11:10 02 Yanvar 2016
2515 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

"Maarif və mədəniyyət"imizin  "Dərgah"dan (1921-1923) başlanan yolu


"Dərgah" türk dillərinin çoxunda  işlənən  milliləşən alınma sözdür.Fars mənşəlidir."Qapı" (dünyaya açılan qapı-N.N.), "saray"  anlamına uyğundur. Türkiyədə bu sözlə ilgili bir sıra dərgilər vardır. Bu gün onlardan biri haqqında söz açmaq istəyirik.
   Söhbətimizin səbəbkarı olan "Dərgah" məcmuəsi türk dünyasının ictimai fikir tarixində önəmli yer tutur. İstanbulda nəşr olunan bu məcmuənin ilk nömrəsi 15 nisan 1921-ci ildə çıxmışdır.Məcmuənin sonuncu nömrəsi(sayı) 5 ocak 1923-cü ildə işıq üzü görmüşdür. Məcmuənin yaradıcısı Yahya Kamaldır.
   Yahya Kamal  2  ocak 1884-cü ildə  Üsküpdə dünyaya göz açmışdır.O, ilk  təhsilini Türkiyənin egitim sistemində şərəfli yer tutan "Vəfa " liseyində almış, 1903-cü ildə Parisə gedərək burada fransız dilini dərindən öyrənmiş, Siyasi Bilimlər Fakültəsinə  daxil olmuş və oranın ən yaxşı məzunlarından biri kimi  9 illik ayrılıqdan sonra İstanbula qayıtmışdır.  İstanbul Universitetində çeşitli dərslər  deyən  Kamal Yahya  1921-ci ilin əvvəllərində ictimai-siyasi ,ədəbi məcmuə yaratmaq fikrinə düşmüşdür.Onun bu ideyası əqidə dostları olan universitet müəllimləri--Mehmet Emin ( Erişirgil), İsmayıl Hakkı (Baltaçıoğlu), Mustafa Şekip (Tunç ) və Fuad Köprülü  tərəfindən, eləcə də  İstanbul  Universitetinin   öğrençiləri  Mustafa Nihat (Özön), Nalil Vedat,  Ahmed Hamdi (Tanpınar) və  Kamal Yürükoğlu  tərəfindən bəyənilmiş, təklif olunan bir neçə ismin içindən "Dergah" adı seçilmişdir.
  Dərginin məsul redaktorluğu  Mustafa Nihat  (1896-1980)  adlı öğretmenə  tapşırılmışdır. "Dərgah" məcmuəsinin  işində  öz elinə, obasına  vurğun olan,onun çiçəklənməsi yolunda  özünü oda-közə atmağa hazır olan qeyrətli və qabiliyyətli  türk oğullarının böyük bir dəstəsi   var qüvvələri ilə çalışırdı. Məcmuənın  yazar kadrlarının cərgəsində ən çox  fərqlənənlərinin bir neçəsinin adı türk ictimai  və ədəbi- bədii həyatında  özünə əbədi yer   tutmaqdadır: Halidə Edip (Adıvar), Ahmed  Camal   Köprülüzadə,   Mehmet   Emin (Erişilgil), İsmayıl Hikmət  ( Ertaylan ), Halil Fikret  ( Kanat ), Mehmed   Fuad (Köprülü), Ziya  Gökalp,  Halil  Vedat (Fıratlı)  və  başqaları... 

