11:53 21 Avqust 2015
7019 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru

 

YOLLAR

 

(Naxçıvana  yeganə nəqliyyat təyyarədir)

 

Bənövşə  ətirli, Araz nisgilli,

Yollarım sərhədsiz  dünyamla birdi.

Ulduzlar yoluma çıraq tutanım,

Yerlər ayağıma çiçək səpirdi.

 

İndi səbrim kimi itərəm  yolda,

Xəyal qanadına  götürər  məni.

Salam, anamsız ev, gec  gəlib çıxdım,

Mən yolu qınaram, bu yerlər məni.

 

Min qınaq bir borcu  ödəyə bilməz,

Ölənə, itənə çatmaq da çətin.

Yolu tək  ümidi qeyb olanlara

Mənim qollarımı körpü eləyin.

 

Atamdır, Anamdır qırılan yollar,

İncik naləsindən sızlayır ürək.

Gedib ovutmağa  üzümüz hanı,

Könlünü  almağa  kimi  göndərək?

 

Yol əsir, yol küskün, neyləyək, Allah,

Leylasız Məcnundur insansız  yollar.

Karvanı kəsilib, qatarı  gedib,

Damar tək qoruyur bu cansız yollar.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6515 san