15:23 20 May 2015
13389 dəfə oxunub
Çap versiyası

 

Sel, uşqun, zəlzələ və digər təbii fəlakətlərin qarşısını almaqda insan oğlu aciz qala bilər. Ancaq insanın öz tikdiyi, qurduğu, öhdəsindən gələ biləcəyi bir işin qarşısında aciz qalması müəmmalı görünür. Tikilib təhvil verilən və ya yenidən təmir olunan, bir neçə gün öncə yanan bina kimi üzlənərək insanlara sevinc hissi yaşatmaq, şəhərimizə gözəllik vermək əvəzinə hər birimizə ürək ağrısı yaşadan işlərə imza atan şəxslər, şirkət sahibləri nə üçün məsuliyyətlərini hiss etmirlər?

Azad sahibkarlıq mühitindən, biznes üçün yaradılan şəraitdən sui-istifadə etməklə, insan təlafatına yol açan fəlakətlərə bais olmaqla dövlətə və xalqa xəyanət etmələrinin fərqindədirlərmi, görəsən? Fərqində olsaydılar...

Bəlkə də baş vermiş faciədə ölü sayı daha çox olardı, əgər tüstüdən boğulanları, ağır yanıq xəsarəti alanları vaxtında xilas etməsəydilər. Güc strukturlarının və digər aidiyyatı qurumların əməksaşlarının öz həyatlarını risqə ataraq köməksiz qalan insanları xilas etməsi bir vətəndaş kimi məni həm qürurlandırdı, həm də kövrəltdi. Həmin binada yaşayan sakinləri xilas edərkən həyatı təhlükədə qalan, reanimasiya otağında ölümlə çarpşanlardan biri də Çevik Polis Alayının II Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayev idi.

Bir polis əməkdaşının üç nəfəri xilas edib, dördüncünü də xilas etdikdən sonra özünün tüstüdən zəhərlənərək xəstəxanaya, həm də reanimasiyaya aparılmasını, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarıldığını eşidəndə elə həmin gün saat 21:45 radələrində birbaş  adıçəkilən xəstəxanaya yollandım.

         Reanimasiya şöbəsini  polis əməkdaşları nəzarətə götürmüşdülər. DİN-in Mətbuat Xidmətinin, “Mübariz kişikdə” qəzetinin əməkdaşı olduğumu biləndə üzlərinə sanki sevinc qondu. Bəlkə də onlar gecənin bu vaxtı bunu gözləmirdilər. Hər birimizə nümunə olacaq hərəkəti, qanı və canı ilə peşəsinə, dövlətinə, xalqına sadiqliyini nümayiş etdirən həmkarımızın səhhətini soruşdum. Yaxşı olduğunu dedilər. 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Elşən Əliyev xəstənin vəziyyətinin normal olduğunu söylədi. Onun icazəsi ilə Şahinlə görüşdüm.

Rəngi avazımışdı, nəfəsi tövşüyürdü, yaşadığı stress, həyacan da hələ də canından çıxmamışdı.

Ona “Sən əsl qəhrəmansan, dörd nəfərin həyatını xilas etməklə bir daha sübut etdin ki, təkcə Çevik Polis Alayının deyil, daxili işlər orqanlarının hər bir əməkdaşı vətəndaşa təhlükədən daha yaxındır,- dedim.” 

Azərbaycan Polisinin cinayətkarlıqla mübarizədə qətiyyəti, sabitliyin, asayişin keşiyində ayıq-sayıq durması və belə ekstrimal vəziyyətlərdə özünü əsl xilaskar kimi doğrultması onu xalqımızın gözündə daha da ucaldıb. Sabirabadda baş verən daşqınlar zamanı polisin, xüsusən də Çevik Polis Alayının əməkdaşlarının göstərdikləri şücaət sabirabadlıların yaxşı yadındadır.

Polis serjantı Şahin Qocayev 2012-ci ildən Çevik Polis Alayında xidmət edir. Alayın II Patrul Bölüyünün komandiri, polis mayoru Firdovsi Rzayev  dedi ki, o, nümunəvi, peşəsini sevən əməkdaşdır. 

Yeri gəlmişkən, xətəxanada olarkən reanimasiyada həmkarımızın xilas etdiyi sonuncu şəxs də həkim nəzarəti altında idi. Ondan da bir-iki kəlmə almağa müvəffəq oldum. Ülvü Sadıxovun 19 yaşı var. Azərbaycan Texniki Universitetinin II kurs tələbəsidir. Deyir ki, Şahin onu 7-ci mərtəbədə olarkən xilas edib...

Hər iki gəncə “Yastığınız yüngül olsun”,- deyib ayrıldım. Xəstəxanaya yığışan insanların  gözlərindən xilaskar Azərbaycan Polisinə olan sevgini hətta belə ağır durumda oxumaq elə də çətin deyildi...


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4989 san