09:24 16 Fevral 2016
3213 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

"ƏQAİD və NƏSAYİH" (ƏQİDƏLƏR VƏ NƏSİHƏTLƏR-N.N.)
                                      Tiflis,"Ziya" mətbəəsi,1882,98 səhifə


                                          Açar sözlər - maarifçilik,əqidə, nəsıhət, tərbiyə,təlim, dərs kitabları


Bu kitab Türkiyədə ən bahalı, əski kitablardan biridir. Onun bir nüsxəsini kürdəmirli Əlisa müəllimin şəxsi kitabxanasında görmüşdüm.

Əvvəlcə oxuculara Səid Ünsizadə haqqında müəyyən məlumat vermək gərəkli görünür.

…Səid Əfəndi Ünsizadə hələ də ictimai-siyasi, ədəbi-publisistik həyatımızda öz layiqli yerini tapmayan ziyalılarımızdandır. Onun Şərq ölkələrində ali dini təhsil almasını yazsalar da, bu fikri təsdiq edən heç bir sənəd yoxdur. Lakin cəmiyyətin ictimai və dini həyatında tutduğu təyinatlara və vəzifələrə görə, onu öz dövrünün qabil ziyalılarından biri hesab edənlər heç də yanılmırlar. Səid Ünsizadə Şamaxının qazısı vəzifəsində, işləyərkən dini vəzifə çərçivəsində maarif məsələlərinə əhəmiyyətli yer vermişdir.

O, 2014-cü ilin dekabr ayının 13-də Şamaxıda təntənə ilə qeyd etdiyimiz məşhur “Məclis məktəbi”ni yaratmışdır. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev nitqində Səid Ünsizadənin yaratdığı, Seyid Əzim Şirvani və Cəlal Əfəndi Ünsizadənin müəllim işlədiyi, Ələkbər Tahirzadənin-M.Ə.Sabirin ibtidai təhsil aldığı məktəbin – “Məclis məktəbi”nin Şamaxıdakı yubileyində bu təhsil ocağını çox yüksək qiymətləndirmişdir.

S.Ünsizadənin Şamaxıdan sonrakı fəaliyyəti Zaqafqaziyanın o vaxtkı inzibati mərkəzi Tiflis şəhəri ilə bağlı olmuşdur. O, burada Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsində çalışmışdır. Əslində bu vəzifə ona Tiflisdə yüksək maarifçilik ideyalarını həyata keçirmək üçün lazım idi. S.Ünsizadə dini vəzifə çərçivəsində o vaxta qədər heç bir azərbaycanlının görmədiyi və ya görə bilmədiyi işlərləri həyata keçirdi. O, Tiflisdə əvvəlcə litoqrafiya açır, sonra litoqrafiyanın bazasında tipoqrafiya yaradır, dini, ədəbi və tərcümə əsərlərinin nəşrinə başlayır.

Bu gün fəxrlə deyə bilərik ki,Azərbaycan dilində kitab və mətbu orqanların sistemli şəkildə fəaliyyətində birincilik Səid Əfəndi Ünsizadəyə məxsusdur. S.Ünsizadə başladığı bu böyük işi daha da genişləndirmək məqsədilə əqlinə, qələminə, mətbu sözünün gücünə inandığı ziyalıları Tiflisə dəvət etmişdir. 
 Dəvət alanlardan biri də Səid Ünsizadədən əvvəl Azərbaycan dilində mətbu orqan yaradan Moskva Universitetinin məzunu, Şamaxıda ali ibtidai, Tiflisdə real məktəb təhsili almış Həsən bəy Məlikov (H.Zərdabi) idi. Səid Ünsizadə Bakıdan uzaqlaşdırılan H.Zərdabiyə "Ziya" qəzetinin Tehran və İstanbul müxbirliyini təklif edirdi.
  Təəssüf ki,S.Ünsizadənin bu təklifinə H.Zərdabi cavab verməmişdir.

