09:26 16 Aprel 2015
11251 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

 

 

Müstəqil Azərbaycanda Ulu Öndər H.Əliyev tərəfindən əsası qoyulan Dövlət quruculuğu Siyasi Nəzəri Məktəbi Akademik Ramiz Mehdiyevin də müxtəlif istiqamətli əsərləri ilə zənginləşdirilmişdir. Bu əsərlər ölkə ictimaiyyətşünaslıq elminin inkişafı və keyfiyyətinin yüksəldilməsində,  həmçinin müasir Azərbaycan Siyasətşünaslıq, Fəlsəfə, Siyasi-Hüquqi Təlimlər Tarixi elminə yeni baxışdır. Bu baxımdan Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” əsərində Azərbaycan ictimai - siyasi elmində kifayət qədər araşdırılmayan, obyektiv tədqiqini gözləyən məsələlərin yeni baxışdan tədqiqidir.

Bu yeni kreativ məntiqli əsərdə Azərbaycanın Dövlətçilik İnstitutu, onun siyasi-ictimai mərhələləri, bu dönəmdə Şahlıq təsisatı, onun formalaşdırılması haqda müfəssəl elmi nəzəri təhlil aparılmışdır. Belə ki, rəsmi dəlil və faktlara istinadən tədqiq olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” əsərində Milli Dövlətçilik İnstitutumuz, Şahlıq Tariximiz sənədlərlə canlanırsa müəllifin, “Dağlıq Qarabağ : məxəzlərdən oxunan kitab” əsəri isə Rəsmi Sənədlərin Danışdığı Silahdır. Milli Tariximizə baxışın obyektiv açıqlanması, yazılması ideyasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Böyük Azərbaycanlı Ulu Öndər Heydər Əliyev demişdir : “Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirmiş insandır” (1; 126)

Bu baxımdan da R.Mehdiyev məhz Ulu Öndər H.Əliyev məntiqi ilə : “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə,  xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır” (1; 29) fikrinə əsaslanmış və Dövlətçilik İnstitutumuza belə bir Siyasi Nəzəri Abidə həsr etmişdir.

Əsər Böyük vətəndaşlıq, milli təəssübkeşlik hissi ilə yazılmış Azərbaycan siyasi fikir tarixində Şah İsmayıl şəxsiyyətini və onun xidmətlərini pozitiv meyarda görmək istəməyənlərə Cavabdır. Akademik göstərir ki, “Şah  İsmayıl dövrünün çətinlikləri içində real hadisələr ilə hərəkət edən, müqəddəs imam, peyğəmbər deyildi. O, Dövlət Xadimi, döyüşçü, Sərkərdə idi. Onun qarşısında islam dünyasının problemlərini həll etmək məsələsi durmurdu. Qarşısında duran Məqsəd Azərbaycan Torpaqlarını Birləşdirmək idi. Məhz bunu da yekunda etdi. Azərbaycan tarix elminin də borcudur ki, məhz İsmayılın bu kontekstdə obrazını yaratsın. Müxtəlif subyektiv mülahizələr, sektant qızışdırıcılıq mövqeyindən çıxış edilməsin. Məhz Əsər də bu istiqamətdə ilk Addımdır. Bu monumental kitab üç cilddən ibarətdir. Müəllif özü göstərir ki, birinci cild iki hissəyə bölünür. Birinci hissədə Səfəvilər tarixinin ocağı, onun etnik mənşəyi, İsmayılın və onun varislərinin Azərbaycan Torpaqlarının Birləşdiriliməsi uğrunda Şanlı Yolu, həmçinin bu dövrün siyasi sistemi və dini siyasəti, Səfəvilər dövlətinin mədəniyyət məsələləri işıqlandırılır. Kitabın ikinci hissəsində Şah ismayılın xarici siyasəti, apardığı savaşlardan bəhs olunur.

