09:29 03 Fevral 2014
6793 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

    Mən bu məqalə ilə ilk dəfə 1992-ci ildə elmi işimlə əlaqədar arxivlərdə çalışarkən rastlaşmışam və bu yazının mahiyyətini "Novruz" qəzetinin (redaktoru yazıçı Cəmil Əlibəyov idi) 30.10.1992-ci il tarixli 40-cı (95) nömrəsində ədəbi və elmi ictimaiyyətin  diqqətinə çatdırmışam.
"Həyat" qəzetini vərərqləyirdım. 
Yerinə düşən qısa bir haşiyə."

   "Həyat" qəzeti Bakıda nəşr olunmuşdur.Bu,XX əsrin Bakıda nəşr olunan ilk Azərbaycan dillində çap olunan ilk mətbu orqandır.  Qəzetin  ilk nömrəsi 1905-ci il  iyunun 7-də çıxmışdır. Müdir və baş redaktoru Əhməd bəy Ağayev və Əl bəy Hüseynzadə idi. 1905-ci ildə qəzetin 131 nömrəsi çıxmışdır. 1906-cı iı 102-ci nömrədən sonra  qəzetə Əli bəy Hüseynzadə  tək rəhbərlik etmişdir. 1906-cı ildə qəzetin 194 nömrəsi  işıq üzü görmüşdür. 

Deməli, 131+194= 325 nömrə. "Həyat"ın  müasir əlifbamıza transliterasiya edilərək kitab  şəklində çap edilməsi  tariximizə əməli işlə verilən ən böyük xidmət olardı.Belə bir QƏZET KİTABININ nəşrinə mənəvi və maddi yardım edənləri  xalqımız heç zaman unutmayacaqdır.

  Əlbəttə, bunlar gəlişi gözəl sözlər deyil. Nə isə...

  "Həyat"ın 14 dekabr (cümə günü) 1905-ci il tarixli  118-ci nömrəsində  maraqlı bir yazıya rast gəldim.Bu,"Mürəttib M.Ə.R"imzası ilə yazılmış bir məqalə idi.Yazını birnəfəsə, böyük və ciddi maraqla oxudum, gizli imzanın kimə aid olmasını  vərəvud etməyə başladım. Vərəvud -Şirvan və Şəki zonalarında işlənən sözdür, "yoxlamaq,ölçmək,tutaşdırmaq" çəkmək,  mənalarına uyğun gəlir. Bu sözü çəkinmədən ədəbi dilə gətirmək olar.

   Ədəbiyyat və  mətbuat tariximizdə  gizli imzalardan istifadə etmək müxtəlif  məqamlardan irəli gəlir, kimi özünü şair və söz ustası kimi tanıtmaqdan ehtiyat edir, kimi oxucunu intizarda saxlamaq istəyir, kimi izi azdırmaq fikrinə  düşür. Məsələn,"Ziya" qəzetində "S" imzası  çox vaxt qəzetin baş məqaləsinin altında olurdu.Diqqətli oxucu onun qəzetin baş mühərriri və sahibi -imtiyazı Səid Ünsizadəyə aid olduğunu çətinlik çəkmədən tanıyırdı.   "Kürdəmir"dən " qeydi ilə verilən yol qeydlərinin  altındakı "M.B" imzasının  isə kimə aid olmasını  yazını çox diqqət və fəhmlə oxuyandan sonra başa düçmək olur. "M.B" əcnəbidir, ərəb dilini gözəl bilir, Şərq ədəbiyyatından xəbərdardır, bu yerlərdə məktəb və maarif məsələlərinə nəzarət etmək iqtidarına malikdir və s. 
                                                       
