarət tamamilə unudulub. Bu sahədə hərc-mərclik var; heç kəsdən məsuliyyət tələb olunmur. Bəzi məmurlar cəm şəkilçisini ahəngə görə uyğunlaşdıra bilmir: “ vasitələr” - “vasitəlar”, “kliplər” - “kliplar”, “artikllər” - “artıkıllar” şəklində tələffüz edilir. “Farfor” sözündə vurğunu ikinci hecaya atırlar, “yarmarka” sözündə sonuncu hecaya düşdüyünü zənn edirlər.

   “Arzu etmək” felinin paradiqmasının tələffüzündə ( burada: şəxsə görə dəyişməsində) bəzi ziyalılarımız 6 dəfə çaşırlar. “Deyil” sözünün “degil”, “döyül”, “dəgil”, “döyü” variantlarından hətta ziyalılarımızın da nitqində rast gəlinir.

Dərsliklərimiz də yaxşı vəziyyətdə deyil. AMEA Nəsimi adına Dilçilik İnstitutu dil dərsliklrinə nəzarət edə bilmir.Onları narahat edən  orta məktəb müəllimlərinin metodik hazırlıqlarının  aşağı səviyyədə olmasıdır.Əlbəttə, bu narahatlıq başa düşüləndir. Faktları qeydə almaq ümumi işin bir tərəfidir. Əsas məsələ  əlbirlik və çətin məsələlərdə dil birliyidir. Ölkənin  sərəfraz müəllimləri  çoxdur. Onların bilik və bacarıqlarından istifadə olunmalıdır.
 Biz bu gün ortaq dilində  dərslik yazmaq barədə fikirləşməliyik. Əlbəttə, mən də bir sıra türkoloqlar kimi o fikirdəyəm ki, ortaq türk dili Azərbaycan dilində yazılmalıdır. Azərbaycan dilinin özəlliyi də, gözəlliyi də buna geniş üfüqlər açır. Bu fikrə  razı olmayan türk qardaşımız varsa, qoy ortaq türk dili kimi öz  türkcəsinə əsaslansın. İmtahan üçün "Dədə Qorqud dastanları"na müraciət edək. Onlara bu eposdan kiçik bir mətn  verək. 

" Gecə yaturkən Qaracıq Çoban qara qayğulu vaqeə gördi.Vaqeəsindən sərmərdi uru turdu.Qabancücü,Dəmirgücü - bu iki qardaşı yanına aldı .Ağılın qapısını bərkitdi. Üç yerdə - dəpə kimi  taş  yığdı, ala qollı sapanın əlinə aldı  ".

Türkdilli qardaşlarımızın Dədə Qorqud eposundan -  bu  məşhur ümumtürk dastanından   seçilmiş bu sözləri  başa düşəcəklərinə  şəxsən mən o qədər də  inanmıram:

 

 Azərbaycanlıların çoxu isə  bu sözləri başa düşür, incələyir və buradakı hər sözü çözəliyə bilir. Bu,faktdır.Faktdan da qaçmaq olmur.

Türkdilli məktəblilərin birgə fəaliyyətinə yönələn maarifçilik tədbirlərimiz , demək olar ki, yoxdur. Halbuki bu, günün tələbidir.