Akademik özü təvazökarlıqla yazır ki: “Əlbəttə ki, bu kitab Şah İsmayılın həyat və fəaliyyəti ilə bağlı bütün sorğuların həlqəsinə cavab vermir. Lakin milli tarix və ictimai fikir də tədqiqatın aktuallığını, əhəmiyyətini nəzərə alıb, bu mövzuya müraciət edilibdir”. (3;5)

Əsərin Ön söz əvəzinə bölümündə müstəqil Azərbaycanın siyasi taleyinin ən önəmli aspektləri, siyasi - tarix, siyasətşünaslıq və ictimai fikir tarixinin fəlsəfi konteksdə təhlilinin zəruriliyi vurğulanır. Kitabda keşmiş Sovet dövrünün məqsədyönlü olaraq milli köklərin, milli dövlətçiliyin unutdurma siyasətinə də toxunulur. Lakin bununla belə, keçmiş SSRİ dövründə azərbaycan tətqiqatçıları, elm nümayəndələrinin fundamental əməklərinin də uğurlarından bəhs edilir. Həmin əsərlərin bu gün də öz elmi aktuallığını saxlanması qeyd olunur. Nəzərə yetirilir ki, nəinki yerli tədqiqatçılar, hətta xarici tədqiqatçılarda bu əsərlərə müraciət etmədən, Azərbaycan tarixi, fəlsəfəsi, Dövlətçilik siyasəti öyrənilə bilməz. Əsərdə göstərilir ki, məhz 1993-cü ildən, Ulu Öndər H.Əliyev göstərişlərinə əsasən Azərbaycanda siyasi-iqtisadi stabillik yaranandan sonra, ölkədə milli tarixi, fəlsəfi, siyasi hüquqi-təlimlər irsinin öyrənilməsinə rəvac verildi.

Kitabda həmçinin bu gün Azərbaycan ictimai-siyasi elminin qarşısında duran, hansı mövzuların öyrənilməsi zərurətinin daha vacib olduğu haqda çoxsaylı sorğular qoyurlur. Müəllif bu əsərdə də Qızıl Orta kimi yenə Azərbaycanın ən taleyüklü, ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsinə toxunur, bir daha qeyd edir ki: “Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi ərazisidir, heç bir vaxt Ermənistan ərazisi olmamışdır”. (3; 8)

Əsərdə: “Dağlıq Qarabağ həqiqətləri uğrunda mübarizə apararkən, digər milli özünüdərk, milli siyasi tarixi elmi problemlərimizin də vacib olması və unudulmaması teoremini irəli sürür. Müəllif məhz unutqanlığımızın FACİƏsi nəticəsində, milli maraqlarımızı müdafiə etməməyimizə görə başımıza gələnlərə Qanla cavab verməyimizə gətirib çıxartdığını xüsusi olaraq BİR İDEOLOQ kimi diqqətə yetirir.

Əsərdə  köklü, əsaslı tariximiz siyasi – hüquqi, hərbi – siyasi, nəzəri aspektdə qədim mənbələrdən başlayaraq, ilkin Dövlətçiliyimiz strukturlarının meydana çıxma mərhələsi prosesinədək açıqlanır.

Akademik azərbaycançılıq səpgisində milli siyasətşünaslıq, siyasi - hüquqi təlimlər, hərbi – siyasi, milli sosiologiya, siyasi - tarixşünaslıq və s. ictimai elm  nümayəndələrinin qarşısına bir Proqram xarakterli tövsiyyələr qoyur. Nədir bu məsələlər? Bunlar:

 - qədim Manna və Midiya dövlətlərinin siyasi varisliyi; - Zoroastrizm təliminin tarixi;  - Qafqaz Albaniyasının siyasi, etink və mədəni irsi, həmçinin Qafqaz Albaniyası kilsəsinin faciəvi keçmişi haqda; - İslam dininin Azərbaycanda, azərbaycan xalqının milli özünüdərkinin formalaşmasınada təsirini; - Orta əsrlər Azərbaycanın görkəmli şəxslərinin ümumbəşəri mədəniyyətə verdiyi töhfələr; - ADR-ın bütün yaradıcılarının daha əsaslı, dərindən rolunun araşdırılması və s. problemlərin öyrənilməsinin aktuallığıdır.

