09:08 23 Yanvar 2016
2632 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Maarifçilik tariximizdən səhifələr


        S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası

                    Açar sözlər - mətbuat, maarifşilik,ezop manerası,ianə dəftəri, himayədarlıq

  S.Ə.Şirvanini yaradıcılığında məktub janrında yazılmış onlarla şeiri var. Bunların əksəriyyəti müəyyən münasibətlə qələmə alınmış ictimai məzmunlu, ezop maneralı, bədiilik cəhətdən diqqəti cəlb edən, hələ də dərin və hərtərəfli incələmələrini tapmayan sənət nümunələridir. 
  Şairin  Hacı Səid Ünsizadəyə həsr etdiyi   117 beytlik qəsidəsi klassik irsimizdəki mədhiyyə xarakterli  digər qəsidələrdən köklü şəkildə fərqlənir. Bu şeir   "Ziyayi-Qafqasiyyə" qəzetinin  
21 mart 1884-cü il tarixli 4-cü nöməsində dərc olunmuşdur.
  S.Ə.Şirvani bu şeiri ilə, Zaqafqaziya Əhli-Təsənni İdarəsində tutduğu vəzifədən çıxarılıb ,doğma   şəhəri Şamaxıya  qazı  və Quberniya Əhli-Təsənni İdarəsinin sədri  vəzifəsinə göndərilən  Səid Ünsizadəyə sanki  bir növ toxtaxlıq verir, onun gördüyü böyük maarifçilik işlərini oxucuların diqqətinə çatdırırdı.
  S.Ə,Şirvani 1884-cü ilin yanvarın əvvəllərində  Tiflisdən  Şamaxıya qayıdan Səid Ünsizadənin burada görəcəyi işlərdən də söz açır, bu işdə quberniya ziyalılarını əlbirliyə,himayədarlığa çağırırdı.  O, bu şeirində Şamaxıda maarif və mədəniyyət məsələlərinə rəvac verə biləcək nüfuzlu sakinləri, zər və zor sahiblərini, Səid Ünsizadəyə yeni vəzifəsində kömək ola biləcək şəxsləri dəyərləndirir və bu əbirlikdən ortaya çıxması gözlənilən  vəzifəni  müəyyənləşdirirdi:

  Bizə cəlbi-mənafe eyəsək dövlət deyil mane,
  Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı.

  Qəsidədə  "köhnə dünyanı təzə üsluba gətirmək üçün"  S.Ünsizadənin maarifçilik manifesti hərtərəfli işıqlandırılır,oxucu bir vaxtlar paytaxt şəhəri olan Şamaxının və quberniyaya daxil olan yerlərin  yaxşılığa döğru dəyişəcəyinə inanır. 
  S.Ə.Şirvaninin  "Şamaxının vəziyyətinin təsviri" sərlövhəsi ilə Əsələrini  ikinci cildinə düşmüş şeiri də yazılma səbəbinə görə tarixi məqamlarla ilgilidir. Məzmunundan hiss olunur ki,30 bəndlik bu əsər dərc olunmaqdan ötrü "Ziyayi-Qafqasiyyə" qəztinə göndərilmişdir. Lakin Səid Ünsizadə  oxuculara 120 misralıq bu şeirin mahiyyətini  çatdıtmışdır ( "Ziyayi-Qafqasiyyə" qəzeti,1883,N 12). Mahiyyət də bundan ibarətdir ki,şamaxılılar 1859-cu il zəlzələsindən sonra  Bakıya köçürülən    paytaxtın  Şamaxıya qaytarılmasını  istəyirlər.  Bu məqsədlə  dörd nəfər məşhur iş bilən  şamaxılı  "Moskvaya,Peterburqa ,dəxi hər yana" gedəcək ki, vəziyyət dövlət məmurlarına çatdırılsın.         S.Ə.Şirvani şeirin 29 -cu bəndində, son bənddən əvvəlki bənddə - məqtə bəndində ( məqtə bəndi Seyid Əzimin bir sıra əsərlərində sondan əvvəlki  şeir vahidində olur-N.N.). sevincini oxucularla bölüşür

  Seyyida,qorxma,bu dörd kəs gedər, inşallah!
  Arizü nəxli verər bir səmər,inşallah!
  Yenə Şirvanə qubernə gələr,inşallah!    
  Kövkəbi-bəxtdə bir özgə səadət görünür!