S.Ünsizadə 1879-1884-cü illərdə Tiflisdə həftədə bir dəfə nəşr olunan “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetlərini nəşr etdirmişdir.1883-cü il yanvarın 31-də “Ziya” mətbəəsində S.Ünsizadənin özündən kiçik qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə “Kəşkül” adlı ayda bir dəfə çıxması müəyyənləşdirilən ilk Azərbaycan jurnalı nəşr olunmuşdur. 
 11 nömrədən sonra” Kəşkül” qəzet kimi (qəzet formatında) çıxmışdır. Maraqlıdır ki, İ.Qasralının “Tərcüman” qəzetindən əvvəl nəşr olunan kiçik həcmli bir neçə jurnalı( “Tunğuc”, “Ay”, “Qəmər” və s.) S.Ünsizadənin mətbəsində çap olunmuşdur.Ən maraqlı cəhətlərdən biri də budur ki, İ.Qaspralı “Tunğuc”un ilk və yeganə nömrəsində S.Ünsizadəyə növbəti dəfə yüksək qiymət vermişdir.
 1881-ci ildə Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin vəfatından sonra müftilik vəzifəsi uğrunda gərgin, açıq və örtülü mübarizələr gedir. Müftiliyə əsas namizəd olan Səid Ünsizadə bu mübarizədə 1879-cü ilin sentyabr ayınadək onun tabeliyində -Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib vəzifəsində işləyən Hüseyn Əfəndi Qayıbova uduzur. 
  H.Ə.Qayıbov Azərbaycan ədəbiyyatının təbliği yolunda M.F.Axundova, milliyyətcə ata xətti ilə fransız, ana tərəfdən alman olan, Peterburq Universitetində vaxtilə fars dilini öyrənən , Azərbaycan şairlərinin şeirlərinin toplanmasında Qafqaz Canişinliyində yüksək vəzifədə işləyən Adolf Petroviç Berjeyə əhəmiyyətli dərəcədə köməklik göstərmişdi. A.P.Berje bu şeirləri 1867-ci ildə Almaniyada çap etdirmişdi. 
  H.Ə.Qayıbovun 1879-cu ildən Qori Müəllimlər Seminariyasında sünniməzhəb tələbələrə Azərbaycan dili və şəriət dərsləri  müəllimi vəzifəsinə təsdiq olunmasında  Peterburq Universitetinin şərq fakültəsini bitirmiş A.P.Berjenin himayədarlığı aydın  hiss olunur.
 
 Sonralar-1884-cü ilin yanvarında  H.Ə.Qayıbovun müftiliyə gətirilməsi  də məhz A.P.Berjenin xidmətləri kimi dəyərləndirə bilər. 
1883-cü ilin sonlarında S.Ünsizadə Tiflisdən uzaqlaşdırılır: onu Şamaxıyada  fəaliyyət göstərən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinə qazı vəzifəsinə göndərirlər. H.Ə.Qayıbov  isə Qoridən müəllimlik vəzifəsindən  Tiflisə  Zaqafqaziya Əhli Təsənni İdarəsinə sədrliyə gətirilir.

 S.Ünsizadə Şamaxıda böyük maarifçilik tədbirlərinə başlayır. Onun bu xidmətləri və çalışmaları "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində təntənəli şəkildə işıqlandırılmışdır. Qəsidə “Ziyayi-Qafqaziyyə” qəzetinin 1884-cü ilə aid 4-cü nömrəsində dərc olunmuşdur. Bu qəsidəni Şamaxıya göndərilən Səid Ünsizadənin yeni fəaliyyət manifesti kimi də başa düşmək olar:

Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani.

Bilibdir kim, cəhalət mayeyi fəqrü xəsarətdir,
Təriqi-elmə tərğib eyləmək vacibdir insani.