Müəllif Milli Azərbaycan Elmşünaslıqı qarşısında tədqiqatların Məqsəd və Vəzifələırinin araşdırılması yolunu Göstərir və həm də bu təhlillərin metod və metodologiyasına da istiqamət verir.

Milli Azərbaycan Elmində Milli Siyasi Nəzəri Məktəbin formalaşması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi əsərdə əsas strateji xətt götürülür və Baş istiqamət kimi əsaslandırılır.

Əsərin önəmli, əhəmiyyətli klassifikasiyası Şah İsmayıl haqda bu gündə səngiməyən məqsədyönlü falsifikasiyalara ilk dəfə işıqlandırılan faktiki Sənədlərlə Cavabdır. Müəllif özü də vurğulayır ki, Azərbahycanın Böyük Dövlətçilik İnstitutunun ən dərin qatlarını öyrənmək üçün Türkiyə, İran, İskəndəriyyə kitabxanalarında çox axtarışlar aparmaq lazımdır. Çoxsaylı materiallar, ilk dəfə işıq üzü görən Danışan Sənədlər müəllifin qənaətincə: “ Səfəvilər dövlətinin çoxsaylı aktiv diplomatiyasını öyrənə bilməklə bahəm, həm də aydın olur ki, bizim tariximizdə olan belə böyük bir imperiya Ön Asiyanın geniş ərazisindəki siyasi proseslərə də öz təsirini göstərmiş olmalı idi. Bu isə hər bir azərbaycanlının qurur duyacağı bir məxəzdir” . Müəllif öz fikrinə davam edərək açıqlayır ki: “hər bir Dövlət Xadimi tərəfindən yazılan məktubların siyasi əhəmiyyəti ilə yanaşı, həm də ədəbi qiyməti olur. Bu kontekstdən də Şah İsmayılın yazdığı bütün diplomatik məktublar, bədii yazılar dövrün siyasi-ictimai və mənəvi – mədəni, eləcə də siyasi – iqtisadi mənzərəsini öyrənmək üçün də əsas mənbədir. Şah İsmayıl tərəfindən yazılan bu məktublar həm də Səfəvilər hakimiyyətinin dini-ideoloji baxışlarını da təhlil etmək üçün bir əsaslı istinadlardır.

Zəngin Azərbaycan mədəniyyətinə də əsərdə həm siyasi nəzəri aspektdən, həm də ictimai fikir tarixi zəminindən nəzər yetirilmişdir. Görkəmli Azərbaycan mütəfəkkirləri, elm, incəsənət, siyasət, mədəniyyət nümayəndələrinin dövrünün Siyasi Mənzərəsində  böyük iftixar hissi ilə, həssaslıqla  adları çəkilir, fəaliyyətləri xüsusi vurğulanır.

Akademik Akif Əlizadənin 26 noyabr 2014 – cü il tarixində AMEA-da keçirilən bu əsərin təqdimatında söylədiyi kimi: “Bu kitab Elmdə multidisiplinar yanaşma, fənnlərarası identifikasiyadır”.

Əsərdə Şah İsmayılın qəhrəmanlığı və qorxmazlığı haqda hətta erməni müəlliflərinin də salnamələrində rast gəlinməsi faktlarına toxunulur. Akademik XVII əsr erməni müəllifi Zakariy Kanakertsidən nümunə verərək göstərir ki: “Şah insandan yüksək gücə malik idi, ona “qoçqapan” deyiblər” və s.