  S.Ə.Şirvaninin  məktub  və ya  müəyyən şəxslərə müraciət şəklində yazılmış digər əsərlərinin incələnməsi, bədii materialın tarixi hadisələrlə inteqrasiyası şairin yaradıcılığını dərindən öyrənmək baxımından da maraqlı görünür. Şairin Şirvanın  tarixinə aid bir əsərinin  olması da  bu cəhətdən  dahi söz ustasının bədii və elmi təfəkkürünün  vəhdət şəklində  öyrənilməsi yönündə indiyədək diqqətdən yayınan  alatoran və qaranlıq məsələləri işıqlandıra bilər. 
  S.Ə.Şirvaninin müxtəlif illərdə Bakı Bəy Komissiyasının sədri olmuş məmurlarla və bu qurumun üzvləri ilə   tanışlıq  və  dostluq münasibətləri 51 bəndlik " Elədi" müxəmməsində bir sıra məqamları aydınlaşdıra bilər. ( Şairin Əsərlərinin  ikinci cildində  adı çəkilən  şeir oxuculara  "Şirvanın təzə bəyləri haqqında" adı ilə təqdim olunur. səh.13-21).Bu əsər araşdırılması vacib görünən çoxlu faktlar, rəmz və işarələr, söz içində söz demək üslubunun  müxtəlif çalarları ilə  zəngindir.
  S.Ə.Şirvani Azərbaycanın ilk professional müxbirlərindən biridir.O,sağlığında  "Əkinçi" (1875-1877),  "Ziya" (1879-1880),onun davamı olan  "Ziyayi-Qafqasiyyə" (1880-1884) qəzetlərində,  "Kəşkül" adı ilə nəşr olunan   junal  və qəzetdə  (1883-1891) ən fəal müxbirlərdən olmuş, həm şeirləri, həm də müxtəlif məzmunlu imzalı və imzasız  xəbərləri ilə  oxucularla ünsiyyətdə qurmuşdur. Maraqlıdır ki, H.Zərdabi də, Səid Ünsizadə də,Cəlal Ünsizadə də  nəşrini düşündükləri mətbu orqanların  proqram və nizamnamələrini hazırlayarkən dövrün  bir sıra qabaqcıl ziyalılarına müraciət etmiş,onların mətbu söz haqqında fikirlərini öyrənmişlər.Bu cəhətdən S.Ə.Şirvanini  bu mətbu orqanlarının   idarə heyətinin üzvü hesab etmək olar. 
  Seyid Əzimin   Bakıya - Həsən bəy Zərdabiyə, Tiflisə - şamaxılı Səid  və  Cəlal Ünsizadə qardaşlarına göndərdiyi  ictimai məzmunlu mənzum məktubları XIX əsrin ictimai fikir tarixini öyrənmək baxımından tədqiqatçıları  maraqlı məcraya yönəldə bilər.Bu məktublarda  mətbuatın cəmiyyətdəki  rolu, mətbu sözün qüdrəti,məktəb və mədrəsə məsələləri,dərslik, bədii ədəbiyyat və risalələrin mütaliə mədəniyyətində əhəmiyyəti  haqqında söylənilən  maraqlı mülahizələr bu gün də çox əhəmiyyətli görünür.