Şəxsən mən  işin içində olan bir mütəxəssis kimi bu imzanın kimə aid olmasını illərə arayıb axtarmışam."M.B" ədəbiyyatımızı  1868-ci ildə Avropada  -Almaniyanın Leypsiq  şəhərində çap etdirən, Peterburq Universiteində M.Topçubaşovun  və Mirzə kazım vəyin dərsliklərindən dərs keçən, Qafqaz Canişinliyində M.F.Axundazadə ilə bir yerdə çalışan Adolf  Petroviç  Berjedir. "B"-Berjedir. Bunu başa düşdük. Bəs imzanın əvvəlindəki "M"- nədir? 
   A.P.Berje (28 iyul 1828,Peterburq-31 yanvar 1896,Tiflis) Qafqazın və eləcə də Tiflisin ən ləyaqətli insanlarından biri kimi tanınırdı. Onun matəm mərasimi  Tiflisdə çox  böyük hörmətlə təşkil olunmuşdu.Adolf Petroviç Berjenin  düşmənləri yox idi, ona həsəd aparanlar isə çox idi. Mösyö Berje.... (Burada dayanıram).Kim? Müsyö Berje ? Bəli, Müsyö Berje!  Deməli, "M"-Müsyö,"B"- Berje... Müsyö - fransız sözüdür, müracit formasıdır. Rus alimləri öz alimlərinin sayını artırmaq üçün A.P.Berjeni  əslən alman olan rus şərqşünası kimi qələmə verirlər. Əslində Adolf Petroviç Berje  bizim meyarımızca,  milliyyətcə fransızdır.(Bəzi xalq və millətlərdə milli mənsubiyyəti anaya görə müəyyənləşdirirlər. A.P.Berjeni alman hesab edənlər,  yəqin ki, bu meyarı əsas hesab etmişlər).)  Onun atası  1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda müəllimlik etmişdir. Pyotr Berje 1820-ci ildə   əsli Meklenburqdan olan  varlı bir qızla evlənir, onların bu izdivacdan  dörd oğlu,  bir qızı olur. Adolf  ailənin iknci oğludur. O, əvvəlcə Peterburq yaxınlığındakı QATÇİN  YETİMLƏR İNSTİTUTUNDA, sonra isə PETERBURQ UNİVERSİTETİNİN şərq fakültəsində oxumuşdur.1851-ci ilin dekabrında, atasının ölümündın 13 il sonra, Peterburqdan Tiflisə -Qafqaz Canişinliyinə işləməyə göndərilmişdir.  

"M.B"-nin işləmək məcburiyyətində qaldığı Şərqdəki canlı və çox işgüzar həyat yolu belə başlayır.(A.P.Berje Şərq ölkələrinin birində işləmək   istəyirdi.Məzunların işləməyə göndərilməsinə ciddi nəzarət edən Rusiya çarı I Nikolay isə onu  Rusiyanın Şərqinə-Qafqaza göndərir:  "Rusiyanınöz Şərqi var.Bu, Qafqazdır.  Qoy elə ora yola düşsün"
Necə deyərlər, ağa deyir, sür dərəyə,sürməlisən.

   Mən həmişə M.Ə.Rəsulzadədən danışanda  A.P.Berjeni, A.P.Berjedən danışanda  qeyri -iradi  M.Ə.Rəsulzadəni -mətbuat  və ədəbiyyat yolunda  böyük işlər görmüş  bu iki şəxsi xatırlayır, onların  fərqli və  ümumi həyat cizgilərindən söz açmalı oluram.

   Nə isə ..."Həyat"dakı  "Mürəttib M.Ə.R." kimdir?
  M.Ə.Rəsulzadənin  "Həyat" və "İrşad"dakı bəzi  məqaləkərinin  dil, üslub və ideyası  "M.Ə.R" -in   Məhəmməd Əmin Rəsulzadə olduğuna  bələdçilik edir, yol göstərir
.

                                                                            
                                                                            ***
                                                       
   
Mürəttib  M.Ə.R . Mətbəələrimizə dair("Həyat" qəzeti, 14 dekabr 1905 -ci il, № 118 ) 

  Bizim müsəlmanlar  hər bir cəhətdən geridə qalıb, bütün işləri binizam olan kimi,  mətbəələri dəxi binizamdır. Məsələn, hürufat xəzinəsini(qassəsini) alalım. Bunun adını müsəlmanca eşitmədiyimdən  özümdən ad qoyub "Hürufat xəzinəsi " deyirəm. Bu hürufat xəzinəsinə  mamalik ( məmləkətlər-N.N.)  islamiyyənin hər yerində  bir tövr degil. Məsələn, Bakı mətbəələrində qassələr bir tövrdür,Tiflisdə ayrı tövrdür.  Əgərçe tərzi  ilə yerinə tökülməyübdür, həmçinin içəri Rusiyada olan müsəlman  (qasə)ləri bir ayrı şəkildədir. Xorasanda isə, eşitdigimizə görə, özlərindən xuddur( özlərinə məxsusdur-N.N.). Orada bir növ (qassə ) qayırublar ki, tuli (uzunluğu-N.N.) bir sajından uzun  olub, eni də arşın yarımacan olan  və (qassə)nin gözləri  bir qarış  uzunluqda  və eni iki  barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində  bir töbr (qassə) var ki,onu qədim zamanda Bakıda müsəlmani (qasə) olmayanda  bir nəfər mürəttib icad edibdür və  indiki kimi durur və qassədə  də o mürəttibdən başqa, heç kəs düzə bilməz.
   Bu səbəblərə görə hərgah bir mürəttib bu şəhərdən o biri şəhərə  və yainki bir
 məmləkətdən o biri məmləkətə keçsə, gərək ki, ac qalsın və yainki ac qalmasa da  bir aya kimi gərək qüvvəti- ləyamütə (əbədilik qüvvəsinə-N.N.) davam edüb, qassəni mütaliə edüb ögrənsin,sonra işləməgə başlasın.  
 
