09:09 02 İyun 2015
3942 dəfə oxunub
Çap versiyası

Sovet dövründə qəzetlərdən birinin baş redaktoruna xəbər çatır ki, bəs filan rayonun partiya komitəsinin birinci katibi bir kəndlini incidir. Onun şəxsi əmlakına barmaq uzadaraq xoruzunun başını kəsmək istəyir. Nədir-nədir xoruz gecə-gündüz banlayır. Hamının yuxusuna haram qatır.

Baş redaktor əsəbləşir. Tez gənc jurnalistlərdən birini ezam edir rayona ki, raykom katibinə yerini göstərsin. Kəndlini danışdırsın. Dərdinə şərik olsun. Müxtəlif fotolar da çəksin. Nə başınızı ağrıdım, jurnalist çatdırır özünü həmin rayona. Gəlir birbaşa raykoma, indiki dildə desək rayon icra hakimiyyətinə. Təpiklə raykomun 1-ci katibinin qapısını açıb içəri girir. Amma görür ki, katib qorxmaq, titrəmək nədir,  heç hürkmədi də. Sakit-sakit ayağa durub, onunla mehribancasına görüşdü. Katibəyə çay gətizdirdi. Raykomun qonaq evinə zəng edib “Bakıdan hörmətli qonağımız gəlib” – deyə tapşırıq da verdi. Sonra isə gəlmək səbəbini belə soruşmadan jurnalisti maşınına mindirib, gölqırağı restoranlardan birinə apardı. Ortaya nələr düzmədi ki... Sayıb-sayıb  özümün də, jurnalist həmkarlarımın da  ağzının suyunu axıtmaq istəmirəm.

Beləliklə, rayona niyə gəlib, neyçün gəlib, hamısı jurnalistin yadından çıxır. Ziyafət gecə saat 12-yə qədər davam edir. Sonra raykom, yəni indiki dildə desək icra başçısı jurnalisti gətirir Qonaq evinə. Orda da onunla bir stəkan pürrəngi çay içib, şirin yuxu arzulayıb gedir işə. Dəm olan jurnalist də üzüqoylu sərələnir çarpayıya.

Yay vaxtı. Pencərə açıq. Gecənin bir aləmi qəribə bir səs jurnalisti yuxudan oyadır: “Pppıııııssssssssssssssss”. Jurnalist tez yataqdan qalxır. Pencərəyə yaxınlaşır. Qonaq evinin hasarından və qonşu qaranlıq həyətdən başqa heç nə görmür. Fikirləşir ki, yəqin qulağına səs gəlib. Təzəcə yuxuya getmək istəyir ki, səs yenə gəlir: “Pppıııııısssssssss, pppıııııısssssss”. Jurnalist yenə yerindən qalxır. Pencərəyə yaxınlaşır. Amma yenə də gözünə heç nə dəymir. 10-15 dəqiqə qulağını şəkləyib gözləyir. Amma səs gəlmir.  Qayıdır girir yerinə. Yarım saatdan sonra həmən səs gələn kimi yerindən hoppanır. Pencərədən yenə heç kimi görmür. Bütün gecəni yata bilməyən jurnalist səhərə yaxın əsəbləşir. Telefonu götürüb konduktora “məni raykomla calaşdır” deyə qışqırır. Telefonistka da onu tez calaşdırır. Hal-qaziyyəni danışandan düz 15 dəqiqə sonra raykom artıq qonaq evinin qapısında olur.

Jurnalist də artıq əsəbi vəziyyətdə aşağıda onu gözləyirdi. Raykom “jurnalist, arxamca gəl deyib”   qonaq evinin qonşuluğundakı həyətin qapısını açıb içəri girdi. Həyətdə bir kişi oturmuşdu. Qoltuğunda da ala-bula xoruz. Heç nə danışmırdı. Xoruz da başını onun qoluna qoyub qəmgin-qəmgin durmuşdu. Birdən xoruz raykomu görüb yiyəsinin qoltuğundan çıxdı. Qanad çalıb hasara hoppandı.  Başının tükləri biz-biz durdu. Gözləri hədəqədən çıxdı. Dimdiyi bir-birindən ayrıldı, dili ağzından çıxıb qatlanaraq boğazının dərinliklərinə tərəf gedib ordan Quq-qli-qu ilə qayıtmaq istəyirdi ki... səsi çıxmadı. Jurnalistin bütün gecə eşitdiyi o biədəb səs gəldi: “Pppııııssssssss”. Xoruz bir də cəhd etdi. Havanı udub gücəndi ki, banlasın. Amma yenə səs gəlmədi. Yenə o biədəb səs çıxdı. “Pppıııısssssss” Xoşagəlməz iy ətrafı bürüdü. Jurnalist burnunu tutdu.

