09:16 02 Mart 2016
1840 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Açar sözlər-pedaqoji yazılar, soyad qanunu, bilimsəl psixologiya, Xəlil Fikrət

 1923-26 cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə Türkiyədən Bakıya - yeni Respublikanın cümhuriyyət dövründə yaradılmış ali məktəbində, eləcə də digər tədris müəssisələrində işləmək üçün Türkiyədən Nəriman Nərimanovun  tapşırığı ilə bir neçə türk eğitimçisi dəvət olundu. Onlardan biri də Almaniyada təhsil almış, Türkiyənin ilk ali təhsilli psixoloqu, pedaqoqu Xəlil Fikrət idi. O, sonralar "hər türkün türklüyünü bildirən adı olmalıdır" fikrinə rəvac verən 21 iyun 1934-cü il tarixli 2525 saylı Türkiyə Soyadı Kanununun qəbulundan sonra KANAD soyadı ilə tanınmışdır.

 Xəlil Fikrət 1892-ci ildə indi Yunanıstana aid olan Serficedə anadan olmuş, ilk və orta təhsilini orada aldıqdan sonra 1910-cu ildə Almaniyaya göndərilmiş, Berlin və Leypsiq  universitetlərində fəlsəfə üzrə ali təhsil almışdır. O, 1917-cü ildə Leypsiq Universitetində dünya şöhrətli pedaqoq  İ.H.Pestalaossinin (1746-1827) həyat və yaradıcılığına aid elmi əsəri ilə doktorluq mərtəbəsinı yüksələrək Türkiyəyə qayıtmışdır. Bakıda işləyərkən o, hələ yalnız Xəlil Fikrət idi, daha doğrusu, Azərbaycan yazısı ilə adı və soyadı XƏLİL FİKRƏT yazılırdı və onu belə də tanıyırdılar.  Mənə elə gəlir ki, Xəlil Fikrət haqqında Avropa arxivlərinin kataloqlarında bu görkəmli pedaqoqa aid materialların az görünməsi elə ən çox bu soyad məsələsi ilə ilgilidir.
   Xəlil Fikrət  ali məktəbdə dərs deməklə yanaşı , həm də Xalq  Maarif Komissarlığında  məktəbəqədər tərbiyə şöbəsinə müdirlik edirdi. O, Azərbaycan  dilində  məqalələr yazır, ilk böyük kitabını nəşrə hazırlayırdı.
  Əvvəlki yazılarımın birində  yazmışdım ki,Xəlil Fikret ilk kitabını hələ 1916-cı ildə   Almaniyada universitet tələbəsi olarkən  öz müəllimi Hans Stumme (1864-1936) ilə  birlikdə  çap etdirmişdir (3).
  "Türkische lesestoffe..." adlanan bu  kitabdakı matetiallar  türk və alman dillərindədir. Kitabın əsas hissələrinin   Xəlil Fikrət  tərəfindən yazılması heç kəsdə şübhə doğurmur. Xəlil Fikrət türk dilini kitablardan öyrənməmişdi. Türk dili onun ana dili idi. Kitabdakı "Zurub-i-emsallar" ( ata sözləri-N.N.), lətifələr,  "Çanakkaladan bir   türk askerinin mektubu"  başlıqlı, sərlövhəli yazıları  türk oğlu türk yaza bilərdi.  Hans Stumme latın qrafikalı bu kitabın  yazılmasının ideya müəllifi kimi daha önəmli görünür. 
  Kitabin girişinin imzalama tarixi  (yanvar,1916) göstətirir ki, "Türkische Lesestolffe ..." nin yazılma tarixi onun çap tarixindən xeyli əvvələ -1915-ci ilə aiddir. Bu kitab Haldun Cezayiroğlunun çox doğru olaraq göstərdiyi kimi, latın qrafikalı ilk kitablardandır ( 2 ).Yeganə məsələ , hələ  həllini   tapmayan  yeganə  məsələ,  bu xəttin  müəllifinin  kimliyidir.
Kitabın çalışmalar və mətnlər olan hissəsində ( səh. 4-31)  cütrəqəmli səhifələr (4,6,8,10, v. s.) ərəb yazısı, təkrəqəmli səhifələr isə ( 5,7,9,11 və s.) isə xəttatı məlum olmayan müəllifin yazdığı latın qrafikası ilədir.