  Bu günlərdə şagirdlərimin birinin  essesində  maraqlı bir  fikirlə rastlaşdım.  Şagird orta məktəblər üçün hazırlanmış Tarix dərsliyinə əsaslanaraq,Azərbaycan dilininə Avropa alimlərindən birinin  verdiyi yüksək qiymətdən fərəhlə söz açırdı. 
  Faktı dəqiqləşdirmək üçün mənbələrə müraciət etdim,araşdırmalar apardım. Görkəmli  alman alimi,  dilçisi, din tarixçisi, Leypziq Universitetinin məzunu və sonralar bir sıra nüfuzlu universitetlərin professoru olan FRİDRİSH MAX MÜLLERin Azərbaycan dili haqqında  yüksək fikirləri  məni  də çox fərəhləndirdi və qürurlandırdı. F.M.Müller  (1863-1900)  yazırdı ki, elə bil dünyanın bir çox alimləri bir yerə yığışaraq Azərbaycan dilini - dünyanın ən mükəmməl, ən gözəl dilini yaratmışlar.
  Bu fikrin orijinal variantını-alman dilindəki variantını mütləq tapıb elmi ictimaiyyətə çatdırmaq lazımdır.
   Bugünkü türk dünyasının ortaq türk dilinə ehtiyacı vardır.Eşitdiyimə görə bu istiqamətdə müəyyən işlər görülməkdədir.  Ortaq  türk dili yaradaraq, bütün dünyanı gəzib-dolaşmaq mümkündür. Bu məqsədlə ortaq türk dilləri üçün minimum sözlük - ən çox işlənməsi məsləhət görülən lüğət -TEZLİK LÜĞƏTİ  yazmaq lazımdır. Lüğətə artıq çoxdan milliləşən alınma sözləri də daxil etmək məsləhətdir. Ortaq türk dilinin minimum sözlüyü üçün seçilən sözlərin rus və ingilis dilində tərcüməsi verilməlidir ki, ondan istifadə etmək mümkün olsun. Bu lüğət üçdilli linqvistik (filoloji) lüğət olmalıdır. Mənə elə gəlir ki, bu kitabın çapını ölkəmizdəki fondlardan biri öhdəsinə götürə bilər. Burada heç kəs unudulmayacaq. Qazanan xalq olacaq. Bu iş tarixdə adı qalan işlərdən biri kimi dəyərləndiriləcək.
  Burada maraqlı bir fikir yadıma düşdü. Gənclik illərimdə "Elektrik beyni ilə söhbət" adlı bir kitab oxumuşdum. Buradakı bir məqam hələ də yadımdadır:" İngilis fermeri  50 sözün köməyilə    ona  tabe olan, onun himayəsinə sığınan xarici ölkə qulluqçu ilə danışa bilir".
  Bəs bizə ortaq türk dili üçün neçə söz lazımdır?

 Lüğətdə əvəzliyin mənaca bütün növlərinə aid sözlər öz yerini tapmalıdır. Minimum sözlük lüğətində türk dillərinin əksəriyyəti üçün aydın olan sadə quruluşlu 100 ümumişlək fel, məktəb və maarifə aid 200 isim, məişət dilində ən çox işlənən 200-ə yaxın əşya adı, 25 rəqəm  adı (bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon, kvadrilyon, kvintilyon), sifətə aid 20-30 söz öz əksini tapmalıdır. Başqa sözlə, lüğətdə ilkin mərhələ üçün 600-700 sözün yerləşdirilməsi məqsədəuyğundur.
 

 Lüğətdə müəyyən paradiqmaların yerləşdirilməsi də vacibdir: zaman şəkilçilərinin şəxsə görə dəyişilməsi, mənsubiyyət şəkilçilərin paradiqması, fel şəkillərinin müqayisəli təqdimatı və s.
 Bu gün türk dünyasına, türk uşaqlarına XIX əsr maarifçiləri Səid Əfəndi Ünsizadə, Rəşid bəy Əfəndizadə, Sultan Məcid Qənizadə kimi ziyalıların dərslik, müntəxəbat və lüğətləri daha faydalı görünür.

 


