"Yubkalı meyvə-tərəvəz": Onları yemək olarmı?

16:06 / 22.09.2015

Bir neçə ilə qədər insanlar nə GMO haqda bilir, nə də onun haqqında maraqlanırdılar. Bu gün isə insanlarda bir GMO qorxusu var.

Bəs, görəsən, nədir GMO (Transgen və ya Genetik Modifikasiya olunmuş Orqanizmlər)?

GMO-nun yaranma tarixi 1973-cü illərə təsadüf edir. İlk GMO ABŞ-da Salmonella genlərinin E.coli bakteriyasına köçürülməsi nəticəsində alınıb. 1983-cü ildə transgen bitki, 1987- ci ildə transgen heyvan yaradılıb. 1996-cı ildə ilk dəfə GMO (flowers saver - pomidor) bazara çıxardılıb. Hazırda GMO-nun əsas istehsalçı ölkələri ABŞ, Braziliya, Argentina, Kanada, Hindistan, Çin, Paraqvay, Cənubi Afrikadır.

Avropa ölkələrində olduğu kimi GMO ölkəmizdə də qadağandır. Azərbaycanda biotəhlükəsizlik sisteminin mövcud olmaması, zəngin genetik ehtiyatlarımızın çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığı üçün yarana biləcək risklərin aradan qaldırılması məqsədiylə transgen bitkilərin əkini qadağan olunub. Ölkədə Genetik Modifikasiya olunmuş Orqanizmlərə nəzarəti Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət Ekspert Şurası həyata keçirir.

Nazirlər Kabinetinin qərarı ilə mədəni bitki genetik ehtiyatlar, əkin materiallarına nəzarət AMEA Genetik Ehtiyatlar İnstitutuna, qida maddələrində, yemlərdə, ərzaq məhsullarına nəzarət isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılıb. GMO bitkilərinin təyini hər iki qurumun ixtisaslaşmış laboratoriyalarında həyata keçirilir. İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə - fiziki şəxslər 3 min manat, vəzifəli şəxsləri isə 10 min manat, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə gözləyir.

Strategiya.az lent.az-a istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzinin Yeyinti və kənd təsərrüfatı laboratoriyasının GMO üzrə mütəxəssisi, GMO üzrə Ekspert Şurasının üzvü Ayaz Məmmədovun sözlərinə görə, GMO-nun təyin olunması, yəni "screeninq" analizi bahalıdır.

- GMO qadağan olduğuna görə biz ancaq "screeninq" analizi edirik. Yəni məhsulun tərkibində GMO-nun olub-olmadığını yoxlayırıq. Qonşu Gürcüstan 0.9%-ə qədər GMO-ya icazə verilir. Onlarda həm "screeninq", həm keyfiyyət, həm də miqdar analizi edilir.

Ümumiyyətlə, GMO analizi 3 mərhələdə həyata keçirilir:1) skrininq analizi vasitəsilə GMO-nun olub-olmaması təyin olunur, 2) daha sonra GMO-nin keyfiyyəti və 3) miqdarı təyin edilir.

- GMO necə transfer olunur?

- Əsas üç növü var. Aqrobakterium (Agrobacterium tumefaciens) növündə torpaq bakteriyaları ilə köçürülür. Digəri gen tapançası (gene gun) aparatı vasitəsiylə. Gen silahıyla yüksək təzyiqlə bitkinin yarpaqlarına vurulur hüceyrələrə daxil olur. Bitkiyə elektroşok verilir. Bitkinin məsamələri artır və DNT fraqmenti bitkiyə transfer edilir.

Sonra isə həmin yarpaqlar xüsusi mühitə əkilir və ondan cücərti alınır. Cücərtidən inkişaf etmiş bitki artıq geni dəyişdirilmiş olur.

- Bunu sıravi fermer edə bilər?

- Əsla. Bunun üçün böyük bir institut, laboratoriya, mütəxəssis, sadaladığım aparatlar lazımdır. Bu, uzun və bahalı prosesdir. GMO-nun ən böyük istehsalçısı ABŞ-dır. GMO bitki hazırlanması, onun orqanizmlərə təsiri müxtəlif canlılarda öyrənildikdən sonra o satışa icazə verilir. Bəzən bu proses 6- 7 il davam edir.

- GMO nə üçün lazımdır?