Akademik daha bir ciddi məsələyə də Sənədlərin reallığı ilə açıqlama gətirir. Belə ki, elmi ictimaiyyətin bir çoxu üçün Şah İsmayıl idellaşmış qəhrəmandır, təbiidir ki, hətta obyektiv tənqiddən belə sığorta edilir. Bir çoxlarının anlamında İsmayıl – “məsihdir”, (“мессия”) yəni ki, öz dövlətini öz ətrafında birləşdirib, Vahid Mərkəzləşdirilmiş Azərbaycan Dövləti qurdu. Başqa bir fikrə əsasən isə, İsmayıl adi dini fanatikdir, şiə bayrağını yüksəldib, azərbaycan türklərinin siyasi özünüdərkinə dağıdıcı zərbə vurmuş, onun qurduğu Səfəvilər Dövləti isə milli – siyasi yox, dini xarakter daşımışdır. Bu fikrin tərəfdarları nəinki azərbaycan türk reallıqlarının daha çox iran əlamətlərinin daşıyıcılarıdır. (3; 45)

Məhz bu kimi fikirlər qonşu İranda daim müzakirədədir. Akademik qeyd edir ki, bir grup İran tarixçisi İsmayılı vətənpərvər, qüdrətli şiə dövlətinin banisi, əsasını qoyan və paniranizm ideyalarının daşıyıcısı sayırlar. Digərlərinə görə, müəllif açıqlayır ki, İsmayıl parlaq ,açıq nantürkistdir, Azərbaycanın türk köçəri tayfalarının və öz həmyerlilərinin köməyi ilə İran taxtını ələ keçirmiş, bütün nifrəti ilə alçaq nəzərdən baxdığı fars elementlərini ölkənin siyasi və mədəni həyat tərzindən silmişdir.

Tanınmış İran tarixçisi Nəsrulla Falsafi yazır ki: “İsmayılın ardıcılları əsasən türkmən və tatar tayfaları idi. Hətta o taxta çıxandan sonra da, İran mənşəyinə və dilinə nifrətlə, alçaldılmış baxırdı. İranın köklü əhalisini o özünə birləşdirdi, onları mənşəcə qızlıbaş tayfalarından olan türkmənlərin əlaltısı etdi. Fars dilini yox, türk dilini Dövlət dili etdi”. Lakin, Akademik qeyd edir ki, bu fikirlərin heç biri əsaslı deyil. Birincisi, Şah İsmayıl nə pantürkizm, nə də paniranizmdə günahlandırmaq düzgün deyil. Çünki, o dövrdə bu cərəyanlar hələ yox idi.

İkinci bir səbəb isə o vaxt İranla Azərbycanın dəqiq indiki kimi sərhədi yox idi. Bu iki anlam daha çox coğrafi məna kəsb edir, nəinki etnosiyasi məna daşıyır. Ən yaxşı halda isə geosiyasi xarakter daşıyır. Çünki İsmayıl Səfəvi yaşayan dövrdə Azərbaycan və İran vahid coğrafi və siyasi ölçü miqyasında idi. Belə ki, etno arellar, o cümlədən fars və azərbaycan türkləri ayrı- ayrı yox, bir etnosiyasi məkanda idi.

Hazırda müstəqil Azərbaycanda ölkə Prezidenti İlham Əliyev məntiqi ilə desək: “ Azərbaycanın çox millətli ölkədir. Multikulturalizm həyat tərzidir”. Bu nöqteyi baxışdan Akademik R. Mehdiyev də yazır ki: “...imperiyanın geniş ərazisində fasrlar, kürdlər, ərəblər, başqa xalqlar da azərbaycan türkləri ilə birgə yaşayırdı, o cümlədən irandilli qrupa aid 30 xalqın da nümayəndəsi var idi. Azərbaycan türkləri tərəfindən yaradılan və müstəsna olaraq onlara məxsus olan siyasi hakimiyyət çox millətli imperiya idi”.                

Şah İsmayıl Səfəvi ölkə Dövlətçilik Siyasi Sistemində ilk dəfə azərbaycanlıların bütün səviyyələrdə dominant yerdə olduğunu təsdiq edən Mərkəzləşdirilmiş Azərbaycan Dövləti təsis etmişdir. Akademik Ramiz Mehdiyevin təbirincə həqiqətən Şah İsmayıl Səfəvi Ali məramlı tarixi şəxsiyyətdir.

