10:12 15 Yanvar 2016
4599 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbaycanın görkəmli maarifçilərindən biri Rəşid bəy Əfəndizadə (1863-1942) maraqlı həyat yolu keçmişdir. Rəşid bəy ilk təhsilini zəngin pedaqoji ənənələri olan Şəki şəhərində almışdır.

  1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda Rəşid bəy Əfəndizadə Qori şəhərinə getmiş, burada  bilikli və bacarıqlı müəllimlərdən Avropa təhsil ənənələri ilə zəngin olan elim və metodiki cəhətdən əvvəlki təhsil sistemindən fərqlənən mükəmməl təhsil almışdır. R. Əfəndizadə 1882-ci ildə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitiərək, yüksək elmi səviyyəli və saf məfkurəli öyrətmən kimi 8 il Qutqaşendə (Qəbələdə-N.N.), 2 il Qutqaşen yaxınlığındakı Xaçmaz kəndində, 1 il 4 ay Şəkinin Qoxmux kəndində geniş və hərtərəfli müəllimlik fəaliyyəti göstərmişdir. İşlədiyi kənd məktəbləri R.Əfəndizadə üçün elmi-metodiki baza rolunu oynayırdır.
 R.Əfəndizadə 1892-ci il dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsinə katib köməkçisi vəzifəsinə təyin olunmuşdur. Onun əyalət müəllimliyindən Zaqafqaziyanın baş şəhərinə işləməyə dəvət edilməsi heç də təsadüfi deyildi.  
  Zaqafqaziya Müəllimlər Seminariyasında Rəşid bəyə şəriətdən və Azərbaycan dilindən dərs deyən Hüseyn Əfəndi Qayıbov 8 il idi ki, Əhli-Təsənni İdarəsinin müftisi vəzifəsində işləyirdi. Hüseyn Əfəndi seminariyada işləyərkən elminə və dərrakəsinə görə Rəşid bəyə xüsusi diqqət yetirir, onun  hərtərəfli təhsil almasına çalışırdı. Rəşid bəyin yaxşı xətti var idi, o, bədii yaradıcılıqla da məşğul olurdu.
  “Ziyayi-Qafqasiyyə” qəzetinin 25 yanvar 1882-ci il tarixli 7-ci nömrəsində dərc olunmuş bir yazıdan öyrənirik ki, Hüseyn Əfəndi  seminariyanın son kursunda oxuyan şagirdlərindən birinin doğma şəhəri Şəkiyə həsr etdiyi şeirini  çap olunmaqdan ötrü redaksiyaya göndəribmiş. Qəzetin idarə heyəti (o vaxtlar qəzetin redaktoru Cəlal Ünsizadə, naşiri isə Səid Ünsizadə idi-N.N.) seminariya tələbəsinin şeirini o vaxtın yeganə anadilli mətbu orqanında çap etməsə də, gənc yazarı naümid qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf ki, XIX əsrdə Tiflisdə geniş naşirlik fəaliyyəti göstərən Səid Ünsizadənin belə bir  şeir məcmuəsi nəşr edib-etmədiyini müəyyənləşdirmək  mümkün deyil. Hər halda 1882-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirən şəkili Rəşid bəy Əfəndizadənin bədii yaradıcılığında  Nüseyn Əfəndi Qayıbovun  rolu  danılmazdır.

 

 

 

Rəşid  bəy  Əfəndizadə  (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin  adı və soyadı soyadı  Abdurəşid  İsmayıl Əfəndi oğlu Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir  azərbaycanlının hələ  ibtidai məktəb illərindən tanıdığı  söz ustalarından biridir. "Ay havada uçan durna" misrası  ilə başlanan  gəraylını yaşlı nəslin adamları nostalji  hislərlə  hələ  də zümzümə  edirlər.


  R.Əfəndizadənin "Fəsillər" şeirinin bir bəndi hələ də orta məktəb dərsliklərində şifahi xalq ədəbiyyatının janrlarından birinə -mövsüm nəğmələrinə nümunə kimi təqdm olunur:

Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır gətirir,
Üçü vurur, dağıdır...

( X sinif üçün ədəbiyyat dərsliyi,Bakı,2009,səh.9-10)


Əlbəttə, bu yalnışlıq, çox güman ki, Rəşid bəy Əfəndizadənin şeir dünyasına məhəbbətdən irəli gəlir.