  Xəlil Fikretin 1916-1923-cü ilədək- Bakıya gələnədək yazdığı yazıları Türkiyədə axtarmaq lazımdır. Heç cür inanmaq olmur ki, o, bu illər ərzində  elmi, elmi-metodoloji yazı yazmasın. Bakıya gələn Xəlil Fikret  burada , eləcə   də   Azərbaycanın  əyalətlərində  nəşr olunan  əksər qəzet  və jurnallarda  maraqlı yazıları ilə çıxış etmişdir  (2).  "Maarif və mədəniyyət "jurnalının 1923-cü ilə aid bir neçə nömrəsində (N 10,11,12 ) onun  "Sənət" başlıqlı silsilə məqalələri çap olunmuşdur. 
  Xəlil Fikrətin "Yeni məktəb","Bilgi", "Maarif işçısi" və sair mətbu orqanlarındakı məqalələri Türkiyə alimlərinə , məncə,   tanış deyil. Hər halda Türkiyə alimlərinin tədqiqatlarında bu  yazılardan söhbət açılmlr. Onun bu mətbu orqanlarındakı yazılarının bir  neçəsinin adını  məlumat və axtarış və çözələmələrə açar kimi  sadalayırıq:  "Gənc müəllimlərə tövsiyələr","Çocuqları tanımağın əhəmiyyəti",  Gənc nəslin tərbiyəsi nə tələb edir?", "Hötenin şəxsiyyəti və "Faust" ilhamları", "Höte və həyatı", "Faust", "Öz-özünü idarəsi haqqında bir neçə söz", "Türkcə tədrisatın vəzifələri", "Türkcə tədrisatda sərfü nəhv məsələləri"   və  s.
 Xəlil Fikrətin ən maraqlı   Bakı məqalələrindən  biri  Bakıda çap olunan  "Yeni məktəb " jurnalının  1925- ci ildəki  1-2   qoşa   nömrəli   sayının   117-124-cü  səhifələrində  yerləşdirilən  "Doktor  Deqroli" ("Jean-Ovide Dekroly" və ya  jurnaldakı   yazınının ilk səhifəsində  ərəb qrafikalı yazının içərisindəki kimi - DR DECROLY  kimi oxuya bilərsiniz-N.N.) məqaləsidir (1).
 Yazının  "Yeni məktəb" məcmuəsində çap edilməsi heç də təsadüfi deyildi. "Yeni məktəb" Azərbaycan Respublikası   Xalq   Maarif  Komissarlığının orqanı idi.  Jurnala  rəsmən maarif   komissarı    Mustafa   Quliyev (1893-1938 ) redaktorluq  edirdi.  Mustafa Quliyev   jurnalın  ətrafına ciddi, səriştəli, peşəkar  aydınları toplamışdı. Onlardan İsmayıl Hikmət, Xəlil Fikret,  Taninçi Mühiddin  Birgen  türk ziyalıları idi. Onlar  M.Quliyevin  əqidə və məslək dostlarından idi.
 "Yeni məktəb"  məcmuəsi haqqında "Azərbaycan məktəbi" jurnalında  bir-iki yazı yazılsa da, bu mətbu orqanın təqqiqi hər iki ölkənin-Türkiyə və Azərbaycanın eğitim tarixi üçün maraqlı materiallar verə bilər  (4).
  Xəlil Fikret in   "Yeni məktəb"dəki   "Doktor Decroli"  məqaləsindən hiss  olunur ki, o, elmi oçerkinin qəhrəmanını yaxşı tanıyır.
 
   Dr  Decroli  (1871-1932)  Belçikalı  eğitimçi və psixoloq,  bilimsel psixologiyasının qurucularından biridir. O, 1901-cü ildə  "sapkın çocuklar "  üçün məktəb açmış,  çoxlarının çəkindiyi, ehtiyat  etdiyi  çətin bir  eğitim fəaliyyətinə başlmışdır. Onun 1907-ci ildə  yaratdığı başqa bir okul isə  zehincə    əngəlli çocuklara xidmət edirdi. 
   Doğulduğu     RONSE   şəhərindəki məktəblərdən biri 61 yaşında dünyadan köçən  məşhur pedaqoqun -Deqrolinin  adını  daşıyır.                                 
    
