10:44 27 Fevral 2015
4434 dəfə oxunub
Çap versiyası

 

Yazıma seçdiyim başlıq mənə aid deyil. Atam Qabilin eyni adlı, 7 bəndlik  şeirindən götürmüşəm bu adı. İlk və son şagirdləri, Yardımlının loğmanları Zeyni Adiyev və Şahbaz Əkbərova həsr etmişdi bu şeiri. Hər dəfə Yardımlıya gedəndə, onlar görüşünə gələndə uzaq 1948-49-cu illəri, Yardımlıda müəllimlik etdiyi günləri yadına salardı.

 

Yaxın gəlin mənə bir az,

Kövrək ötür sinəmdə saz.

Ey ilk və son şagirdlərim,

Həm sevincim, həm kədərim, -

Doktor Zeyni, doktor Şahbaz!

 

Mən lap cavan, siz lap uşaq...

Geri dönək, geri uçaq...

Zəng səsləri... tanış avaz...

“Çapayev”i əzbər desin

Doktor Zeyni, doktor Şahbaz!

        Bu xatirələrin  içində məzəli əhvalatlar da vardı. Onlardan birini qələmə almağa qərar verdim.

 

 

1948-ci ildə APİ Lenini bitirən, şəhər uşağı olan  Qabilin təyinatını verirlər ucqar dağ rayonu olan Yardımlıya. Üç yol maşını – avtobus, yük maşınının kuzovunda – dəyişə-dəyişə, nəhayət gəlib çıxır Yardımlıya. Başlayır Fəzail Əkbərovun (sonralar quda oldular) direktor olduğu orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs deməyə.

Yardımlı camaatında elə indinin özündə də müəllimə, elmə, biliyə böyük diqqət və hörmət var. Birinin uşağı ali məktəbə girə bilməyəndə xəcalətindən bir ay rayon mərkəzinə çıxa bilmirmiş. Müəllim cavan olsun, ya qoca küçəylə gedərkən, oturan ağsaqqallar da hörmət əlaməti olaraq ayağa durub, “Salam, müyəllim. Necəsən?” deyə hal-əhval tutarlarmış.

Kənara çıxan ev uşağı ilk növbədə nə üçün darıxar? Əlbəttə ki, evdə bişən  yeməkləriyçün. Günlərin bir günü əlaçı şagirdlərindən olan Zeyni Adıyev müəllimi Qabilə  yaxınlaşır.

-         Qabil müəllim, atam sizi evimizə qonaq çağırır.

-         Gələrəm, - deyə Qabil fikirləşmədən əlaçı şagirdinə cavab verir.

-         Müəllim, atam soruşdu ki, müəllimin ürəyi nə istəyir desin. Onu da bişirək.

-         Aş, - deyə Qabil  fikirləşmədən cavab verir.

Razılaşırlar ki, bəs səhəri günü axşam atası Buludxan onun arxasıyca yaşadığı evə gələcək. Səhər açılır. Zeyni yenə də Qabilə yaxınlaşır.

-         Müəllim, atam soruşdu ki, təkcə aş istəyir? Yeməklərdən başqa nə olsun?

-         Heç nə. Ancaq aş istəyirəm. Çoxdandır ki, aş yemirəm.

Zeyni duruxsa da, heç nə demir. Axşam olur. Vədələşdikləri kimi Qabil şagirdi Zeyninin qonağı olur. Süfrə açılır. Ortaya kasalarda dovğa gəlir. Qabil heç nə demir. Hörmət əlaməti olaraq dovğadan bir-iki qaşıq yeyir. Başlayır aşı gözləməyə. Zeyninin atası soruşur:

-         Müyəllim, daha yemirsən?

-         Yox. Bəsdir.

Bunu deyən kimi başlayırlar süfrəni yığışdırmağa, ortaya şirni düzməyə ki, bəs çay versinlər. Qabil də çaş-baş qalır ki, qonaq dəvət eləməkləri nədir, süfrəni yığışdırmaqları nə. Dözməyib soruşur:

-         Bəs özünüz əvvəlcədən soruşmuşdunuz,  mən də aş demişdim.  Bəs Zeyni sizə deməyib?

-         Müyəllim, deyib, - deyə Buludxan kişi dillənir. – Biz də bişirmişik.

-         Bəs hanı?

-         Müyəllim, bəs indi yediyin nə idi? Aş idi də. Deyəsən dadsız çıxmışdı, xoşuna gəlmədi. Bir-iki qaşıq yedin, day istəmədin.

-         Mən dovğa  istəməmişdim, mən aş istəmişdim.

Sonradan məlum olur ki, Yardımlıda aş  ayran aşına, yəni bakılıların dilində desək dovğaya deyirlər. Qabilin nəzərdə tutduğu yemək isə yardımlıların dilində “plov”dur. (Bakılılar plova aş deyirlər) Ona görə də Qabil  aş yemək istədiyini deyəndə şagirdi Zeyni duruxub qalıbmış. Atası Buludxan da onu ikinci dəfə məktəbə göndəribmiş ki, get müəllimdən bir də soruş. Aş-plov məsələsi o vaxtdan yaddaşlara yazılan ən gözəl xatirələrdən birinə çevrilmişdi.   


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0335 san