09:30 12 May 2015
7125 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

 

 

Müasir Azərbaycan iqtisadi inkişaf tempi, siyasi-sosial sabitlik, beynəlxalq münasibətlərdəki nüfuzu, yeri, rolu və mövqeyi ilə regionda Lider dövlətdir. Ölkənin bütün sahələr  üzrə modern tərəqqisi, idmanın da inkişafını yüksəldibdir.  İdmanın kütləviləşməsinin təməli Ulu Öndər H.Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilərək, beynəlxalq arenaya çıxmışdır. Hazırda aparılan genişmiqyaslı işlər ölkəni Avropanın idman mərkəzlərindən biri kimi tanıdıb. Çox qısa zamanda Bakıda çeşidli infrastruktur layihələri, yeni idman arenalarının tikintisi və yenidənqurma işləri aparılmışdır.  İlk Avropa Oyunları Azərbaycan idman tarixinin ən əlamətdar hadisəsi, Azərbaycan həqiqətlərinin nümayişi və təbliğidir.  Professor Əli Həsənovun fikri ilə yanaşsaq: “Bakıda keçirilən ilk Avropa Oyunları tək dövlət deyil, həm də ümumxalq işidir”.

Məhz bu ərərfədə anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də ölkəmizə yönəlik əks təbliğatda fəallaşaraq, spekulyasiya xarakterli çağırışlar yayırlar. Niyə? Səbəbi nədir? Çünki, Dünya Azərbaycandan və onun uğurlarından danışır.

İlk Avropa Oyunları ərəfəsində bu antitəbliqatın bir sıra məqamları var: Əvvəla, bu əks təbliğçilərin müxtəlif ölkələrdə “beşinci kolon” vasitəsilə öz təxribatçı planlarını yayan tərəfdaşları var. Bəllidir ki, Qərbdəki bu dairələr erməni lobbisinin təsirindədir. Faktlar da aydın edir ki,  Azərbaycana qarşı sistemli antitəbliqat və təzyiq kampaniyası təşkil etməkdə məqsəd vardır. Sonrası, bu, Azərbaycanın müsbət beynəlxalq imicinə ləkə salmaq, himayə etdikləri nümayəndələrini müdafiə edərək Azərbaycanı gözdən salmaq niyyətidir.

Nəticədə, ölkədə illeqal pozucu fəaliyyətdə olan müəyyən tərəfdaşlarını  himayəyə alan anti-Azərbaycan qüvvələri ilk Avropa Oyunlarına qarşı qərəzli olaraq, transmilli media strukturlarının xidmətlərindən də istifadə edərək, dezinformasiya xarakterli məlumatları, şəxsi, qeyriadekvat, öz subyektiv mülahizələrini əks etdirən ittiham xarakterli fikirlər yayırlar.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Qlobal hadisə olaraq,  Azərbaycanı ev sahibi ölkəsi kimi tarixləşdirəcək. Azərbaycan  bu tədbirlə sübut edir ki, belə nüfuzlu idman tədbirini keçirə bilən ölkədir. Bu ölkə Prezidenti İlham Əliyevin uzaqgörən beynəlxalq münasibətlər və xarici siyasətdə strateg kimi uğurlu taktikasıdır. Azərbaycanın müstəqil öz xarici siyasət xətti və bu siyasətdə bütün dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq münasibəti var.

Belə ki, aparılan “əks təbliğat” həm də Qərbun öz regional geosiyasi maraqlarını həyata keçirmək mexanizmləridir. Müstəqil Azərbaycanın inkişafını  istəməyənlər çoxdur və onlar istənilən təzyiq  üsulundan istifadəyə cəhd edirlər. Bu təzyiqlər üç mərhələdə olacaq: oyunlara qədər, oyunlar ərəfəsi, oyunlardan sonra.

Belə bir yanaşma da var: “siyasəti idmana qatmaq olarmı...” Lakin, idman hər bir dövlətin öz gücünü-potensialını göstərir.  Dövlət siyasi, hüquqi, həm də sosial anlayışdır. Bu mənada Hər bir vətəndaş öz dövlətinin təəssübünü saxlamalıdır. Diqqətə yetirək ki, Avropa oyunlarından qeyri ölkəmizdə bir sıra müxtəlif Avropa çempionatları da keçirilmişdir. Çünki Avropa Oyunlarının Azərbaycanda keçirmək ideyası birdən - birə, yəni qəfil meydana çıxmayıbdır.

