11:30 10 Mart 2014
15747 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

  1906-1911-ci illərdə Həştərxanda şamaxılı  Mustafa Lütfi  Hacı Sədrəddin  oğlu İsmayılov  (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan  "Bürhani-tərəqqi" qəzeti haqqında  informasiya axtarışına çıxmışdım.
  "Bürhani-tərəqqi"-"tərəqqinin, inkişafın sübutu, dəlili "anlamına uyğun gəlir.
   Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin  məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin  bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim.  Həştərxanda sürgündə olarkən  N.Nərimanovun da "Bürhani tərəqqi" qəzetində  elmi -publisistik  yazılarla çıxış etməsi də məlumdur.  M.Ə.Sabirin də "Bürhani-tərəqqi"dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin  "Hophopnamə"sində bu faktı təsdiq edən  istinad yeri  yoxdur. 

  Nə isə...
  Axtarışlar Türkiyəyə gedib çıxdı. "Kardeş kalemler" də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim,fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafanın Lütfinin döğum tarixinin bir mənbədə  1876-cı il , digər mənbələrdə 1880 -cı il  kimi təqdimi ilə rastlaşdım. Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun  mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız-adlısı da,sanlısı da, onlara inahıb, onlara  güvənənlər də   9 yaşında  atadan  yetim qalan Məhəmmədin MustafaLütfinin himayəsində böyüdüyünü  yazırlar.  Əlbəttə, bu, inandırıcı deyil: ya Mustafa Lütfi   İsmayılov  Məhəmmədin əmisi yaşındadır, ya da  himayədarlıq  haqqında deyilənlər həqiqətə uyğun deyil. Hər halda elmi  yazıda  deyilən fikir həqiqətə uyğun olmalıdır.
  Mustafa Lütfi   bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı,  adı heç  bir yazılı mənbədə  çəkilməyən , sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi  kimi  Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi- İslam" adlı  ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov  təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi  cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb  evi, ədəb məktəbi"),qızlar üçün  "Nümuneyi-tərəqqi"  adlı zəmanənin tələb etdiyi   yeni tipli məktəb açır.  Mustafa İsmayılov Həştərxanda  Azərbaycan dilində  qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən  Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. "Bürhani-tərəqqinin 5 ildə (1906-1911) 141 nömrəsi işıq üzü görmüşdür.  "Bürhani-tərəqqi" oxuculara " həftədə bir dəfə çıxan siyasi,ədəbi,iqtisadi  türkcə müsəlman qəzetəsidir " kimi tanıdılır.Qəzetin hər  nömrəsiəsasən 4 səhifədir.
 Bir sıra nömrələri 8 səhifə həcmindədir. Materiallar əksər nömrələrdə 3 sütunda  yerləşdirilmişdir.Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında çıxması üçün  İsmayılov qardaşları  ticarətlə məşğul olurdular).
  Məktəb və mətbəə işlərinə yardım məqsədilə yaradılan ticarət işlərinə  Mustafanın  Şamaxıdan Həştərxana gələn  kiçik  qardaşı rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə götürdüklərindən  ticarətdən o qədər də xeyir qazanmırdılar.Onların əsas gəliri yazılanların qalması,  məktəblərdən  aldıqları təhsil haqları idi.

