16:13 20 Noyabr 2015
5004 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Tarixin bütün dövrlərində xüsusən müasir dövrdə hər bir cəmiyyətin, hər bir dövlətin rifahının, inkişaf səviyyəsinin, qüdrətinin əsasında dayanan
vacib amillərdən biri həmin cəmiyyətin intellektual səviyyəsidir və bu amil sıx şəkildə ölkədə təhsilin vəziyyəti ilə bağlıdır. Bəşəriyyət hazırda informasiya əsrini yaşayır. Belə bir mühitdə isə təhsilin hər bir dövlətin güc və qüdrətini xarakterizə edən və ölkənin inkişafının təməlində duran amillərdən biri olması qanunauyğundur.
Təhsil, onun səviyyəsi dinamik xarakter daşıyır. O bütövlükdə dünyanın və, konkret olaraq, regionun və dövlətin inkişafına münasib olaraq dəyişir, təkmilləşir, vaxtaşırı sınaqdan keçir. Buna görə də müasir dövrdə təhsil cəmiyyətin müasir durumunu özündə təcəssüm etdirən mövcud sistemin vacib
elementidir.
Bütövlükdə Azərbaycan təhsili, konkret olaraq isə ali təhsil sistemi müstəqillik bərpa ediləndən bəri özünün yenidən qurulma mərhələsini yaşayır. Düzdür, onun yeniləşməsi, məxsus olduğu dövrün tələblərinə müvafiq şəkildə dəyişməsi və zamanın tələbi ilə addımlaması problemi hələ sovet rejiminin bütün dövrlərində vaxtaşırı olaraq aktuallaşır, onun problemləri bu və ya digər səviyyədə həll edilir və ya buna cəhd edilirdi. Xüsusən Sovet hakimiyyətinin son onilliyində təhsilin real həyata uyğunluğu, dövrün tələblərinə cavab verə bilməsi problemi daha kəskin şəkildə ortaya çıxmışdı. Başlıca səbəb isə köhnə sovet ictimai-iqtisadi, siyasi-mənəvi sisteminin iflasa uğraması ilə əlaqədar köhnə tələblər, texnologiyalar, münasibətlər və dəyərlər sistemi üzərində qurulmuş təhsilin öz təməlindən məhrum olması, lazımsız hala gəlib çıxması oldu. İctimai-iqtisadi sistem dəyişir, ideoloji mühit iflasa uğrayır, yeni münasibətlər sistemi cəmiyyətin həyatına daxil olur. Belə bir mühitdə yaranmaqda olan yeni həyatın tələblərinə uyğunlaşmaq lazım gəlir. Lakin burada da qarşıya çoxsaylı suallar və problemlər şıxır. Köhnədən imtina, yeninin qəbul edilməsi də mexaniki olaraq edilə bilməzdi. Təhsildə dəyərlərin saf-çürük edilməsinə böyük ehtiyac vardı. Həyatın bütün sahələrində problemlərin aşıb-daşdığı bir vaxtda bu işə diqqət və zaman ayırmaq, enerji və vəsait sərf etmək asan məsələ deyildi. Digər tərəfdən, təhsil insan həyatının daha çox mühafizəkar tərəfi ilə bağlı idi və onun dəyişməsi, qısa müddətdə müasir tələblər səviyyəsinə qaldırılması qeyri-mümkündür.
Eyni zamanda təhsilin digər sahələrdə gedən prosesləri də qabaqlaması, müşkül məsələdir. Təhsilin yeni ictimai-iqtisadi mühitlə, əmək bazarı ilə tarazlaşması da tədricən gedir. Nəzərə almaq lazımdır ki, təhsilin xidmət etdiyi və ehtiyaclarını ödəyəcəyi sahələrin özündə də quruculuq işləri davam edirdi və o, mükəmməllikdən uzaq idi. Uyğun olaraq, onun ehtiyaclarını ödəməli olan təhsil sistemi də hələ oturuşmamış, formalaşmaqda olan bir sistemin mövcud vəziyyətinə müvafi olaraq öz çətinliklərini yaşayırdı. Elə təhsilin mükəmməlləşməsi üçün zamanın tələb olunmasının səbəblərindən biri də onun aid olduğu sahələrlə uyğunlaşması və oturuşmasına olan ehtiyacdan irəli gəlir.
Müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr bir birinin ardınca məqsədyönlü şəkildə görülmüş işlər tədricən öz bəhrəsini verir. Sovet ictimai-iqtisadi sisteminə uyğun təhsil sistemindən tədricən uzaqlaşılması, yeni şəraitə uyğun standartlara keçid, təhsilin müxtəlif mərhələlərində ümumdünya təhsil məkanının standartlarına qayıdış, Boloniya prosesinə qoşulma, Avropa və dünya ictimai iqtisadi məkanına inteqrasiya artıq öz bəhrəsini verməkdədir. Lakin haqqında danışılan proses daimi olduğundan onun qarşısında yeni-yeni vəzifələr qoyulur. Əgər əvvəllər başlıca vəzifə köhnə sistemdən imtina edilərək təhsilin yeni mühitin tələbləri səviyyəsində qurulması, dünya standartlarının tam oturuşmasına nail olmaq idisə, hazırda vəzifə qabaqcıl dünya təhsilinin rəqabət mühitində tam hüquqlu subyekt səviyyəsinin təmin edilməsi və daim təkmilləşərək bu səviyyənin qorunub saxlanmasıdır. Avropa standartına uyğunlaşmaq, onun fəaliyyət və mövcudluq şərtlərinə gəlib çatmaq birinci vəzifə idisə, bunu əldə etdikdən sonra həmin rəqabət mühitinin tam hüquqlu subyekti kimi bu vəziyyəti
qoruyub saxlamaq bundan sonrakı fəaliyyətin əsas hədəfidir.
Təhsilin, o cümlədən ali təhsilin bu gün üçün aktual problemi keyfiyyətin yüksəldilməsi, Avropa iqtisadi məkanında hazırlanmış kadrların rəqabər qabiliyyətliliyinin təmin edilməsi problemidir. Əgər son illərə qədər ali təhsildə əsas diqqət yenidənqurma və quruculuq işlərinə verilirdisə, indi təhsilin keyfiyyəti öz plana çıxır. Düzdür, keyfiyyət təhsildə həmişə vacib amillərdən biridir. Lakin cəmiyyətin digər problemləri həll edildikcə keyfiyyət amili daha çox önəm kəsb edir. Əvvəl-əvvəl ölkənin daxili əmək bazarının keyfiyyətli mütəxəssislərlə təmin edilməsinə olan ehtiyac təhsil keyfiyyətini diqqət mərkəzinə çəkir. Zaman keçdikcə isə ölkənin Avropaya və dünyaya inteqrasiyasının dərəcəsinə uyğun olaraq bu miqyasda kadr hazırlığının tələbləri yeni keyfiyyət hədəfləri müəyyənləşdirir. Bu proses, yekun olaraq, Azərbaycanın dünya təhsil məkanında rəqabət qabiliyyətinin davamlı olaraq təmin edilməsini günün vəzifəsinə çevirir.
Hazırda Azərbaycanda ali təhsili keyfiyyət cəhətdən xarakterizə etmək üçün aşağıdakı göstəricilərə diqqət yetirmək məqsədəuyğundur. Müstəqillik qazanıldıqdan sonra təhsil sahəsində yeni ictimai iqtisadi mühitin tələbi ilə başlanmış dəyişikliklər bu sahənin həm forma, həm də məzmun cəhətdən əhəmiyyətli nəticələr əldə etməyə imkan vermiş, gələcək islahatlar üçün şərait formalaşmışdır. Ali təhsilin forması xeyli dəyişikliklərə məruz qalmışdır. Təhsilin ümumdünya formalarına uyğun çoxpilləli formasına keçid dünya təhsil sistemi ilə olan mövcud fərqləri aradan qaldırmağa, ümumi təhsil məkanının standartları əsasında yenidən qurulmaya şərait yaratmışdır. Formanın qəbul edilməsi ümumi məkanın tam hüquqlu subyekti olmağın vacib şərtidir. Bu mənada artıq 20 ildən artıq davam edən bir dövr ərzində demək olar ki, ziddiyyətli məqamların xeyli hissəsi aradan qaldırılmış, onun Avropa və dünya təhsilinə inteqrasiya mənasında kifayət qədər əhəmiyyətli irəliləyişlər təmin edilmişdir. Azərbaycan təhsili, xüsusən də ali təhsili hazırda bütün beynəlxalq layihələrdə iştirak edir.