R.Əfəndizadə  1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə  alıb. 1879- cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk tələbələrindən biri də R. Əfəndizadə  olub.  O, 1882- ci ildə seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində  Xaçmaz  (indiki  Oğuz rayonunundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə  göndərilib. 1892-ci ilin  sonlarında R.Əfəndizadə Tiflisə gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə təyin olunub. O vaxt müfti vaxtilə  Qoridə Rəşid bəyə  ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov idi.     
  
Rəşid   bəyin   Tiflisə  dəvət edilməsi təsadüfi deyildi.  Müfti Hüseyn Əfəndi Qayıbov tutduğu dini  vəzifə çərçivəsində böyük  maarifçilik  işləri görürdü: kənd və şəhərlərlərdə yeni məktəblər açır, yazılı və şifahi ədəbiyyatın inkişafına,  qabaqcıl müəllimlərin  yazdıqları dərslik və risalələrin çapına qayğı  göstərirdi. 

Sənədlərdən məlum olur ki, R.Əfəndiyzadədən əvvəl Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsində  şamaxılı Mirzə Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi vəzifəsinə keçəndən sonra  R.Əfəndizadə  onun yerinə müvəqqəti olaraq işə götürülüb.  Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti nəzərə alınaraq, R.Əfəndizadə  bir neçə aydan sonra  daimi işə keçiririlib.

R.Əfəndiyev  bundan üç ay sonra  kənd mollası və müəllimlik  attestatı almaq üçün Tiflis--Kutaisi  Sünni Məclisinə müraciət edir. 1893- cü il iyunun 6-da  imtahan  verir.  Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli  qərarı  ilə  ona  prixod mollası  və müəllimliyi təsdiq edən  760 nömrəli  attestat  verilir. 

Məşhur müəllimlər  seminariyasını bitirib, 10 ildən artıq bir  müddətdə  kənd məktəblərində  müəllimlik edən R.Əfəndizadənin dini idarədən  sənəd  alması təəccüblü görünməməlidir. Bu, çox güman ki, yeni vəzifədə  möhkəmlənmək, Zaqafqaziya Müəllimlər Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani İdarəsinin xətti ilə  çap etdirmək məqsədi daşıyırdı.

R.Əfəndizadə Ruhani İdarəsində  katib vəzifəsindən o yana yüksələ bilməyib. Yaxşı  xətti, tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə  baş ucalığı gətirsə  də,  aldığı az maaşdan bezərək, o, ailəsini yaxşı  yaşatmaq  üçün  əlavə gəlir yolları  axtarır.  Özünü oda-közə atsa  da, yeganə  çıxış yolunu elmdə və ədəbi yaradıcıluqda  görür. Bu cəhətdən R,Əfəndiyevin  1898-ci il apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq doğurur.

 Ərizəçi  ayda 34 manat 29 qəpik əmək haqqı  aldığını, 6 nəfərlik  ailəsini güclə  dolandırdığını ürək ağrısı ilə bildirir və vacib maddi həyati  tələbatını ödəməkdən ötrü gördüyü  işlərdən söz  açır:


"Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq  maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına  gəlmişəm. Kənd məktəblərində Azərbaycan və rus  dillərini tədris edərkən 10  il ərzində  müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq  nəticələr  
qazanmışam.  Dərs planlarımda  əsas yeri rus məxəzlərindən götürülmüş  məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski və başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri ərəb  əlifbasının kolliqrafiya  qaydaları ilə çap  etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən  çap mütəxəsssi  olmadığından tipoqrafiyanın rəhbərliyi  dərsliyin  düzgün  korrektə olunacağına zəmanət  vermir. Odur ki, dərsliyi korrektə  etmək  üçün Konstantinopola getmək  istəyirəm”.


R.Əfəndiyev  ərizəsinin sonunda  səfərlə  əlaqədar  olaraq, ona iki aylıq  məzuniyyət  verilməsini xahiş edir.
Zaqafqaziya  müftisi H.Ə.Qayıbovun  18  may 1898-ci il  tarixli 770  nömrəli  təliqəsinə  əsasən Konstantinopola  getmək  üçün R.Əfəndiyevə  mayın  20-dən iki  aylıq  məzuniyyət və  xarici pasport verilir.

R.Əfəndiyevin  ilk  dərsliyi-"Uşaq bağçası” elə  həmin il  İslambulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.) 
Bab-i Ali caddəsindəki  38 nömrəli ünvanda yerləşən  İvanaki Panayotidis mətbəəsində çap olunmuşdur.