  Bir böylə    zamanda ki, cəmi xarici millətlərin  mürəttibləri şəhərlərdə özləri üçün  cəmiyyətlər təşxis (tanımaq-N.N.) verub ehtiyat səmərəsi yığıllar,tainki bikar vəqtlərdə ac qalmasunlar və bir şəhərdən  o biri şəhərə gedüb, özlərinə iş  tapanacan  o pul ilən güzəran etsünlər.
   Biz müsəlman mürəttibləri kar və kor  adamlar kibi dayanıb baxaruq, guya  heç bir adamlardan  degiliz.Qardaşlar, biz cəhalətimizdən  cəmiyyətlər təşkil edüb, ehtiyat sərmayəsini yığmaqdan  və xarici mürəttib  yoldaşlarımıza qoşulmaqdan ürkürük  isə, laməhalə (heç olmasa-N.N.)  öz qassələrimizi  tərtibə salaq  və  hamısını bir tövrdə edək, tainki bir qərib vilayətə gedəndə  ac qalıb, qeyrilərə  möhtac olmayaq və buna görə lazımdır ki, qassələrimizi  Osmanlı və  ya Misir qassələri  tərziylə edək, çünki onlar mətbəə işlərində  bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.).Onların qassələri bizlərinkindən  səliqəlidir. O tövr qassələrdən  düzülən xətlər  bizlərinkindən  kökçəkdir. və düzülməsi də asandır.
  Mürəttib qardaşlar! Hər cəmaət, hər sinif sənətkarları öz hallarını  və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz? Çalışmaq lazımdır. Baxmaq  ilən heç  zad olmaz.
    Və bir də bizim bəzi müsəlman mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar sonra gəlib bizim çörəgimizə  guya  mane olarlar.
   Bilmək olmayır ki, bunlar bu əsri görməyirlər, bu elmin tərəqqisini  və çap işinin artmasını başa düşməyirlər  və yainki özlərinin  dünya uzunu yaşamalarına inanırlar?
   Xaricilər bizim dilimizin mürəttibligindən çörək yeyirlər.
(Bu yerdə yadıma "Əkinçi"nin nankor, sası dinli  çuğulçu, söz aparıb söz gətirən mürəttibi düşür. Bəlkə də M.Ə.Rəsulzadə  onun nanəcib obrazını yaratmaq istəmişdir-N.N.).  Amma biz  öz milltimzin balalarına   (bildiyimizi -  əlavə mənimdir-N.N.) ögrətmək istəməyirüz, tainki onlar da  çörək yesinlər.

   Mürəttib M.Ə.R.

   
İdarədən: ("idarə" deyəndə burada müdir və baş mühərrir Əli bəy Hüseynzadəni başa düşmək lazımdır-N.N.).
   Müsəlman mürəttibligi sənətinin də tərəqqisi lazımdır.Bu 
da cəmiyyət və üzviyyat (orqanizasiya-izahat 
"M.Ə.R"indir-N.N.)ilə olur.  Əvvəllər hər şəhərin mürəttibləri  yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə  öz nəvaqislərini (nöqsanlarını-N.N.)  mövqeyi-müzakirəyə qoyarlar.İkmal (tamamlama,bitirmə,mükəmməlləşdirmə-N.N.) çalışırlar. sonra bir ölkənin, Qafqazın, məsələn müxtəlif  bəladidindən (bəla görmüşündən-N.N.)  iki-üç ildə bir kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər.... sonra işi  daha  böyüdüb beynəlmiləl bir islam mürəttib konqresi  dəvət edərlər... O  vəqt qassə də və sair ehtiyaclar da yoluna girər!... Anladınızmı?" 


                             ***
Hörmətli oxucular, "İdarədən" qeydləri Əli bəy Hüseynzadənin M.Ə.R-in qaldırdığı problemlərin vacibliyi ilə həmrəylik nümayişidir.Əli bəy Hüseynzadə M.Ə.R-in açıq deyə bilmədiyi sözləri kiçik bir qeydlə açıqlayır.Başa düşdünüzmü?

      Nazim Nəsrəddinov.
       03.02.2014-cü il.

                                   Ədəbiyyat
  1.Mürəttib M.Ə.R.  Mətbəələrimizə dair.
          "Həyat" qəzeti,14.12.2014-cü il, №  118.  
  2.Nazim Nəsrəddinov.  Mətbəələrimizə dair.
           "Novruz" qəzeti,30.10.1992-ci il, 
№  40(95). 
  3.В.Г.Дмитриев.Скрывшие свое имя.
            Издательство.  Наука. Москва -1977 г.
  4.Nazim Axundov.Azərbaycanda  dövri mətbuat. 
        Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı.Bakı, 1965.
  5.Nazim Nəsrəddinov.  Siz kimsiniz, müsyö Berje?
        "Ana sözü "jurnalı, 1995-ci il, №1-6, səh.47-48.