  "Əkinçi" qəzetini redaktoru Həsən bəy Məlikzadə də, Ünsizadə qardaşları da mətbuat fəaliyyətinə başladıqları ilk günlərdən qarşılaşdıqları abunə çətinliklərindən həmişə ürək ağrısı ilə gileylənmişlər.Belə giley-güzar bəzən mətbuat səhifələrində də özünə yer tapırdı. Burada maraqlı bir  məqam da özünü göstərirdi. Qəzetdə xarici mətbuatdan edilən tərcümələrdə Avropa və Amerika ölkələrindəki qəzet və jurnallardan  söz açılır,oxucu ya mətbuatın cəmiyyətdəki rolu haqqında düşünməyə istiqamət verilirdi.
  Mətbuatın çətin və məsuliyyətli yollarında görülən bütün cəhdlərinə baxmayaraq, "Əkinçi"nin  də, "Ziya"nın  da, "Kəşkül"ün   də abunəçiləri 300-500 nəfərdən  çox deyildi. Hətta  "Ziya" qəzetini ilk nümrələrinin -1879-cu ilin yanvar və fevralında çıxan nömrələrinin sayı  heç yüz nəfərə də çatmırdı. Lakin Səid Ünsizadə qəzetin  nəşrinin davamı üçün öz  nəşriyyat təsərrüfatının başqa  sahələrindən- kitab,risalə,təqvim çapından qazandığı məbləğdən qəzet nəşrinə müəyyən  pay ayırırdı.
  S.Ünsizadənin qəzet nəşrindəki düşdüyü çətinliklər diqqətli oxucuları da narahat edirdi. Milliyyətindən asılı olmayaraq, yerlərdən "Ziya"ya  az-çox yardım göstərirdilər.Çox güman ki,bu, S.Ünsizadənin hökumət dairələrindəki bəzi nüfuzlu məmurlarla əlaqədar idi. "Ziya"ya madi kömək göstərənlərdən biri də irəvanlı Abbas ağa idi.
  
  Filologiya elmləri doktoru,professor Əzizə Cəərzadənin verdiyi məlumata görə  irəvanlı Abbas ağa bu qədim türk şəhərinin adlı-sanlı xalq müəllimi olmuşdur. O, ana dili ilə yanaşı, fars dilini  də, rus dilini   də gözəl bilirmiş. Fars dilinin qayda-qanunlarından daha xəbərdar olduğundan  onu  daha çox "Fars Abbas" adı ilə  tanıyırdilar.Rəsmi sənədlərdəki adı Abbas Razi Məmmədzadədir. Onun "Самоучитель фарсидского языка для русских" (ruslara müstəqil təhsil almaq üçün fars dili-N.N.) dərsliyi 1911-1912-ci illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur.

  Abbas ağa "Ziya" qəzetinin abunəçilərindən biri idi. O, "Ziya" qəzetinin çətinliklərindən xəbər tutaraq,  qəzetə yardım üçün Qafqaz canişinliyinə 50 manat pul və  naşir Səid Ünsizadənin adına   farsca yazılmış bir məktub göndərir.Səid Ünsizadə bu xəbəri qəzetin 13 oktyabr 1879-cu il tarixli 34-cü nömrəsində  oxuculara çatdırır. Abbas ağanın məktubu qəzetdə eynilə dərc olunur.
   S.Ə.Şirvaninin "Ziya" qəzetinə ünvanladığı  irəvanlı  Abbas ağa haqqında haqqında  yazdığı 
19 beytlik şeiri də məhz  abunə çətinlikləri  və bu yolda görülən işlər barədədir.
   S.Ə.Şirvani  bir nüsxəsinin  qiyməti  15 qəpik, illik abunə haqqı Rusiyanın kağız pulu ilə 6 manat olan  "Ziya" qəzetinə 50 manat ianə göndərən müəllimin fədakarlığını alqışlayır, bu münasibətlə yazdığı şeiri işıqlandırmaq üçün Tiflisə-qəzetin naşiri Səid Ünsizadəyə göndərir.Şeir  "Ziya " qəzetinin   11 oktyabr 1879-cu il tarixli 38-ci nömrəsində dərc olunur.
  Yeri gəlmişkən qeyd edək ki,S.Ə.Şirvani, "Ziya"nın  naşiri Səid Ünsizadə, onun qardaşı, qəzetin baş mühərriri Cəlal Ünsizadə  əslən şamaxılı idilər.Onların hər üçü Şamaxı ədəbi və pedaqoji mühitinin  yetirmələri idi. 1874-cü ildə Səid Ünsizadənin Quberniya Ruhani İdarəsinin sədri və Şamaxı qazısı olduğu vaxtlarda açdığı ibtidai məktəbdə Seyid Əzim və Cəlal Ünsizadə müəllimlik etmişlər. Seyid Əzim də, Cəlal Ünsizadə də məktəb tariximizə "Məclis məktəbi" adı ilə daxil olmuş  bu təhsil təhsil ocağında  işləyərkən   müəllimliklə yanaşı,dərslik tərtibi ilə də məşğul olmuşlar. Başqa sözlə,S.Ə.Şirvani Ünsizadə qardaşları ilə əqidə və məslək dostu idi. Ünsizadə qardaşları  mətbuat və nəşriyyat fəaliyyəti ilə  əlaqədar olaraq, Şamaxıdan Tiflisə kğçəndən sonra "Məclis məktəbi"nin əsas ağırlığı S.Ə.Şirvaninin üstünə düşmüşdü. 
   Seyid Əzim Ünsizadə qardaşlarının işlədikləri mətbu orqanda "Ziya" qəzetində S.Ə.Şirvani  oxuculara   "qəzetimizi Şamaxı müxbiri"  adı ilə təqdim olunurdu.
  Ünsizadə qardaşlarının əqidə və məslək dostu, "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvani irəvanlı Abbas ağanın ana dilli mətbuat yolundakı xeyirxahlığını belə alqışlayır:

  Mərhəba,ey İrəvanın xaki-zibamənzəri
  Kim,gəlib səndən vücudə əhli-məna sərvəri.

  Mərhəba,ey İrəvan, ey məcməül-bəhreyn əsər,
  Bəhrsən, Abbasi-namavər, o bəhrin gövhəri.

  Gövhəri-qabil,müini-əhli-irfan,feyzi-hər.
  Kim, olubdur zatı bir alicənabın yavəri.

  Eyləyib himmət "Ziya" haqqında  ol xurşidfər,
  Ta "Ziya" olsun cahanda əhli-həqqin rəhbəri.

  Aləmə açsın zəbani-pənd, töksün dürlər,
  Zöhrəvü xurşidü məh olsun o dürrə müştəri.

  Mərhabə,ey sahibi-himmət Məhəmmədzadə kim,
  Sən bu imdad ilə şad etdindili-peyğəmbəri.

  Çün qəzetdən şad olur əhli-səvadi-ruzigar,
  Sən onu ehya edib,şad eylədin aləmləri.

  Sən təki bir beş nəfər qeyrətkeş olsaydı əgər,
  Çəkməz idik aləm içrə minnəti-gavü  xəri.
  
  Gər qəzet qədrini hələ bilməsə bu qövm, eybi yox,
  İbtidadə hər işi, ari, ( bəli,hə-təsdiq ədatı-N.N.) sanırlar sərsəri.

   XIX əsrin bədii dil nümunəsi olan bu  şeirdə bugünkü ədəbi dildə çətin başa düşülən sözlər, izafətlər olsa da, diqqətli oxucu  buradakı  fikirlərin,demək olar ki,hamısını anlayır və dərk edir. 
    Seyid Əzim "Ziya" qəzetini  cahanda haqq əhlinin rəhbəri görmək istəyir. O istəyir ki,qəzetdə təbiyəvi məsələlərə xüsusi yer verilsin, yazılardan dürr tökülsün. Şeirdə savadlı əhalinin  mətbuata yaxşı münasibəti də  alqışlanır və təqdir edilir. Hər işin əzəlinin çətin olduğunu bilən şair inanır ki, gələcəkdə mətbu sözün dəyəri daha  üstün bilinəcəkdir.Başqa sözlə, nadan adam  qəzeti,mətbu sözü qiymətləndirməsə də, bunun  nəqsi  ( eybi,nöqsanı-N.N.) yoxdur. Görülən yaxşı işlər heç zaman  unudulmayacaqdır. 
    Abbas ağanın qəzetə ianəsini yüksək qiymətləndirən şairin  Azərbaycan dilində yazdığı  bu şeirin nüktəsi ( incə mətləbi-N.N.) Abbas ağanın daha yaxşı bildiyi fars dilində verilmişdir: 

"Qədri zər zərgər şünasəd, qədri cövhər cövhəri" ( yəni "Zər qədrini zərgər bilər,cəvahirin qədrini 
cəvahirçi" -N.N.).