 .
  

Ümumi  təəssürat üçün  titul səhifəsinin yazılarını  olduğu kimi təqdim edirik:  

"Müəllif  və mucidi (yaradanı, vücudə gətirəni-N.N.)  Rəşid bəy Əfəndizadə. On sənə müzirində kəsb olunmuş təcrübədən sonra tazə üsuli-sövti  üzrə təsis olunub,  təliq (ərəb  yazısı növlərindən biri--N.N. )  və  cüls xətləri üzrə  tərtib olunubdur. Qiyməti  1 manat  20 qəpikdir. Hər həqqi   müəllif  və  naşirinə  aiddir. Maarif  nəzarət  cəliləsinin rəzasəti  ilə təb  olunmuşdur. İslambul.  İvanaki Panayotidis mətbəəsi, Bab-i Ali cadəsi, 38. 1316 səneyi-islamiyyə  (1898 səneyi məsihiyyə)".


 Kitabın 7 səhifəlik müqəddiməsindəana dilində verilən təlimin məqsəd və vəzifələrindən,ayrı-ayrı dərslərin metodik təqdimatından söz açılır 

 Yeri gəlmişkən  onu da qeyd edək ki, İstanbulun Bab-i Ali caddəsində o vaxtlar    onlarla mətbəə var idi. İvanaki Panayotidis  mətbəəsi texniki imkanlarına görə digərlərindən əsaslı şəkildə fərqlənirdi.

 Mətbəənin  ən məşhur nəşrlərindən biri  1897-ci ildə burada çap edilmiş  “Kamus-I Rumi-Rumcadan Türkçeye Luğat”dir. İki cildlik bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür.Nəfis tərtibatlı bu  qamus  kitabı 2054 səhifədir. Dünya lüğətçilik tarixinin nadir kitablarından biridir.

 

 Tarixilik xatirinə qeyd etmək istəyirik ki,
 "Uşaq bağçası"nın çapına 1896- cı il fevralın  29- da  Qafqaz  Senzor  Komitəsi  tərəfindən icazə verilsə də, dərsliyin nəşri iki ildən çox ləngimişdir. Kitabın çapındakl bu ləngimələr nəşriyyat  problemləri ilə bağlı  olub.

 Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan dilində mətbəələr, demək olar ki,öz fəaliyyətini dayandırmalı olmuşdu. 1878-ci ildə yaradılçış "Ziya" mətbəəsi Səid Ünsizadənin  İstanbula müraciətindən bir az sonra  bağlanmışdı. Bu mətbəənin bazası əsasında yaradılan "Kəşkül " mətbəəsi də 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra  öz fəaliyyətini dayandırmışdı. 
   Haqqında söz açılan hər iki mətbəə  Azərbaycan dilində  kitab çapını xeyli ləngitmişdir.Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin  əngəllənməsi  Zaqafqaziyadan kənardakı türkdilli  ədəbiyyatın  da inkişafına  öz mənfi təsirini göstərmişdir.
  Unutmaq lazım deyil ki, türk dünyasının  böyük
yazarlarından biri, Səid Ünsizadənin əqidə və məslək  dostlarından  olan  krımlı  İsmayıl bəy Qasprinski  türkdilli jurnalistik fəaliyyətinə 1879-cu ildə "Ziya" qəzetindən başlamışdır.
  İ.Qasprinskinin   "Tərcüman"dan əvvəlki   bir sıra kiçik həcmli jurnalları" Tuncuq" , " Şəfəq" , "Qəmər "  Ünsizadə qardaşlarının  mətbəəsində çap olunmuşdur.
 İ.Qasprinski  1881-ci ildə Tiflisdə  "Ziya" mətbəəsində çap  etdirdiyi "Tuncuq" jurnalının "Ön söz"ündə    bu xidmətləri çox yüksək dəyəndirmişdir.


"Uşaq bağçası"nın  həcmi  137 səhifədir.  Əsər giriş və  3  fəqərədən-hissədən ibarətdir.  Dərslik  "Müəllim  Rəşid bəy  Əfəndizadə" imzalı 7  səhifəlik müqəddimə ilə  başlayır. Birinci hissənin materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən  nömrələnib (səh.1-78 ). Üçüncü  hissənin materialları 79-cu səhifədən başlayır, 105 ci səhifədə tamamlanır.

