15:27 16 Fevral 2016
7339 dəfə oxunub
Çap versiyası

 

 

Get daha, get daha, mənə gərək deyilsən,

Qürurum sınacaq sənə əyilsəm...

Qismətim payına ayrılıq düşdü,

Əllərin soyudu, qəlbim üşüdü.

Atəşli könlümə külək kimisən –

Get daha, get daha, mənə gərək deyilsən.

 

Ayrılmaq bu qədər asanmış sənə,

Baxışın ox olub batmış sinəmə.

Yolun açıq olsun, daha kimə nə?

Vəfasız gözəlsən, sən ki Leylisən –

Get daha, get daha, mənə gərək deyilsən.

 

Get daha, get daha, mənə gərək deyilsən,

Qürurum sınacaq sənə əyilsəm...

Ayrılıq sözünü gətirmə dilə,

Sındırdın qəlbimi sən bilə-bilə.

Mən daha bilmirəm, axı nəyimsən?

Get daha, get daha, mənə gərək deyilsən.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6466 san