  Mustafa İsmayılov ətrafına ədəbi, elmi  və  yetkin siyasi  savadlı  Azərbaycan , tatar, noqay,  kumuq  gənclərini toplaya bilmişdi. Onlardan -Həbibulla Ömərov,Zahidulla Şərufulin,Qurbanəli Erembetov,Fatix Şammazov və başqaları türk  mətbuat tarixində  yadda qalan  ziyalılardır. Azərbaycan şairi, Mustafanın  şamaxılı əqrəbalarından Məhəmməd Hadi Əbdüssəlimzadə də  "Bürhani-tərəqqi"  qəzetinin  yazılmasında  və nəşrində  haqqı-sayı olanlardandır. Məhəmməd Hadi Həştərxana Kürdəmirdən getmişdir. 1902-ci il zəlzələsi  bütün şamaxılıları yerindən-yurdundan ələk-fələk eləmişdi: Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid  də -  kimi tək, kimi ailəli Kürdəmirə üz tutmuşdular.Babamgil  bir neçə rəs atla  (rəs- numerativ sözdür,  mal-qara "baş" numerativ  sözü ilə, at isə "rəs" sözü ilə işlənir. Məsələn: beş rəs at -N.N.) Türkiyə ilə ticarətə üstünlük vermiş, onların yaxın qohumlarından və dostlarından biri  Məhəmməd isə müəllimliyə qərar verir. Məhəmməd o vaxt Kürdəmirin  də baş kəndi olan Köhnəbazar məktəbində müəllim işləyir.
  Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk  yeni tipli dövlət məktəbidir.Əsası 1881-ci ilin fevralında qoyulmuşdur.
  Yeri gəlmişkən qeyd edim ki, bu məktəbin tarixini, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən müəyyənləşdirmişəm. 1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda   bu məktəbin tarixi, burada işləyən yüksək pedaqoji təfəkkürlü  müəllimlər haqqında yazılar yazmışam.  Köhnəbazar  kənd  məktəbinin - qədim Şirvan mahalının  tarixi məktəbinin 
130 yaşını faktlar əsasında pedaqoji işi anlayanlara və qiymətləndirməyi bacaranlara başa salmışam. Məktəbin  130  yaşlı yubileyi gec də olsa, rayon səviyyəsində, nəhayət ki, qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə böyük köməklik göstərən Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalının  o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə təşəbbüskarlığı  da həmişə xatırlanmalıdır. 

  Nə isə...
  Məhəmməd Əbdüssəlimzadə  Həştərxandan məktub alır və o,çox güman ki, tərəddüd etmədən  şimala üz tutur. Ədəbiyyat tarixçilərimizin yazdığına görə,  Məhəmməd Hadi bir müddət "Bürhani-tərəqqi"nin redaktoru da olur. Bu fikri ona görə ehtiyatla yazıram ki, Bakıda -M.F.Axundov adına Respublika kitabxanasında bu qəzetin- 146 nömrəsi olan"Bürhani-tərəqqi" nin cəmi 12 nömrəsi saxlanılır.  Odur ki, tədqiqatı genişləndirmək çətinlik törədir.Görəsən, qəzetin bütün nömrələrinin surətin çıxarıb, səliqəli şəkildə Azərbaycan oxucularına çatdırmaq çətindirmi?
  Yenə də nə isə...
  Məhəmməd Əbdüssəlimzadə qohumu Mustafa İsmayılovun xahişi ilə 1906-cı iln mayında Həştərxana gedir, setyabrın ortalarına qədər "Bürhahi-tərəqqi" qəzeində və "Darül-ədəb"də  işləyir.Görünür, "Şurayi-islam" cəmiyyətinin üzləri arasında fikir birliyi tez-tez pozulduğuna görə, Bakıdan "Həyat" qəzetinin redaktoru Əli bəy Hüseynzadədən iş dəvəti alan kimi  Məhəmməd  Hadi Bakıya qayıdır  və  "Füyuzat" jurnalında fəaliyyətə başlayır.
  Məhəmməd Əbdüssəlimzadənin "Bürhani-tərəqqi"də çıxan bir şeiri "Dəbistan" jurnalının  6 avqust 1906-cıil tarixli  nömrəsində  "Bürhani-tərəqqi"dən qeydi ilə çap olunmuşdur. "Lövheyi-təsviri-maarif"  adı ilə oxuculara təqdim olunan bu şeir dördlük  şəklindədir, 
18 bənddir. Sonuncu bəndə bir beyt əlavə olunmuşdur.Vətən övladına müraciətlə başlayan bu şeir oxucunu maarif məsələlərinə xüsusi diqqət verməyə çağırır:

  Maarif bir həqiqətdir, silər  mirati-idraki,
  Maarif bir ziyadır ki,qılar tənvir vicdani.
  Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,
  Maarif kəşf edər insanə mənizari-imkani.

  Köməyinə, bilik və bacarığına güvəndiyi  Məhəmməd Hadinin Bakıya qayıtması  Mustafa İsmayılovun qəzetçilik fəaliyyətini çətinləşdirir. Şurayi-islam" cəmiyyətinin üzvləri arasında yaranan  qarşıdurmanı sakitləşdirmək üçün  Bakıdan Həştətxana gedən Əlimərdan bəy Topçubaşov əməl və əqidə dostlarını barışdırmaq  istəsə də, istəyinə nail ola bilmir.  
  1908-ci il yanvarın 22-də Mustafa İsmayılov panislamizm ideyalarını yaydığına və  xalqı  hakimiyyətə müqavimət göstərməyə çağırdığına görə həbs edilir.  O, martda polis nəzarətində caxlanmaq şərti ilə  azadlığa buraxılır.