Avropa Oyunları yarışlarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir... Belə ki, bu ərəfədə ölkədə yeni  mühit formalaşır.  İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bir-neçə baxımdan əhəmiyyəlidir.  Əvvəla, XXI əsr informasiya əsridir və yarışlar,  ölkəmizin xarici imici baxımından da çox zəruri  olub, beynəlxalq KİV-lər vasitəsilə  Yeniləşən Azərbaycanın dünyaya təqdimatıdır. İkincisi, bizim özümüzə inamımız, Özümüzün özümüzə modernliyimizin təqdimatıdır.  Biz özümüzü bu ərəfədə suveren müstəqil ölkə olaraq təsdiq edirik. Üçüncüsü, belə tədbirdən sonra Qarabağ probleminin həllinə də müəyyən imkanlar açılacaqdır.  Dördüncüsü, dövlətin keçirtdiyi bu oyunlara bir mənalı baxış lazımdır.  İlk Avropa oyunları həm də mədəni əhəmiyyətə malik olub, mədəni səviyyəni yüksəldir. Beşincisi, müasir dünyada idman dövlət və millətin mədəni imicinin, eləcə də dövlətin siyasi subyektlərinin formalaşmasında da əhəmiyyətli rol daşıyır

Avropa oyunları nəticədə Azərbayacana nə verəcək? İlk öncə, iqtisadi baxımdan ölkəyə daha yeni investisiyalar cəlb olunacaqdır. Bu tədbirlər nəticəsində turizm də inkişaf edəcək. Sonra, bu ərəfədə  ticarətin də səviyyəsi yüksələcək, xidmət stimulu dəyişəcək. Beynəlxalq müstəvidə müxtəlif müsabiqələr və festivallar keçirməklə Azərbaycan bir çox sahədə özünü artıq dünyaya tanıdıb və  indi bu tanıtıma idman da daxil olacaqdır. Bu yöndə Ölkənin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyilə böyük işlərə imza atılıb, Avropa oyunlarının reklamı,təbliğatı  keçirilibdir.

Burada yenə sorğu yaranır ki, bəs siyasətdə idmandan istifadə etmək  olarmı... İdman yarışlarında, Qarabağ məsələsinin çözümü yönündə hansı fürsətlərdən istifadə edə bilərik...

İlk öncə, qeyd etdik ki, ölkənin adı Avropa oyunlarının ilk məkanı olaraq tarixləşir. Digər bir məsələ isə, Azərbaycan insanına özünü mədəni sferada tanıtmaq üçün imkan açılıb. Biz, hər bir xidmət göstərən insandan başlayaraq, hamımız bir Azərbaycan Vətənpərvərliyi Modeli yaratmalıyıq. Bu tədbir Ermənistanda keçirilsəydi bütün erməni cəmiyyəti, lobbisi, diasporu bu məsələyə dəstək verəcəkdi. Biz öz Qonaqpərvərliyimizi, Sülhsevərliyimizi, Tolerant-lığımızı əyani nümayiş etdiririk.

Azərbaycanda neftdən əldə edilən gəlir hesabına burada yaşayan insanlar, hər bir vətəndaş üçün ölkə yenidən tikilir. Parklar, otellər, yollar, mərkəzlər hamısı vətəndaşlar üçündür. Hətta kənd, qəsəbələrə belə park mədəniyyəti gəlir. Körpü kimə aiddir? Hamıya. Nefti olan bir ölkə kimi şəhərlər Avropalaşıb, kəndlər şəhərləşib. Belə bir tədbirin ölkəmizdə keçirilməsi ilə öyünmək, qürürlanmaq lazımdır. “Mənə nə faydası var”, sorğusu yox, əksinə məntiqlə sabahı düşünmək gərəkdir.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi fenomenal hadisədir. Azərbaycanda idman kütləviləşəcək və məsələyə “Sağlam bədəndə sağlam ruh olur” deyimi ilə yanaşaq.

