15:13 15 Fevral 2016
12865 dəfə oxunub
Çap versiyası

 

Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Tarixi

 

İlməzli İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənddir. Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik forması olan maz sözündən əmələ gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsinin (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd etmək olar ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb quruluşlu toponimdir.

 

Mədəniyyəti

 

İlməzl kəndi Dağ Borçalının elmə, təsilə ən çox maraq göstərən kəndlərindən biri idi. Belə ki, İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi. Bundan başqa İlməzli orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar kəndlərdən gələn şagirdlər üçün nəzərdə tutulurdu.İlməzli orta məktəbində dövrünün çox savadlı müəllim kollektivi var idi.

 

Əhalisi

 

Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır.

 

Qeydlər Vikipediyadan götürülüb.

 

Bəlkə də çox gecdi, daha doğrusu, itirdiklərimizi yazıya almaqda hər birimiz gecikmişik. Hələ dünyanın düz vaxtında doğulduğumuz torpaqların tarixi, toponimi, folkloru haqqında heç nə bilmədik. Nə demədilər, nə də ki, öyrənmək istəmədik.  Bir də ayıldıq ki, sonuncu deportasiya dalğasının qurbanına çevrilmişik. Dərdə baxın ki, dogma yurddan didərgin salınan qardaşın birinə qaçqın, digərinə məcburi köçkün dedilər..

Sapı özümüzdən olan balataların köntöy baxışları, tənəli sözləri ilə də üzbəüz gəldik. İtirdiklərimizin ağrısı, acısı  illər sonra içimizi elə göynətdi ki, heç doğma yurd yerlərində soyuq sularından içdiyimiz bulaqların suyu dişimizi elə göynətməmişdi. Alnımıza Vətənsizlik damğası vuruldu. Ürəyimizdən paslı qıfıllar asıldı. 1813-dən bəri pələsəng olanların sırasına qatıldıq.  Bir az da ağrılı desəm, diriykən : “Yüz ilin, min ilin ölüsünə qarışdıq”. Əbəs yerə deməyiblər: “Vətənsiz insan cansız bədən kimidir”.

Belə notlarla başlamağıma görə yəqin ki, məni qınamazsınız. Məqsədim heç də böyüklərimizi, ağsaqqallarımızı, ağbirçəklərimizi qınamaq deyil.  Qınamıram ki, niyə dəmiri isti-isti döyməyiblər, niyə səslərini çıxarıb dünyaya hay salmayıblar. 

         Bilirəm, yaxşı bilirəm ki, dünyanın gözünü kor ediblər. O haqqı görənləri və deyənləri eşitmək istəmir. Dilinə, dininə görə ayrıseçkilik bizi fəlakətə sürükləyir. Təəssüflər ki, hələ də nüvə silahları ilə öyünürük. Görəsn dünyanı məhv etməyin fərqindəyikmi?

         Bütün bunlar öz yerində. İllər öncəyə qayıtmağıma, keçənləri xatırlamağıma, mənə bunları yazıya almağa vadar edənlərə “çox sağ olun” demək istəyirəm.

Onlar Bakıda doğuldular. Canım Azərbaycanımın Baş Kəndində. Mən isə indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında, adına Dağ  İlməzli deyilən, böyük ürəkli insanların doğulduğu bir kənddə.

         Tarixi türk yurdu, qədim Dağ İlməzli.

         İnanıram ki, illər öncə zor gücünə ayrıldığımız yurd yerləri uca Allaha üz tutub dönməyimizi Ondan diləyəcəklər. Və biz o torpaqlara qayıdacağıq.

         Əziz oxucum, mən sənə Dağ İlməzli kəndinin yaranması haqqında geniş məlumat verə bilməsəm də 1988-ci ilə qədər həmin kənddə fəaliyyət göstərmiş azərbaycanlıların oxuduğu təhsil ocağının yaranma tarixindən bəhs edəcək, Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında, elmi tərəqqisində böyük xidmətləri olan məzunlarından söhbət açacağam.

         Bu sətirlərin müəllifinə sözü gedən məktəbin məzunu olmaq qismət olmasa da (sonuncu deportasiya imkan vermədi) məktəbə ilk qədəmlərimi qoyduğum günü yaxşı xatırlayıram. Uşaq yaddaşında hər şey diri qalsa da, təəssüflər olsun ki, mənimlə birlikdə ilk dəfə parta arxasına əyləşən, sevinə-sevinə əlifbanın ilk hərflərini öyrənməyə can atan sinif yoldaşlarımı xatırlaya bilmirəm.

         Bəlkə də anam Təmirova Güləbatın məktəbin müəllimi olduğu üçün İlməzli məktəbi mənə buna görə daha doğma, daha əziz idi…

         Bu ideyamı  gerçəkləşdirmək üçün xeyirdə-şərdə görüşdüyüm ilməzlilərlə bu barədə söhbət etdim, məlumat topladım. Bilirdim ki, məsuliyyətli və ağır bir işin qulpundan yapışmışam. İşlərimin çoxluğuna baxmayaraq, bu da vətənə xidmət, itirdiklərimizə sayğıdır deyib araşdırmağa, axtarmağa başladım.

İlk üz tutduğum ilməzlilərin daha sıx məskunlaşdığı Şamaxının Günəşli (Saqiyan)  kəndi oldu. Bir az da obrazlı desəm, bu yaxınlarda qarlı bir qış günündə uzun illər İlməzli məktəbində müəllim, direktor işləmiş Şəmistan Şəmilovun qapısını döydüm.