Azərbaycan Dövlətçilik İnstitutunun ilk Şahı olan Şah İsmayıl haqqında bir sıra elm nümayəndələri müxtəlif fikirlər bildirmişlər. Nəticədə bütün tədqiqatların ümumiləşdirilmiş yekunu belədir: O, Böyük şəxsiyyət, Dövlət xadimi haqqında iki fikir formalaşıb. Bəzi tədqiqatçılar onun haqda müsbət, bəziləridə ona mənfi münasibətdən yanaşmışlar.

Bəs əsl reallıq nədir? Bu fikirlərdəki reallığı hansı daha həqiqi əks etdirir?

Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradıcısı Şah İsmayıl Səfəvinin xidmətlərini silib, ona təfriqəçi deyənlər də var. Belə olan sürətdə bir sorğu yaranır: Nə üçün? Niyə bu millətin, İlk Şahına, köklü Azərbaycan Xalqına qarşı mənfi fikirlər var, bu  qərəzlər haradan yaranır? Niyə Şah İsmayıl Səfəvinin tarixi rolunu qaralayıb, yalan və əsassız uydurmalar irəli sürürlər? Akademikin bu əsərində belə fikirlərə nəzərən məhz  siyasi – tarixi, siyasi – hərbi, siyasi - diplomatik, siyasi – fəlsəfi, siyasi – iqtisadi, siyasi – mədəni və s. baxışdan elmi, dəlil və faktlarla münasibət bildirilmişdir. Akademikin elmi-siyasi təhlilləri məhz bu kimi Şah İsmayıla yönəlik qeyri-adekvat fikirlərə, qarışıq rəyə, uydurmalara faktiki sənədlərlə həm də rəsmi cavabdır. Müəllif həqiqətdən uzaq fikirlərə əsaslı sənəd və faktlarla aydınlıq gətirir.

Akademik məntiqi faktik əsaslarla, arxiv sənədləri, tarixi mənbələr, elmi sübut, fakt və dəlillərlə əsassız fikirli tədqiqatçıların yalan iddialarına qarşı da çıxır. Arxiv sənədlərinə əsasən faktlar açıqlanır və sübut edilir ki, Şah İsmayıl Azərbaycan Torpaqlarını Birləşdirən, qüdrətli, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin adını Tarixə yazmışdır.

Bu fundamental Elmi Siyasi Abidə sübütlarla zəngindir. Belə ki, Şah İsmayıl Azərbaycan dövləti olan Səfəvi dövlətinin banisi, ilk Şahı olması, eyni zamanda Azərbaycan ədəbi dilinin inkişafında vacib rol daşımış görkəmli bir İdeoloqdur. Azərbaycanın ilk Şahı olan Hökmdar-şairin azərbaycan dilində mükəmməl bir "Divan"ı, "Dəhnamə" adlı poeması, "Nəsihətnamə" adlı məsnəvisi hələ XVI əsrdən elm aləmində özünə yer almışdır. XVI əsrin əvvəlində siyasi-ictimai həyatda vacib rol oynamış Şah İsmayıl Səfəvi həm də öz bədii yaradıcılığı zəminində siyasi fikirlərini söyləmiş, Döyüşçü kimi qılıncı ilə qurduğu Səfəvi dövlətini qələmi ilə qorumuş, formalaşdırmış, həm də Azərbaycan siyasi - bədii mədəniyyətini yüksəltmişdir. Səfəvilər dövründə Azərbaycan dili ədəbi danışıq dili olmaqla bahəm, həm də rəsmi Dövlət və Siyasət dili sayılmışdır. Şah İsmayıl və ondan sonrakı  dövrdə sarayda rəsmi Azərbaycan dili işlənmiş, dövlət idarələrinin bütün fərman və əmrləri, yazı sənədləri azərbaycan dilində  aparılmışdır. Bəs tədqiqatlarda bu həqiqət necə əks olunmuşdur? Məgər bu faktor özü Şah İsmayılın dünəndən bu günə gələn Böyük vətənsevərlik, Böyük Dövlət xadimi olması statusuna dəlalət etmirmi...

