14:40 24 Oktyabr 2015
11926 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

1939-cü il sentyabrın 1-də dünya müharibəsinin başlanması Millətlər Cəmiyyətinin heç nəyə qadir olmadığını göstərdi. 1939-cu ilin avqustunda Moskvada bağlanmış Ribbentrop - Molotov paktı və onun gizli protokolları Almaniyanın şərqində və SSRİ-nin qərbində qalmış ərazilərin iki imperiya arasında bölüşdürülməsini reallaşdırdı. Qərb dövlətlərinin Almaniyanın şirnikləndirmək siyasəti acı nəticələrini verdi. 1940-cı ilin may-iyununda Fransa süqut etdi, orada oyuncaq "Vişi hökuməti" yaradıldı, İngiltərə və ABŞ təklənmiş oldu. Lakin müharibənin SSRİ-yə qarşı başlanması sovet rəhbərliyində ciddi çaşqınlıq yaratdı. Yaranmış şəraitdə Almaniyaya və Yaponiyaya qarşı duran dövlətlərin hərbi-siyasi ittifaqının yaradılması zərurəti meydana gəldi.

1941-ci il avqustun 14-də ABŞ prezidenti F.Ruzvelt və İngiltərə baş naziri U.Çörçill arasında Atlantik Xartiyası adlı saziş bağlandı. Xartiya 8 bənddən ibarət idi (Ruzveltin oğlu E.Ruzvelt yazırdı ki, xartiyanın layihəsini onun atası Samner Uelsslə birgə hazırlayıb). Bu maddələrdə gələcək sülhə nail olmağın yolları, habelə mübarizənin istiqamətləri göstərilirdi. SSRİ 1941-ci il 24 sentyabr Bəyannaməsi ilə Xartiyaya qoşulduğunu bildirdi və London konfransı (1941, sentyabr) Birləşmiş Millətlərə yardım və bərpa İdarəsinin yaradılması haqqında qərar qəbul etdi. Birləşmiş Millətlərə yardım və bərpa İdarəsi 1943-cü ilin noyabrında işə başladı.

1942-ci il yanvarın 1-də Vaşinqtonda, Ağ evdə 26 ölkə adından “Ox” ölkələrinə qarşı birgə mübarizə” Bəyannaməsi imzalandı ki, bu Bəyannamə ilə də antihitler koalisiyasının əsası qoyuldu. 1942-ci ilin yanvarından Birləşmiş Millətlər termini leksikona daxil oldu. Bəyannaməni ABŞ tərəfdən F.Ruzvelt, SSRİ tərəfdən M.M.Litvinov imzalamışdı. Birləşmiş Millətlərin sayı getdikcə artaraq 1945-ci ilin aprelində 47-yə çatmışdı, Bəyannamə onun iştirakçılarının üzərinə iki vəzifə qoyurdu:

1. Bəyannaməni imzalayan dövlət öz hərbi və iqtisadi ehtiyatlarını Üçlər ittifaqına və onun müttəfiqlərinə qarşı mübarizəyə səfərbər edirdi;

2. Bəyannaməni imzalayan dövlətlər düşmən dövlətlərlə separat sülh və ya barışıq bağlamamalı idi.

1943-cü il 19-30 oktyabrda Birləşmiş Millətlərin Moskva konfransı oldu. Konfransa M.Litvinov başçılıq edirdi, onun gündəliyində 17 məsələ dururdu. Oktyabrın 30-da konfrans: "Ümumi təhlükəsizlik təşkilatının yaradılması haqqında" Bəyannamə qəbul etdi. Burada, habelə Almaniya və onun müttəfıqlərinin danışıqsız təslim olması haqqında qərar da qəbul edildi. 1943-cü il dekabrın 1-də Tehranda üç dövlət rəhbərlərinin görüşündə də həmin bəyannamə təsdiqləndi.

Ümumi təhlükəsizlik təşkilatının yaradılması yolunda mühüm mərhələ Dumbarton-Oks (Vaşinqtonun yaxınlığında) konfransı oldu. Konfrans 1944-cü il avqustun 21-dən oktyabrın 7-dək keçirildi. Orada I hissədə üç dövlətin (SSRİ, ABŞ, İngiltərə) nümayəndələri, II hissədə isə Çin nümayəndəsi də iştirak edirdi. Konfrans əslində ekspertlərin görüşü idi. Dumbarton-Oks konfransı “Birləşmiş Millətlər” adı altında beynəlxalq təşkilatın yaradılması haqqında tarixi qərar qəbul etdi və həmin təşkilatın strukturunu işləyib hazırladı ki, sonralar bu, BMT Nizamnaməsi üçün əsas oldu. Burada BMT-nin əsas orqanları, onlarda səsvermə qaydası, BMT-nin ilk üzvü olan dövlətlərin məsələsi və s. müzakirə edildi. Qərara alındı ki,

1. Təhlükəsizlik Şurasının hər bir üzvünün 1 səsi var;

2. Təhlükəsizlik Şurasının prosedura (üsul) məsələləri üzrə qərarı 7 səs çoxluğu ilə qəbul edilir;

3. Qalan məsələlər üzrə Təhlükəsizlik Şurasının qərarı 7 səs çoxluğu ilə (o cümlədən 5 daimi üzvün səsi) qəbul edilir, mübahisədə maraqlı olan tərəflər səsvermədən kənarlaşdırılır.

