19:35 15 Noyabr 2015
4292 dəfə oxunub
Çap versiyası

Paris partladı, daha doğrusu, partladıldı. Avropalılar saqqallı, dərvişlibas cinayətkarları, terrorçuları tapmaq üçün bütün imkanlarını səfərbər etdilər. Əlbəttə, bir insanın ölümü də faciədir, müsəlman olaraq, bizlər həmişə belə düşünmüşük. Bəs görəsən, Avropa Fransada baş verənlərdən sonra indi nəyi düşünür, nəyi götür-qoy edir? Şərqdə, müsəlman, türk aləmində kiçik bir inkişafın, tərəqqinin qarşısını almaq üçün min cür fitnə-fəsad törədən, planlar cızan soyuqqanlılar insan ölümünün, doğmasını, əzizini itirməyin necə sarsıdıcı olduğunu gördülər. Bəlkə də soyuqanlı düşündüyümə və yazdığıma görə məni qınayarsınız. Ancaq belə düşünməkdə haqlıyam, bilirsiniz niyə? Hələ XX əsrin əvvəllərindən deportasiyalara, soyqırımlara məruz qalan xalqın övladı kimi, türk, müsəlman olduğumçün Avropa hər zaman bizlərin taleyinə biganə olub, laqeyd yanaşıb.

“Səlib yürüşləri”ni xatırladınızmı? Əlcəzairdə tökülən qanları insanlıq unutsa da Tanrı unutmamışdı...

Paris partladı. Sən demə, partladanlardan biri, dediklərinə görə, fransız imiş, özü də saqqalsız. Avropasayağı təğyiri-libas olub, soyuq düşünüb, soyuq qərar vermək, insan öldürmək elə də çətin iş deyil, mənim əzizlərim. Məsələn, Suriyada baş verənlər, “Ərəb baharları” və s...

Mirzə Fətəlinin “dərvişi”nin barıtı əsrimizdə də partlayıb Parisi dağıdırsa, əlavə söz deməyə ehtiyac qalmır. Düşünmək və nəticə çıxarmaq lazımdır. Görəsən, Parisi partlatmaq hansı terrorçunun ağlına birinci gəlib. Sözün düzü, xəbəri eşidəndə dalağım sancdı və ağlıma “Birdən azərbaycanlı partladar” fikri gəldi. Fikirləşdim ki, yəqin hansısa şahbazlardan biri Müsyo Jordandan qisasını alır.

Yox, biz azərbaycanlılar nahaqdan, acımadan insana qıymarıq, çünki bu qanımızda yoxdur. Həm də Qafqazlıyıq axı...

Əslində, Fransa bir zamanlar etdiyi səhvləri təkrarlamamalıydı, insanların heysiyyatını, dinini, inancını təhqir etməməliydi, insan haqlarına və hüquqlarına hörmətlə yanaşmalıydı.

Biz azərbaycanlılar həmişə “Firəngistana” və “firənglilərə hörmət və sayğı ilə yanaşmışıq. Mirzə Fətəlinin “Müsyo Jordanı”nın bu gün işğal altındakı Qarabağda necə hörmət və izzət görməyini xatırlayın. Hətəmxan ağa yad elliyə “Qonaq Allah qonağı”dır,- deyib, az qala “Gözünün yağını” yedirirdi. Biz həmişə çörəyimizin “düşməni” olmuşuq, ağzımızdan “ən səkil” tikəmizi çıxarıb ona-buna vermişik...

Fransa ermənin dostudur, bu, birmənalı belədir. “Daşnaqstyun”a qucaq açıb, qondarma “soyqırım” abidəsi önündə qəmli-qəmli durub gül qoymaqla onların “hay” sevgisini bir daha gördük...

Ancaq terrordan bugünə kimi əziyyət çəkən Azərbaycanın iyirmi faiz torpağının işğalını, bir milyondan çox qaçqınının olmasını Fransaqarışıq bütün dünya görməzlikdən gəldi və susdu. Fransa həm də ATƏT-in üzvüdür.

Bir insan kimi baş verənlərə acıyıram və terrorun Qarabağımızda da kökünün kəsilməsi gününü səbirsizliklə gözləyirəm.

Allah sənə rəhmət eləsin, Mirzə Fətəli. Sən doğurdan da dahi və uzaqgörən imişsən. 100 il bundan öncə yazdığın əsəri yenidən oxumalıyıq, çünki tarix təkrar olunur.


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5078 san