Müəllif  bu fonda əsərdə həm milli, həm də xarici səfəvişünaslıq üzrə olan tədqiqatlara da diqqət yönəldib. İlk dəfə olaraq məhz  dünya şərqşünas alimlərinin də əsərlərin müraciət olunub. Bunu əsərin ədəbiyyat siyahısı da təsdiq edir.

Akademik Ramiz Mehdiyevin bu əsəri də çox zəngin, məzmunca mənalı,  məntiqli və elmi, daha çox politoloji tarixi faktlara söykənən siyasi tarixdir, Azərbaycan siyasi - hüquqi təlimlər nəzəriyyəsidir.

Əsərdə mənbələr göstərir ki, Şah İsmayıl nə millətçi, nə də məzhəbpərəst deyildir. O, çox güclü ordu yaratmış Hərbi Strateq və Sərkərdədir. Bax bu hərbi diplomatiya tariximizdir. O, müxtəlif dini cərəyanları məharətlə birləşdirib, onlardan dövlətin mənafeyi naminə mahir  diplomat kimi istifadə edən Siyasi Xadimdir. Bu da öz müsbət nəticəsini məhz onun qurduğu Dövlət quruculuğu İnstitutunda əks etdirmişdir.

Bu paralellikdə dövlət quruculuğu məsələsindən bəhs edərkən Ulu Öndər H. Əliyevin XX əsrin 90-cı illərində dağılmaqda olan Azərbaycanı parçalanmadan, xaosdan qurtarıb, onu tam stabil sabit bir Dövlətə çevirərək, ölkənin dağılıb, bölünməsindən xilas etmə tarixi var. Əsərdə günümüzün aktual məsələsi olan multikulturalizmin o dövrdə Şah İsmayıl tərəfindən diplomatik bacarıqla həyata keçirilməsi, yəni başqa millətlərə siyasi yönümdən qarşılıqlı münasibətdə  hörmət, tolerantlıq amili müstəvisində mədəni - mənəvi faktlarının da açıqlanmasıdır. Kitabda həm də xalqın maddi vəziyyətinin yaxşılaşması, mədəni quruculuq sahəsində olan işlərə də sənədlər əsasında açıqlama verilmişdir. Şah İsmayıl 1259-cu ildə  Nəsirəddin Tusi tərəfindən əsası qoyulan Marağa rəsədxanasının əsaslı təmir olunmasını həyata keçirmişdir. Başqa bir mütləq olan Dövlət quruculuğu faktı Şah İsmayılın 24 illik hakimiyyəti dövründə Azərbaycan torpaqlarının 2 milyon 800 min kvadratmetrədək ərazisinin genişləndirilməsinin hüquqi - tarixi sübutudur.

Əsərdə möhtəşəm Sərkərdə və onun xarakteristikasını hərbi-siyasi zəmində göstərən müharibələrdən bəhs olunması da diqqət çəkir. Şah İsmayılın 1500-cü ildə Cabani ətrafında Şirvanşah Fərrux Yassarı, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvəndi, 1503-cü ildə Alma Qulağı ərazisində Sultan Muradı, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybanini və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə olan vuruşlarda döyüşçü kimi vuruşması da Şanlı Siyasi – Hərbi Tarixdir. Sonuncu müharibəni istisna etsək, dörd müharibədə Şah İsmayıl qələbə çalmışdır.

Şah İsmayılın strateji hərbi qabiliyyəti, Sərkərdəliyidöyüş taktikası haqda  Karl Marks da belə yazmışdır: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 24 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi”. (3;44)

Bəs bu müharibə və savaşların məqsədi nə idi?

Əsərdə sənədlərlə açıqlanır ki, Şah İsmayılın hərbi səfərlərinin məqsədi Vahid Azərbaycan Dövləti qurmaq idi. Mənbələrə əsasən bəlli olur ki, Şah İsmayıl özü Osmanlı imperiyası ilə müharibə aparmaq istəyində olmamışdır. Bu müharibədə  onun  məğlubiyyətinin səbəbləri də  digər amillərlə bağlıdır.