Təəssüf ki, S.Ünsizadənin Şamaxıda yaşayıb işləmək imkanları məhdudlaşdırılır. Ayrı-ayrı adamların adından Tiflisə donoslar-iftira məktubları göndərilir, S.Ünsizadəni rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda günahlandırırlar.Hər dəfə yoxlamalar zamanı bu informasiyaların böhtan və şər olduğu üzə çıxır. Bir neçə il davam edən Tiflis-Şamaxı, Şamaxı-Tiflis yazışmalarındakı çuğulçuluq çuğulçuları gülünc vəziyyətə gətirib çıxarır. Tiflisə yazılan məktublardakı iddialar,  fakt kimi göstərilənlər iftiralar   quberniya rəhbərliyi tərəfindən  ciddi qarşılanmasa da, S.Ünsizadə Şamaxıdan uzaqlaşıb,Bakıya köçməli olur. Çuğulçular  burada da ona rahatlıq vermirlər. 

S.Ünsizadə 1890-cı ildə Bakıdan İstanbula küçür, 1905-ci ilin iyun ayınadək- dünyadan köçənədək burada yaşayır.

Dini vəzifədə çalışdığı üçün sovet dövründə Səid Ünsizadəyə layiqli qiymət verməmişlər. Azərbaycan ictimai-siyasi həyatındakı böyük və çoxsahəli fəaliyyətini görməzliyə qoyaraq, o, həmvətənlilərinə hər bir məsələyə dini mövqedən yanaşan vətəndaş kimi tanıdılmışdır.

S.Ünsizadənin zəngin elmi-publisistik irsi vardır. Onun bir neçə dərsliyi və dərs vəsaiti,risalə və təqrizləri, pedaqoji görüşlərini əks etdirən onlarla məqaləsi hələ də öz elmi tədqiqata cəlb olunmamışdır.

S.Ünsizadəyə ən böyük qiymət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001 Yazı üçün istifadə etdiyimiz -ci ildə imzaladığı fərmanında verilmışdir.

Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu fərmanında deyilir:

“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə aid ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi bəy Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski,Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Əfəndiyev, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”

S.Ünsizadənin bir neçə dərslik və dərs vəsaiti vardır.

Onlardan biri -“Təlimül-ətfal, təhzibül-əxlaq “(Uşaqların təlimi və əxlaq tərbiyəsi-N.N.) adlanır. 
Bu kitab 06.01.1882-ci ildə (27 mah səfər 1299) tamamlanmış, həmin il martın 15-də senzura tərəfindən çapına icazə verilmişdir. Azərbaycan dilindədir. Həcmi 128 səhifədir. Hər səhifəsində 18 sətir var. 

S.Ünsizadənin digər dərsliyi  "ƏQAİD və NƏSAYİH" (Əqidələr və nəsihətlər) adlanır.Yazı üçün istifadə etdiyimiz  bu dərsliyin üz qabığında yazılma tarixi  ayrıca göstərilməyib. Lakin dərsliyin üz qabığında onun əvvəlinci dəfə 1882-ci il fevral ayının 9-da (fi 2 mah rəbiülaxir səneyi 1299) Tiflisdə müəllifin öz şəxsi mətbəəsində çap olunduğu göstərilir. Bəzi tədqiqatçılar dərsliyin 9 aprel 1883-cü ildə çap olunmuş tirajını elmi ictimaiyyətə ilk nəşr kimi tanıdırlar.

Hacı Səid Əfəndi Ünsizadənin bu dərsliyi nəzmlə-şeirlə  yazılmışdır. Əsər 98 səhifədir. Hər səhifədə 24 misra var. Cüt-cüt qafiyələnən şeirdir- məsnəvidir. Üz qabığında əsərin adının altında “nazim və naqili Səid Ünsizadə” sözləri yazılmış, onun altında isə “Tiflisdə əvvəlinci dəfə FOMİNA küçəsində 11 nömrəli evdə yerləşən ”Ziya” mətbəəsində basıldığı” göstərilən tarix əsərin çap olunma tarixi kimi başa düşülməlidir. Səid Ünsizadə əsərin üz qabığında özünü risalənin nazim və naqili (nəql edəni-N.N.) kimi təqdim etsə də, əslində bu, böyük yaradıcılıq nümunəsi kimi tanınmalıdır.

