15:10 19 Noyabr 2015
3790 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

  Türkiyədə “Böyük İyirmilər”in (G-20) 15 noyabr 2015- ci ildə artıq sayca 10-cu sammiti keçirildi. Tədbirə ev sahibliyi edən Prezident İlham Əliyev məntiqi ilə desək: “Son dövrlərdə həyata keçirtdiyi uğurlu siyasət nəticəsində Türkiyə dünyanın inkişaf etmiş dövlətlərindən birinə və təsirli güc mərkəzinə çevrilmişdir”[1]. Bəli, Türkiyə artıq dünyada, regionda, Avrasiya məkanında qlobal-siyasi Güc Mərkəzidir.

Samitdə Azərbaycan yeganə fəxri qonaq statusunda iştirak edən ölkə idi. Cənab Prezidentin sözləri ilə desək:” Azərbaycan ... toplantıda Türkiyənin birbaşa dəvəti ilə tam hüquqlu üzv qismində iştirak edir”[2]. Azərbaycanın 19 aparıcı dövlət və Avropa Birliyi rəhbərləri ilə eyni tədbirdə yer alması və Prezident İlham Əliyevin qlobal dünyanın Güc nümayiş etdirən rəhbərləri ilə bir sırada bu Zirvə toplanstısında iştirakı Azərbaycana müəyyən siyasi, beynəlxalq dividentlər verir, xarici siyasətdə, qarşılıqlı dövlətlərarası münasibətlərdə üstünlüklər yaradır.

Belə olan məqamda ölkənin əsas problemi olan Dağlıq Qarabaq münaqişəsinin sammitin gündəliyində olmamasına baxmayaraq, ölkə Rəhbəri xüsusilə bu problemə də diqqət yönəltdi: “Hesab edirəm ki, müstəqillik illərində Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli “G-20”üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər. Əminəm ki, əgər Azərbaycan 24 ildə Ermənistanla müharibə vəziyyətində yaşamasaydı və ərazinin 20 faizi işğala məruz qalmasaydı, əldə edilmiş uğurların miqyası daha böyük olardı. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur, mədəniyyət abidələri dağıdılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir”.[3]

Unutmayaq ki, Cənubi Qafqazda Dağlıq Qarabaq problemi ən qaynar münaqişə ocağıdır. Həm də nəzərə yetirək ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı artıq ,  Cənubi Qafqazda, postsovet məkanında həll edilməmiş konftiklər haqqında qətnamələr qəbul ediblər. Bu da bəllidir ki, adları çəkilən qurumların qəbul etdiyi sənədlər hüququ xarakter daşımasa da, Azərbaycanın Dağlıq Qarabağ problemi ətrafında apardığı ədalətli mövqeyinə dəstəkdir. Həmçinin bu sənədlər Ermənistanın işğalçı dövlət olmasını təsdiq edən rəsmi sənədlərdir. Diqqətə yetirək ki, eyni zamanda Minsk qrupu həmsədirləri də bu sammitdə iştirakçıdır və onların obyektiv mövqe tutmasına da Prezident İlham Əliyevin bu məruzəsindəki fikirləri bir çağırışdır. Həm də qeyd edək ki, G-20 sammiti Minsk qrupu həmsədr ölkələrinin hər üçünün (Rusiya, Fransa, ABŞ) daxil olduğu bir toplumdur. Təbii ki, Azərbaycanın belə məsul bir toplantıda tam hüquqlu fəxri-qonaq, status kvosu işğalçı Ermənistanın beynəlxalq səviyyədə mövqeyinə də psixoloji bir zərbədir. Çünki, Avropa Şurası Parlament Assambleyası Siyasi Komitəsi də bu ərəfələrdə Azərbaycanın Dağlıq Qarabağ problemi ətrafında haqlı mövqeyini dəstək olan qərar qəbul edibdir. Məhz belə sənəd-kommunikelər beynəlxalq hüquq çərçivəsində işğalçı Ermənistanı fakt və realıqlar qarşısında qoyur.

Antalya sammitində Prezident İlham Əliyevin ikitərfli və çoxtərəfli görüşlər mətnində Dağlıq Qarabaq məsələsində öz haqlı mövqeyini bir  qədər də irəli apararaq, dünya liderləri ilə təması da isə onların bu məsələdə ədalətli mövqe tutmalarında növbəti siyasi bir addımdır. “Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluq qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir”. Beləliklə, Antalya sammiti G-20 lərin növbəti toplantısında Azərbaycanın tam hüquqlu fəxri qonaq statusu ölkəmizin dünyadakı yeri, rolu və mövqeyinə də yeni dividentdir, yeni bir siyasi stimuldur. Azərbaycan regionda inkişaf etmiş ölkədir. Bu tək ölkəmizin bir təqdimatçı deyil, həm də regional layihələrdə iştirakının göstəricisidir.

Prezident İlham Əliyev G-20 sammitində multikulturalizm, vətəndaş cəmiyyəti problemlərinə də toxunaraq qeyd etdi ki: “Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətə və dinlərarası sülhə, tolerantlıq mühitinə, liberal, danayınıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir.”

G-20 sammitində Cənab Prezident ölkədə həmçinin genderbərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi kimi məsələlərə də diqqət yönəltdi və ölkədə həyata keçirilməsi üzrə həyata keçirilən əməli tədbirlərin dəstəklənməsini də qeyd etdi.

Bu baxımdan Prezident İlham Əliyevin “Böyük iyirmiliy”in Antalya sammitində aparılan müzakirələrdə və qəbul edilən qərarlarda bir sıra qlobal problemlərin ölkə çərçivəsində diqqətə çatdırılması baxımından beynəlxalq münasibətlər kontekstində məruzəsi yenidən Dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması reallığıdır.   



[1](Azvision.az.17.11.2015)

[2] Yenə orada

[3] Yenə orada


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6391 san