Müəllifin digər yazıları

  1. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  2. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  3. Atamın türkdilli məktubları
  4. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  5. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  6. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  7. Bu dünyanın qızıl günü
  8. Qafur Rəşad Mirzəzadə fenomeni
  9. Papaq və qalstuk məsələsi
  10. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  11. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  12. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  13. Atamın şəkli
  14. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  15. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  16. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  17. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  18. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  19. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  20. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  21. Qara qoçun nağılı
  22. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  23. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  24. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  25. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  26. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  27. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  28. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  29. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  30. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  31. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  32. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  33. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  34. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  35. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  36. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  37. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  38. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  39. Nüktələr və nöqtələr....
  40. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  41. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  42. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  43. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  44. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  45. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  46. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  47. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  48. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  49. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  50. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  51. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  52. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  53. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  54. Bağışla, bağışla, bağışla bizi
  55. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  56. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  57. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  58. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  59. Bizə ən gərəkli - Fil hesabatı
  60. “Bağçasaraydan göndərilən məktub”
  61. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  62. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  63. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  64. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  65. Doğma yurdun qış lövhələri...
  66. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  67. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  68. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  69. Hamıya dostam mən,bir qardaşam mən
  70. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  71. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  72. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  73. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  74. Söz sözü çəkər, əgər sözün közü varsa
  75. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  76. Müəllim olanda da yaxşı müəllim olun
  77. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  78. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  79. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  80. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  81. Ay Allah bəndəsi, niyə yazıqsan?
  82. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  83. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  84. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  85. Təbrizdən kənd məktubları
  86. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  87. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  88. Dünya yaman dünyadır
  89. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  90. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  91. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  92. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  93. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  94. Sözgəlişi, ola bilər düzəlişi...
  95. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  96. Bu Dünya- Şirin Dünya.....
  97. Göz görür,ağıl kəsir....
  98. Tərcüməsiz başa düşülən tatar bayatıları
  99. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  100. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  101. Mənim nəğməli bibim - Foto
  102. Sən yazmasan,mən yazaram
  103. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  104. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  105. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  106. Qulam Məmmədli-120
  107. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  108. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  109. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  110. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  111. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  112. Bu tarix ki var, qəliz məsələ imiş......
  113. SÖZ KİMİNDİR?
  114. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  115. Mənim dualarım
  116. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  117. Təzadlar, ay təzadlar....
  118. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  119. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  120. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  121. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  122. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  123. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  124. Testdən qəsdən danışmırıq
  125. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  126. Dərsliklərimizin halı və vəziyyəti
  127. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  128. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  129. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  130. Hırsızın gözü əlyazmalara düşdü
  131. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  132. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  133. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  134. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  135. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  136. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  137. Hacı Səid Əfəndi Ünsizadə-191
  138. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  139. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  140. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  141. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  142. Bir daha Ünsizadələr haqqında
  143. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  144. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  145. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  146. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  147. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  148. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  149. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  150. Bizə hansı elmlər lazımdır və yaxud ...
  151. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  152. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  153. Soyqırımı günündə dostumu itirmişəm
  154. Bu yaz bir başqa yazdır
  155. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  156. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  157. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  158. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  159. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  160. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  161. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  162. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  163. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  164. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  165. Dərgahdan başlanan yol
  166. Fikrin ifadə formalarından biri
  167. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  168. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  169. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  170. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  171. Təhsil tariximizin maraqlı səhifələri
  172. Təhsil tariximizdən maraqlı səhifələri
  173. Akademiklərin cərgəsindəki müəllim
  174. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  175. Mübarizə bu gün də var,sabah da...
  176. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  177. "Əkinçi" qəzeti-140
  178. Mustafanın Çanakkala məktubu
  179. Məktəbdə elm və texnologiya həftəsi
  180. Mübarizə bu gün də var, yarın da....
  181. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  182. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  183. Yazımızın tarixi-özümüzün tarixi
  184. Fikrət Sadıq -Dədə Qorqud
  185. Tədqiqatçı öz fikrində israrlıdır
  186. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  187. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  188. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  189. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  190. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  191. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  192. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  193. "Bağçasaraydan göndərilən məktub"
  194. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  195. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  196. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  197. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  198. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  199. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  200. Abdulla Şaiqin uşaq bağçası
  201. "Ziya"nın biblioqrafiyası
  202. Kasıblığın üzü qara olsun
  203. Bu gün M.Ə.Sabirin ad günüdür
  204. Keçən günə gün çatarmı ... - Fotolar
  205. Elmə yönələn yolun başlanğıcı - FOTO
  206. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  207. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  208. Ucundadır dilimin həqiqətin böyüyü ...
  209. İlk hesab dərsliyimiz
  210. Yusif Vəzirovun kölgədə qalan yazıları
  211. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  212. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  213. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  214. Dərslik, dərslik, yenə də dərslik...
  215. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  216. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  217. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  218. "ZİYA"lı ziyalı - Foto
  219. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2515 san