Klassik əsərlərin çoxu kimi bu risalə də ənənəvi başlıqla başlayır. Əsərin “Səbəbi – nəzmi – kitab” adlı hissəsində kitabın yazılma səbəbindən danışılır:

Qazan dili (tatar dili-N.N.) ilə idi bu məktub,
Əqaid, həm nəsayih, qürbi-məhbub.
Sufi Allahyar təsnif etmişdi.
Əqaidlə nəsayih söyləmişdi.
Onu gördükdə oğlum Əbdürrəhman
Dedi: – Ata, olarmı səndə imkan,
Bizim dilə bunu nəzm eyləyəsən.
Uşaqlara dəxi bəzl (bağışlama -N.N.) eyləyəsən
Ki, məktəbdə oxuyub hifz edələr,
Dürüst yolda olub, doğru gedələr.

Əslində oğlunun xahişi ilə əsər yazmaq klassik ədəbiyyatda ənənə şəklini alan bir üsul idi. Nizami də, Füzuli də bu üsuldan istifadə edərək maraqlı və yadda qalan əsərlər yazmışlar. Hiss olunur ki, S.Ünsizadə yazacağı mövzunun məsuliyyətini dərk etmiş, Şərq ədəbiyyatının təlim və tərbiyə, nəsihətçilik ruhunda olan seçmə nümunələrini diqqətlə oxumuşdur. 

S.Ünsizadə əsərin giriş hissəsində XVI əsrin ən böyük türk şairlərindən biri, atalar sözü və məsəlləri mənzum şəkildə əsərlərinə gətirən Güvahinin adını çəkir, onun nəhayətsiz yaradıcılığna öz heyranlığına bildirir:

Bütün dindən dini bala,
GÜVAHİ-həzrəti -vacibü-təala.
Onun ovsafının yox intəası,
Məgər mədh ilə vəsf edə Xudası.
Səlavat olsun ol şaha səd həzaran,
Səlam olsun ona min dəfə hər an.”

Güvahinin ünvanına rəğbət və məhəbbətlə deyilən sözlər heç də səbəbsiz deyildi. O, klassik Şərq ədəbiyyatında “Pəndnamə”si ilə məşhurdur. Bu əsər atalar sözü kitabı kimi də tanınır.

S.Ünsizadənin “Əqaid və nəsayih” kitabı ilə Güvahinin əsərləri arasında müəyyən müqayisələr aparmaq olar ki, bunlar da ədəbi əlaqələr baxımından maraqlı görünür.

“Əqaid və nəsayih” əsərindəki şeirlər 100 -dən artıq başlıq altında düzulmüşdür.Şairin əsas məqsədi məktəb yaşlı uşaqlara öyüd-nəsihət, varislik prinsipinə əsaslanan əxlaqi və elmi biliklər vermək, onlarda layiqli vətəndaş üçün lazım olan yüksək səviyyəli təhsilalma vərdişləri formalaşdırmaqdır. Əsərdə Azərbaycan xalq ədəbiyyatından, “Kəlilə və Dimnə”dən (“Humayunnamə”) gələn işıqlı fikirlər də var.

Yeri gəlmişkən qeyd edək ki, 9 avqust 1884- cü il tarixli “Tərcüman” qəzetində Səid Ünsizadə Şirvaninin “Hümayunnamə” adlı əsər yazdığı (tərcümə etdiyini) xəbər verilmişdir. Bu vaxt artıq bir aydan artıq idi ki, “Ziyayi-Qafqasiyyə” qəzeti qapanmışdı. Amma S.Ünsizadə “Ziyayi-Qafqasiyyə”də “Kəlilə və Dimnə”dən tərcümə etdiyi 3 lətaifi sahibi- imtiyazı olduğu “Ziyayi-Qafqasiyyə” qəzetində çap etdirə bilmişdi. S.Ünsizadənin “Əqaid və nəsayih” kitabında verilən bəzi materialların adlarını sadalamaq istəyirəm:”Sifati- səlbiyə bəyani”, ”Elm”, ”Qüdrət”, ”İradə”, “Cənnət bə cəhənnəmin əyanı”, “Gözünü haramdan saxlamaq bəyanı”, ”Kəlam”, “Kəramət”, “Yaman sözlərdən pəhriz edib şirin zəban olmaq bəyanı”…

