09:40 15 Dekabr 2015
7813 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Təhsil Nazirinin kabinetində yaradılan yerüstü bunkerin maraqlı məqamları və yaxud qəbul imtahanı testlərinin  bunkerdə yazılması məsləhətdirmi?

          

 Respublikamızın  orta məktəblərində buraxılış imtahanlarının  aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu,pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir.İl boyu əla qiymətlərlə oxuyanlar  buraxılış imtahanlarından qeydsiz,şərtsiz azad olunmalıdırlar. 
  Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır. Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır.Başqa sözlə, ali məktəb orta məktəbə inanır,qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır. Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər.Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən əla qiymət aldıqları təqdirdə, o nlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından  əla qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir,qəbul ümumi qaydalar əsasında aparılırdı.
 İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı,imtahan ver, sübut et ki,dilin də var, dilçəyin də...
Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki,yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.
  Hələ ki test imtahanları qüvvədədir,qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı  təşkilatçıları ilə bölüşmək istəyirəm.

  Yeri gəlmişkən,"bunker müəllimi"  söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm.
TQDK-da belə bir vəzifə yoxdur.TQDK-nın xətti ilə  qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər.Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar,qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır. Bu,yanlış fikirdir, bunkerin deyilməsi yasaq olmayan qanunları var.TQDK elmi gücünə,metodiki hazırlığına,cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir.Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək  təklif olunur (məsələn,13,27,94 və sair). İmtahan rəbəri  məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir.  İmtahan testləri  də məhz bu  variantlardan seçilir. Deməli , bunkerdəə dəvət olunmuş müəllimin vəzifəsi  əsasən bundan ibarət olur.  

Mən TQDK-nın  formalaşmasında az-çox  zəhməti olan  mütəxəssislərdənəm.1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm.1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da,heç vaxt  özümü  bunker müəllimi kimi tanıtmazdan qaçmışam. İmtahandan sonra "Spaes" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi lazım bilməmişəm.


  TQDK-nın tarixi 1992-ci ildən başlayır.   1994-cü il isə burada   fənn seminarların formalaşdığı ildir.  1994-cü ildə TQDK-da  yaradılan fənn komissiyalarının  dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyini  4 əməkdaşı rəhbərlik edirdi.Başqa sözlə,Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi. Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika,biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya,kimya elmləri namizədi Vəli Əliyev-kimya  fənni üzrə  
seminara rəhbərlik edirdi. TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının  ilk rəhbəri isə mən idim. Seminarlarda test testologiyalarının  geniş imkanlarından səmərəli istifadə edərək,qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı  üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında   semihar iştirakçılarının adını çəkmək istəyirəm:Bilal Həsənli,Soltan Əliyev,İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov,  Sara Zeyniyeva,  Səlminaz Hüseynova  və başqaları... 
  Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il  BDU-nun dosenti  İsmayıl Əhmədov rəhbərlik etmişdir. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılmışdır. 
  Hal-hazırda  Azərbaycan dili və ədəbiyyatı  məsələlərinə   TQDK-nın ayrı- ayrılıqda  fəaliyyət göstərən  iki seminarında  baxılır.Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru  Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edir. 

  Bu gün TQDK böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilmişdir. TQDK-nın   qəbul imtahanı  testləri test texnologiyasına uyğun  olaraq,Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır.Qəbul imtahanlarına aid testlər  TQDK-nın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş  mövzular üzrə seçilir.


 Mövzulara aid testlər,yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri,demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş  eksper müəllimlər  bəzi testlərin  test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə  məlumatlı olma ehtimalları var. Bundan başqa,  yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da  diqqətdən yayınmamalıdır.Mənə elə gəlir ki, əvvəlki illərin testlərindən tədricən imtina olunmalıdır.

 TQDK-nın xətti ilə bütün fənlər üzrə test topluları  çap edilərək,abituriyent və müəllimlərə çatdırılmışdır.Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, TQDK-nın testlərindən  mötəbər və elmi-metodiki mənbə kimi  hər bir təhsil ocağında dərslərdə  olunmalıdır.  Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərinqəbul imtahanlarına hazırlaşmaları üçün  geniş imkanlar yaradır.  Yaxşı olar ki,  qəbul imtahanı testləri  TQDK-nın test bunkerdə hazırlansın. Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın.  Səhv etmirəmsə, 1992-ci ildə TQDK- da  ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdur. 1995-ci ildə isə bunkerdə  bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə  ləğv etmişdi.
 
  Testlərin bunkerdə yazılması   sahəsində  Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı  bir təcrübəsi var idi. 1995-cı ildə eksternat imtahanları üçün maraqlı  bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı  Rəsulovanın kabinetinə dəvət etmişdilər. Nazir eksternat imtahanları haqqında qısa məlumat verib,  məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini  vurğulayandan sonra ümumi nəzarəti  nazirliyin əməkdaşlarından  birinə  tapşırıb,  nazirliyi tərk etdi.

  Hökumət evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin  nazir kabineti  yerüstü bunkerə -qapalı mühitə çevrildi,ətraf aləmlə bütün rabitə əlaqələri  kəsildi.Biz bir neçə saat ərzində proqram əsasında  test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən- 9-cu sinifdən  11-ci  sinfə  keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün  şəhərdəki orta məktəblərin birində ( bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda  respublikanın 160 nəfərdən çox IX sinif şagirdi  öz bilik və bacarıqlarını göstərməli idi.

İmtahan günü yaradılan  eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynovun  ciddi nəzarəti altında hazırlanan test sualları  elmiliyinə,proqrama uyğunluğuna, metodiki  baxımdan  düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir  neçə müəllimin  adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm-Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi,biologiya elmləri namizədi  Fərhad Ağayev,  kimya   müəllimi, kimya elmləri namizədi  Vəli Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov ...).
Testlər bir neçə saat ərzində  hazırlandı, imtahan keçiriləcək məktəblərə(bəlkə də cəmi bir məktəbə) göndərildi.