Qışın soyuğuna baxmayaraq, əli bu gün də işdən-gücdən soyumayan müəllimin ömür-gün yoldaşı Simnaz nənəyə: “Şəmistan müəllim evdədimi”,- deyəndə hiss etdim ki, xəyal onu çox uzaqlara apardı. “Deyəsən, tanımadınız”,-dedim. Gülümsədi. “Yox, oxşatdım. Bizim kənddə Ağbaba mahalından Güləbatın adlı bir müəllim vardı, Xoca kişinin gəlini, səni ona oxşatdım.”. “Bəli, mən Xoca kişinin nəvəsiyəm. Atamın adı da Ziyadxandır”. Simnaz nənə boynumu qucaqlayıb dərin bir ah çəkdi.

…Şəmistan müəllim məni tanımadı. 80-nin belini qıran müəllim üzümə baxa-baxa yaddaşını alt-üst edib məni tanımağa çalışırdı. Tanışlıq verdim…

“Ayə, Təmirov, sən məni necə tapdıın”,- deyib gözlərinin yaşını sildi. Süfrəyə çay gələnə qədər dinib-danışmadı. Kövrəlmişdi…

Handan-hana dillənib valideynlərimi, qardaşlarımı, nə işlə məşğul olduğumu xəbər aldı.

Gəlişimin məqsədi onu çox sevindirmişdi. Yarı zarafat, yarı ciddi: “Bilirdim ki, Təmirovlardan kimsə Dağ İlməzlinin, onun sözün əsl mənasında, elm ocağı olmuş məktəbinin haqqında yazacaq. Və nə yaxşı ki, sən axtardın, sən aradın, sən yazacaqsan”,- dedi…

Beləcə, illərdən-illərə körpü salıb Dağ İlməzliyə qayıtdıq, toylu-düyünlü, xınalı-xonçalı, şirinli-acılı xatirələri çözələdik.

Şəmistan müəllim deyir ki, Dağ İlməzli məktəbinin əsası 1927-ci (1929) ildə qoyulub. Məktəb əvvəllər bir mərtəbədən ibarət olub. 1961-ci ildən sonra şagirdlərin sayı çoxaldıqca ikinci mərtəbənin tikintisinə başlanılıb. Məktəb tam hazır olandan sonra ilməzlilərlə yanaşı, ətrafdakı kəndlərdən-Soyuqbulaqdan, Çüçəkənddən, Qızıldaşdan, Mollaevlidən, Qaraisadan, Qalağalıdan bura 10 illik təhsil almağa gəliblər. Hətta onların burada dərsdən sonra qalmaları üçün internat da tikilibmiş. Yerli kadrlar olmadığı üçün əvvəllər məktəbdə İrəvandan gələn müəllimlər dərs deyirlərmiş. Sonradan kadr çatışmazlığı yerli kontingentin hesabına aradan qaldırılır və beləcə, İlməzli məktəbi güclü təhsil ocağı kimi ad-san qazanır. İrəvandan gələn yoxlamaları heyrətə gətirən səbəblərdən biri də məktəbin məzunlarının əksəriyyətinin İrəvanda, Bakıda, Gəncədə ali məktəblərə qəbul olunmasıydı.

Əlbəttə, bütün bunlar İlməzli məktəbinin savadlı, öyrətməyi bacaran müəllimlərinin uğurundan, fədakar əməyindən xəbər verirdi.

İlməzli məktəbində 1980-ci ildən sonra erməni dili də tədris olunmağa başlayıb. Yaxşı xatırlayıram. Anam kimya-biologiya fənni ilə yanaşı, erməni dilini də tədris edirdi. Yəni biz düşmənin dilini onlardan qat-qat yaxşı bilirdik…

Məlumat üçün bildirim ki, Azərbaycan dilçiliyində öz dəst-xətti olan akademik Afat Qurbanov, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Mövlud Süleymanlı və bir çox tanınmış elm xadimləri İlməzli məktəbinin məzunlarıdır.

Və bu ziyalıları yetişdirən Sədi müəllimin, İlyas müəllimin, Mədəd müəllimin, Xalid müəllimin, Müsəllim müəllimin, İmdad müəllimin, Vəliyəddin müəllimin, Hacı müəllimin, Rüstəm müəllimin, Mustafa müəllimin adını hörmətlə anırıq.

Xüsusi qeyd etmək istəyirəm ki, Dağ İlməzlidə “Dəlimözdülər” və “Kazımovlar” kimi tanınan nəsillərin nümayəndələri elm sahəsində çox böyük uğurlara imza atıblar.

Onu da diqqətinizə çatdırım ki, məktəbin məzunları sonradan kəndə qayıdıb müəllimləri ilə çiyin-çiyinə müxtəlif fənləri tədris ediblər.

Oxucuların marağına səbəb olacaq daha bir faktı xatırlatmaq istəyirəm. Kalinino rayonunda (İndi Taşir adlanır) azərbaycanlıların təhsil alması üçün 10 illik tam orta məktəb rayonda və ətraf kəndlərdə yaşayan azərbaycanlıların təkidi və şübhəsiz ki, Moskvanın icazəsi ilə 1975-ci ildə açılıb.

Bu kiçik yazımda Dağ İlməzli məktəbi və onun məzunları ilə sizləri tanış edə bildimsə, nə mutlu mənə.

İnşallah, yaxın gələcəkdə, “Dağ İlməzli məktəbinin müəllimləri və məzunları” adlı toplu ilə görüşünüzə gələcəyik. Bax, onda bir-birimizi daha yaxından tanıyacağıq.


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0447 san