 1909 -cu ildə "fars  inqilabçılarına kömək etdiyinə görə" Nəriman Nərimanov  Metex qalasından - həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir. N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. "Bürhani -tərəqqi" qəzetinin birinci səhifəsində  ən bahalı reklam yerində onun gəlişi ezop manerası ilə oxucularıa  bildirilir:"Müsəlman doqtoru  Nəriman bəy Nərimanov  daxili  və  qadın xəstəlikləri olanları hər gün qəbul edir. Qəbul səhər  saat 9-dan 12-dək,axşam saat 5-dən 7-yədəkdir.

   Ünvan: Köhnə Dəmirçi küçəsi,  № 28.Velosiped klubunun arxa tərəfində".
    Azərbaycan və rus dillərində   olan bu elan qəzetdə üç ay davam edir. Elandan sonra ərazinin türkdilli və rusdilli vətəndaşları N.Nərmanovun hüzuruna axışır.
   Yeri gəlmişkən qeyd edim ki,"Bürhani- tərəqqi"  müəyyən çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə araşdırılması və vu aradırmaların üzə çıxardığı faktlarla ilgili idi.    Qəzetin nömrələrinin ləngidilməsi hökumət  tərəfindən təyin edilmiş cenzorun və quberniyada tatar dilində çap olunan qəzet,jurnal  və ədəbiyyat materiallarının tərcüməçisi,  Həştərxandakı  rus -tatar məktəbinin rus dili  müəllimi İsak  İsgəndərovun  hakim dairələrə yaxınlığı ilə  bağlı  idi .İ.İsgəndərovun əsas hədəfi "Şurayi-islam" və o bu cəmiyyətin məktəbi  məktəbi "Darül-ədəb" idi. 1910-cu ilin fevralında  Mustafa  İsmayılov  "Darül-ədəb"dən uzaqlaşdırılır. 1911-ci ilin iyununda  "Bürhani-tərəqqi" qəzeti bağlanır. Vəsait olmadığını bəhanə  edərək,  1911-ci  ilin sentyabrından "Darül-ədəb"ə şagird qəbulu dayandırılır. 

  Bəzi müəlliflərin  yazdığına görə  "Bürhani -tərəqqi" bağlanandan sonra Mustafa İsmayılov Qafqaza qayıdır.  Təəssüf ki, yazılarda konkret məkan göstərilmir.
   1914-cü il martın 14-də Həştərxan qubernatoru   Mətbuat üzrə Baş İdarəyə göndərdiyi 2391 №-li məktubunda  Mustafa İsmayılova  gündəlik "Haqq" qəzeti çıxarmağa icazə verdiyini  yazmışdır. Qəzet Mustafa İsmayılovun evinəyaxın mətbəələrin birində çıxır. "Haqq" qəzeti əvvəllər  hər gün , sonralar isə həftədə 2-3 dəfə şıxmüşdır.
   Lütfi Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.
   T
ədqiqat  davam edir.

 
  
                                           Ədəbiyyat

 1."Bürhani-tərəqqi" qəzetinin  nömrələri.    1910-cu il,  №  110;   №112-117;  №119-124,
                                                                             1911-ci il,    № 141.
2.Yaşar Кarayev,Yavuz Akpinar.   Mehmed Hadi-Azebaycanlı şair.
3.Yavuz Akpinar.   Muhammed Hadinin Bilinmeyen bir şeiri:"Kahraman Türk Askerlerine".
4.Türk dünyasının Məşhurları-48.   Mustafa Lütfi Şirvanzade.
5.Марина Имашева. Турецкое влияние в младотатарском движении мусульман Астраханской губернии(1906-1913).
6.Миннулин Бахтияр  Кимович. Язык газеты " Борхане Таракки"(1906-1911). Автореферат дисс.к.ф.н.Казань-2010.