Yaşadığımız XIX əsrdə belə Türk dünyasının güclənməsi bir sıra ölkələrin siyasi maraqlarına toxunur. XVI-XVII əsrlərdə də güclü Osmanlı imperiyasınınMərkəzləşdirilmiş Azərbaycan Dövlətinin varlığı, böyük əraziyə sahibliyi, nüfuz dairələrini genişləndirməsi bir sıra dövlətlərin maraq - mənafeyinə zidd idi. Günümüzün politoloji deyimi ilə desək “Yaxın Qonşuluq Siyasəti” o dövrdə yox idi. Bu nöqteyi-nəzərdən də bu iki güclü müsəlman dövlətini zəiflətmə siyasəti, bir-birinə qarşı qoyma taktikası əsas faktorlar idi.

Eyni din və eyni dilə malik millətin bir-birilə müharibəsinin səbəbi nə idi? O zaman Avropa dövlətləri Osmanlı imperiyasının Cənub-Şərqi Avropaya doğru sərhədlərinin geniçlənməsinin qarşısını almaq üçün məhz bu qızışdırma, bir-birilə vuruşdurma siyasətindən istifadə etdilər. Bu  şəraitdə Osmanlı imperiyasında Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə yiyələnmək üçün ata və  qardaşlarını, yaxınlarını öldürtmüşdü. 1512-ci ildə taxta çıxan I Səlimi digər qonşu dövlət başçıları təbrik etsədə, Şah İsmayıl onun hakimiyyətə necə gəlməsini bildiyi üçün, ona təbrik göndərməmişdi.

Bunu unutmayan I Səlim 23 avqust 1514-cü ildə 100 minlik qoşunla Çaldıran vuruşmasında Şah İsmayılı məğlub etdi, lakin I Səlimin qoşunları da geriyə dönməyə məcbur oldu. Tarix iki qardaş qırğınını bu gün də acı təəssüflə yad edir. Əsərdə Şah İsmayılın azərbaycanlı olmaması, hətta Səfəvilər xanədanının Azərbaycan dövləti olmaması kimi qərəzli və yalan fikirlərə də məhz sənədlərlə aydınlıq gətirilir. Belə ki, Çaldıran müharibəsindən öncə Sultan Səlim dəfələrlə Şah İsmayıla məktub yazıb, təhdid edirdi ki, Azərbaycan torpaqlarını işgal edəcək “Əgər sən bu tərs qəbuledilməz davranışlarından əl çəkməsən, mənim məğlubedilməz ordum Sənin Ölkəni dağıdacaq...” Və yenə əsərdə Akademik təhlili edir ki, “heç bir şübhə qalmir ki, əgər Səfəvilər taxtı Azərbaycan Dövlətinə aid olmasaydı, əgər I Şah İsmayıl azərbaycanlı olmasa idi, Sultan Səlim belə deməzdi. Unutmayaq ki, Sultan İsmayıl Səfəviyə müraciət edəndə Azərbaycanı “Sənin Ölkən” deyə adlandırır. Biz bu tarixi fakta diqqət yönəltməliyik” (3;18)   

Əsərdə xüsusi qeyd olunur ki, Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya quran Dövlət Xadimi həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə o zamandan başlayan diplomatik münasibətlərə rəvac vermişdir.

Şah İsmayılın Dövlətçilik Siyasəti bir neçə əsr Səfəvilər Sülaləsi tərəfindən davam etdirildi. XIX əsrdə Rusiya-İran müharibələri Şah İsmayılın qurduğu Azərbaycan dövlətini iki yerə böldü. Şah İsmayılın hakimiyyəti zamanı Mərkəzləşdirilən Azərbaycan torpaqlarının hissə-hissə verilməsi tendensiyası başladı...

