19:38 20 Avqust 2015
1896 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

Son vaxtlar Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirmişdir. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıya qalmışdır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac vermişdir.Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Bununla yanaşı, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Hazırda bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatmışdır. Ermənistan Mərkəzi Bankının hesabatına əsasən ölkənin xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə, son 10 il üçün ən böyük göstərici hesab olunur. Bu baxımdan hökumət yaranan problemləri həll etmək iqtidarında deyil. Çünki Ermənistan tamamilə iflasa uğrayıb və borc içində olan ölkənin rəhbərliyi nə edəcəyini bilmir. Son rəsmi məlumatlara əsasən, ölkənin ümumi borcu 5 milyard dollara yaxındır. 2015-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələmişdir. Elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə, əhalinin hökümətə inamı tamamilə itmişdir. Bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari ildə də iqtisadi göstəricilər yaxşıya doğru dəyişməmişdir. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artmış və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməmiş, əksinə, mənfi təsir etmişdir. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırmışdır. Bu səbəbdən, Ermənistanda iqtisadi tənəzzül davam edir və cari ildə inflyasiya daha da artacaqdır. Bu səbəbdən böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

Bu səbəbdən “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının fəalları 2 aydan çoxdur ki, ölkə rəhbərliyinin bu yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirir. Sosial problemlər fonunda təşkil edilən aksiyalar nəticəsində Ermənistanda ictimai-siyasi vəziyyət günü-dündən keçdikcə daha da ağırlaşır. Elektrik enerjisinin qiymətlərinin artmasına etiraz olaraq keçirilən mitinqlər artıq öz əhatə dairəsini genişləndirməkdədir. Belə ki, etiraz aksiyaları davam etdikcə iqtisadi tələblər siyasi tələblərlə əvəz olunur. Yerevanda mitinqin amansızlıqla dağıdılması zamanı saxlanılanlar arasında jurnalistlər arasında “Aykakan jamanak” qəzeti, “NETQ” nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları da vardır. Bundan başqa, onlarla aksiya iştirakçısı saxlanılımışdır. Ermənistan mətbuatında kütləvi toqquşmalarda xəsarət alanlar barədə xəbərlər də yer almış, polis zorakılığı Yerevan küçələrində adi hala çevrilmişdir.

Buna baxmayaraq, Ermənistanın paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə bir neçə aydır başlanan silsilə mitinqlərdə iştirakçıların sayı da get-gedə artmaqdadır. Etirazçılar daha geniş miqyasda aksiyaların keçirəcəklərini bildirirlər. Artıq, “Ayağa qalx, Ermənistan!” vətəndaş hərəkatı avqustun 21-də növbəti ümumxalq mitinqinə qərar vermişdir. Bu məqsədlə ictimaiyyətə sosial şəbəkələr vasitəsi ilə çağırışlar edilmiş, hər bir vətəndaşı Ermənistan hakimiyyətinin yürütdüyü bu siyasətə qarşı birləşməyə çağırmışlar.

Bu baxımdan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün işğalçı ölkənin gələcəyinin də qeyri-müəyyən olduğunu qeyd etmək olar. Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirmişdir. Ermənistan Dövlət Statistika Xidməti idarəsinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə qalxmışdır. Son bir ayda qiymətlər ümumilikdə 5,6 faiz artmışdır. Bu ölkə iqtisadiyyatının iflası kimi dəyərləndirilir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ermənistan sosial inqilab astanasındadır.

Bununla yanaşı, Ermənistandakı bu dözülməz vəziyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min əhali tərk etmişdir. Amma qeyri-rəsmi rəqəmlərə görə bu deyildiyindən dəfələrlə çoxdur. “Armenia today” yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilmikdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirmişdir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik

olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaratmışdır.

Bundan əlavə, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və təcavüzkar siyasətini davam etdirdiyinə görə faktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalmışdır. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu ölkəni tam maliyyə böhranı və regionda təcrid olunmuş vəziyyətinə gətirib çıxarmışdır. Ölkənin büdcəsi demək olar ki, boşdur. Ermənistanı aclıqdan xilas edən ancaq erməni diasporunun və ABŞ Konqresinin mütəmadi maliyyə yardımıdır.

Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək xarici ölkələrə həmişəlik köçürlər. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum etmişdir və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə erməni xalqının özünün kriminal diktatura rejimindən əziyyət çəkdiyni bildirərək bildirmişdir: “Bu rejim erməni xalqını elə pis vəziyyətə salmışdır ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq”.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin 80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

Bununla yanaşı, münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı cinayətkar və kriminal rejimimə - Qarabağ klanına sərf etmir. Mövcud status-kvonun dəyişməsi, yəni Azərbaycan ərazilərinin işğaldan azad olması bu klanın həyati maraqlarına uyğun gəlmir. Bu vəziyyətdən, yəni Ermənistanın cinayətkar rejiminin başında duranlar, xüsusilə forpost, marionetka dövlətin “siyasi elitası” Azərbaycan ilə münaqişədən öz mənafeyi üçün istifadə edir.

Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə guya Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında ölkəmizi təqsirləndirirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransında Ermənistanın cinayətkar rəhbərinin Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı təcavüzkarlıqda ittiham etməsi kimi sərsəm bəyanatlarına cavab olaraq bildirmişdi: “Bu isə tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq 10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi daha təbii olardı. Çünki biz beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik”.

Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, “…Necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər? Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir”.

Bu baxımdan Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə cəmiyyətimizin, xüsusilə media nümayəndələrinin qarşısında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox mühüm vəzifələrin durduğunu bildirərək qeyd etmişdir ki, müasir dövrdə Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür. Bununla yanaşı, son illərdə Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada, xüsusilə Qərbdə heç də bəzi qüvvələrin ürəyincə deyil. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir.

Azərbaycan Prezidenti bildirmişdir ki, erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar və bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər: “...Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi, xüsusilə erməni lobbisinin bizə qarşı fəaliyyəti də bu saxta təbliğatda öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır... Biz erməni təbliğatını ifşa etməliyik və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

Bu səbəbdən dövlət başçısı qeyd etmişdir ki, erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar: “...Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq”.

Bununla bərabər, dovlət başçısı vurğulamışdır ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq, çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın: “...Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir?”.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qorumaqla dövlətlərarası əlaqələrə girir. Bütün bunlar onu deməyə əsas verir

ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Bundan fərqli olaraq, Ermənistan hakimiyyətini qəsb etmiş cinayətkar rejimin başında duranlar münaqişənin nizama salınması prosesində ölkəmizi güzəştə getməməkdə ittiham edirlər. Ancaq bu gün torpaqlarına təcavüz edildikdən və ərazisi işğala məruz qaldıqdan sonra da danışıqlar prosesində Azərbaycanın iştirak etməsinin özü təcavüzkar dövlət üçün elə ən böyük güzəşt deməkdir. Belə olan halda Ermənistanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti Azərbaycanı münaqişənin nizamlanması üçün digər variantlar axtarmağa məcbur edir. Ermənistanın cinayətkar, kriminal diktatura rejimi ölkədəki siyasi, sosial-iqtisadi və demoqrafik böhrandan daim fikri yayındırmaq məqsədilə sərhəddə və qoşunların təmas xəttində təxribatlar törədir. Son hadisələr, eləcə də təcavüzkar dövlətin mütamadi olaraq ərazilərimizi atəşə tutmaqla törətdiyi diversiya hərəkətləri və buna Azərbaycannın tutarlı cavab vermısi döşməni vahimə icində saxlamaqla yanaşı, qudrətli ordumuzun işğal edilmiş ərazilərimizin hərbi yolla qaytarmağa hazır olmasını bir daha təsdiq edir.

Ancaq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir: “Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.


Müəllifin digər yazıları

  1. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  2. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  3. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  4. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  5. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  6. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  7. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  8. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  9. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  10. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  11. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  12. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  13. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  14. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  15. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  16. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  17. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  18. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  19. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  20. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  21. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  22. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  23. BMT necə və nə üçun yaradıldı?
  24. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  25. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  26. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  27. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  28. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  29. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  30. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  31. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  32. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  33. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  34. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  35. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  36. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  37. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  38. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  39. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  40. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  41. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  42. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  43. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  44. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  45. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  46. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  47. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
10:05 24.03/2017
Cəbhədən son xəbər
11:00 21.03/2017
 
Xəbər başlıqları
24-03-2017
24.03.2017 Neft bahalaşıb
23-03-2017
22-03-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6741 san