11:48 02 Sentyabr 2015
6167 dəfə oxunub
Çap versiyası

 

 

Kölgə-kölgə uzaqlaşan,

Mənim üçün başqalaşan

Gah kükrəyib, gah da daşan

Bu duyğular sevgidirmi?!

*****

Ömür gedir parça-parça

Arzularım qaça-qaça.

Hamısı da döndü puça

Bu ağrılar sevgidirmi?!

*****

Acı günlərmiş qismətim,

Qısa olub səadətim.

Önümdə yoxkən surətin

Bu doğrular sevgidirmi?!

*****

Günlər sənli, günlər sənsiz.

Qərənfillər gülər mənsiz

İçimdəki qəlbi təmiz

Bu oğrular sevgidirmi?!

*****

Söylə külək səsindimi?

Nəğmə kimi yaşamağa –

Bircə ürək bəsindimi?

Bu sorğular sevgidirmi?!


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5623 san