Müəllifin digər yazıları

  1. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  2. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  3. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  4. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  5. Bağışla, bağışla, bağışla bizi
  6. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  7. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  8. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  9. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  10. Bizə ən gərəkli - Fil hesabatı
  11. “Bağçasaraydan göndərilən məktub”
  12. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  13. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  14. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  15. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  16. Doğma yurdun qış lövhələri...
  17. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  18. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  19. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  20. Hamıya dostam mən,bir qardaşam mən
  21. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  22. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  23. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  24. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  25. Söz sözü çəkər, əgər sözün közü varsa
  26. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  27. Müəllim olanda da yaxşı müəllim olun
  28. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  29. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  30. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  31. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  32. Ay Allah bəndəsi, niyə yazıqsan?
  33. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  34. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  35. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  36. Təbrizdən kənd məktubları
  37. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  38. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  39. Dünya yaman dünyadır
  40. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  41. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  42. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  43. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  44. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  45. Sözgəlişi, ola bilər düzəlişi...
  46. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  47. Bu Dünya- Şirin Dünya.....
  48. Göz görür,ağıl kəsir....
  49. Tərcüməsiz başa düşülən tatar bayatıları
  50. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  51. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  52. Mənim nəğməli bibim - Foto
  53. Sən yazmasan,mən yazaram
  54. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  55. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  56. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  57. Qulam Məmmədli-120
  58. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  59. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  60. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  61. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  62. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  63. Bu tarix ki var, qəliz məsələ imiş......
  64. SÖZ KİMİNDİR?
  65. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  66. Mənim dualarım
  67. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  68. Təzadlar, ay təzadlar....
  69. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  70. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  71. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  72. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  73. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  74. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  75. Testdən qəsdən danışmırıq
  76. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  77. Dərsliklərimizin halı və vəziyyəti
  78. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  79. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  80. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  81. Hırsızın gözü əlyazmalara düşdü
  82. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  83. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  84. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  85. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  86. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  87. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  88. Hacı Səid Əfəndi Ünsizadə-191
  89. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  90. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  91. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  92. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  93. Bir daha Ünsizadələr haqqında
  94. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  95. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  96. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  97. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  98. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  99. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  100. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  101. Bizə hansı elmlər lazımdır və yaxud ...
  102. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  103. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  104. Soyqırımı günündə dostumu itirmişəm
  105. Bu yaz bir başqa yazdır
  106. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  107. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  108. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  109. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  110. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  111. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  112. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  113. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  114. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  115. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  116. Dərgahdan başlanan yol
  117. Fikrin ifadə formalarından biri
  118. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  119. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  120. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  121. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  122. Təhsil tariximizin maraqlı səhifələri
  123. Təhsil tariximizdən maraqlı səhifələri
  124. Akademiklərin cərgəsindəki müəllim
  125. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  126. Mübarizə bu gün də var,sabah da...
  127. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  128. "Əkinçi" qəzeti-140
  129. Mustafanın Çanakkala məktubu
  130. Məktəbdə elm və texnologiya həftəsi
  131. Mübarizə bu gün də var, yarın da....
  132. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  133. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  134. Yazımızın tarixi-özümüzün tarixi
  135. Fikrət Sadıq -Dədə Qorqud
  136. Tədqiqatçı öz fikrində israrlıdır
  137. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  138. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  139. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  140. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  141. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  142. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  143. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  144. "Bağçasaraydan göndərilən məktub"
  145. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  146. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  147. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  148. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  149. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  150. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  151. Abdulla Şaiqin uşaq bağçası
  152. "Ziya"nın biblioqrafiyası
  153. Kasıblığın üzü qara olsun
  154. Bu gün M.Ə.Sabirin ad günüdür
  155. Keçən günə gün çatarmı ... - Fotolar
  156. Elmə yönələn yolun başlanğıcı - FOTO
  157. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  158. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  159. Ucundadır dilimin həqiqətin böyüyü ...
  160. İlk hesab dərsliyimiz
  161. Yusif Vəzirovun kölgədə qalan yazıları
  162. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  163. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  164. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  165. Dərslik, dərslik, yenə də dərslik...
  166. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  167. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  168. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  169. "ZİYA"lı ziyalı - Foto
  170. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-01-2018
19.01.2018 Prandelli qovuldu
19.01.2018 Sabahın havası
19.01.2018 Neft ucuzlaşıb
18-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4354 san