 Məcmuədə həm  türk, həm  də  dünya ədəbiyyatından oxuculara   seçmə  nümunələr   təqdim olunurdu. Burada  bir  sıra  ədəbi  və  jurnalistikaya  aid  olan   janrlara xüsusi önəm verilirdi .Dərgidə  2  il ərzində 129   şeir verilmişdir  ki, bunun  da   42-si gənc  şair  Ali  Mümtazın, 18-i Həcməddin  Halilin  bədii təfəkkürünün   məhsulu idi.
   Məcmuədə  müsahibə  janrında   yazılmış materiallar  bir  ordunun  görə  bilmədiyi  işi   görən publisistikanın  dəyərli  nümunələri  kimi  diqqəti cəlb  edir.  Müsahibələrin   çöxunun respondenti  (suala cavab verəni)  Kamal  Yahya  idi.
   "Dərgah"  məcmuəsi  Azərbaycan  mətbuatının  inkişafında,  türkçülük  ideyalarının  yayılmasında   istiqamətverici   rol  oynamışdır.  
  Azərbaycan Xalq Komissarlığının dəvəti ilə   1923-cü ildə  Bakı Ali Pedaqoji İnstitutunda və Bakı Universitetində  azərbaycanlı tələbələrə  türk dili və  ədəbiyyatı, pedaqogika və psixologiyadan  dərs deməyə bir neçə türk alimi  dəvət edilmişdi.Onların çoxu 1927-cı ilədək Bakıda geniş və hərtərəfli pedaqoji və elmi-publisistik fəaliyyət göstərmişdir.Maraqlıdır ki, türk alimlərindən  İsmayıl Hikmət,Xəlil Fikrət, Mehmed Fuad  və başqaları 1923-cü  ildə  Bakıda   nəşrə başlayan "Maarif  və   mədəniyyət"  jurnalında  
(indi "  Azərbaycan" adı   ilə  çıxır)  fəal   iştirak etmişlər. Başqa sözlə, onlar  "Dərgah" dərgisindəki geniş ədəbi  və elmi ,elmi-publisistik fəaliyyətlərini  Azərbaycan mətbuatında uğurla davam etdirmişlər.
  "Dərgah " jurnalının   42   nömrəsinin hamısının  diqqətlə  öyrənilməsi  və  incələnməsi  Türkiyə-Azərbaycan  ədəbi  və  ictimai-siyasi  əlaqələrinin   öyrənilməsində  bir  çox  qaranlıq   məsələlərin işıqlandırılmasına  kömək  edə  bilər.  
  "Dərgah" dərgisinin    Azərbaycanın ali  məktəblərinin  tarix  və  filologiya  fakültələrində xüsusi kurs  kimi öyrənilməsi  lüzumlu görünür.


Müəllifin digər yazıları

  1. Mənim nəğməli bibim - Foto
  2. Sən yazmasan,mən yazaram
  3. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  4. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  5. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  6. Qulam Məmmədli-120
  7. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  8. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  9. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  10. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  11. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  12. Bu tarix ki var, qəliz məsələ imiş......
  13. SÖZ KİMİNDİR?
  14. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  15. Mənim dualarım
  16. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  17. Təzadlar, ay təzadlar....
  18. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  19. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  20. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  21. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  22. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  23. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  24. Testdən qəsdən danışmırıq
  25. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  26. Dərsliklərimizin halı və vəziyyəti
  27. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  28. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  29. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  30. Hırsızın gözü əlyazmalara düşdü
  31. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  32. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  33. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  34. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  35. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  36. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  37. Hacı Səid Əfəndi Ünsizadə-191
  38. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  39. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  40. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  41. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  42. Bir daha Ünsizadələr haqqında
  43. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  44. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  45. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  46. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  47. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  48. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  49. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  50. Bizə hansı elmlər lazımdır və yaxud ...
  51. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  52. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  53. Soyqırımı günündə dostumu itirmişəm
  54. Bu yaz bir başqa yazdır
  55. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  56. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  57. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  58. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  59. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  60. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  61. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  62. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  63. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  64. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  65. Dərgahdan başlanan yol
  66. Fikrin ifadə formalarından biri
  67. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  68. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  69. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  70. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  71. Təhsil tariximizin maraqlı səhifələri
  72. Təhsil tariximizdən maraqlı səhifələri
  73. Akademiklərin cərgəsindəki müəllim
  74. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  75. Mübarizə bu gün də var,sabah da...
  76. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  77. "Əkinçi" qəzeti-140
  78. Mustafanın Çanakkala məktubu
  79. Məktəbdə elm və texnologiya həftəsi
  80. Mübarizə bu gün də var, yarın da....
  81. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  82. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  83. Yazımızın tarixi-özümüzün tarixi
  84. Fikrət Sadıq -Dədə Qorqud
  85. Tədqiqatçı öz fikrində israrlıdır
  86. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  87. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  88. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  89. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  90. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  91. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  92. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  93. "Bağçasaraydan göndərilən məktub"
  94. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  95. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  96. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  97. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  98. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  99. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  100. Abdulla Şaiqin uşaq bağçası
  101. "Ziya"nın biblioqrafiyası
  102. Kasıblığın üzü qara olsun
  103. Bu gün M.Ə.Sabirin ad günüdür
  104. Keçən günə gün çatarmı ... - Fotolar
  105. Elmə yönələn yolun başlanğıcı - FOTO
  106. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  107. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  108. Ucundadır dilimin həqiqətin böyüyü ...
  109. İlk hesab dərsliyimiz
  110. Yusif Vəzirovun kölgədə qalan yazıları
  111. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  112. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  113. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  114. Dərslik, dərslik, yenə də dərslik...
  115. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  116. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  117. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  118. "ZİYA"lı ziyalı - Foto
  119. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qulam Məmmədli-120
08:20 28.03/2017
 
Xəbər başlıqları
25-05-2017
25.05.2017 Sabahın havası
25.05.2017 Şabranda yanğın
24-05-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3738 san