    Yeri gəlmişkən qeyd  edək ki,  Xəlil Fikretin Bakı və Şəki mətbuatında, elmi   məcmuələrdə dərc olunan yazılarının bir neçəsi- eğitim  tarixinə, pedaqoji fəaliyyətə aid olan yazıları  , eləcə də   "Doktor  Deqroli ( " Dr  DECROLY" ) onun  1926-cı ildə  Bakıda  "Azərnəşr"- dövlət nəşriyyatı tərəfindən nəşr olunan  "Tərbiyə  və tədris tarixi" adlı kitabına yerləşdirilmişdir. Maraqlıdır ki,  Xəlil  Fikret  sonralar "Tədris və tərbiyə tarixi" kitabına daxil etdiyi elmi oçerklərin,  risalələrin hamısını  elmi  və metodiki jurnallarda   yazının başlığından sonra mötəriuzə içərisində   "Tədris və tərbiyə tarixindən bir yapraq"  qeydləri ilə vermişdir.

"Doktor  Deqroli " ( Dr Decroly" ) məqaləsinin ilk səhifəsinin ətək  yazısında idarənin (redaksiya-N.N.) belə bir qeydi verilmışdir :  *) Bu məqalə ğeyri- təbii çocuqların  tərbiyəyi  xüsusunda  əldə edilən müsbət  təcrübə və nəticələri  göstərdigindən  bunun ilə uğraşanlar  üçün bir  material  sifətilə dərc olunur.
  Xəlil Fikret   məqaləsini  "XX əsrin   pedaqoqları arasında  böyük bir əhəmiyyət qazanan  və yaratdığı müəssisə ilə  körk  ( bəlkə də  "kərn"  oxunmalıdır-N.N.) tədris  və körk tərbiyə cəhətindən böyük  müvəffəqiyyətlər qazanaraq, bütün dünyada  ismi  eşidilən  şəxsiyyətlərdən biri     Doktor   Deqroli    (DR Decroly)dir "   cümləsi ilə başlayır.  
   Məlum olur ki, məşhur pedaqoqun açdığı məktəb Belçikada ermitajdadır. Onun Birinci Cahan Müharibəsindən əvvəl  açdığı məktəbdə  sağlamlığı normal olan uşaqlar  oxuyurdular.  Bu məktəblə yanaşı , şəhərdə  zehni   cəhətdən əngəlli olan uşaqlar üçün  ( normal olmayan çocuqlara   məxsus)  digər bir məktəb də var  idi. Doktor   Deqroli   hər iki məktəbdə uzun  müddət  çalışmışdır.  
  Xəlil Fikret   məşhur  pedaqoqun  yaratdığı məktəbi nəzərdə tutaraq, Fransanın maarif naziri Ferriye istinadən yazır ki, Deqroli  bütün dünya üçün  diqqətəşayan  bir şah əsər  vücudə gətirmişdir. 
    Deqrolinin  yaratdığı uşaq müəssisəsi    ümumi müharibəyə görə müvəqqəti olaraq öz fəaliyyətini dayandırır.Məktəb Birinci Cahan Müharibəsi bitdikdən sonra yenidən fəaliyyətə başlayır. 
   Xəlil Fikrətin  adını çəkdiyi  Ferri haqqında bir çeçə söz demək istəyirəm. J.Ferri ,  tam şəkildə  JÜL FRANSUA KAMİL FERRİ (1832-1893) iki dəfə -1880-1881 -ci  və   1883-1885-ci  illərdə Fransanın Baş naziri,  XIX əsrin sonlarında   isə maarif   və incəsənət naziri olmuşdur.   Ölümündən  3 il sonra doğma şəhərində  Jül  Ferrinin şərəfinə - vaxtilə ölkənin baş naziri , maarif  və incəsənət naziri  olan  ləyaqətli vətəndaşın  şərəfinə əzəmətli adidə ucaldılmışdır.
 Ferrinin  təşəbüsü ilə Fransanın təhsil sistemində,  ələlxüsus  ibtidai təhsildə bir sıra dəyərli  qanunlar qəbul edilimişdir.
   