   S.Ə.Şirvaninin şeiri  qəzetdə dərc olunandan iki ay sonra  "Ziya"nın  yeni il üçün abunə pulunun bir neçə məşhur şəxs-general -mayor İ.Yadigarov,Şərabçı oğlu,Qaibov,Uzunbaşlı,Şirniçi Hafiz Əfəndizadə,Xəlil Ağazadə,Dərvişbəyzadə, Hacı Molla Əlizadə tərəfindən idarəyə vasil olduğunu yazırdı.
     S.Ünsizadə   xalqı qəflət yuxusundan oyatmaq, onun maarifləndirilməsi  yolunda əzəmətli işlər görürdü;yeni istiqamətli məktəb açır, Azərbaycan dilində litoqrafiya və nəşriyyat yaradır, kitab,qəzet və jurnal çıxarmaq yolunda şəxsi nümunə göstərir,  məktəb yaşlı uşaqların mütaliəsinə xidmət edən dərslik-müntəxəbat yaradır,rus və türk dillərindən tərcümələr edir, qonşu dövlətlərin ziyalıları ilə maarifə xidmət yönümlü dostluq əlaqələri yaradır, başçılıq etdiyi mətbu orqanlara yeni üslub və formalar gətirirdi. O, himayə və hökmdarlığında yaşadığı çar Rusiyasının  dövlət məmurları ilə  xalqa xidmət edə biləcək əlaqələr yaramağı da şəninə və qüruruna sığışdırmağa  məcbur idi.Bu cəhətdən onun Bakı qubernatorları və yüksək rütbəli din xadimləri ilə münasibətləri diqqəti cəlb edir.
  S.Ünsizadənin  Tambov quberniyasının Spasski şəhərində ailəsi ilə sürgündə olan Mirzə Həsən Əfəndi Əlqədari, görkəmli şərqşünas,Peterburq Universitetində  azərbaycanlı M.C.Topçubaşovdan  Şərq dilləri dərsi alan  A.P.Berje,  türkdilli ilk jurnalını-"Tunğuc"u  Ünsizadə qardaşlarının mətbəəsində çap etdirən krımlı İsmayıl bəy Qasprinski, müxtəlif illərdə Türkiyədə üç dəfə maarif naziri olmuş  Münif Əfəndi ilə dostluq və əməkdaşlığı da yaddan çıxmamalıdır.Bu dostluq əlaqələrin hər biri iri bir pedaqoji və ictimai-siyasi layihənin yaranması ilə ilgili idi.
   S.Ünsizadənin geniş və hərtərəfli maarifçilik fəaliyyətində ən başlıca cəhət  onun ana dilində yaratdığı mətbuat idi. O,qəzetdən heç bir mənfəət götürmürdü; özünün yazdığı kimi başqa yerlərdən qazandığını mətbuatın formalaşmasına və tərəqqisinə sərf edirdi.
   S.Ünsizadə bu məsələdən söz açaraq,yazırdı:

"Bu dəxi insaf degil ki,  "mənfəəti-şəxsiyyətimizi  mülahizə edib, bunun kimi ümumi mənfəətli olan işi tətil edək.Pəs lazımdır ki,əvvəlimci mərtəbədə millət işlərimizin  tərəqqisinə bais olan mətbəə və qəzetə xüsusunda qeyrət və həmiyyət göstərək".

   Çox təəssüf ki,türk dili anlaşılan və başa düşülən türkdilli yerlərdə Səid Ünsizadəyə və onun  "Ziya"sına  qeyrət və həmiyyət göstərən az idi,hətta kəndlərdə qələm əhli sayılan mollaların çoxu qəzetə abunə yazılmamışdı.Bu cəhətdən "Ziya"nın eyhamlı bir  "təsadüfi" xəbəri  maraqlı görünür:

"Tiflisdə mülk icarə edənlərdən  Şahbazın savadı olmadığı halda, keçən sənə ianət niyyəti ilə  qəzetimizə abunə olmuç idi. Bu il dəxi abunə olunub,təvəqqe edibdir ki,onun əvəzində ona gündərilən nüsxə axundlardan birinə göndərilə.
  Buna müqabil keçən ildən bəri ruhanilərdən birinin xidmətinə  "Ziya" nüsxələri göndərilməkdə idi. Amma bu ildən qəbul etməyir ki,ona qəzetə göndərilsin" ( "Ziya" qəzeti,N 4,27.12.1879).