Akademik Ramiz Mehdiyevin beş əsr öncə Azərbaycan torpaqları ərazisini böyüdən, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini quran, Azərbaycan dilini Dövlət dili statusuna  yüksəldən Diplomat, döyüşçü, Sərkərdə, böyük şəxsiyyət, Dövlət xadimi Şah İsmayıl Səfəvi haqqında olan əsəri Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi Abidəsidir. Müəllif Şah İsmayıl Səfəvinin siyasi fəaliyyətini, dövlət idarəçiliyini, İdeal Dövlət Rəhbəri olmasını konseptual, siyasi nəzəri,  elmi kontekstdən yüksək qiymətləndirir və belə bir fundamental əsəri də müasir Azərbaycan elminə töhfə edir.

Azərbaycanda  Dövlətçilik siyasəti, mərkəzləşdirilmiş dövlət sisteminin strukturlaşdırılması, Şahlıq İnstitutunun formalaşdırılması, onun siyasi-ideoloji irsi, beynəlxalq münasibətlərdə yeni diplomatik fəaliyyət kimi məsələlər kitabın özəl və yeni xüsisiyyətləridir. Əsər öz bitkinliyi və sistemli təhlil istiqaməti ilə Azərbaycan da siyasi-hüquqi təlimlər tarixi və siyasi ideoloji bir ictimai elmi baxışlar məcmusudur.

Dövr milli Dövlətçilik quruculuğu Siyasətinin İntibahı Zamanıdır.

Akademik Ramiz Mehdiyev bu əsərində Dövlət qurucusu, Sərkərdə, Hökmdar döyüşçü və ən nəhayətdə Şair, Azərbaycanın ilk Şahının Siyasi – nəzəri Heykəlini yazdı.

Fikirlərimizi Akademik R.Mehdiyevin öz deyimi ilə bitirək:  “həm Şah İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin ən əsas vəzifəsi güclü və Müstəqil Azərbaycan yaratması idi... Mən  Şah İsmayılın və Heydər Əliyevin xidmətlərini vurğulayarkən, Azərbaycanın bu böyük oğullarına lazımı qiymət vermək istəyindən çıxış etmişəm”... “Məgər Heydər Əliyevin  və Şah İsmayıl Səfəvinin Azərbaycan qarşısında bu və digər xidmətləri onları oxşar tarixi şəxsiyyətlər, həqiqi vətənpərvərlər, öz dövrünün siyasi dühaları hesab etmək üçün bizə mənəvi haqq vermirmi? Onlar müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda yorulmadan mübarizə aparır, iqtisadi tərəqqinin, elmin, mədəniyyətin, Azərbaycan dilinin və s. qeydinə qalırdılar” Və ...  bu gün Ulu Öndər heydər Əliyev siyasi yolunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət, elm, maarif xadimlərinin yubileylərinin keçirilməsi, xatirələrinin anılması haqda neçə - neçə fərman və sərəncamlar imzalıyır. Ölkə Prezidenti İlham Əliyev Böyük Azərbaycanın Böyük Övladlarının xatirəsini əbədiləşdirir. İmzaladığı sərəncamlarla onlara Rəsmi Tarixi Siyasi Heykəl yaradır. Bu Yolda Ölkənin Birinci Xanımı Mehriban Əliyevanın da dünyada Azərbaycanın Böyük Şəxsiyyətlərinin xatirəsinə həsr edilən mədəni-irsi tədbirlər sahəsində apardığı çoxsahəli tədbirlər də Azərbaycan Mədəni-Siyasi Tarixidir.

 

 

Ədəbiyyat siyahısı

  1. 1.     Heydər Əliyev. Müstəqillik yolu seçilmiş fikirlər. B., 1997
  2. 2.     www. President. qov. az
  3. 3.     Рамиз Мехтиев Шах Исмаил сефевы. Портрет правителья и воина I часть, Б., 2014
  4. 4.     R.Mirzəzadə. Siyasətşünaslıq elminə yeni töhfə: http:/strategiya.az/ index.php
  5. 5.     R. Mirzəzadə “Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda”. B, 2013.


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Zəmanəmizin lideri
19:19 14.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7819 san