09:38 10 Aprel 2016
3937 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 Neftçalalı əməkdar müəllim İmamverdi Əbilov 89 yaşında dünyasını dəyişdi. 

  İmamverdi müəllim adi müəllim deyildi. Filologiya elmləri doktoru, professor idi. Sözü bütöv, əməli saleh kənd ziyalılarından biri idi. Kənd rayonunda yaşaya-yaşaya elmi işlə ardıcıl məşğul olmaq, professor mənsəbinə çatmaq hər oğulun işi olmasa da, İmamverdi müəllim bu işi bacardı. Neçə-neçə kitabın, yüzlərlə elmi, elmi-metodiki məqalələrin müəllifi oldu. Azərbaycanda Yazıçılar İttifaqı ilə yaxından əməkdaşlıq edən, bir çox söz ustaları ilə səmimi dostluq və qardaşlıq ünsiyyəti olan ən birinci, ən fəal müəllim İmamverdi müəllim idi. Onun qonaqlı-qaralı evinin qapısı bütün Azərbaycan dili  və ədəbiyyatı müəllimlərinin, elin-obanın söz bilən, söz eşidən, sözü incələməyi bacaran bütün nüktədan  adamların üzünə açıq idi. 
 Həmişə İmamverdi müəllimdən söz düşəndə Bakıdakı 190 nömrəli məktəbdə müəllim  işləmiş  Zərbəli Səmədov yadıma düşür, tovuzlu kimya müəllimi Məhər Quliyev, Xaldan kənd məktəbinin direktoru Zahid Şöyübov haqqında yazılanları xatırlayırdım. Onların heç biri ilə ünsiyyətim olmasa da, gənc  müəllimlərə onları nümunə göstərirdim. İş elə gətirdi ki, 2000-ci il martın 18-də Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 302 nömrəli Fərmanla hər ikimizin müəllimliyinə dövlət qiyməti verildi; pedaqoji fəaliyətimizə görə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görüldük.
  Qeyd etmək istəyirəm ki, onda fəxri ad Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə verilirdi. Fəxri ad alanlar indikindən çox az idi. 1977-ci ildə cəmi bir nəfərə əməkdar müəllim fəxri adı verilmişdi. Sonrakı illər ərzində - 2000 ci ilədək bu ada daha 13 nəfər layiq görülmüşdür. 2000-ci il martın 18-də müəllimlərin böyük bir  dəstəsinə -36 nəfərə Azərbaycan Respublikasının əməkdar müəllim fəxri adı verildi. İmamverdi müəllimin adı  əlifba sırası ilə altıncıdır. O, fəxri ada 73 yaşında layiq görülmüşdür. O vaxtlar Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən bir dostumuzun sözlərinə görə, İmamverdi müəllimin yaddan çıxan  adının təqdimat siyahısına düşməsi cəmi bir günün içərisində həll olunmuşdur. Layiq görüldüyü fəxri ad münasibətlə d
ostumuzun səbəbkara zəng vurması, onu təbrik etməsi, xəttin o biri tərəfindən qocaman müəllimin sonsuz təşəkkürünü bildirən səsi hələ də yadımdadır.
  Mən televiziya ekranlarında İmamverdi müəllimin şəxsi kitabxanasını görmüşəm. Burada müxtəlif dillərdə yazılmış minlərlə kitab var. Onların müəyyən hissəsi avtoqraflıdır; alim dostumuza hədiyyə verilmiş bədii əsər və monoqrafiyalardır. Burada hər bir kitab bir tarixdir. 
  Mənə elə gəlir ki, Neftçalada İ.Əbilovun  ev-muzeyini yaratmaq çox gərəkli görünür.
Söz yox ki, Muzeyin ən maraql eksponatları professorun əsərlərinin  nəşr olunmuş 15 cildliyi olacaqdır.


Müəllifin digər yazıları

  1. Mənim dualarım
  2. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  3. Təzadlar, ay təzadlar....
  4. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  5. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  6. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  7. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  8. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  9. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  10. Testdən qəsdən danışmırıq
  11. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  12. Dərsliklərimizin halı və vəziyyəti
  13. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  14. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  15. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  16. Hırsızın gözü əlyazmalara düşdü
  17. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  18. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  19. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  20. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  21. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  22. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  23. Hacı Səid Əfəndi Ünsizadə-191
  24. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  25. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  26. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  27. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  28. Bir daha Ünsizadələr haqqında
  29. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  30. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  31. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  32. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  33. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  34. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  35. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  36. Bizə hansı elmlər lazımdır və yaxud ...
  37. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  38. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  39. Soyqırımı günündə dostumu itirmişəm
  40. Bu yaz bir başqa yazdır
  41. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  42. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  43. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  44. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  45. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  46. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  47. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  48. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  49. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  50. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  51. Dərgahdan başlanan yol
  52. Fikrin ifadə formalarından biri
  53. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  54. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  55. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  56. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  57. Təhsil tariximizin maraqlı səhifələri
  58. Təhsil tariximizdən maraqlı səhifələri
  59. Akademiklərin cərgəsindəki müəllim
  60. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  61. Mübarizə bu gün də var,sabah da...
  62. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  63. "Əkinçi" qəzeti-140
  64. Mustafanın Çanakkala məktubu
  65. Məktəbdə elm və texnologiya həftəsi
  66. Mübarizə bu gün də var, yarın da....
  67. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  68. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  69. Yazımızın tarixi-özümüzün tarixi
  70. Fikrət Sadıq -Dədə Qorqud
  71. Tədqiqatçı öz fikrində israrlıdır
  72. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  73. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  74. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  75. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  76. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  77. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  78. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  79. "Bağçasaraydan göndərilən məktub"
  80. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  81. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  82. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  83. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  84. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  85. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  86. Abdulla Şaiqin uşaq bağçası
  87. "Ziya"nın biblioqrafiyası
  88. Kasıblığın üzü qara olsun
  89. Bu gün M.Ə.Sabirin ad günüdür
  90. Keçən günə gün çatarmı ... - Fotolar
  91. Elmə yönələn yolun başlanğıcı - FOTO
  92. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  93. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  94. Ucundadır dilimin həqiqətin böyüyü ...
  95. İlk hesab dərsliyimiz
  96. Yusif Vəzirovun kölgədə qalan yazıları
  97. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  98. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  99. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  100. Dərslik, dərslik, yenə də dərslik...
  101. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  102. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  103. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  104. "ZİYA"lı ziyalı - Foto
  105. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-02-2017
25.02.2017 Neft ucuzlaşıb
24-02-2017
24.02.2017 Neft bahalaşdı
24.02.2017 Mənim dualarım
23-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2334 san