09:44 18 Dekabr 2015
5282 dəfə oxunub
Çap versiyası

  Dünyanı cənginə alan bəlaya  və onunla mübarizəyə qarşı şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgini izlədikcə beynimizdən keçən ilk fikir bu oldu: hər bir çətinliyi aradan qaldırmaq, asanlaşdırmaq olar, ancaq gələcəyimiz olan uşaqların taleyinə və gələcəyinə biganəlik bizi bir çox bəlalarla üzbəüz qoya bilər. 

         Gündən-günə kürəsəlləşən dünyamızda uşaqlara diqqət və qayğının artırılması valideynlərlə yanaşı, bu gün dövlətimizn də nəzarətindədir. Məhz buna görə də aidiyyatı qurumların cəmiyyəti narahat problemlərə diqqət çəkib həyacan  təbili çalmaları, əlbəttə ki, başadüşüləndir.

         Sərgidə nümayiş olunan rəsm əsərlərində həm də məktəb rəhbərliyinin apardığı təbliğatın verdiyi effekti gördük. Demək, Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227-nömrəli məktəbdə aydınlarımız onlara yaxşı oxumaq, layiqli vətəndaş olmaqla bərabər, həm də pis vərdişlərdən uzaq olmağı aşılayıblar.

         Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra başladı.   Məktəbin direktoru Nazilə Əliyeva qonaqları salamladı və onları təqdim etdi.

O, çıxışında bildirdi ki, narkomaniya ölümə aparan ən qısa yol kimi ən ağrılı problemlər sırasında qalmaqdadır. Bu bəla dünyanın bütün dövlətlərində mövcuddur və Azərbaycandan da yan keçməyib. Məktəb direktoru şagirdlərə sağlam həyat tərzinin aşılanmasında, onlar arasında zərərli vərdişlərə, xüsusilə narkotikaya qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin, xüsusilə psixoloqların qarşısında mühüm və məsul vəzifələrin durduğunu qeyd etdi.

Tədbirin keçirilməsinin təşəbbüskarı kimi Nizami RPİ-nin rəhbərliyinin əməyi xüsusi qeyd olundu, DİN-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər, narkomaniya və cinayətkarlıqla ciddi mübarizəsi diqqətə çatdırıldı.

İdarə rəisi, polis polkovniki Nöfəl Məhərrəmov çıxışına şagirdlərin narkomaniya ilə mübarizə mövzusunda təşkil etdikləri sərgi barədə təəssüratlarını dilə gətirməklə başladı. O, qeyd etdi ki, narkomaniya adlı bəladan qurtulmaq, onunla mübarizə aparmaq üçün hər birimiz əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Məktəb, valideyn və polis həmrəyliyi övladlarımızı bu bəlanın girdabına düşməkdən qoruyar. Rəis problemin həlli üçün ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərmanın, 1996-cı ildən bu günə qədər isə narkomanlıqla mübarizədə 4 Dövlət Proqramının qəbul edildiyini və müvafiq sərəncamların imzalandığını vurğuladı.

Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi barədə” Sərəncamı bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.

N.Məhərrəmov narkotiklərlə və onların prekursorları ilə mübarizədə İdarəin hər bir əməkdaşının səfərbər olduğunu, məhz onların gərgin zəhməti nəticəsində bu il 30 kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına  diqqət çəkdi, narkomaniya ilə mübarizədə növbəti belə tədbirlərdə millət vəkillərinin də iştirakının vacibliyini bildirdi.

Sonra söz mərasimin aparıcıları olan şagirdlərə verildi. Mövzu ilə bağlı şagirdlər tərəfindən göstərilən müxtəlif oyunlar və səhnəciklər, nümayiş etdirilən “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı video-çarx  iştirakçıların marağına səbəb oldu.

Tədbirdə Nizami Rayon İcra hakimiyyətinin nümayəndəsi Bəhman Hüseynov, RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Sadiq Mədədov, rəis müavinləri, polis polkovniki Ədalət Əliyev, polis polkovnik-leytenantı Muşfiq Aslanov və 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov iştirak edirdi.  

 

 

 


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6727 san