11:18 11 İyun 2015
5206 dəfə oxunub
Çap versiyası

Yatmadan gördüyüm yuxudur dünya

Sevgili axtarmaq başımda xülya

Kimsəsiz, kor olmuş bir məhəbbətəm,

Hərdən yanımdasan, hərdən də təkəm.

                     *****

Bilmirəm heç nədən, nə üçün küsəm

İçimdən ağrıyan tənha bir kəsəm.

Bəlkə də zəhərəm, üzdə şərbətəm,

Elə də, belə də yenə də təkəm.

                     *****

Axtara-axtara qalmışam elə

Deyirəm nə ola elə gün gələ,

Dərdi də sevgi tək içimdə çəkəm

Qəlbimdə olanlar bilir mən təkəm.

                     *****

Sevgilər yaşadım heç kəs bilmədi

Oxuyan qəlbimi özü dinlədi.

Dostlarım, siz deyin niyə, bəs nədən

Bu qədər tənhayam, bu qədər təkəm?

 

                        14 fevral 2003-cü il


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6151 san