14:55 01 Aprel 2016
1121 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

  2014-cü ilin mart ayının 31-i idi. Dərslərimi deyib qurtarmışdım. İnternet səhifələrində son xəbərlərə baxırdım. Birdən gözləmədiyim bir xəbərlə rastlaşdım: saytlarda vəzifəli şəxlərin birinin qardaşının 75 yaşında dünyadan köçdüyü haqqında  xəbər verilmişdi. Sarsıldım. İsa Cavad oğlu Əliyev mənim qrup yoldaşım idi. Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsində 6 il bir yerdə oxumuşduq. O vaxtlar hər ikimiz tokar idik. O, Paris Kommunası adına Gəmi Təmiri Zavodunda, mən isə leytenant Şmidt adına zabodda işləyirdim. Dost idik. Bəlkə də bizi dostlaşdıran elə bu fəhlə ixtisası idi. İsa fakültədə ruscanı hamıdan yaxşı bilirdi. Əsgərlikdə olması, atasının vaxilə partiya və sovet orqanlarında işləməsi onun dilbilmə qabiliyyətlərinin əsas səbəblərindən sayıla bilərdi. O, hələ tələbə ikən Məhəmməd Peyğəmbər haqqında rus dilində yazılmış iri həcmli bir əsəri Azərbaycan dilinə uğurla tərcümə etmişdi. Bu əsər çap olunmasa da İsanın xalq iclasçısı olduğu Ali Məhkəmənin əməkdaşları tərəfindən maraqla qarşılanmış, üzü köçürülərək geniş şəkildə yayılmışdı. İsanın diplom işi rus-Azərbaycan ədəbi əlaqələrinə aid idi. Maraqlı iş alınmışdı. Müdafiə də uğurla keçmişdi. Müdafiə zamanı komissiya üzvlərinin və diplom rəhbəri professor Hidayət Əfəndiyevin təkidli xahişlərinə baxmayaraq, o, universitetdə qalıb elmi işini davam etdirmək istəmədi. İstehsalatda qaldı, Montin adına zavodun həmkarlar təşkilatının sədri seçildi, Xətai Rayonu İcra Hakimiyyətində mənzil məsələləri üzrə mütəxəssis işlədi. Sonralar yenə də zavoda qayıtdı, təqaüdə də buradan çıxdı. İsa dünyadan köçəndə 70 yaşı təzəcə tamam olmuşdu.  Tarixdə düz qalmaqdan ötrü onu da deyək ki, nekroloqda İsaya aid edilən 75 yaş və soyad da düz deyildi. İsa təqaüdə çıxarılandan sonra  nəvələrini başına yığıb, öz aləminə qapanmışdı. Bir az nasazlığı hiss olunurdu. Qardaşı ona dayaq oldu, həkimləri Bakıya yığdı, İsanı dünyanın ən yaxşı həkimlərinin yanına göndərdi. Lakin  31 mart 2014-cü ildə- Soyqırımı günündə  İsa  dünyadan köçdü. Onu valideynlərinin və qohum-əqrəbalarının dəfn olunduğu Mehdiabad qəbirstanlığında torpağa tapşırdıq. O gündən iki il keçir. İki ildir ki, mən ən yaxın dostumu itirmişəm. İki ildir ki, İsanın övladları onu  gecə də, gündüz də xatırlayırlar. İki ildir ki, İsanın babasız qalan nəvələri babanın ölümünə inanmırlar.

 


Müəllifin digər yazıları

  1. Testdən qəsdən danışmırıq
  2. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  3. Dərsliklərimizin halı və vəziyyəti
  4. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  5. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  6. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  7. Hırsızın gözü əlyazmalara düşdü
  8. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  9. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  10. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  11. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  12. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  13. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  14. Hacı Səid Əfəndi Ünsizadə-191
  15. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  16. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  17. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  18. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  19. Bir daha Ünsizadələr haqqında
  20. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  21. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  22. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  23. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  24. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  25. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  26. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  27. Bizə hansı elmlər lazımdır və yaxud ...
  28. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  29. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  30. Soyqırımı günündə dostumu itirmişəm
  31. Bu yaz bir başqa yazdır
  32. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  33. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  34. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  35. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  36. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  37. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  38. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  39. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  40. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  41. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  42. Dərgahdan başlanan yol
  43. Fikrin ifadə formalarından biri
  44. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  45. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  46. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  47. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  48. Təhsil tariximizin maraqlı səhifələri
  49. Təhsil tariximizdən maraqlı səhifələri
  50. Akademiklərin cərgəsindəki müəllim
  51. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  52. Mübarizə bu gün də var,sabah da...
  53. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  54. "Əkinçi" qəzeti-140
  55. Mustafanın Çanakkala məktubu
  56. Məktəbdə elm və texnologiya həftəsi
  57. Mübarizə bu gün də var, yarın da....
  58. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  59. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  60. Yazımızın tarixi-özümüzün tarixi
  61. Fikrət Sadıq -Dədə Qorqud
  62. Tədqiqatçı öz fikrində israrlıdır
  63. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  64. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  65. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  66. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  67. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  68. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  69. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  70. "Bağçasaraydan göndərilən məktub"
  71. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  72. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  73. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  74. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  75. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  76. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  77. Abdulla Şaiqin uşaq bağçası
  78. "Ziya"nın biblioqrafiyası
  79. Kasıblığın üzü qara olsun
  80. Bu gün M.Ə.Sabirin ad günüdür
  81. Keçən günə gün çatarmı ... - Fotolar
  82. Elmə yönələn yolun başlanğıcı - FOTO
  83. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  84. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  85. Ucundadır dilimin həqiqətin böyüyü ...
  86. İlk hesab dərsliyimiz
  87. Yusif Vəzirovun kölgədə qalan yazıları
  88. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  89. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  90. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  91. Dərslik, dərslik, yenə də dərslik...
  92. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  93. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  94. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  95. "ZİYA"lı ziyalı - Foto
  96. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
PARLAQ MƏFKURƏLİ İNSAN
14:24 20.12/2016
Tələsin insanlar...
11:06 23.11/2016
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1351 san