   ***Yenidən  Doktor  Deqroliyə  qayıdırıq.

   Doktor Deqroli müəssisəni meydana gətirəndən sonra  bir sıra  böyük  şəxslərdən ilham alır : Con Devrey, Qrenvill Stenli Holl, Kirx Patriq.
   Deqroli  bunları  tədqiq və tətəbbö  (ətraflı öyrənmə-N.N.) etmiş , onların fikirlərinə  istinadən,qüsurlu uşaqlar  üçün xüsusi  metodlar vücudə gətirmişdir. 
     Deqroli qeyri - təbii   (zehniyyətcə əngəlli olan  -N.N.) çocukların  yavaş addımlarla  irəlilədikləri  yerlərdə ,   təbiilərin dəxi səri ( sürətlə-N.N.) addımlarını  təsbit etmişdir   (sabitləşdirmişdir-N.N). Yəni  qeyri -təbii çocuklar  bir qabiliyyət məsələsini  müəyyən bir müddət  zərfində  bürüməglə  müvəffəq olurlarsa, eyni məsafənin təbii  çocuklar tərəfindən  səri olaraq qət edilməsi üsullarını  araşdırmışdır.
 Müvəffəqiyyət o qədər böyükdür ki, ğeyri-təbii çocuklar təbii və normal olan  çocukları keçmişlərdir. Hər kəs buna bir möcüzə  nəzərilə baxırdı. Halbuki möcüzə ,səbr , həlim və nüfuz   nəzərdə idi. Ondan sonra Deqroli  bulduğu  üsulları , təbii   çocuklara  tətbiq etmənin  mümkün olub-olmadığını araşdırır , normal çocukların  məsafəni   daha çapuq qət elədikləri  şübhəsizdir, təcrübə yapılır və əldə edilən təcrübə cəmən xariqüladə   olur.
O dərəcədə ki, hər növ çocuklarda , yəni  kərk (istər-N.N.) xəlq  və  kərk digər  təbəqədən olan  çocuklarda   böyük   müvəffəqiyyətlər əldə edildi, zəkaları canlandı , elm və fənni təmamən   qavramaq   meyili oyandı, hətta  həyatın   və ümumi  hərbin  qarşılarına  çıxardığı  məsələləri  həll edəcək qədər  bir elmi səviyyə  meydana gəldi.
  Bu məktəbdə qız və erkək  çocuklar  müxtəllətdir (ayrıdır-N.N.) və şikayəti mucəb (zəruri-N.N.) şeyə təsadüf etmək   şöylə dursun ,  müxtələt  tərbiyədən  faidəli  nəticələr  əldə edildi.
  Xəlil Fikretin məqaləsində Deqrolinin istifadə etdiyi   ƏLAQƏ   və   MARAQ üsulundan danışılarkən   maraqlı fikirlər söylənilir : "Əlaqə   iki   tövrlüdür. Bir qismi   həqiqi və istənilən əlaqədir ki, fəaliyyəti meydana gətirən  və onu təhrik edən  əlaqədir. Bir də (qapris) və zövqdən ibarət  əlaqədir ki, bu, əlaqənin fəna qismidir.
Ğayə ,əsridir   (sıxma,basma) və canlıdır.Üç növ ğayə  vardır ki, əsas etibarilə bunlar  bir vəhdət təşkil edirlər  : 
  birincisi, bu gün  və yarın üçün  hər şeydən əvvəl  insan yetişdirmək -həyati vəzifələri  və  zərurətləri  inkişaf etdirmək  ğayəsidir ;
   ikincisi, zehni və bədəni fəaliyyətləri  inkişaf etdirmək ğayəsidir.Çocuğun oyun əsnasında psixolojisinin  tədqiqindən  toplanan məlumat  buna əsas olmalıdır".

  Xəlil Fikrətin      "Doqtor    Deqroli ( Dr Decroly) " məqaləsi  pedaqoji    fikir   tarixini , şagird və tələbələrin  fərdi- psixoloji  dünyasını  öyrənmək baxımından bu gün də  maraqlı   və   dəyərli  olan, insanlığa xidmət edən əsərlərdəndir.

