09:40 02 Dekabr 2015
2639 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 Hacı Səid Əfəndi Ünsizadə-190


"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİFİ HACI SƏİD ƏFƏNDİ ÜNSİZADƏDİR

                                                  və yaxud 

                                 "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?


Haqqında söz açmaq istədiyim təfsir haqqında Bakıda Azərbaycan dilində çap olunan "HƏYAT"qəzetində (5 iyul 1905-ci il, N 21) maraqlı bir qeyd var. Bu qeyd XIX və XX əsrin ən qüdrətli ictimai fikir adamlarından biri Hacı Səid Əfəndi 
Ünsizadə (1825-1905) haqqında qəzetin müdir (redaktor.N.N.),baş mühərrir və sahibi-imtiyazı olan Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun imzalarının üstündə verilmiş nekroloqdadır. Onu olduğu kimi oxucuların diqqətiə çatdırırıq:"Osmanlı Eşitdiyimizə nəzərən, axərən fəzaili -islamiyyədən (axırıncı islamiyyə fazillərindən-N.N.) şirvanlı Hacı Səid Əfəndi Ünsizadənin İstanbulda  təxminən 80 yaşında vəfat etdigi anlaşılmışdır. Müşarileyh (haqqında qabaqda danışılmış yuxarıda göstərilən-N.N.) bəzi əşar və talifatı ilə, ələlxüsus "Qurani-Məcidi"in türkcə (Azərbaycanca -N.N.) təfsiri ilə şöhrətyab olmuşdur. Tiflisdə "Kəşkül" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinə mühərirlik edib, xeyli məqalələr yazmış xoşsöhbət bir şəxs idi.Mütəvəffanın (vəfat etmişin-N.N.) tərcümeyi-halına əsarına dair  bizə bir məqaə göndərilsə, məəlməmnuniyyətlə(  minnətdarlıqla-N.N.) dərc edəriz... "

   İmzasız nekroloqun qəzetin  rəhbərlərinin  adının üstündə yerləşdirilməsi heç də təsadüfi deyil.  Bu, yeni əsr jurnalistlərinin -yüksək ictimai təfəkkürlü ziyalılarının öz sələflərinə hörmət və ehtiramından irəli gəlir. 
 Səid Ünsizadə kimdir? Təəssüf ki, uzun müddət onun adını çəkmək, zəngin ədəbi,pedaqoji,  geniş maarifçilik xidmətlərini yada salmaq bir növ qadağan edilmişdi.  Səid Ünsizadə "hər bir məsələyə dini mövqedən yanaşan ziyalı" kimi qiymətləndirilirdi. Səid Ünsizadə paytaxt Şamaxının yetişdirdiyi Azərbaycan ziyalılarından biridir. Tədqiqatçıların çoxu  onun Şərqin böyük dini təhsil ocaqlarında ali dini təhsil almağını  yazsalar da, bu  fikir  sənədlərdə öz əksini tapmır. 
     Hər halda  əsərlərindən, yazıb - yaratdıqlarından onun  çox savadlı və dərrakəli `olduğunu görünür.  

      Səid Ünsizadə Şamaxı qazısı, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) naşiri və redaktoru, 2 dərsliyin, bir neçə risalənin müəllifidir. O,XIX əsrdə  Şamaxıda fəaliyyət göstərən ədəbi məclisin təşkilatçılarından biridir.Tiflisdə Azərbaycan dilində kitab,qəzet və jurnal  çapı üçün qurulan ilk iri mətbəənin yaradıcısı, məşhur Şamaxı Məclis Məktəbinin (1874-cü il) təşkilatçısı və ideya  müəllifidir.  Səid Ünsizadə ədəbi dilimizin zənginləşməsində böyük xidmətləri olan marifçilərimzdəndir. 