Lakin təhsilin forma və məzmununda görüləsi işlər və həllini gözləyən problemlər çoxdur. Tədris prosesinin malik olduğu zəif cəhətlər təkmilləşməlidir. Tədrisin köhnə formalarının saf-çürük edilməsi, az səmərəli və passiv tədris metodlarından imtina edilməsi, verilən biliyin daha yaxşı mənimsənilməsi və gələcəkdə tətbiqinin səmərələşdirilməsi üçün innovativ metodların axtarışı və tətbiqi vacibdir. Uzun illər təhsilin praktika ilə yaxınlaşdırılması davamlı olaraq diqqət mərkəzində osla da həmişə bu məsələ aktuallığını saxlayır.
Ali təhsilin məzmununda reallaşdırılan islahatlar da öz müsbət təsirini göstərməkdədir. Bu gün Azərbaycaın ali təhsil məktəblərini bitirmiş məzunlar həm əmək fəaliyyəti ilə məşğul olmaq, həm də təhsilin növbəti mərhələrini davam etdirmək cəhətdən xeyli nailiyyətlər əldə etmişlər. Lakin təhsilin formasının müasir tələblərə uyğunluğu nöqteyi-nəzərindən elə bir ciddi maneələrin olmamasını qeyd ediriksə, onun məzmunu, keyfiyyət dərəcəsi baxımından problemlər kifayət qədər çoxdur.
Ali təhsildə keyfiyyətin başlıca meyarı məzunlarının istiqamətləndikləri sahələrin tələblərinə cavab vermələridir. Təhsil praktikaya nə qədər yaxındırsa, onun nəticələri də əmək bazarında daha yüksək tələbata malik olur. Bütün bunların əldə edilməsi isə təhsil prosesinin bir sıra məqamlarının təmin edilməsi vacibdir.
Azərbaycanda ali təhsil sahəsində keyfiyyətin müasir səviyyəsi qaneedicidirmi? Məsələyə həmin nöqteyi nəzərdən yanaşmaqla Azərbaycan ali təhsilində real vəziyyətin dəyərlndirilməsi mühüm əhəmiyyətə malikdir. Bir daha qeyd etmək vacibdir ki, sahənin vəziyyətinin araşdırılması, problemlərinin qaldırılması bütövlükdə ölkənin ümumi ictimai-iqtisadi, mədəni siyasi inkişafının kontekstindən qiymətləndirilməli, bu aspektdən izah edilməlidir. Dövlət səviyyəsində aparılan islahatlar, görülən gündəlik illər, həyata keçirilən nəhəng inkişaf proqramları, şübhəsiz, belə dərin analizlərin təməlində aparılır. Lakin keyfiyyət probleminin tələb olunan səviyyədə təminatı fasiləsiz fəaliyyət, mütəmadi məqəsdyönlü iş tələb edir ki, bunun üçün də mövcud inkişafın hər anının və hər mərhələsinin diqqət mərkəzində saxlanılmasını zəruridir. Müstəqillik dövründə ali təhsilin dirçəldilməsi və gücləndirilməsi sahəsində kifayət qədər uğurlar əldə edilmişdir. Lakin bu gün malik olunan səviyyə hələ ki qaneedici vəziyyətdə deyildir. Ötən dövrdən irsən qalmış problem və maneələr təsir göstərməkdə davam edir. Onların sırasında çox amilləri sadalamaq olar. Buna görə də mövcud problemləri hansısa bir və ya bir neçə amillə izah etmək mümkün deyildir. Şübhəsiz, dövlətin imkanları genişləndikcə o problemlərin həlli üçün şərait yatranır. Lakin görülən işin uğuru həm də yeridilən xəttin düzgün seçilməsindən və onun ardıcıl yerinə yetirilməsindən asılıdır.