Bu prosesə Qarabağın ağlaşma mövzusunda qara günü kimi yox, məhz yuxarıda qeyd olunan dilemmalardan yanaşılmalıdır. Kuluarlarda belə bir deyim var: “Əgər bir hadisəni CNN göstərmirsə, o hadisə deyildir”. Bu baxımdan BBC, CNN, Euronews kimi kanallarda demək olar ki, hər gün Bakı-Azərbaycanın adı çəkilir. Bu necə böyük qürur, iftixar  hissi, ən böyük reklamdır. Bu hadisə özü Qərb yönlü inteqrasiyadır. Demək, şüur, düşüncə, psixologiya dəyişilməli, yenilənməlidir. Ölkənin inkişaf uğurları olmasa idi, bu kimi tədbirlərdə baş tuta bilməzdi. Bu tədbirlər Azərbaycanın Qafqazın Lider Dövləti olmasını təsdiq edir. Qərbdən gələn müxtəlif yönlü təzyiqlərin bir məqsədi də Qafqazda lider Dövlət olaraq tanınmağa maneçilikdir. Azərbaycanda da onların bəzi tərəfdaşlarına müəyyən qurumlar tərəfindən, şəffaflıqla yox, məhz gizli formada, vəsait ayrılır. QHT-lərlə  bağlı mövcud qanuna da dəyişiklik məhz bu səbəbdən edildi. Belə gizli yolla müəyyən dəstək alan QHT-lər niyə maliyyə mənbəyini göstərmir.. Niyə şəffaf olmaq istəmir... Anti milli hərəkətləri üçün burada əsas məqsəd Avropa oyunları da deyildir Məqsəd Geosiyasətdir. Region uğrunda vuruşdur. Türk dünyasına qarşı,  Azərbaycanın müstəqilliyinə qarşı anti milli fikirlər də məhz belə antitəbliğatçılat və onların tərəfdaşları tərəfindən gəlir.

Biz gələcəyi niyə düşünməməliyik... Nə üçün sosial şəbəkələr bu hadisənin müsbət dividentlərinin pozitiv yönünü paylaşmasın... Bu Vətən Hamımızın deyilmi... Qərbun təhdidləri axı heç də bir tərəfli proses olmayıb, idarəedici və idarəolunandır. Burada hər situasiyaya, hər prosesə səbr, mədəni davranış lazımdır. Bir sıra ölkələr qıcıqlanır. Niyə? Bizim ölkədəki sakitliyə, sabitliyə. Baxaq, Ərəb dünyasına, dağılır, viran qalır, yerlə yeksan olur, vətəndaşı dağıntılar içində səfil olmuşdur. Belə isə,  ölkəmizi, Vətəni niyə təbliğ etməyək, niyə öyünüb, iftixarla, qürurla balanslı siyasət kursundan yazmayaq...

İlk Avropa Oyunları mədəni siyasi aksiyadır. Bu müsbət yöndə maarifləndirici bir prosesə çevrilməli, hamılıqla təbliğatı iş aparılmalıdır. Bu həm də alimlərin, tədqiqatçıların işidir. Dövlət hamı üçündür. Müəyyən dövlətlər milyonlar sərf edir ki, onun haqda məhşur qəzetlərdə, TV-lərdə  məlumat getsin, seriallar çəkilir və buna da milyonlar verilir ki, dövlətinin adı təbliğatda olsun. Bu tədbirə isə 1000-ə yaxın müxtəlif  ölkədən neçə-neçə jurnalist, informasiya vasitəsi nümayəndəsi gələcəkdir. Bütün bu reklam, təbliğat sivil Qərbə MODERNLƏŞƏN AZƏRBAYCANIN inteqrasiyasıdır. Bu tək mədəni aksiya yox, həm də süyasi  güc, siyasi qətiyyət nümayişi tədbiridir. Azərbaycan savaşsız Qarabağ  istəyir. Avropa Oyunları ilə təsdiq edilir ki, Azərbaycan dünya səviyyəsində mədəni, tolerant multikultural dəyərləri, birgəyaşayış ənənələri olan bir ölkədir, müxtəlif dinlərin, müxtəlif millətlərin vahid bir ərazidə qohum-qonşu-dost kimi yaşadığı Respublikadır. Bu tək idman deyil, deməli həm də Dövlətin mədəni siyasətidir. Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Dövlətin Multikulturalizm siyasəti göstərilir. Avropaya inteqrasiyada Azərbaycan öz multikultural dəyərlərini artıq beynəlxalq səviyyədə Bakı Humanitar  Forumlarının təşkili və keçirilməsi ilə təsdiq edib. Bu antitəbliğçilər yalnız insan  hüququ məsələsini önə çəkir. İnsan hüquqları universal dəyərdir. İnsan hüquqlarından bəhs edənlər İsveçrədə qadınlara səsvermə hüququnun yalnız 1971-ci ildə verilməsini unudub... Halbuki Azərbaycanda qadınlara bərabərhüquqluluq hələ 1918-ci ildə verilmişdir. VƏ... Azərbaycanda insan hüquqlarının müdafiəsi mükəmməl qanunlarla təsbit olunmuş və qorunur.