                                   


                     İstifadə olunmuş ədəbiyyat



1.   Xəlil Fikrət.                                                 "Doqtor Deqroli". 
                                                                 "Yeni məktəb" məcmuəsi , 1925, N 1-2, səh.117-124.

2.    N.Nəcəfov,
       N.Nəsrəddinov.                                         "Yeni məktəb" məcmuəsi" ,
                                                                   "Azərbaycan məktəbi" jurnalı, 2009,N 2,səh.107-113.

 3.   Haldun Cezayirlioğlu.              Türkçe , Latin  Harflariyle ilk kez 1916 Yılındamı yazıldı?
                                    (Turkish ?Latin Letters  Written for the First Timein 1916?.
                                                          Haldun     Cezayirlioğlu  Kolleksiyon,    06  aralık 2011.

4..  Nəsrəddinov Nazim.                                Halil Fikretin Bakı və Şəki yazıları.

                                              "Haldun Cezayirlioğlu Kolleksiyon",       04 aralık 2011.


Müəllifin digər yazıları

  1. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  2. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  3. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  4. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  5. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  6. Bu tarix ki var, qəliz məsələ imiş......
  7. SÖZ KİMİNDİR?
  8. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  9. Mənim dualarım
  10. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  11. Təzadlar, ay təzadlar....
  12. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  13. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  14. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  15. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  16. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  17. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  18. Testdən qəsdən danışmırıq
  19. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  20. Dərsliklərimizin halı və vəziyyəti
  21. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  22. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  23. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  24. Hırsızın gözü əlyazmalara düşdü
  25. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  26. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  27. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  28. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  29. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  30. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  31. Hacı Səid Əfəndi Ünsizadə-191
  32. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  33. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  34. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  35. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  36. Bir daha Ünsizadələr haqqında
  37. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  38. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  39. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  40. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  41. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  42. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  43. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  44. Bizə hansı elmlər lazımdır və yaxud ...
  45. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  46. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  47. Soyqırımı günündə dostumu itirmişəm
  48. Bu yaz bir başqa yazdır
  49. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  50. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  51. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  52. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  53. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  54. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  55. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  56. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  57. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  58. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  59. Dərgahdan başlanan yol
  60. Fikrin ifadə formalarından biri
  61. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  62. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  63. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  64. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  65. Təhsil tariximizin maraqlı səhifələri
  66. Təhsil tariximizdən maraqlı səhifələri
  67. Akademiklərin cərgəsindəki müəllim
  68. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  69. Mübarizə bu gün də var,sabah da...
  70. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  71. "Əkinçi" qəzeti-140
  72. Mustafanın Çanakkala məktubu
  73. Məktəbdə elm və texnologiya həftəsi
  74. Mübarizə bu gün də var, yarın da....
  75. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  76. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  77. Yazımızın tarixi-özümüzün tarixi
  78. Fikrət Sadıq -Dədə Qorqud
  79. Tədqiqatçı öz fikrində israrlıdır
  80. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  81. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  82. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  83. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  84. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  85. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  86. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  87. "Bağçasaraydan göndərilən məktub"
  88. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  89. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  90. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  91. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  92. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  93. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  94. Abdulla Şaiqin uşaq bağçası
  95. "Ziya"nın biblioqrafiyası
  96. Kasıblığın üzü qara olsun
  97. Bu gün M.Ə.Sabirin ad günüdür
  98. Keçən günə gün çatarmı ... - Fotolar
  99. Elmə yönələn yolun başlanğıcı - FOTO
  100. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  101. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  102. Ucundadır dilimin həqiqətin böyüyü ...
  103. İlk hesab dərsliyimiz
  104. Yusif Vəzirovun kölgədə qalan yazıları
  105. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  106. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  107. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  108. Dərslik, dərslik, yenə də dərslik...
  109. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  110. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  111. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  112. "ZİYA"lı ziyalı - Foto
  113. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-03-2017
24.03.2017 Neft bahalaşıb
23-03-2017
22-03-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4414 san