- Əsasən, xəstəlik və zərərvericilərə, herbisid və pestisidlərə davamlı bitkilər yaratmaq üçün biotexnologiyanın bu imkanlarından istifadə edilir. Məsələn, Rusiyanın bəzi bölgələri var ki, soyuqdur. Amma onlar da istəyirlər ki, qarpız yetişdirsin. Yaxud bitkilər arasında hansısa xəstəlik yaranıb, xəstəliyə davamlı bitki yetişdirmək lazımdır. Bu zaman xəstəliyə davamlılıq genini götürüb bitkiyə köçürülür. ABŞ-da milyon hektarlarla sahədə GMO bitkiləri əkilir.

- GMO bitkiyə bir dəfə köçürülür və həmin bitkidən alınan toxum da GMO qalır?

- Tək GMO yox, ümumiyyətlə, yüksək məhsuldar toxum istehsal edənlər toxumu elə edirlər ki, ikinci nəsildə artıq o birinci dəfəki məhsuldarlığı vermir. Fermer də məcburdur ki, onu ikinci dəfə də alsın. Toxum istehsalı siyasəti belədi. ABŞ-da GMO qarğıdalı əkilir, bufer zona qoyulur, yaxud da onunla qohum olmayan neytral bitki əkilir (çarpaz tozlanma olmasın deyə), sonra orqanik qarğıdalı becərilə bilər. Bufer zona ən azı 500 metr olmalıdır.

- Bəzi mənbələr iddia edirlər ki, GMO insan geninə təsir edir. Bu, nə dərəcədə doğrudur?

- Əkin sahələrinin statistik gəstəricilərinə baxsaq, görərik ki, ildən-ilə bu dünyada GMO-nun əkilməsi genişlənir. GMO-nun insan orqanizminə mənfi, yaxud müsbət təsirinin olub-olmadığını, hələ ki, heç kəs sübut etməyib. Gah deyirlər GMO xərçəng yaradır, gah da sonsuzluq yaradır. Amma hələ dəqiq sübut olunmayıb. Çin ən çox GMO istehsal və istehlak edən ölkələr arasındadır. Sayları az qalır 2 milyarda çata. GMO insan və heyvan orqanizmində nukleotidlərinə qədər parçalanır. Orqanizmimizdə hüceyrə təzələnəndə hər bir nukleotid ana hüceyrənin üstündə kopyalanıb çıxır və DNT ikiləşir. Heç bir zaman GMO bizim genimizi dəyişə bilməz. Genin mutasiya olması üçün hansısa güclü fiziki təsir, yaxud radiasiya olmalıdır. Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bundan sığortalanmaq üçün GMO qadağan olunub. Bəlkə də gələcəkdə GMO-nun zərərsiz olduğu tam sübut olar və biz də qəbul edərik.

GMO istehsal edən əsas şirkətlər Monsanto, Bayer CropScience, Syngenta Seeds, Pioneer Hi-Bred International, DOW AgroSciences LLC, Agritope Inc, Zeneca Seeds, DuPont Canada Agricultral Products-dur. Dünyada becərilən əsas GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor, tütün və başqalarıdır.

Mütəxəssisin sözlərinə görə, standart ölçüdə olan meyvə və tərəvəzlərə baxıb onun GMO olduğunu düşünmək yanlışdır.

- Ölçü GMO-dan asılı deyil. GMO-nun yaradılmasında əsas məqsədi xəstəliklərə, pestislərə, herbesidlərə (alaq) davamlı bitki növü yaratmaqdır. Bitkiyə dərman vuranda görürsən ki, alaq qalıb, bitki ölüb. Alaq dərmana daha davamlı çıxır. BT11 qarğıdalı sortu yaradılıb. Əvvəl böcək məhsulu yeyib zay edirdi. İndi edə bilmir, bitki böcəyə davamlıdır. Niyə? Çünki ona yeni gen transfer olunub. Böcək onu yeyəndə onun mədəsində fermentlər kristallaşır və böcək ölür. Onda deyirlər ki, böcəyi öldürürsə, demək onda insanı da öldürəcək. Belə izah edim. Biz hansısa bakteriyaya qarşı dərman içirik. Özümüz ölmürük, amma bakteriyalar ölür. Bizim orqanizmimiz başqa mühitdir, onların orqanizmi tamam başqa mühit. Bu da onun kimidir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə GMO-la bağlı uşaq yeməkləri, heyvan qidaları, digər hazır məhsullar gətirilir. Biz orada 4 elementə görə analiz aparırıq. GMO elementi promotor-terminator üzrə. Hələ ki, pozitiv nəticə almamışıq. Məncə, bu elm varsa, inkişaf etdirməliyik. GMO-nu canavara çevirməyi düzgün hesab etmirəm. Yarı alim deyir, təhlükəlidir, yarısı deyir, yox. Burada bir amil də ola bilər. Ən çox GMO istehsal edən şirkət ABŞ-ın "Monsanto" şirkətidir. Avropanın toxum istehsalçıları onlara qarşı çıxır. Çünki bazarda onları sıxışdırıb çıxarır. Avropa şirkətləri də GMO-ya qarşı kampaniya aparırlar ki, GMO təhlükəlidir.