 


Müəllifin digər yazıları

  1. Atamın türkdilli məktubları
  2. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  3. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  4. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  5. Bu dünyanın qızıl günü
  6. Qafur Rəşad Mirzəzadə fenomeni
  7. Papaq və qalstuk məsələsi
  8. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  9. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  10. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  11. Atamın şəkli
  12. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  13. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  14. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  15. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  16. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  17. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  18. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  19. Qara qoçun nağılı
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  21. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  22. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  23. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  24. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  25. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  26. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  27. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  28. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  29. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  30. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  31. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  32. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  33. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  34. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  35. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  36. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  37. Nüktələr və nöqtələr....
  38. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  39. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  40. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  41. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  42. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  43. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  44. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  45. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  46. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  47. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  48. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  49. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  50. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  51. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  52. Bağışla, bağışla, bağışla bizi
  53. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  54. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  55. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  56. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  57. Bizə ən gərəkli - Fil hesabatı
  58. “Bağçasaraydan göndərilən məktub”
  59. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  60. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  61. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  62. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  63. Doğma yurdun qış lövhələri...
  64. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  65. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  66. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  67. Hamıya dostam mən,bir qardaşam mən
  68. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  69. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  70. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  71. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  72. Söz sözü çəkər, əgər sözün közü varsa
  73. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  74. Müəllim olanda da yaxşı müəllim olun
  75. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  76. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  77. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  78. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  79. Ay Allah bəndəsi, niyə yazıqsan?
  80. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  81. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  82. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  83. Təbrizdən kənd məktubları
  84. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  85. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  86. Dünya yaman dünyadır
  87. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  88. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  89. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  90. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  91. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  92. Sözgəlişi, ola bilər düzəlişi...
  93. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  94. Bu Dünya- Şirin Dünya.....
  95. Göz görür,ağıl kəsir....
  96. Tərcüməsiz başa düşülən tatar bayatıları
  97. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  98. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  99. Mənim nəğməli bibim - Foto
  100. Sən yazmasan,mən yazaram
  101. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  102. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  103. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  104. Qulam Məmmədli-120
  105. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  106. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  107. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  108. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  109. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  110. Bu tarix ki var, qəliz məsələ imiş......
  111. SÖZ KİMİNDİR?
  112. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  113. Mənim dualarım
  114. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  115. Təzadlar, ay təzadlar....
  116. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  117. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  118. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  119. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  120. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  121. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  122. Testdən qəsdən danışmırıq
  123. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  124. Dərsliklərimizin halı və vəziyyəti
  125. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  126. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  127. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  128. Hırsızın gözü əlyazmalara düşdü
  129. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  130. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  131. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  132. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  133. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  134. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  135. Hacı Səid Əfəndi Ünsizadə-191
  136. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  137. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  138. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  139. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  140. Bir daha Ünsizadələr haqqında
  141. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  142. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  143. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  144. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  145. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  146. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  147. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  148. Bizə hansı elmlər lazımdır və yaxud ...
  149. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  150. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  151. Soyqırımı günündə dostumu itirmişəm
  152. Bu yaz bir başqa yazdır
  153. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  154. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  155. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  156. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  157. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  158. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  159. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  160. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  161. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  162. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  163. Dərgahdan başlanan yol
  164. Fikrin ifadə formalarından biri
  165. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  166. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  167. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  168. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  169. Təhsil tariximizin maraqlı səhifələri
  170. Təhsil tariximizdən maraqlı səhifələri
  171. Akademiklərin cərgəsindəki müəllim
  172. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  173. Mübarizə bu gün də var,sabah da...
  174. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  175. "Əkinçi" qəzeti-140
  176. Mustafanın Çanakkala məktubu
  177. Məktəbdə elm və texnologiya həftəsi
  178. Mübarizə bu gün də var, yarın da....
  179. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  180. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  181. Yazımızın tarixi-özümüzün tarixi
  182. Fikrət Sadıq -Dədə Qorqud
  183. Tədqiqatçı öz fikrində israrlıdır
  184. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  185. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  186. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  187. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  188. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  189. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  190. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  191. "Bağçasaraydan göndərilən məktub"
  192. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  193. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  194. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  195. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  196. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  197. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  198. Abdulla Şaiqin uşaq bağçası
  199. "Ziya"nın biblioqrafiyası
  200. Kasıblığın üzü qara olsun
  201. Bu gün M.Ə.Sabirin ad günüdür
  202. Keçən günə gün çatarmı ... - Fotolar
  203. Elmə yönələn yolun başlanğıcı - FOTO
  204. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  205. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  206. Ucundadır dilimin həqiqətin böyüyü ...
  207. İlk hesab dərsliyimiz
  208. Yusif Vəzirovun kölgədə qalan yazıları
  209. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  210. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  211. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  212. Dərslik, dərslik, yenə də dərslik...
  213. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  214. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  215. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  216. "ZİYA"lı ziyalı - Foto
  217. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6268 san