09:38 10 Mart 2015
4150 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 Məhəmməd Əmin Rəsulzadə nə vaxt   anadan olmuşdur? 
                                                   sualının cavabı belədir:
                    

" Qaranı qara ,ağı ağ kimi görə biliriksə, Məhəmməd Əmin  Axund Molla Ağa oğlu Rəsulzadə 1884-cü il fevralın 29-da anadan olmuşdur".

       Kim inanmırsa, bu daş,bu da tərəzi...

 
                           Yeni tapılmış sənədlər 
            M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır


Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalmış , ondan nadir hallarda istifadə olunmuşdur. Artıq neçə illərdir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə öyrənilir. Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii -fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli, faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləiyr.
Arxivdə maarifçılık və dil materiallarına aid sənədlər üzırində işləyərkən , görkəmli maarifçı din xadimlərinin həyat və yaradıcılığını oyrənərkən Rəsulzadə soyadına rast gəldim. Bu ad mənə tanışdır. Babamın da,oğlumun da adı Rəsuldur. 
Oxucuları intizardan qyrtarmaq üçün deyim ki, söhbət Azərbaycan Milli Şurasının sədri Məmməd Emin Rəsulzadənin (1884-1955) atasından gedir.

Materiallarla tanışlıq üçün arxivə sifarış verdim: 290 nömrəli fond,saxlama vahidi -2266. 
Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan tariximiz -tariximiz üçün əvəzciz mənbədir. Sənədlər toplusunun tərcüməsi belədir:


Bakı Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA

( o həm də AXUND HACI MOLLA ƏLƏKBƏRDİR) 

RƏSULZADƏNİN


FORMULYAR SİYAHISI

**17 mart 1901-ci ildə tərtib olunmuşdur.**

******

ФОРМУЛЯРНЫЙ СПИСОК

ЧЛЕНА БАКИНСКОГО ГУБЕРНСКОГО ШИИТСКОГО МЕДЖЛИСА

АХУНДА ГАДЖИ МОЛЛА АГА 
(он же АХУНД ГАДЖИ МОЛЛА АЛИ АКБЕР) РАСУЛZАДЕ

** Составлен 17 марта 1901 года.**

******


Formulyar siyahıdan məlum olur ki, Molla Ağa (Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. (365 gündə... Məhəmməd anadan olan il -366 gün idi, uzun fevrallı il idi, il 4 rəqəminə qalıqsız bölünürdü).
Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var:Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü -evi və həyəti var.Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var.
Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.). 
Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub.Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub.
Formulyar siyahıda Axund Hacı Molla Ağanın ( Axund Hacı Molla Əli Əkbərin ailə vəziyyətindən də danışlır:arvadı Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ ZAL qızıdır.


Oğlu MƏHƏMMƏD ƏMİN 29 fevral 1884 -cü ildə, Qızı Şəhrəbanu isə 9 sentyabr 1888-cı ildə anadan olub. 


Maraqlıdır ki, M.Ə.Rəsulzadənin təvəllüdü bütün mənbələrdə 31 yanvar 1884-cü il göstərilir. 

Bu yanlışlıq M.Ə.Rəsulzadə haqqında tərtib olunmuş və dünyaya səpələnmiş  ensiklopediyada  da öz əksini tapıb.

Aşkarladığımız yeni sənədlər, yəni Məmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olduduğu faktı Azərbaycan Demokratik Respublikası Milli Şurasının sədrini düz bir ay cavanlaşdırır.Bunu yazıya əlavə etdiyimiz arxiv sənədlərində də görə bilərsiniz. Ola bisin ki,M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə anadan olduğunu göstərən sənəd də var. Əgər belə bir  fakt da varsa, gəlin  sənədləri müqayisə edək, dərin elmi araşdırmalar aparaq. Unutmayaq ki, bir yazımızın səhvi məhəbbətlə   yazdıqlarımızın  bəzilərinə  də  inamımızı azala bilər.

     Məhəmməd Əmin Rəsulzadənin  baş daşında  onu düz bir ay cavanlaşdıran


                 Məhəmməd Əmin Rəsulzadə

    (29 fevral 1884-cü il, Bakı, 

Novxanı  kəndi -
                 6 mart 1955-ci il, Ankara)
    

           
sözlərinin yazılmasını mötəbər mənbəyə əsaslanan 

faktın təntənəsi  hesab edirəm.
  İsrarla dediklərimdə səhv tapsanız(əgər belə  səhv  varsa), səhvi təkzib etməyə nə var ki...



...M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub.Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini, bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşının tamamına  hələ bir neçə ay qalmış çoxuşaqlı sakini  MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU 
yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür. O, müəllimlik attestatı (diplomu yox-N.N.) almaq niyyətilə Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsində imtahan verir. Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa idi. Onun Axund Hacı Molla Ələkbər adını da yadda saxlayın.


Müəllifin digər yazıları

  1. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  2. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  3. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  4. Sözgəlişi, ola bilər düzəlişi...
  5. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  6. Bu Dünya- Şirin Dünya.....
  7. Göz görür,ağıl kəsir....
  8. Tərcüməsiz başa düşülən tatar bayatıları
  9. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  10. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  11. Mənim nəğməli bibim - Foto
  12. Sən yazmasan,mən yazaram
  13. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  14. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  15. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  16. Qulam Məmmədli-120
  17. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  18. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  19. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  20. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  21. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  22. Bu tarix ki var, qəliz məsələ imiş......
  23. SÖZ KİMİNDİR?
  24. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  25. Mənim dualarım
  26. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  27. Təzadlar, ay təzadlar....
  28. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  29. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  30. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  31. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  32. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  33. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  34. Testdən qəsdən danışmırıq
  35. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  36. Dərsliklərimizin halı və vəziyyəti
  37. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  38. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  39. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  40. Hırsızın gözü əlyazmalara düşdü
  41. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  42. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  43. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  44. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  45. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  46. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  47. Hacı Səid Əfəndi Ünsizadə-191
  48. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  49. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  50. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  51. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  52. Bir daha Ünsizadələr haqqında
  53. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  54. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  55. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  56. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  57. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  58. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  59. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  60. Bizə hansı elmlər lazımdır və yaxud ...
  61. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  62. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  63. Soyqırımı günündə dostumu itirmişəm
  64. Bu yaz bir başqa yazdır
  65. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  66. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  67. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  68. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  69. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  70. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  71. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  72. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  73. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  74. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  75. Dərgahdan başlanan yol
  76. Fikrin ifadə formalarından biri
  77. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  78. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  79. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  80. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  81. Təhsil tariximizin maraqlı səhifələri
  82. Təhsil tariximizdən maraqlı səhifələri
  83. Akademiklərin cərgəsindəki müəllim
  84. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  85. Mübarizə bu gün də var,sabah da...
  86. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  87. "Əkinçi" qəzeti-140
  88. Mustafanın Çanakkala məktubu
  89. Məktəbdə elm və texnologiya həftəsi
  90. Mübarizə bu gün də var, yarın da....
  91. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  92. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  93. Yazımızın tarixi-özümüzün tarixi
  94. Fikrət Sadıq -Dədə Qorqud
  95. Tədqiqatçı öz fikrində israrlıdır
  96. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  97. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  98. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  99. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  100. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  101. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  102. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  103. "Bağçasaraydan göndərilən məktub"
  104. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  105. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  106. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  107. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  108. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  109. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  110. Abdulla Şaiqin uşaq bağçası
  111. "Ziya"nın biblioqrafiyası
  112. Kasıblığın üzü qara olsun
  113. Bu gün M.Ə.Sabirin ad günüdür
  114. Keçən günə gün çatarmı ... - Fotolar
  115. Elmə yönələn yolun başlanğıcı - FOTO
  116. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  117. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  118. Ucundadır dilimin həqiqətin böyüyü ...
  119. İlk hesab dərsliyimiz
  120. Yusif Vəzirovun kölgədə qalan yazıları
  121. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  122. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  123. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  124. Dərslik, dərslik, yenə də dərslik...
  125. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  126. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  127. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  128. "ZİYA"lı ziyalı - Foto
  129. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ucuzlaşdı - VİDEO
01:25 27.06/2017
 
Xəbər başlıqları
28-06-2017
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2973 san