10:32 16 Mart 2015
3403 dəfə oxunub
Çap versiyası

(Dostum İbrahim Ömərovun vəfatının ildönümünə buraxılan “Ağlın zirvəsində sönən bir çıraq” adlı xatirə kitabını varaqlayarkən)

 

Xatirə kitabları. Düzünü desəm sevmirəm bu kitabları. Çünki hamısı monotondur. “Gözəl insan idi. Qayğıkeş ailə başçısı, yaxşı oğul, yaxşı ata, gözəl dost” – bundan bir addım da irəli getmir ölən şəxs haqda xatirə kitabları. Başqa nə yazasan ki? Sadəcə deyiləsi başqa söz tapmırıq. Çünki belə görmüşük. Bu kitabların qəlibi əvvəldən belə tökülüb. Başqa bir tərəfdən mərhumun ildönümünə tərtib olunan bu cür kitablar da hər mərhumla bağlı hazırlanmır, çap edilmir. Çünki həmin insan haqqında yazmaq üçün onun şəxsiyyət, ağsaqqal, sənətkar, görkəmli alim, şair, yazıçı, dövlət xadimi olması gərək. Yaşı da ki, 60-dan yuxarı. 

Atam Qabilin il mərasimində Yazıçılar Birliyi Sona Xəyalın tərtibçiliyi ilə “Qabilli, Qabilsiz günlər” adlı kitab çap etmişdi. Ordan yalnız bir-iki xatirəni oxuya bildim. Nə oxuyaydım ki? Atamı insan və şair kimi mənə tanıtdıracaqdılarmı?  Xatirə kitabları sadəcə kitabdır. Dünyadan köçənə hörmət, yaxınlarına isə təsəlli.

Amma dostum İbrahimin vəfatının ildönümünə buraxılan ”Ağlın zirvəsində sönən bir çıraq” (“Bakı Çap Evi” nəşriyyatı) adlı xatirə kitabı mənim bütün təsəvvürlərimi alt-üst etdi.

Çox yox. Cəmi 37 il ömür sürəsən və sənin haqqında dostların, doğmaların, lap  iki-üç dəfə görüşdüyün insanlar SÖZ  yaza bilə. “Söz”ü özüm böyük hərflə yazdım. Çünki bu kitabda cümlə yox, hər bir söz təkrarsız və qiymətlidir. İbrahim Nizami oğlu Ömərova layiqlidir.

250 səhifəlik kitab və ya İbrahim institutu bitirəndən sonra yaşadığı on beş illik şüurlu ömrə verilən yekun qiymət. Fikirləşirəm, görəsən Allah 70-80 il ömür versəydi, onun haqqında yazılanlar neçə cildə sığardı? Müəlliflər siyahısına baxıram. Millət vəkili, professor, alim, aparıcı jurnalistlərimiz, sadə insanlar, qohumlar. Hələ tam deyil bu siyahı. Neçə-neçə dostunun, iş yoldaşının onun ölümündən sonra göz yaşları qurumasa da, qələmlərinin mürəkkəbi quruyub. Təqsirkarsa feilin keçmiş zamanıdır. Onun haqqında keçmiş zamanda yazmaq çox çətindir.

Mən bu kitabın redaktoru, ön sözün müəllifi və tərtibçisi professor, dostumuz  Buludxan Xəlilovun və ideya rəhbəri, İbrahimin xanımı Elnarə Ömərovanın  yerində olsaydım hisslərini varağa köçürə bilməyən insanların da adlarını, şəkillərini o kitaba salardım. Sadəcə onlara ayrılan hər səhifədə böyük, qara hərflərlə bir SÖZ yazardım: “SÖZSÜZ”. Çünki qiyməti olmayan hər hansı bir sənət şedevrini qiymət cədvəlində rəqəm tapa bilməyəndə “QİYMƏTSİZ” etalonuyla qiymətləndirirlər. Bəs söz tapa bilməyəndə necə? Əlbəttə ki, “SÖZSÜZ”. Axı belə məqamlarda SÖZ də qiymət etalonudur. Bəs qələmi olmayan, İbrahimi sevən digər sadə sənət sahibləri, insanlar istəməzdilərmi ki, bu kitabda adları və şəkilləri getsin? Əlbəttə ki...  belələri yüzlərlədir.

Bu kitab bir xatirədir. Kitab rəfimizi bəzəyən xatirə yox. Ömrümüz boyu ürəklərimizdə gəzdirəcəyimiz xatirələr. İbrahimlə bizi isə yalnız bir şey fərqləndirir. Kitab da elə bu cümlələrlə bitir. Həyat yoldaşı Elnarə Ömərovanın sözləri hamımızın sözüdür: “...hər dəfə ananla, uşaqlarla “yeni mənzilinə” baş çəkəndə dostlarının gətirdiyi gülləri görürəm. Onlarla qarşılaşıram. Unutmayıblar, unutmurlar... Hər şey eynidi... baxışların, duruşun, təkcə görüş yerin dəyişib. Biz ağlayırıq, sən gülümsəyirsən...

 

Artıq sənin üçün dayanan zaman

Mənimçün dolanır...

Gün olur axşam.

Vaxt keçir... sən məndən uzaqlaşırsan

Mən sənə günbəgün yaxınlaşıram”.

 

P.S. Bu qədər İbrahim. Bu da dostun Mahirin sənin haqqında yazdığı növbəti SÖZ.  Yeni zaman kəsiyində, yeni dostlarınla, biz dostlarsız qeyd etdiyin  1 yaşın mübarək! Yekə oğlan olasan!

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3959 san