Sonuncu-nömrəsiz cəhifədə Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir cümləlik  müsbət  rəyi-icazəsi çap olunub:

" Həmin kitabçanı  Zaqafqazın cəmi sünniməzhəb  müsəlmanlarının məktəbləıində ümxaz (istifadə-N.N.)       
 olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.

    Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"


"   Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz(əldə etmə,alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.

    Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə"
     
  
Dərsliyin  birinci hissəsi dilin fonetik  və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin  ikinci  və  üçüncü  hissələrinin materialları müntxəbat xarakterlidir.  Burada  rus  və dünya ədəbiyyatından  tərcümə  və  iqtibas  edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm  və nəsr  nümunələri məktəb yaşlı uşaqların  mənəvi dünyasini zənginləşdirən, onların mütaliə mədəniyyətinə   yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir
:

Məktən vəqtidir,əzizim,dur ayağa, ey oğul,
Gün çıxıb,pəncərədən düşdü otağa,ey oğul.

Çox zamandır ki,xoruslar oyadıblar xəlqi,
Paltarın əgninə gey,çəkmən ayağaey oğul.

Quş ola,heyvan ola,insan ola məzmumdur
                                     (məzəmmət olunmuşdur-N.N.) 
Kəsbdən qeyri qədəm qoyma qırağa , ey oğul.

Yük çəkir hər cücü öz ruzqini ,hər arı özün
Vuracaq baldan ötü daşa,batdağa,ey oğul.

Kəsbdir gərçi dutur torçu balıq dəryadan,
Kənçinin meyli olur bostana,bağa,ey oğul.

Fikr eylə,imdi, oğul: elm,sənət kəsbdir,
Sən də get məktəbə,elmə,dur ayağaey oğul.


 "Məktəbə çağırış" adlı  bu şeir K.D.Uşinskinin "Ana dili" dərsliyindəndir.Müəllifi K.D.Uşinskinin yaxın dostu,görkəmli pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayanL.N.Modzalevskidir  (14.02.1837-12.05.1896). L.N.Modzalevskinindərsliklərdə dəfələrlə yer tutan bu şeirini  H.Qaracadaği də, R.Əfəndizadə də,M.Ə.Sabir də tərcümə etmişlər. Tərcümələr o qədər maraqlı alınmışdır ki, onların orijinal olub-olmamasını müəyyənləşdirmək,bir neçə tədqiqatçıdan başqa,demək olar ki,heç kəsin yadına düşməmişdir.
  Rəşid bəy Əfəndizadənin iklinci dərsliyi  " Bəsirətül-ətfal "dır. Onun ilk variantı 1901-ci il sentyabrın 12-də də Bakıda nəşr olunmuşdur. Müəllif 1907-ci ildə bu dərsliyi  şagirdlərə müsəvvər (şəkilli-N.N.)  dərslik kimi  təqdim etmişdir. Dərslik İstanbulda Bab-i Ali   caddəsindəki 72 nömrəli binada yerləşən Mahmud bəy  mətbəəsində nəşr etdirmişdir.Dərslikdəki illüstrasiyalar məşhur rus rəssamı Vladimir Amosoviç Taburinindir.
 R.Əfəndizadənin İstanbulda nəşr olunan  "Bəsirətül-ətfal"ı Bakıda nəşr olunan "Bəsirətül-ətfal"dan   həcmcə xeyli  kiçikdir. Cəmi 128  səhifədir.

 Dərslikdə klassik  Azərbaycan ədəbiyyatından,  "Kəlilə  və  Dimnə"dən, şifahi xalq ədəbiyyatından edilmiş   tərcümələrin, tərbiyəvi əhəmiyyətli  materialların çoxu  dərslik  müəllifinin    şərhləri   ilə müşayiət olunub.


  "Uşaq  bağçası" ,eləcə də "Bəsirətül-ətfal "dərsliklərindəki  materialların  əksəriyyətindən  müasir  dərsliklərinin yeni nəşrlərində  səmərəli şəkildə istifadə etmək olar.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən 
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı,14.01.2016.

əlaqə-   050   632   31 49
  (012)  566     07   95


   

Bakı şəhəri,  Təbriz küçəsi,94,  mənzil 101.





 


         

 

 

 

 



Ədəbiyyat

 

1.ARDTA (Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi). F.291,s.3,s.v.1681.