Sonralar Təhlükəsizlik Şurasında səsvermənin bu qaydası “Yalta formulası” adlanmağa başladı, çünki bu qayda Krım konfransında hüquqi status qazanmışdı.

BMT-nin yaradılması məsələsi praktiki olaraq 1945-ci il 4-11 fevralda Krımda Livada (Yalta) sarayında olan konfransda həll edildi. Konfrans "Yalta formulası"nı təsdiq etdi. SSRİ-nin təklifı ilə Belorusiya və Ukrayna da BMT-nin təsisçiləri sırasına daxil edildi. Krım konfransı BMT-nin yaradılması üçün San-Fransiskoda (ABŞ) 1945-ci il aprelin 25-də konfrans çağırılmasını qərara aldı. Müttəfıqlər MC-nin mandat sistemi əvəzinə, BMT qəyyumluq sisteminin yaradılması məsələsində razılığa gəldilər. Burada habelə BMT-nin təsis məclisinə dəvətin mətni müzakirə və qəbul edildi, onun SSRİ, ABŞ və İngiltərə adından 1 yanvar 1942-ci il Bəyannaməsini imzalamış dövlətlərə göndərilməsi qərara alındı. Dəvətə Çin hökuməti də qoşuldu, lakin Fransa Müvəqqəti hökuməti Dumbarton-Oks və Krım konfranslarında iştirak etmədiyi üçün təklif etdi ki, həmin iki konfransın qərarı gələcək təşkilat üçün çıxış nöqtəsi yox, müzakirə obyekti olsun. Təklif qəbul edilmədiyi üçün Fransa dəvətə qoşulmadı. Dəvət 1945-ci il martın 5-də 4 dövlətin adından göndərildi.

1945-ci il 25 apreldə San-Fransisko konfransı işə başladı. Onun işində 50 ölkədən 282 nümayəndə, 1500-dən çox məsləhətçi və ekspert, 3500-ə yaxın müxbir və s. iştirak edirdi. Konfransda SSRİ nümayəndə heyətinə SSRİ-nin ABŞ-dakı səfıri A.A.Qromıko (25 aprel-10 may arasında nümayəndə heyətinə XİN V.M.Molotov özü başçılıq edirdi) - 10 nəfər, ABŞ-dan dövlət katibi E.Stettipius -7 nümayəndə, İngiltərədən – XİN A.İden - 4 nümayəndə, Çindən doktor Sui Tszıveninin başçılığı altında 10 nümayəndə, Fransadan XİN J.Bidonun başçılığı altında 5 nümayəndə gəlmişdi. Konfransın işinə rəhbər komitə və icra komitələri başçılıq edirdi. İki ay ərzində konfrans BMT Nizamnaməsini müzakirə, qəbul və təsdiq etdi. Konfransın işçi dili kimi ingilis, fransız, rus, çin, ispan dilləri və 18 Latın Amerikası ölkəsinin dili qəbul edildi.

Konfransa 1200 təklif daxil olmuşdu ki, bu təkliflərdən xidməti istifadə üçün 400 səhifəlik kitab nəşr olundu. 1945 -ci il iyunun 26-da San-Fransiskoda Veteranlar evində (iclaslar həm də Opera teatrında gedirdi) konfransın 50 iştirakçısı (sonralar Polşa da ilk təsisçilər sırasına daxil edildi) BMT-nin yaranması haqda Nizamnaməni imzaladılar. Oktyabrın 24-də ratifıkasiyadan sonra Nizamnamə qüvvəyə mindi və həmin gün Birləşmiş Millətlər günü kimi hər il qeyd edilir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gə-lən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi.

Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.


Müəllifin digər yazıları

  1. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  2. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  3. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  4. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  5. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  6. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  7. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  8. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  9. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  10. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  11. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  12. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  13. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  14. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  15. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  16. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  17. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  18. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  19. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  20. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  21. BMT necə və nə üçun yaradıldı?
  22. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  23. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  24. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  25. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  26. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  27. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  28. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  29. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  30. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  31. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  32. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  33. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  34. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  35. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  36. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  37. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  38. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  39. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  40. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  41. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  42. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  43. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  44. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  45. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1241 san