Söhbətimizə institutun elmi işlər üzrə direktoru, genetik modifikasiya olunmuş Bitkilər üzrə ekspert şurasının sədri Mehrac Abbasovla davam edirik. Deyir ki, gələcəkdə ola bilsin ki, institutda hər hansı bir GMO bitkinin yaradılması istiqamətində tədqiqat işi aparılsın.

- GMO-nun ölkəyə gətirilməsi qadağan olsa da, elmi tədqiqat işlərinin aparılmasına heç bir qadağa qoyulmayıb. 3 ildən bir bizim iş planımızı təsdiq olunur. O, proqramda nəzərdə tutulmayıb. Çünki bizim əsas işimiz Azərbaycana məxsus olan yerli bitkilərin genetik ehtiyatların toplanılması, saxlanılması və pasportlaşdırılmasıdır. Seleksiyadan istifadə də var. Konkret GMO bitkilərin alınması hələlik nəzərdə tutulmayıb. Gələcəkdə GMO bitkilərdə olan risklər minimuma enərsə, dünya alimləri bu qənaətə gələrlərsə ki, GMO tam təhlükəsizdir, o zaman biz də proqramımızda dəyişiklik edərik.

Analizlər Real time PCR aparatında yoxlanılır. Daha doğrusu "screeninq" edilir. Aparatla tanış olmaq üçün laboratoriya otağına keçirik. A.Məmmədovun prosesi izah edir.

- Köhnə aparatlarda proses mərhələli və uzun olurdu. Ən tezi cavab 2 günə bilinirdi. Bizdəki aparat müasirdir. Protokoldan asılı olaraq alınan kitlər 50 saykl (dövrə) vurur. Bu analiz metodların üstünlüyü ondan ibarətdir ki, 2 saata nəticə bəlli olur. GMO var, ya yox. Nümunə "plate"dəki (boşqab) yuvalara qoyulur, üstünə reaksiya qarışıqları əlavə olunur.

GMO laboratoriyası standartlara görə 3 otaq prinsipi ilə bir istiqamətli iş axını istiqamətində qurulub. Birinci bölmədə DNT nümunəsinin hazırlanması - DNT-nin ekstraksiyasıdır. DNT ekstraksiyası kit metodu ilə həyata keçirilir. Müvafiq buferlərin köməyi ilə bitki mənşəli məhsullardan DNT ayrılır. Sonra ikinci otaqda PCR qarışığı hazırlanır. 3-cü otaqda isə PCR prosesi gedir. Laboratoriyada GMO sınaqları 4 GMO elementinə (35 S promotorda, NOS terminator, FMV və Bar) görə "screeninq" həyata keçirilir.

Dünyanın inkişaf etmiş ölkələrdə hər bir yeni texnologiyaya, o cümlədən müasir biotexnoloji üsullarla alınmış məhsullara və canlı orqanizmlərə çox ehtiyatla yanaşılır. Həmin ölkələrdə transgen orqanizmlər üzrə çox ciddi biotəhlükəsizlik sistemi qurulmuş və alınan hər bir GMO-nun canlılara və ətraf mühitə təsiri öyrənildikdən sonra onların istifadəsinə və əkininə icazə verilir. GMO bitkilərin əkini xüsusi mühafizə olunan ərazilərdə aparılır və bu yolla onların transgen olmayan bitkilərə, yabanı floraya və yerli sortlara mümkün təsiri aradan qaldırılır. Bu istiqamətdə aparılan tədqiqat işlərinin əsas məqsədi artmaqda olan dünya əhalisinin ərzağa olan tələbatını ödəmək, yoxsulluğun azaldılmasına nail olmaq və bəzi xəstəliklərin qarşısını almaqdan ibarət olub. Hurbert Boyer şirkəti rekombinant DNT texnologiyasından istifadə edərək, E. coli bakteriyasından insulini sintez etmiş və hal-hazırda da bu zülaldan tibbdə geniş istifadə olunur. Lakin GMO-nun insan və heyvanların sağlamlığına, həmçinin, ətraf mühitə təsiri hələ tam araşdırılmamış və hətta bir çox tədqiqatlarda GMO-nun təhlükəli olduğu göstərilir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM