12:45 28 Yanvar 2016
12843 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

Bəl­li ol­du­ğu ki­mi də­mir me­ta­ldan alət dü­zəlt­mək üçün ma­te­ri­al ki­mi istifadə çox-çox qə­dim­lər­dən  ol­muş­dur. Be­lə ki, ar­xeo­lo­ji qa­zın­tı­lar za­ma­nı aş­kar olun­muş ən qə­dim də­mir alət­lə­ri era­mız­dan 4000 il əv­vəl ta­ri­xə ma­lik ol­maq­la qə­dim Şu­mer və Mi­sir si­vi­li­za­si­ya­la­rı­na aid edi­lir­lər. Bu əş­ya­lar əsa­sən me­teo­rit (sə­ma cis­mi) mən­şə­li də­mir­dən (də­mir və ni­kel qa­rı­şı­ğı) ha­zır­lan­mış­dı­lar. Son­ra­lar in­san­lar pla­ne­ti­mi­zin özün­də mü­rək­kəb geo­lo­ji pro­ses­lər nə­ti­cə­sin­də əmə­lə gəl­miş də­mir fi­liz­lə­rin­dən me­tal al­ma­ğın sir­lə­ri­ni öy­rən­di­lər və bu­nun­la da bə­şər ta­ri­xin­də ye­ni bir dövr baş­la­dı. Də­mir in­di də sə­na­ye­nin, tex­ni­ki tə­rəq­qi­nin, iq­ti­sa­di in­ki­şa­fın əsas da­yaq­la­rın­dan bi­ri sa­yı­lır. Sə­na­ye­də çox­say­lı tət­biq sa­hə­si olan də­mi­rin Res­pub­li­ka­mız­da eti­bar­lı mi­ne­ral-xam­mal ba­za­sı ya­ra­dıl­mış­dir.

Azər­bay­can Res­pub­li­ka­sın­da yer­lə­şən və eh­ti­yat­la­rı təs­diq olun­muş bü­tün də­mir fi­li­zi ya­taq­la­rı Daş­kə­sən fi­liz ra­yo­nu hü­dud­la­rın­da tə­mər­küz­ləş­miş­dir. Bun­lar Daş­kə­sən, Cə­nu­bi Daş­kə­sən və Də­mir (ko­balt­lı maq­ne­tit) ya­taq­la­rı­dır.
Bu ya­taq­la­rın ba­za­sın­da ötən əs­rin or­ta­la­rın­dan la­yi­hə gü­cü il­də 3,0 mln. ton xam fi­liz olan Azər­bay­can Dağ Mə­dən Kom­bi­na­tı fəa­liy­yət gös­tər­miş­dir. Əv­vəl­lər ha­zır məh­su­lun tər­ki­bin­də də­mi­rin miq­da­rı 60,5% olan kon­sent­rat Rus­ta­vi (Gür­cüs­tan) Me­tal­lur­gi­ya Za­vo­du­na, az miq­dar­da isə “Gür­cüs­tan­kö­mür” İs­teh­sa­lat Bir­li­yi­nə və Ba­kı Ağır­laş­dı­rı­cı­lar Za­vo­du­na gön­də­ri­lir­di.1996-cı il­dən eti­ba­rən ob­yek­tiv sə­bəb­lə­rə gö­rə ya­taq­lar­da is­tis­mar iş­lə­ri mü­vəq­qə­ti da­yan­dı­rıl­mış­dır.
Daş­kə­sən də­mir ya­ta­ğın­da 2011-ci il­dən eti­ba­rən “Daş­kə­sən Fi­liz­saf­laş­dır­ma” ASC də­mir fi­liz­lə­ri­nin is­teh­sa­lı ilə məş­ğul ol­muş­dur.
İs­tis­mar za­ma­nı olan it­ki­lər nə­zə­rə alın­maq­la ya­taq­la­rın qa­lıq eh­ti­yat­la­rı Azər­bay­can Dağ Mə­dən Kom­bi­na­tı­nı möv­cud la­yi­hə gü­cün­də 75 il ər­zin­də tə­min et­mə­yə qa­dir­dir.
Aşa­ğı­da Daş­kə­sən qrup də­mir fi­liz­lə­ri ya­taq­la­rı ba­rə­də ay­rı-ay­rı­lıq­da mə­lu­mat ve­ri­lir.
1. Daş­kə­sən ya­ta­ğı Gən­cə şə­hə­rin­dən 35 km cə­nub-qərb­də yer­lə­şir. Əra­zi­də
də­mir fi­liz­lə­ri­nin ol­ma­sı ba­rə­də ilk mə­lu­mat­lar or­ta əsr­lə­rə aiddir. Ya­taq­da 1927-1933-cü il­lər­də, 1929-1964-cü il­lər­də (fa­si­lə­lər­lə) və 1971-1976-cı il­lər­də kəş­fiy­yat iş­lə­ri apa­rıl­mış­dır. Ya­taq 2 sa­hə­dən (Şi­mal-qərb və Şi­mal-şərq) iba­rət­dir.
Geo­lo­ji struk­tur cə­hət­cə ya­taq Daş­kə­sən sink­li­nal qı­rı­şıq­lı­ğı­nın çox­fa­za­lı int­ru­ziv komp­lek­si ilə kə­sil­miş şi­ma­li-şərq qa­na­dın­da yer­lə­şir.
Sə­na­ye əhə­miy­yət­li fi­liz ci­sim­lə­ri lay şək­lin­də­dir və cə­nu­bi-şərq­dən şi­ma­li-qər­bə doğ­ru 600-1400 m uza­nır, düş­mə is­ti­qa­mə­ti bo­yu 1000-2100 m mə­sa­fə­də iz­lə­ni­lir, az me­yil­li yat­maq­la 45 m qa­lın­lı­ğa ma­lik­dir; əsas fi­liz mi­ne­ra­lı maq­ne­tit, ikin­ci də­rə­cə­li mi­ne­ral­lar isə he­ma­tit, hid­ro­he­tit və mar­tit­dir.
Ör­tük sü­xur­lar Kim­me­ric yaş­lı buy­nuz daş­la­rı, alt sü­xur­lar isə Kel­lo­vey-Oks­ford yaş­lı buy­nuz daş­la­rı və Oks­ford-Kim­me­ric yaş­lı mər­mər­ləş­miş əhəng­daş­la­rın­dan iba­rət­dir.
Sü­xur­la­rın həcm çə­ki­si 2,5-2,9 qr/sm3, fi­li­zin həcm çə­ki­si 3,95-4,5 qr/sm3, tə­bii nəm­lik1-3%-dir.
2. Cə­nu­bi Daş­kə­sən ya­ta­ğı Gən­cə şə­hə­rin­dən 40 km cə­nub-qərb­də yer­lə­şir. Ya­taq əra­zi­sin­də 2 müs­tə­qil Qərb və Şərq sa­hə­lə­ri qeyd olu­nur.
1) Cə­nu­bi Daş­kə­sən ya­ta­ğı­nın Qərb sa­hə­sin­də 1955-ci il­dən baş­la­ya­raq 1966-cı ilə­dək kəş­fiy­yat iş­lə­ri apa­rıl­mış­dır.
Qərb sa­hə­si geo­lo­ji struk­tur cə­hət­cə Daş­kə­sən sink­li­nal qı­rı­şıq­lı­ğı­nın çox­fa­za­lı int­ru­ziv komp­lek­si ilə kə­sil­miş cə­nu­bi-qərb qa­na­dın­da yer­lə­şir.
Sə­na­ye əhə­miy­yət­li fi­liz ci­sim­lə­ri lay şə­kil­li ol­maq­la, 1800-2000 m uza­nır və düş­mə is­ti­qa­mə­ti bo­yu 400-600 m iz­lə­ni­lir. Fi­liz qa­tı­nın qa­lın­lı­ğı 4-26 m-dir. Müt­ləq yük­sək­lik də­niz sə­viy­yə­sin­dən 1500-1800 m-dir.
Fi­li­zin mad­di tər­ki­bi əsas mi­ne­ral-maq­ne­tit­den, ikin­ci də­rə­cə­li fi­liz mi­ne­ral­la­rı isə he­ma­tit və hid­ro­he­tit­den iba­rət­dir. Əsas qey­ri-fi­liz mi­ne­ral­la­rı qra­nat, kal­sit, mar­tit, ikin­ci də­rə­cə­li qey­ri-fi­liz mi­ne­ral­la­rı isə epi­dot, kvars, xlo­rid və am­fi­bol­dan təş­kil olu­nub. Fi­liz­də də­mi­rin or­ta miq­da­rı 49,5 %-dir. Sü­xur­la­rın həcm çə­ki­si 2,5-2,9 qr/sm3, fi­li­zin həcm çə­ki­si 3,25 -4,5 qr/sm3-dir. Tə­bii nəm­lik 1-3 % dir.
2) Cə­nu­bi Daş­kə­sən ya­ta­ğı­nın Şərq sa­hə­sin­də 1955-1961-ci il­lər­də geo­lo­ji kəş­fiy­yat iş­lə­ri apa­rıl­mış­dır. Sa­hə Daş­kə­sən sink­li­nal qı­rı­şıq­lı­ğı­nın çox­fa­za­lı int­ru­ziv komp­lek­si ilə kə­sil­miş cə­nu­bi-qərb qa­na­dın­da yer­lə­şir.
Fi­liz­ləş­mə me­ta­so­ma­tik mən­şə­li Oks­ford-Kim­me­ric yaş­lı lay şə­kil­li fi­liz cis­mi ilə tə­cəs­süm olu­nur. Lay şə­kil­li fi­liz ci­sim­lə­ri uzan­ma is­ti­qa­mə­ti bo­yu 2000-3000 m, düş­mə is­ti­qa­mə­tin­də 500-2000 m iz­lə­ni­lir. Qa­lın­lı­ğı 2-30 m ara­sın­da­dır.
Əsas fi­liz mi­ne­ra­lı maq­ne­tit, ikin­ci də­rə­cə­li fi­liz mi­ne­ral­la­rı he­ma­tit, hid­ro­he­tit və mar­tit­dir. Qey­ri-fi­liz mi­ne­ral­la­rı qra­nat, kal­sit, epi­dot, kvars, xlo­rid, am­fi­bol və pi­rok­sen­lər­dən iba­rət­dir.
Sü­xur­la­rın həcm çə­ki­si 2,5 -2,9 qr/sm3, fi­li­zin həcm çə­ki­si isə 3,95-4,5 qr/sm3-dir. Tə­bii nəm­lik 1-3 % təş­kil edir.
3. Də­mir (ko­balt­lı-maq­ne­tit) ya­ta­ğı 1959-cu il­də D.Əh­mə­dov və İ.Möv­sü­mov tə­rə­fin­dən kəşf olun-muş­dur. Geo­lo­ji qu­ru­luş­ca ya­taq Daş­kə­sən sink­li­na­lı­nın cə­nu­bi-qərb qa­na­dın­da yer­lə­şir.
Fi­liz­lər kon­takt-me­ta­so­ma­tik mən­şə­li Tə­ba­şir yaş­lı lay şə­kil­li skarn-maq­ne­tit tər­kib­li­dir.
Sə­na­ye əhə­miy­yət­li fi­liz cis­mi uzan­ma is­ti­qa­mə­ti bo­yu 2000-3175 m, düş­mə is­ti­qa­mə­ti bo­yu 1500-1700 m mə­sa­fə­də, 2-64 m qa­lın­lıq­la iz­lə­ni­lir. Əsas fi­liz mi­ne­ra­lı maq­ne­tit­dir.
Ör­tük sü­xur­lar Kim­me­ric yaş­lı tuf və tuf-brek­çi­ya­lar­dan iba­rət­dir. Alt sü­xur­lar Oks­ford-Kim­me­ric yaş­lı pe­li­to­morf əhəng­da­şı, tuf-qum­da­şı və tuf-konq­lo­me­rat­lar­dır.
Fi­liz­lər­də də­mi­rin miq­da­rı 43,7 %, ko­bal­tın miq­da­rı isə 0,019 %-dir. Sü­xur­la­rın həcm çə­ki­si 2,5-2,72 qr/sm3, fi­liz­lə­rin həcm çə­ki­si 3,7-4,43 qr/sm3-dir.Tə­bii nəm­lik 0,27-0,32 %-dir.
Qeyd et­mək la­zım­dır ki, Daş­kə­sən qru­pu (Daş­kə­sən, Cə­nu­bi Daş­kə­sən, Də­mir) ya­taq­la­rı res­pub­li­ka­nın mi­ne­ral-xam­mal ba­za­sın­da uzun il­lər ər­zin­də özü­nə­məx­sus yer tut­muş­lar. Bu ya­taq­la­rın ba­za­sın­da son il­lə­rə qə­dər Azər­bay­can fi­liz­saf­laş­dır­ma kom­bi­na­tı fəa­liy­yət gös­tər­miş və onun məh­su­lu (də­mir kon­sent­ra­tı) Gür­cüs­ta­nın Rus­ta­vi me­tal­lur­gi­ya kom­bi­na­tı­nın tə­lə­ba­tı­nı tam ödə­yir­di.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İ.Əli­ye­vin 2012-ci il 29 de­kabr ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş “Azər­bay­can 2020: gə­lə­cə­yə ba­xış” in­ki­şaf kon­sep­si­ya­sın­da öl­kə­də qey­ri neft sə­na­ye­si­nin in­ki­şaf et­di­ril­mə­si məq­sə­di ilə öl­kə­nin ma­lik ol­du­ğu tə­bii və iq­ti­sa­di re­surs­la­rın tə­sə­rüf­fat döv­riy­yə­si­nə cəlb edil­mə­si­nin ge­niş­lən­di­ril­mə­si və on­lar­dan is­ti­fa­də­nin sə­mə­rə­li­li­yi­nin yük­səl­dil­mə­si nə­zər­də tu­tu­lur. Kon­sep­si­ya­nın re­al­laş­dı­rıl­dı­ğı dövr­də öl­kə­də po­lad is­teh­sa­lı mü­əs­si­sə­lə­ri­nin işə sa­lın­ma­sı nə­zər­də tu­tul­muş­dur.
Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2013-cü il 23 ap­rel ta­rix­li Sə­rən­ca­mı ilə səhm­lə­ri döv­lə­tə məx­sus olan “Azər­bay­can Po­lad İs­teh­sa­lı Komp­lek­si” Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti ya­ra­dıl­mış və bu Komp­lek­sə Gən­cə şə­hə­ri­nin və Daş­kə­sən ra­yo­nu­nun əra­zi­lə­rin­də də­mir fi­li­zi­nin ha­si­la­tın­dan po­lad is­teh­sa­lı­na qə­dər bü­tün mər­hə­lə­lə­ri əha­tə edən po­lad is­teh­sa­lı komp­lek­si­nin la­yi­hə­lən­di­ril­mə­si, ti­kin­ti­si və ida­rə olun­ma­sı, bu sa­hə­də ye­ni tex­no­lo­gi­ya­la­rın tət­bi­qi, mad­di-tex­ni­ki ba­za­nın müa­sir­ləş­di­ril­mə­si və on­dan sə­mə­rə­li is­ti­fa­də, ha­be­lə bu sa­hə­nin in­ki­şa­fı ilə bağ­lı di­gər iş­lə­ri ye­ri­nə ye­tir­mək tap­şı­rıl­mış­dır.
Öl­kə­də qey­ri-neft sek­to­ru­nun sü­rət­lə in­ki­şaf et­di­ril­mə­si is­ti­qa­mə­tin­də mü­hüm iş­lər gö­rü­lür. Qeyd edək ki, öl­kə­miz­də po­la­də­rit­mə sa­hə­sin­də təc­rü­bə var­dır. Ar­tıq Res­pub­li­ka­mız­da əv­vəl­lər möv­cud olan çox­say­lı ki­çik və or­ta mü­əs­si­sə­lər bir­ləş­di­ri­lə­rək qey­ri-neft sek­to­ru­nun sü­rət­lə in­ki­şaf et­di­ril­mə­si­nə xid­mət et­mək­də­dir­lər. Şüb­hə et­mi­rik ki, ya­xın il­lər­də Azər­bay­can­da Daş­kə­sən qru­pu də­mir ya­taq­la­rı­nın is­tis­ma­rı nə­ti­cə­sin­də dağ- mə­dən sə­na­ye­si da­ha da in­ki­şaf et­di­ri­lə­cək və po­lad is­teh­sa­lı sə­na­ye­nin apa­rı­cı sa­hə­lə­rin­dən bi­ri­nə çev­ri­lə­cək­dir.

 YER VƏ İNSAN

№/05/NOYABR-DEKABR/2015


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-02-2018
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8491 san