10:04 05 Aprel 2015
4958 dəfə oxunub
Çap versiyası

  ANS-də Kəlbəcərlə bağlı kadrlara baxanda ilk diqqətimi çəkən ağaca bağlanmış, köçhaköçü kədərlə izləyən və bu ayrılığın çox uzun sürəcəyini instiktlədə olsa anlayandan sonra  fınxıra-fınxıra o yan bu yana dartınan ağ bir at oldu. Bəlkə də başı öz canının, övladının hayına qarışan sahibi unutmuşdu onuda.

         Atların kişnərtisi, itlərin ulartısı göylərdən deyil, insan oğlundan gələn səssiz bəlanın tezləşdiyini xəbər versə də kimsəsizlər kimsənəsi hələ köməyə çatmırdı. Əzizlərinin qəbrindən tütyə torpaq götürməyə gücü çatmayan ağbirçək nənələrin  dilindən qopan dualar qəfil atılan daşla hürkən göyərçinlər  kimi havada perik-perik olmuşdu.

         Yeri gəlmişkən, kadrlarda operatorun peşəkarlığının və yurdcanlığının şahidi oldum. Gördüklərini çəkə-çəkə bir ucdan da içini çəkirdi…

         Zivələrdə pal-paltarı qalan ev yiyəsi onu yığmağı unutmuşdu. Həyəcanla verilən, doğru-dürüst olmayan xəbərlərdən xoflanmışdı Aşıq Şəmkirin eli. Düşmənin əlinə keçmək, ona əsir, girov olmaq, əslində,  dirigözlü oda-alova atılmaq demək idi. Axı Xocalı yarası hələ qan verirdi. Ozamankı ölkə rəsmilərinin bəyanatları isə təhlükəsizliyə zəmanət vermirdi. Birdə ki, təhlükəsizliyə o zaman zəmanət verilərdi ki, millətin və dövlətin güvəndiyi, özünə arxa-dayaq bildiyi, güclü ordu olsun.

         Kadrlara baxa-baxa çiynində avtomat, pülemyot Kəlbəcəri tərk edənləri anlaya bilmirəm. Görəsən, aralarında bircə nəfər də olsun anlayırdımı ki, beləcə, Vətəni atıb gedirlər?

         Düz, 22 ildir ki, bu suala cavab tapa bilmirəm...

         Hələ də gözlərimin önündən getməyən bir kadrı görəndə isə ürəyimdən bu keçdi: Allah heç kimi və heç nəyi yiyəsiz eləməsin...

         Yanı quzulu ağsaq bir qoyun köçə qatılmağa can atırdı. Ancaq quzusu onun ayaqlarına dolaşıb getməyə, köçə qoşulmağa imkan vermirdi. Yazıq quzu nə biləydi ki, insanlara gələn bəla heyvanlardan da yan keçməyəcək.

         Düz, 22 ildir ki, süddən yanıq quzular girir yuxuma...

         Bu da keçər...Bir mahnıda deyildiyi kimi...

         Kəlbəcərsiz keçən bu 22 ildə Dilqəmi, Şahbazı və bu gün doğulduğu torpaqda düşmən tərəfindən amansızcasına qətlə yetirilərək haqqa qovuşan Həsəni xatırladım. Bəlkə də onların Kəlbəcərə keçdiyi cığırlarda ot bitməyib. Ayaq izləri göyərib yurddaşlarımızın. Gəlin, o izlərə qoşulub, o izləri qoruyub Kəlbəcərə gedək.

         Sözü və özü qızıl olan Kəlbəcərimiz, ruhu üşüyən Şəmşirimiz, o torpaqlarda şəhid olan oğullarımız, həsrət yolları bizi gözləyir...

        

         Hafiz Hacxalıl


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018
21.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4187 san