Əsərdə süjet xətti olan bir neçə mövzu “HEKAYƏ” adı ılə çap edilmişdir. “Əqaid və nəsayih “əsəri məktəb yaşlı uşaqlar üçün yazıldığından müəllif mümkün qədər çətin başa düşülə biləcək sözlərdən qaçmış, yeri gəldikcə atalar sözü və məsəlləri mənzum şəkildə işlətmişdir. Əsərin morfologiyası da, sintaksisi də dövrün əksəriyyət tərəfindən qəbul edilmiş və bəyənilmiş ədəbi dil normalarına, məktəb və mədrəsə şagirdlərinin öyrəndikləri və vərdiş etdikləri orfoqrafiya qaydalarına uyğundur.

 Dərsliyin leksikasında ərəb mənşəli sözlərin nisbəti milli leksika ilə müqayisədə daha çoxdur. Alınma sözlərin çoxu əsrlərin sınağından keçərək milliləşən , əksəriyyət tərəfindən qavranılan, başa düşülən dil vahidləridir.

“Əqaid bə nəsayih” kitabının üz qabığındakı tarix (fi 9 mah fevral 1882 – fi 2 mah rəbiülaxir sənə 1299) dərsliyin yazılıb qurtarandan sonra senzor komitəsinə verilən tarixdir. Dərsliyin sonuncu- 98-ci səhifəsində onun çap tarixi dəqiq göstərilmişdir: “1300-ci ilin cəmadiyül axir (ərəb qəməri təqvimində altıncı ayın adı -N.N.) ayının 13-mcü günündə (fi 1383-9 mah aprel) Tiflisdə Hacı Səid Əfəndi Ünsizadənin “Ziyayi- Qafqasiyyə” ilə bənam olan mətbəəsində izn olunmaq ilə təb olunubdur. Bu tarix əsərin son iki misrasında da göstərilir:

Qutarıb təb olanda nəzmimiz düz
Buna tarix oldu min üç yüz.

S.Ünsizadənin bir neçə dərsliyinin taleyi hələ də qaranlıq qalır. Yaxşı ki, müəllif özü buna aydınlıq gətirir. Bu cəhətdən onun iri həcmli dərs kitabının -“Təlimül-ətfal, təhzibül – əxlaq” dərsliyinin sonuncu- 128-ci səhifəsindəki qeydlər diqqəti cəlb edir: “Hifzi-səhhət və təhzibül -əxlaqə çalışmaq barəsində hərçənd, yazılmağı münasib olan NÖVBƏNÖV HEKAYƏLƏR və NƏSİHƏTLƏR var isə də, amma uşaqların məcazına siqlət (ağırlıq, sıxıntı -N.N.) gətirməməkdən ötrü bu qədəri CƏM və TƏRTİB etmək ilə iktifa ( kifayətlənmə -N.N.) olundu. Bu halda “TƏFHİMÜL-ƏTFAL” (uşaqları başa salma) risaləsi ilə QIZ UŞAQLARININ oxumağına lazım olan ”Vəzaifül-nisa” (Qadınların vəzifələri) risaləsinin tərtibinə mübaşir olduğumuzdan ümid ki, onlardan sonra ÖZGƏ SƏLİQƏ ilə hekayələrə şamil olan səyaqda əlahiddə bir risalənin dəxi tərtibinə hümmətgüzar olaq. (S.Ünsizadə bu sözləri 1882-ci ilin mart ayının 15-də yazmışdır – N.N.)

* * *
80 illik ömrünün son 15 ilini (1890-1905) İstanbulda yaşayan S.Ünsizadə  müxtəlif vaxtlarda üç dəfə maarif naziri olmuş Münif Paşanın köməyi və qayğısı ilə Türkiyədə maarif sahəsində çalışmıışdır. O, bu illərdə Quranın Azərbaycan dilinə təfsirini yazmışdır. Təəssüf ki, təfsirdən təkcə bir surə bu günümüzə qədər gəlib çıxmışdır.

