08:35 29 Aprel 2015
6412 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

"ƏKİNÇİ" qəzetinin Həsən Məlikzadə Zərdabi tərəfindən hazırlanan 57-ci nömrəsinin materialları haradadır?  

  Sərlövhənin uzunluğuna dözün. Başqa əlac yoxdur. Sözün belə deyilişlə düşündüyüm fikrə çevrilməsini daha münasib bildim.

  Arxivimdə Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə ilgili materiallar çoxdur. Onlardan biri daha maraqlı görünür. Bu, Həsən Məlikovun (onda hələ bəylik iddiasında deyilmiş-N.N.). Şamaxı dördsinifli Ali məktəbin I və II siniflərində oxuyarkən ayrı-ayrı fənlərdən aldığı qiymətlərin aylıq cədvəlləridir. Aydınlıq üçün həmin cədvəllərdən birinin sərlövhəsinin rusca yazılmış variantını diqqətinizə çatdırıram:

Ведомость об успехах и поведении учеников 1-го и 2-го классов высшаго Шемахинскаго училища по предметам Арифметикi, географiи и зоологиi за апрель месяц 1854 г. 

 161 yaşlı saralmış bu cədvəllərdə Həsən Məlikovun hamıdan yaxşı ( bəlkə də yaxşı yox, əla!) oxuduğunu görmək nə qədər sevindiricidir!!!

  Təsəvvür edin, Zərdabdan gələn kənd uşağı Azərbaycanın o vaxtkı paytaxt şəhərində  təlimi rusca olan 33 nəfərlik sinfin əlaçısıdır.Təkcə bir nəfər- rus Timofey Kuzmin onu qarabaqara izləyir.

 Yeri gəlmişkən qeyd edim ki, onların hər ikisini Tiflisdəki Real Məktəbinə oxumağa göndəriblər.
  O zamanlar  şəhər məktəblərinin məzunları ali məktəbə daxil olmaq   istəyən hər bir iddiaçı  mütləq ölkənin müxtəlif yerlərində yaradılmış Real Məktəblərdə hazırlıq mərhələsi keçməli idi.Bunsuz ali məktəblərə sənəd qəbul olunmurdu.
  Məsələ burasındadır ki, Həsən Məlikov Tiflis Real Məktəbində dövlət hesabına oxuyub. H.Məlikovun   Şamaxı şəhər məktəbindəki sinif yoldaşı T.Kuzmin isə bilik səviyyəsinə görə ondan aşağı olduğunu üçün  Tiflis  Real Məktəbində öz hesabına oxumaq məcburiyyətində qalmışdır. 

   Kimlərəsə bu  söz körpüsü yorucu görünə bilər.  Məqsədimiz Həsən Məlikovun sinif yoldaşlarının hamısından üstün olduğunu göstərməkdir. 
  Həsən Məlikov həmişə birincilik iddiasında olan  şəxslərdəndir.Bu,eqoizm kimi yox,özünütəsdiq kimi qəbul edilməlidir.Ümumiyyətlə, 
Həsən Məlikovun  həyatının hər bir səhifəsi  onu  gözlərimiz  önündə ucaldır. 

  Bakı Real Gimnaziyasının müəllimi Həsən Məlikovun  Azərbaycan dilində qəzet nəşrinə başlaması  XIX əsr Azərbaycan ictimai-siyasi həyatının ən böyük hadisələrindəndir. O, bu   fəaliyyətə  sıfırdan-heçdən başlamışdı. Qəzetə elə ad seçmişdi ki, bunu müxtəlif cür yozmaq,incələmək,çözmək olardı. 
"Əkinçi",əslində ölkənin birinci əkinçisi deyildi. Ondan 14 il əvvəl Tiflisdə  A.P.Purseladze (1839-1913) tərəfindən  iki həftədə bir dəfə çıxmağı qərarlaşdırılan  "QUTNİS DEDA"  (əkinçi) adı ilə kənd təsərrüfatını işıqlandıran qəzet  öz nəşrinə başlamışdı.
   Həsən bəy Zərdabinin "Əkinçi" adı ilə çıxarılan qəzetinin  tarixi 22 iyul 1875-ci ildən  (islam tarixi ilə  fi 1 pəcəbülmürəccəb,sənə 1292) başlayır. Qəzetdəki ilk cümlə hamını əməkdaşlığa dəvət edən çağırışdır:" Hər kəs bu qəzetdə hər bir qism əhvalat barəsində məktublar basdıra bilər".  
  Rusdilli milli ziyalımız  Həsən  Məlikzadə  Zərdabi 
"Əkinçi" qəzeti vasitəsi ilə  türk xalqları ilə Azərbaycan dilində danışır,onları elmə,təhsilə,maariflənməyə dəvət edirdi.
  H.Zərdabi  "Əkinçi"nin cəmi 56 nömrəsini çıxara bildi.  Qəzetin 1877-ci il  sentyabrın 29-da çıxan  20-ci (ümumi sayına görə 56-cı) nömrəsindən sonrakı sayı həmin vaxtdan 15 gün sonra çıxmalı idi, amma çıxmadı. Növbəti nömrənin oktyabrın 14-də  oxuculara göndərilməsi üçün bütün işlər görülsə də,  qəzetin işıq üzü görməsinə  yolunda maneə yaranır.  Moskvadan göndərilən müxbir yazısındakı fikirlər siyasi cəhətdən müəmmalı göründüyü üçün "Əkinçi"nin 57-ci nömrəsinin  çapında    müəyyən problemlər yaradır.