Müxtəlifyönlü xarici təşkilatlardan gələn təhdidlərdə digər məsələ, Azərbaycanı öz milli hədəfindən uzaqlaşdırmaqdır.  Amma, Azərbaycanda güclü hüquqi, vətəndaş cəmiyyətinin formalaşdığı dövlət qurulmuşdur. Əsas hədəflər nədir...

İlk öncə, Qarabağ probleminin diplomatik, sülh yolu ilə həlli, işğal edilmiş torpaqlarımızın qeydi-şərtsiz qaytarılmasıdır. İkincisi, çoxtərəfli enerji siyasəti və ölkənin sürəkli inkişafıdır. Bu təhdidlərdə məqsəd məhz Dağlıq Qarabağ probleminin çözümü üçün güclü Dövlət kimi Azərbaycanın həm də enerji siyasətində manevr imkanlarını azaltmağa yönəlibdir.

İlk Avropa Oyunları Azərbaycanda keçirilir. Bununla dünyanın Azərbaycanı tanımasına, Azərbaycanın imicinə xələl gətirilməsinə cəhd edilir, məqsəd ölkənin mənfi obrazını yaratmaqdır. Son illər bu kimi mənfi  təbliğatlı təzyiqlər nədən oldu... a) Qərbin, təzyiqinin səbəbi Azərbaycanın onun sanksiyalarına qoşulmamasıdır; b) Azərbaycan “Yaxın Qonşuluq” Proqramının prinsiplərini pozmur, yaxın  qonşulara, tərəfdaşlara qarşı çıxmayaraq, Qərbin geosiyasi maraqlarını dəstəkləmir; c) Çünki, Azərbaycanın öz Balanslaşdırılmış siyasəti var.

Ölkənin daxili və xarici gücü artıqca, ölkəyə təzyiqlər də artır. Dağlıq Qarabağ məsələsinə ədalətli yanaşma prinsipi pozulur. Beynəlxalq Fondların Ermənistana verdiyi layihələr hesabatlarda açıq görünürkən, Azərbaycana nə verilir, kimə və s. görünmür, şəffaqlıq pozulur. Niyə? Məqsəd nədir? Bu ölkə daxilində pozuculuq niyyəti deyilmi... Ola bilər ki, bu yarışlar keçiriləndə qismən peşəkarlıq haradasa zəif olsun. Digər ölkələrdə dəfələrlə bu hal olubsa da, Azərbaycanda ilk dəfə belə böyük idman yarışı keçirilir. İnformasiya əhaliyə düz  verilməlidir. Xaricdəki qüvvələrin məqsədli təzyiqi əsas bu ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə mane olmaqdır. Azərbaycana gələn insanlar içində haradasa müəyyən təxribatçılar da ola bilər. Xalqın bu ərəfədə bütövlükdə gözü açıq, çox-çox diqqətli  olması çox vacib faktordur.

 Bir qisim  həm ölkəmiz, həm də onun insanı  haqqında ya məlumatsızdırlar, ya da antitəbliğatın elementinə çevriliblər. Bu baxımdan: gənclər, ziyalılar; vətəndaş cəmiyyəti nümayəndələri; KİV; din xadimləri, dindarlar; alimlər, tədqiqatçılar və ekspetlər; siyasi qurum nümayəndələri, və Bütün Ölkə vətəndaşı belə mühüm mədəni aksiyada Azərbaycançı olmalıdır...

Fikrimizə Azərbaycanın Birinci Xanımı, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın sözləri ilə yekun vuraq: “İlk Avropa Oyunları Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək”.


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6666 san