2.Ə.Abdullayev.Maarif fədaisi.Bakı,1982.

3.Nəsrəddinov Nazim. Maarif carçısı, "Novruz qəzeti", 04.02.1993,N5.

4.Nəsrəddinov Nazim.XX əsrin əvvəllərində İstanbulda çap olunmuş ilk Azərbaycan dərsliyi-
                                     Rəşid bəy Əfəndizadə.    "Bəsirətül-ətfal",    İstanbul,1907.
                                     " Kredo"qəzeti,28.05.2015, N 22(830).
5.Nəsrəddinov Nazim. XX əsrin ilk Azərbaycan dərsliyi- "Bəsirətül-ətfal", Bakı,1901,"Strategiya.az" saytı, 29.12.2012.
6.Nəsrəddinov Nazim.  İlk Azərbaycan dərsliyi- "Bəsirətül -ətfal", İstanbul-1907."Strategiya.az" saytı,29.01.2013


Müəllifin digər yazıları

  1. Mənim nəğməli bibim - Foto
  2. Sən yazmasan,mən yazaram
  3. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  4. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  5. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  6. Qulam Məmmədli-120
  7. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  8. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  9. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  10. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  11. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  12. Bu tarix ki var, qəliz məsələ imiş......
  13. SÖZ KİMİNDİR?
  14. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  15. Mənim dualarım
  16. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  17. Təzadlar, ay təzadlar....
  18. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  19. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  20. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  21. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  22. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  23. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  24. Testdən qəsdən danışmırıq
  25. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  26. Dərsliklərimizin halı və vəziyyəti
  27. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  28. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  29. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  30. Hırsızın gözü əlyazmalara düşdü
  31. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  32. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  33. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  34. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  35. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  36. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  37. Hacı Səid Əfəndi Ünsizadə-191
  38. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  39. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  40. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  41. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  42. Bir daha Ünsizadələr haqqında
  43. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  44. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  45. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  46. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  47. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  48. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  49. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  50. Bizə hansı elmlər lazımdır və yaxud ...
  51. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  52. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  53. Soyqırımı günündə dostumu itirmişəm
  54. Bu yaz bir başqa yazdır
  55. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  56. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  57. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  58. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  59. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  60. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  61. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  62. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  63. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  64. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  65. Dərgahdan başlanan yol
  66. Fikrin ifadə formalarından biri
  67. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  68. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  69. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  70. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  71. Təhsil tariximizin maraqlı səhifələri
  72. Təhsil tariximizdən maraqlı səhifələri
  73. Akademiklərin cərgəsindəki müəllim
  74. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  75. Mübarizə bu gün də var,sabah da...
  76. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  77. "Əkinçi" qəzeti-140
  78. Mustafanın Çanakkala məktubu
  79. Məktəbdə elm və texnologiya həftəsi
  80. Mübarizə bu gün də var, yarın da....
  81. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  82. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  83. Yazımızın tarixi-özümüzün tarixi
  84. Fikrət Sadıq -Dədə Qorqud
  85. Tədqiqatçı öz fikrində israrlıdır
  86. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  87. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  88. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  89. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  90. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  91. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  92. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  93. "Bağçasaraydan göndərilən məktub"
  94. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  95. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  96. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  97. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  98. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  99. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  100. Abdulla Şaiqin uşaq bağçası
  101. "Ziya"nın biblioqrafiyası
  102. Kasıblığın üzü qara olsun
  103. Bu gün M.Ə.Sabirin ad günüdür
  104. Keçən günə gün çatarmı ... - Fotolar
  105. Elmə yönələn yolun başlanğıcı - FOTO
  106. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  107. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  108. Ucundadır dilimin həqiqətin böyüyü ...
  109. İlk hesab dərsliyimiz
  110. Yusif Vəzirovun kölgədə qalan yazıları
  111. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  112. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  113. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  114. Dərslik, dərslik, yenə də dərslik...
  115. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  116. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  117. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  118. "ZİYA"lı ziyalı - Foto
  119. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qulam Məmmədli-120
08:20 28.03/2017
 
Xəbər başlıqları
30-05-2017
29-05-2017
29.05.2017 Zibillikdə sursat
29.05.2017 Neft ucuzlaşdı
29.05.2017 Abşeronda yanğın
28-05-2017
28.05.2017 "Volkswagen" yanıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3295 san