 " Ziyayi-Qafqasiyyə" qəzetindəki yazıların birindən məlum olur ki,Tiflisdəki  Aleksandr Müəllimlər İnstitutunun  rəhbərliyi Səid Ünsizadəni  institutda oxuyan  müsəlman tələbələrə  Azərbaycan dilindən və şəriətdən dərs deməyə dəvət etmişdir. 
Səid Ünsizadənin dostları çox olsa da, onun  bədxahları da var idi.  Onlardan biri Vladimir Valeriyanoviç Bezobrazov idi.
  Mətbuat tarixçilərimizdən biri A.Zeynalov  elm adamlarına V.Bezobrazovu məşhur rus yazıçısı Saltıkov-Şedrinin  lisey yoldaşı kimi tanıdır.Əslində A.Zeynalovun  tanıdığı  və tanıtdığı Bezobrazov Vladimir Petroviç 
iqtisadşı akademik idi.Səid Ünsizadə ilə qəzetçilik uğrunda mübarizə aparan Vladimir Valeriyanoviç Bezobrazov isə şərqşünas idi.
  Əslən Saratov zadəganlarından olan V.V.Bezobrazov Peterburq Universitetinin şərqşünaslıq fakültəsinin məzunu idi.
O, Rusiyanın istanbulda vəTəbrizdə konsulu olmuşdur. V.V. Bezobrazov Azərbaycan dilinə bələd idi. Tiflisdə Azərbaycan dilində qəzet çıxarmaq fikrinə düşən  V.V.Bezobrazov bir müddət Bakı Bəy Komssiyasının   sədri,sonralar isə Senzor Komitəsində işləmişdir. " Ziyayi-Qafqasiyyə " qəzeti 1884-cü ildə   öz nəşrini dayandırmağa  məcbur olandan az sonra Qafqaz rənbərliyi V.V.Bezobrazovu Vladiqafqaza  göndərir. O,  burada "TERSKİYE VEDOMOSTİ" qəzetinə redaktorluq edir.
   V.V.Bezobrazovun qəzetçilik fəaliyyəti uzun çəkmir.
   V.V.Bezobrazov  1895-ci il dekabrın 5-də qulağının dibinə çıxan şişdən dünyasını dəyişir.
   V.V.Bezobobrazov  kimi bədxahlarla bacara bilməyən  Səid Ünsizadə  1890-cı ildə müasiri olan bəzi bədxahların yaramaz hərəkətlərindən bezərək, İstanbula köçmüş,orada müxtəlif vaxtlarda 3 dəfə Türkiyənin Maarif Naziri olmuş Münif Əfəndinin köməkliyi və havadarlığı ilə təhsil sistemində işləmişdir. Yeri gəlmişkən qeyd edək ki, Münif Əfəndi (onu Münif Paşa adı iə daha çox tanıyırlar) "Ziya" qəzetinin İstanbul oxucularından idi. "Ziyayi-Qafqasiyyə" qəzetinin 1882-ci ildəki 15-ci nömrəsində Münif Əfəndinin  "Ey bülbül"  qəzəli ilə  şeir müsabiqəsi açılmışdır. Müsabiqədə şamaxılı S.Ə.Şirvani, Nuxa şairlərindən Nakam Sədrəddinbəyov ( əslən şamaxılıdır-N.N.)  və Mustafa ağa Şəkixanov (Şuxi ) iştirak etmişdir. 
   Bir sıra tədqiqatçılar  bu müsabiqəni epiqonçu( təqlidçi) şeir müsabiqəsi kimi qiymətləndirirlər. Bizə elə gəlir ki, bu,Tiflisdən əvvəl İstanbulda başlanan Ezop maneralı  layihənin davamıdır. Bu qəzəllərdəki Gül-mətbuat, Bülbül isə mətbuat yolunda əzab çəkən  naşir və redaktorlardır.
                                     ***

Səid Ünsizadə həyatının son 15 ilini (1890-1905)İ İstanbulda yaşamışdır.  S.Ünsizadə "QURAN"IN Azərbaycan dilində təfsirini  
burada yazmışdır.Bu təfsir haqqında nekroloqda yazılanlardan başqa, heç bir məlumat yoxdur.
Nekroloqda ən maraqlı faktlardan biri də budur ki,qəzetin rəhbərliyi ətraflı və 
hərtərəfli yazı yazanın məqaləsini " Həyat"da çap etməyə hazır olduqlarını bildirirlər.
Təəssüf ki, oxucular "HƏYAT"ın bu çağırışını  hələ də  sükutla qarşılayırlar. 


Müəllifin digər yazıları

  1. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  2. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  3. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  4. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  5. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  6. Bu tarix ki var, qəliz məsələ imiş......
  7. SÖZ KİMİNDİR?
  8. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  9. Mənim dualarım
  10. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  11. Təzadlar, ay təzadlar....
  12. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  13. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  14. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  15. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  16. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  17. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  18. Testdən qəsdən danışmırıq
  19. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  20. Dərsliklərimizin halı və vəziyyəti
  21. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  22. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  23. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  24. Hırsızın gözü əlyazmalara düşdü
  25. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  26. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  27. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  28. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  29. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  30. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  31. Hacı Səid Əfəndi Ünsizadə-191
  32. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  33. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  34. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  35. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  36. Bir daha Ünsizadələr haqqında
  37. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  38. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  39. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  40. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  41. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  42. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  43. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  44. Bizə hansı elmlər lazımdır və yaxud ...
  45. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  46. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  47. Soyqırımı günündə dostumu itirmişəm
  48. Bu yaz bir başqa yazdır
  49. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  50. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  51. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  52. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  53. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  54. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  55. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  56. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  57. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  58. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  59. Dərgahdan başlanan yol
  60. Fikrin ifadə formalarından biri
  61. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  62. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  63. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  64. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  65. Təhsil tariximizin maraqlı səhifələri
  66. Təhsil tariximizdən maraqlı səhifələri
  67. Akademiklərin cərgəsindəki müəllim
  68. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  69. Mübarizə bu gün də var,sabah da...
  70. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  71. "Əkinçi" qəzeti-140
  72. Mustafanın Çanakkala məktubu
  73. Məktəbdə elm və texnologiya həftəsi
  74. Mübarizə bu gün də var, yarın da....
  75. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  76. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  77. Yazımızın tarixi-özümüzün tarixi
  78. Fikrət Sadıq -Dədə Qorqud
  79. Tədqiqatçı öz fikrində israrlıdır
  80. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  81. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  82. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  83. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  84. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  85. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  86. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  87. "Bağçasaraydan göndərilən məktub"
  88. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  89. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  90. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  91. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  92. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  93. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  94. Abdulla Şaiqin uşaq bağçası
  95. "Ziya"nın biblioqrafiyası
  96. Kasıblığın üzü qara olsun
  97. Bu gün M.Ə.Sabirin ad günüdür
  98. Keçən günə gün çatarmı ... - Fotolar
  99. Elmə yönələn yolun başlanğıcı - FOTO
  100. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  101. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  102. Ucundadır dilimin həqiqətin böyüyü ...
  103. İlk hesab dərsliyimiz
  104. Yusif Vəzirovun kölgədə qalan yazıları
  105. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  106. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  107. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  108. Dərslik, dərslik, yenə də dərslik...
  109. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  110. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  111. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  112. "ZİYA"lı ziyalı - Foto
  113. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-03-2017
24.03.2017 Neft bahalaşıb
23-03-2017
22-03-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2613 san