    
 Bizi nazirin bunkerindən imtahan qurtarandan sonra azad etdilər.

Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi.Onlardan biri 82 nömrəli məktəbin  təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin  Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada  yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında  hamıdan cox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində  ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular. Deməli,layihə özünü doğrultmadı,tələsənlər  təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən  qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim.  Eksternatların  ikisi də TQDK ilə  əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi.  Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi).Deməli,eksperiment özünü doğrultmasa da,bunkerdə test yazmağın  yüksək əhəmiyyət kəsb etməsi  yadda qaldı.
 Maraqlıdır ki,o vaxt  məşhur aşıqlardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi. 

  1995-ci ildən sonra  "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi  üzrə eksternat imtahanları keçirilmədi.
  Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır.  Axı vunderkindləri də başa düşmək lazımdır.  Belə ki,  möcüzə-uşaqlara  ömürlərinin bir ilini   maraqslız  işlərə sərf etmək  çox cansıxıcı və darıxdırıcı olur.

   Sözün canı.Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması  daha məqsədəuyğundur.Bu işi  görmək üçün  TQDK-nın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var.Bu,qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.


Müəllifin digər yazıları

  1. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  2. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  3. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  4. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  5. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  6. Nüktələr və nöqtələr....
  7. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  8. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  9. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  10. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  11. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  12. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  13. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  14. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  15. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  16. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  17. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  18. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  19. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  20. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  21. Bağışla, bağışla, bağışla bizi
  22. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  23. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  24. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  25. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  26. Bizə ən gərəkli - Fil hesabatı
  27. “Bağçasaraydan göndərilən məktub”
  28. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  29. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  30. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  31. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  32. Doğma yurdun qış lövhələri...
  33. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  34. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  35. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  36. Hamıya dostam mən,bir qardaşam mən
  37. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  38. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  39. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  40. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  41. Söz sözü çəkər, əgər sözün közü varsa
  42. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  43. Müəllim olanda da yaxşı müəllim olun
  44. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  45. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  46. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  47. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  48. Ay Allah bəndəsi, niyə yazıqsan?
  49. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  50. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  51. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  52. Təbrizdən kənd məktubları
  53. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  54. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  55. Dünya yaman dünyadır
  56. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  57. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  58. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  59. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  60. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  61. Sözgəlişi, ola bilər düzəlişi...
  62. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  63. Bu Dünya- Şirin Dünya.....
  64. Göz görür,ağıl kəsir....
  65. Tərcüməsiz başa düşülən tatar bayatıları
  66. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  67. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  68. Mənim nəğməli bibim - Foto
  69. Sən yazmasan,mən yazaram
  70. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  71. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  72. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  73. Qulam Məmmədli-120
  74. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  75. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  76. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  77. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  78. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  79. Bu tarix ki var, qəliz məsələ imiş......
  80. SÖZ KİMİNDİR?
  81. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  82. Mənim dualarım
  83. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  84. Təzadlar, ay təzadlar....
  85. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  86. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  87. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  88. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  89. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  90. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  91. Testdən qəsdən danışmırıq
  92. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  93. Dərsliklərimizin halı və vəziyyəti
  94. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  95. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  96. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  97. Hırsızın gözü əlyazmalara düşdü
  98. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  99. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  100. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  101. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  102. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  103. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  104. Hacı Səid Əfəndi Ünsizadə-191
  105. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  106. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  107. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  108. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  109. Bir daha Ünsizadələr haqqında
  110. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  111. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  112. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  113. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  114. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  115. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  116. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  117. Bizə hansı elmlər lazımdır və yaxud ...
  118. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  119. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  120. Soyqırımı günündə dostumu itirmişəm
  121. Bu yaz bir başqa yazdır
  122. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  123. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  124. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  125. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  126. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  127. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  128. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  129. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  130. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  131. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  132. Dərgahdan başlanan yol
  133. Fikrin ifadə formalarından biri
  134. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  135. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  136. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  137. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  138. Təhsil tariximizin maraqlı səhifələri
  139. Təhsil tariximizdən maraqlı səhifələri
  140. Akademiklərin cərgəsindəki müəllim
  141. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  142. Mübarizə bu gün də var,sabah da...
  143. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  144. "Əkinçi" qəzeti-140
  145. Mustafanın Çanakkala məktubu
  146. Məktəbdə elm və texnologiya həftəsi
  147. Mübarizə bu gün də var, yarın da....
  148. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  149. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  150. Yazımızın tarixi-özümüzün tarixi
  151. Fikrət Sadıq -Dədə Qorqud
  152. Tədqiqatçı öz fikrində israrlıdır
  153. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  154. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  155. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  156. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  157. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  158. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  159. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  160. "Bağçasaraydan göndərilən məktub"
  161. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  162. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  163. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  164. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  165. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  166. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  167. Abdulla Şaiqin uşaq bağçası
  168. "Ziya"nın biblioqrafiyası
  169. Kasıblığın üzü qara olsun
  170. Bu gün M.Ə.Sabirin ad günüdür
  171. Keçən günə gün çatarmı ... - Fotolar
  172. Elmə yönələn yolun başlanğıcı - FOTO
  173. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  174. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  175. Ucundadır dilimin həqiqətin böyüyü ...
  176. İlk hesab dərsliyimiz
  177. Yusif Vəzirovun kölgədə qalan yazıları
  178. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  179. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  180. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  181. Dərslik, dərslik, yenə də dərslik...
  182. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  183. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  184. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  185. "ZİYA"lı ziyalı - Foto
  186. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5539 san