   S.Ə.Şirvaninin irəvanlı Abbas ağaya yazdığı şeirin tarixi və əks-sədası bir çox ədəbi -elmi incələmələrə yol aça bilər. 
   Bir şeirin təəssüratı əsasında yazdığımız qeydlər  göstərir ki, şair və yazıçılarımlızın yaradıcılığının tədqiqinə yeni yanaşma prizmasından baxmaq, ədəbi hadisə və əhvalatların görünməyən tərəflərini diqqət və həssaslıqla incələmək lazımdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  Ədəbiyyat siyahısı

1.S.Ə.Şirvani. Əsərləri, 2-ci cild, Bakı-1969, səh.67-68.
2.Cəfərzadə Əzizə.   Abbas Razi Məmmədzadə/ "Azərbaycan" jurnalı,1968, N4, səh.196-198.
3."Ziya" qəzeti,    11.10.1879, N 38.
4. Nəsrəddinov.Nazim.Bir şeirin tarixi və əks-sədası."Dalğa" qəzeti,    2-9 .11.1992, 


Müəllifin digər yazıları

  1. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  2. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  3. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  4. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  5. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  6. Bu tarix ki var, qəliz məsələ imiş......
  7. SÖZ KİMİNDİR?
  8. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  9. Mənim dualarım
  10. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  11. Təzadlar, ay təzadlar....
  12. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  13. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  14. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  15. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  16. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  17. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  18. Testdən qəsdən danışmırıq
  19. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  20. Dərsliklərimizin halı və vəziyyəti
  21. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  22. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  23. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  24. Hırsızın gözü əlyazmalara düşdü
  25. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  26. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  27. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  28. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  29. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  30. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  31. Hacı Səid Əfəndi Ünsizadə-191
  32. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  33. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  34. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  35. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  36. Bir daha Ünsizadələr haqqında
  37. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  38. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  39. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  40. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  41. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  42. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  43. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  44. Bizə hansı elmlər lazımdır və yaxud ...
  45. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  46. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  47. Soyqırımı günündə dostumu itirmişəm
  48. Bu yaz bir başqa yazdır
  49. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  50. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  51. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  52. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  53. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  54. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  55. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  56. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  57. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  58. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  59. Dərgahdan başlanan yol
  60. Fikrin ifadə formalarından biri
  61. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  62. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  63. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  64. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  65. Təhsil tariximizin maraqlı səhifələri
  66. Təhsil tariximizdən maraqlı səhifələri
  67. Akademiklərin cərgəsindəki müəllim
  68. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  69. Mübarizə bu gün də var,sabah da...
  70. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  71. "Əkinçi" qəzeti-140
  72. Mustafanın Çanakkala məktubu
  73. Məktəbdə elm və texnologiya həftəsi
  74. Mübarizə bu gün də var, yarın da....
  75. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  76. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  77. Yazımızın tarixi-özümüzün tarixi
  78. Fikrət Sadıq -Dədə Qorqud
  79. Tədqiqatçı öz fikrində israrlıdır
  80. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  81. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  82. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  83. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  84. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  85. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  86. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  87. "Bağçasaraydan göndərilən məktub"
  88. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  89. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  90. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  91. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  92. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  93. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  94. Abdulla Şaiqin uşaq bağçası
  95. "Ziya"nın biblioqrafiyası
  96. Kasıblığın üzü qara olsun
  97. Bu gün M.Ə.Sabirin ad günüdür
  98. Keçən günə gün çatarmı ... - Fotolar
  99. Elmə yönələn yolun başlanğıcı - FOTO
  100. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  101. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  102. Ucundadır dilimin həqiqətin böyüyü ...
  103. İlk hesab dərsliyimiz
  104. Yusif Vəzirovun kölgədə qalan yazıları
  105. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  106. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  107. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  108. Dərslik, dərslik, yenə də dərslik...
  109. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  110. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  111. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  112. "ZİYA"lı ziyalı - Foto
  113. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-03-2017
24.03.2017 Neft bahalaşıb
23-03-2017
22-03-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2504 san