Qeyd olunduğu kimi ali təhsilin ümumi inkişafına, xüsusən bu sahədə keyfiyyətin vəziyyətinə təsir edən amillər müxtəlifdir. Burada onların ən xarakterik olanlarının adını çəkmək yerinə düşərdi. Keyfiyyətə mənfi təsir göstərən çatışmazlıqlardan aşağıdakıların adını çəkmək olar:
- Tədris materiallarının köhnəlməsi və müasir tələblərdən geri qalması
- Tədris proqramlarının həyatın inkişaf tempindən geri qalması və real tələbatla ayaqlaşmaması
- Təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin qeyri-mükəmməlliyi
- Müəllim kadrlarının müasir tədris tələblərinə uyğunsuzluğu
- Nəzəri təhsillə mütəxəssisin gələcək fəaliyyət praktikası arasında ciddi cəviyyə və məzmun fərqlərinin olması
- İctimai-iqtisadi həyatda gedən dəyişikliklərə təhsilin müasirləşməsi prosesinin qeyri adekvatlığı
- Qabaqcıl dünya praktikasının təhsilin əhatə dairəsindən xeyli uzaq olması
- Ümumi əmək bazarının tələbləri haqqında təsəvvürün cəmiyyətdə, o cümlədən təhsil ictimaiyyəti arasında kifayət qədər dəqiq dərk edilməməsi
- İctimai həyatın bütün başqa sahələrindəki problemlərin təhsilin vəziyyətinə mənfi təsiri
- Maliyyələşmə problemlərinin yarımçıq həlli
- Təhsil kadrlarının əməyinin ödənilməsi ilə onların reallaşdırdığı fəaliyyətin uyğunsuzluğu
- Təhsil sahəsində, o cümlədən ali təhsil sahəsində real rəqabət mühitinin formalaşması prosesinin ləng getməsi.
Mövcud vəziyyətdən çıxış edərək bu gün ali təhsil sahəsində aparılan islahatlarda bir sıra məqamların diqqət mərkəzinə çəkilməsinə, bir sıra məsələlərin həllinin sürətləndirilməsinə ehtiyac vardır. Bu sahədə keçirilmiş sosial sorğular, xüsusən mütəxəssislər arasında keçirilmiş sorğu həmin addımların vacibliyini bir daha təsdiq edir. Ali təhsil sahəsində birinci növbədə yerinə yetirilməli olan aşağıdakı məsələləri xüsusi qeyd etmək lazımdır.
- Əvvəla, ali təhsil müəssisələrinin müstəqil ictimai münasibətlər obyektinəçevrilməsi günün aktual məsləsidir. Onlara verilən müstəqillik geniş təhsil məkanında müstəqil rəqabət apara bilmək üçün yetərli həddə olması zəruridir.
- İkincisi, neqativ təzahürlərin səbəblərinin araşdırılması və kökünün kəsilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi mühüm şərtlərdən biridir. Diqqət bu ictimai bəlanın özünün aradan qaldırılması ilə yanaşı, ilk növbədə onu doğuran səbəblərin kökünün kəsilməsinə yönəldilməlidir.
- Təhsil işçilərinə münasibətdə ləyaqətli təminat, məsuliyyətli fəaliyyət prinsipinin tətbiqi düzgün münasibətlər sisteminin bərqərar olmasına gətirib çıxara bilər. Keyfiyyətli təhsilin həm müəllimlər, həm də təhsil alanlar üçün stimullaşdırılması vacibdir.
- Ali təhsilin problemlərinə dövlətçilik, milli maraqlar nöqteyi nəzərindən yanaşmanın təmin edilməsi, Nəzarət mexanizmlərinin təkmilləşdirilməsi günün tələbidir.
- Ali təhsil sisteminə yad təsirlərin qarşısının alınması
Ali təhsilin keyfiyyəti məsələsində mövcud problemlərin səbəblərindən danışarkən bir daha qeyd etmək lazımdır ki, bu səbəblər çox müxtəlif və rəngarəngdir. Onların aradan qaldırılması üçün təkcə dövlətin yeritdiyi inkişaf kursu, həyata keçirilən islahatlar, reallaşdırılan inkişaf proqramları deyildir. Bu sahədə uğurun başlıca şərtlərindən biri cəmiyyətin özündən gələn dəstək, vətəndaş fəallığıdır. Bu mənada ölkədə bütün səylərin birləşməsinə, ölkə üçün müstəsna əhəmiyyət kəsb edən təhsilin problemlərinin həllinə ehtiyac vardır.

 Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7102 san