  Çuğulçu,xəbərçi sası dinli mürəttib senzora pıçıldayır ki, bəs nömrədə rus siyasətinə zidd material gedir. Senzor da Həsən Məlikovdan xahiş edir ki, (Həsən Məlikovdan məhz xahiş etmək olardı-N.N) o yazını dəyiş. Həsən bəy razılaşmır və təbii ki, 57 - ci nömrə cıxmır. 
  Maraqlıdır ki,  "Əkinçi" qəzeti iki il dövlət sənədlərində fəaliyyətdə olan qəzet kimi göstərilmişdir.  Deməli, H.Məlikov bu iki il ərzində istənilən gün qəzeti çıxara bilərdi.Bəs nə üçün çıxarmır? Çox güman ki, bu,Həsən Məlikovun pedaqqoji fəaliyyətinin ağırlığı ilə ilgilidir.

   Burada Həsən Məlikovun xarakterindəki əyilməzlik də öz sözünü deyə bilərdi. Uzun sözün qısası, Həsən Məlikovun hazırladığı 57-ci nömrənin materiallarl haradadır?


Müəllifin digər yazıları

  1. Bizə ən gərəkli - Fil hesabatı
  2. “Bağçasaraydan göndərilən məktub”
  3. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  4. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  5. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  6. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  7. Doğma yurdun qış lövhələri...
  8. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  9. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  10. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  11. Hamıya dostam mən,bir qardaşam mən
  12. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  13. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  14. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  15. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  16. Söz sözü çəkər, əgər sözün közü varsa
  17. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  18. Müəllim olanda da yaxşı müəllim olun
  19. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  20. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  21. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  22. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  23. Ay Allah bəndəsi, niyə yazıqsan?
  24. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  25. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  26. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  27. Təbrizdən kənd məktubları
  28. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  29. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  30. Dünya yaman dünyadır
  31. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  32. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  33. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  34. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  35. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  36. Sözgəlişi, ola bilər düzəlişi...
  37. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  38. Bu Dünya- Şirin Dünya.....
  39. Göz görür,ağıl kəsir....
  40. Tərcüməsiz başa düşülən tatar bayatıları
  41. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  42. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  43. Mənim nəğməli bibim - Foto
  44. Sən yazmasan,mən yazaram
  45. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  46. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  47. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  48. Qulam Məmmədli-120
  49. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  50. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  51. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  52. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  53. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  54. Bu tarix ki var, qəliz məsələ imiş......
  55. SÖZ KİMİNDİR?
  56. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  57. Mənim dualarım
  58. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  59. Təzadlar, ay təzadlar....
  60. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  61. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  62. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  63. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  64. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  65. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  66. Testdən qəsdən danışmırıq
  67. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  68. Dərsliklərimizin halı və vəziyyəti
  69. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  70. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  71. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  72. Hırsızın gözü əlyazmalara düşdü
  73. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  74. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  75. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  76. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  77. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  78. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  79. Hacı Səid Əfəndi Ünsizadə-191
  80. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  81. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  82. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  83. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  84. Bir daha Ünsizadələr haqqında
  85. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  86. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  87. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  88. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  89. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  90. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  91. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  92. Bizə hansı elmlər lazımdır və yaxud ...
  93. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  94. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  95. Soyqırımı günündə dostumu itirmişəm
  96. Bu yaz bir başqa yazdır
  97. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  98. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  99. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  100. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  101. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  102. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  103. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  104. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  105. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  106. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  107. Dərgahdan başlanan yol
  108. Fikrin ifadə formalarından biri
  109. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  110. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  111. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  112. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  113. Təhsil tariximizin maraqlı səhifələri
  114. Təhsil tariximizdən maraqlı səhifələri
  115. Akademiklərin cərgəsindəki müəllim
  116. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  117. Mübarizə bu gün də var,sabah da...
  118. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  119. "Əkinçi" qəzeti-140
  120. Mustafanın Çanakkala məktubu
  121. Məktəbdə elm və texnologiya həftəsi
  122. Mübarizə bu gün də var, yarın da....
  123. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  124. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  125. Yazımızın tarixi-özümüzün tarixi
  126. Fikrət Sadıq -Dədə Qorqud
  127. Tədqiqatçı öz fikrində israrlıdır
  128. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  129. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  130. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  131. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  132. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  133. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  134. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  135. "Bağçasaraydan göndərilən məktub"
  136. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  137. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  138. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  139. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  140. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  141. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  142. Abdulla Şaiqin uşaq bağçası
  143. "Ziya"nın biblioqrafiyası
  144. Kasıblığın üzü qara olsun
  145. Bu gün M.Ə.Sabirin ad günüdür
  146. Keçən günə gün çatarmı ... - Fotolar
  147. Elmə yönələn yolun başlanğıcı - FOTO
  148. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  149. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  150. Ucundadır dilimin həqiqətin böyüyü ...
  151. İlk hesab dərsliyimiz
  152. Yusif Vəzirovun kölgədə qalan yazıları
  153. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  154. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  155. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  156. Dərslik, dərslik, yenə də dərslik...
  157. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  158. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  159. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  160. "ZİYA"lı ziyalı - Foto
  161. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
NİZAMİ, QABİL BURDADI?
09:32 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3885 san