-         Bu nədir? Ay kişi, - deyə üzünü xoruzun yiyəsinə tutdu, - bu xoruz banlamağı da bacarmır. Niyə kəsmirsən bunu. Ara yerdə pıs-pısı  bütün gecəni  qoymayıb məni yatmağa. – dedi. Xoruzun yiyəsi isə - Yox, kəsmərəm. Sizi də  qoymaram kəsməyə. Bu mənim xoruzumdur. Barmağınızı toxundursanız yazacam. Kremlə yazacam. Leninin qəbrinə yazacam. Bakıya yazacam. Qəzetlərə yazacam.

Bunu eşidəndə jurnalist dodağını dişləyir. Başa düşür ki, baş redaktorun dediyi xoruz demə bu xoruzmuş. Amma yox. Ola bilməz. Axı baş redaktor banlayan xoruzdan danışmışdı.

Xoruz hasardan hoppanıb yiyəsinin yanına qayıtdı. Qoltuğunun altına girib büzüşdü. Raykom jurnalistə baxdı. O isə heç nə danışmırdı. Dinməzcə həyətdən çıxdılar. Qonaq evində səhər yeməyi yeyəndən sonra raykom jurnalisti maşınacan yola saldı. Sürücüsü maşının baqajına  iki yeşik, iki kanıstr şərab, bir sözlə nə qoydusa iki pay qoydu. Jurnalist:

-         Bunlar nədir?

-         Kənd pay-puşudur. İki-iki qoymuşam hərəsindən. Biri sizin, biri də baş redaktorun. Amma heç soruşmadım e... Xeyir idimi biz tərəflərə gəlməyiniz? Heç nə soruşmadız, yazmadız. – deyə raykom gülə-gülə xəbər aldı. – Gəlin. Gözüm üstündə yeriniz var. Amma xahiş edirəm, bu cür pıs-pıs iyinə görə gəlməyə dəyməz. Belələri həmişə var və olacaq.

Maşın Bakıya tərəf yol alır. Banlaya bilməyən, yalnız pısıldayıb iyi aləmi götürən xoruzu qoltuğuna verilən kişi isə jurnalistin gözü önündən getmirdi. Səhər yeməyi süfrəsi arxasında raykomun söhbətini  xatırlayır, gülümsəyirdi:

“Jurnalist, sən özün də yaxşı bilirsən ki, bir hörmətli qonaq gələndə, biz onu raykomun qonaq evində yerləşdiririk. Günlərin bir günü də şəhərdən komitə sədri gəldi. Ağsaqqal adam idi. Bütün günü özüm durdum qulluğunda. Yox, elə bilməyin ki, rayondan nəsə şikayət vardı. Əsla. Sadəcə, yaşlı kişiydi, məndən böyük idi. Dincəlmək istəyirdi. Bulaq başında xalça saldıq, süfrə açdıq. Axşam da gəldik qonaq evinə. Çay içdik. Bir az söhbət elədik. O, otağına gedəndən sonra, mən də qayıtdım işə. Üstündən bir saat keçmişdi ki, zəng gəldi. Bəs ki, bir xoruz qalxıb hasarın üstünə banlayır. Özü də gecə saat 2-də. Düz bu komitə sədri yatan otağın açıq pencərəsiylə üzbəüz. Komitə sədri də yaşlı adam. Güc-bəla yuxuya gedibmiş. Nəsə. Mən də tez milis rəisini yuxudan oyatdım. Bir-iki milis nəfəriylə gəldik “hadisə yeri”nə. Qonşu həyətin qapısını döyüb girdik həyətə. Milis nəfərləri xoruzu tez tutdular. Kəsmək istəyirdilər ki, yiyəsi başladı qışqırmağa: “Mənim şəxsi mülkiyyətimə əl uzadırsınız? Xoruzumu kəssəniz yazacam. Kremlə yazacam. Movzoleyə yazacam. Qəzetlərə yazacam”. Daha haraların adını çəkmədi ki... Mən də qorxdum. Milislərə dedim ki, xoruzu buraxın. Elə bunu demişdim ki, xoruz təzədən hoppandı hasarın üstünə. Başladı dalbadal banlamağa. Yiyəsi də sanki bundan ləzzət alırmış kimi başladı şaqqanaq çəkib gülməyə. Komitə sədri də pencərədən baxıb, “bu boyda rayonun rəhbərisən, bir dənə xoruzla da bacarmırsan” deyəndə lap əsəbləşdim. Milis nəfəri təzədən xoruzu tutub başını üzmək istəyirdi ki, kişinin səsi aləmi götürdü. Cibimdən bir dənə yüzlük çıxarıb uzatdım xoruzun yiyəsinə. Üzümü də milisə döndərib gözümlə işarə etdim ki, başını üz. Kişi də neyləsə yaxşıdır? Yüzlüyü qaytar çırp sifətimə. İstədim tərsinə bir şillə ilişdirim ona. Amma qonaq evində olan digər hörmətli qonaqlar da pencərələrindən bizə tamaşa edirdilər. Qorxdum. Amma gülünc vəziyyətə düşmüşdüm. Əgər onlar gedib Bakıda bu məsələni danışsaydılar, hamı məni məzxərəyə qoyacaqdı. Hətta adımı “xoruz raykom” da qoya bilərdilər. Amma təmkinimi saxlamalıydım. Naəlac-naəlac üzümü milis rəisinə tutdum ki, bəs əlac elə. Qurtar bizi bu biabırçılıqdan. Milis rəisi nə etsə yaxşıdır? Sürücüsünə göz elədi. O da balaca bir konserva qabı gətirib rəisinə verdi. Rəis də yavaş-yavaş xoruzu tutan işçisinə yaxınlaşdı. Nə etdi-nə etmədi, bilmirəm. Amma xoruzun çığırtısı aləmi götürdü. Elə bildim ki, rəis xoruzun başını kəsib. Sevinsəm də, o yandan qorxu hissi keçirməyə başladım. Amma sonra gördüm ki,  xoruz həyətdə o yana qaçır, bu yana qaçır. Özünə yer tapmır. Sonra rəis yanıma qayıdım qulağıma dedi ki, narahat olma. Hər şey qaydasındadır. Bir neçə dəqiqədən sonra xoruz sakitləşdi. Yenidən hasarın başına tullandı. Elə ki, gücənib banlamaq istəyirdi ki, bir səs eşitdik: Pppıııııssssssssss...” Xoruz bir də qanadlarını qaldıraraq gücənib banlamaq istəyirdi ki, həmin səs gəldi. Demə, rəis xoruzun  qluşitelinə salidol sürtübmüş. Maz da quşun arxasını yandırdığından gücünü toplayıb banlaya bilmirmiş. Ağzından çıxmalı olan hava arxasından çıxıbmış. Səssiz-səmirsiz.  Beləcə bu problemi xoşluqla yoluna qoyduq. Hər gün xoruzu tutub, arxasına solidol sürtdük ki, banlamağı kəsilsin. Kəsildi də. Toyuqlar da ondan yan gəzməyə başladı. Amma pıs-pısı indi də qalır. Lap Bakıyacan da gedib çatır.

Ay jurnalist, milis rəisi onda mənə böyük dərs keçdi. Kim qapımıza gəlir, əgər xoşluqla gəlirsə, onu naz-nemətlə yola salırıq. Kim ki, xoşluqla başa düşmür, xoruzuna solidol sürtüb, qoltuğuna veririk. Necə deyərlər, “Solidol köməyimiz olsun!””.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5797 san