Hacı Səid Əfəndi Əbdürəhman Əfəndi oğlu Ünsizadə Şirvaninin bütün əsərlərini axtarıb tapmaq və çap etmək həm Azərbaycan, həm də Türkiyə ədəbi və elmi ictimaiyyətini düşündürməlidir.




 Ədəbiyyat siyahısı

1.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı    (18 iyun 2001-ci il,N 506)
2.Səid Ünsizadə. Təlimül-ətfal,təhzibül-əxlaq.Tiflis, "Ziya"  mətbəəsi,1882,128 səhifə.
3.Səid Ünsizadə.  (nazim bə naqili Səid Ünsizadə-N.N.) Əqaid və nəsayih.Tiflis,"Ziya" mətbəəsi,1882,98 səhifə.
4.Nasreddinov Nazim.   Bir Kitap -Talimül-Etfal,Tahzibül-Ahlak/Haldun Cezayirlioölu Koleksiyon,
       Ankara, 26 eylül 2011.

5.Nasreddinov Nazim.  Said Ünsizadenin Bir Kitabı Daha/Haldun Cezayirlioğlu Koleksiyon, 
       Ankara, 01 ekim 2011.

6.Nəsrəddinov Nazim.  Səid Ünsizadə kimdir?
         "Strategiya.az "saytı,12.12.2012


Müəllifin digər yazıları

  1. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  2. Dərsliklərimizin halı və vəziyyəti
  3. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  4. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  5. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  6. Hırsızın gözü əlyazmalara düşdü
  7. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  8. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  9. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  10. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  11. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  12. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  13. Hacı Səid Əfəndi Ünsizadə-191
  14. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  15. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  16. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  17. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  18. Bir daha Ünsizadələr haqqında
  19. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  20. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  21. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  22. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  23. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  24. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  25. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  26. Bizə hansı elmlər lazımdır və yaxud ...
  27. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  28. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  29. Soyqırımı günündə dostumu itirmişəm
  30. Bu yaz bir başqa yazdır
  31. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  32. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  33. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  34. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  35. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  36. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  37. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  38. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  39. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  40. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  41. Dərgahdan başlanan yol
  42. Fikrin ifadə formalarından biri
  43. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  44. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  45. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  46. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  47. Təhsil tariximizin maraqlı səhifələri
  48. Təhsil tariximizdən maraqlı səhifələri
  49. Akademiklərin cərgəsindəki müəllim
  50. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  51. Mübarizə bu gün də var,sabah da...
  52. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  53. "Əkinçi" qəzeti-140
  54. Mustafanın Çanakkala məktubu
  55. Məktəbdə elm və texnologiya həftəsi
  56. Mübarizə bu gün də var, yarın da....
  57. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  58. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  59. Yazımızın tarixi-özümüzün tarixi
  60. Fikrət Sadıq -Dədə Qorqud
  61. Tədqiqatçı öz fikrində israrlıdır
  62. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  63. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  64. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  65. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  66. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  67. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  68. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  69. "Bağçasaraydan göndərilən məktub"
  70. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  71. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  72. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  73. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  74. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  75. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  76. Abdulla Şaiqin uşaq bağçası
  77. "Ziya"nın biblioqrafiyası
  78. Kasıblığın üzü qara olsun
  79. Bu gün M.Ə.Sabirin ad günüdür
  80. Keçən günə gün çatarmı ... - Fotolar
  81. Elmə yönələn yolun başlanğıcı - FOTO
  82. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  83. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  84. Ucundadır dilimin həqiqətin böyüyü ...
  85. İlk hesab dərsliyimiz
  86. Yusif Vəzirovun kölgədə qalan yazıları
  87. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  88. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  89. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  90. Dərslik, dərslik, yenə də dərslik...
  91. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  92. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  93. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  94. "ZİYA"lı ziyalı - Foto
  95. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
PARLAQ MƏFKURƏLİ İNSAN
14:24 20.12/2016
Tələsin insanlar...
11:06 23.11/2016
 
Xəbər başlıqları
19-01-2017
18-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1201 san