09:43 16 Aprel 2016
1880 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Bizə hansı elmlər lazımdır və yaxud tərcümeyi-halını üç dildə-Azərbaycan, rus  və ingilis dillərində yaz, sənin kim olduğunu deyim



  Bu sual adi və təzə sual deyil.Babalarımızın babasını maraqlandırqn,düşündürən,daşındırqn sualdır. Babalarımız elm dalınca Çinə də gedib,Ərəbistana da. Ərəbistana ticarətə gedən babalarımız öz məntiqi,ağlı,dərrakəsi, bədii zövqü ilə ərəblərə dərs deyib, yazdıqları şeirlərə Azərbaycan möhürünü  vurublar ki, tarix yazanlar sonralar çaş-baş qalmasınlar.
  Biz hələ qədim məktəblərimizin tarixini öyrənə bilməmişik,onun köklərini tapa tapa bilmirik.Daşımız da var, tərəzimiz də,amma çəkə bilmədiyimiz,ölçə bilmədiyimiz nəsnələr çoxdur. O taylı, bu taylı nə qədər tarixi abidələrimiz var! Bu abidələri yaradanlar Azərbaycan torpağının yetirmələridir,onlar Azərbaycan məktəblərinin,
azərbaycanlı müəllimlərin yetirmələridir.
  2012-ci ilin dekabrında kafedra müdiri işlədiyim Avropa Azərbaycan Mktəbinin şagirdlərini Şəkiyə- M.F.Axundzadənin  yubiley tədbirlərinə aparmışdıq.Biz burada zəngin təhsil ənənələri ilə tanış olduq. Tədbir zamanı Avropa Azərbaycan  Məktəbi ilə Şəkidəki 5 nömrəli orta  ümumtəhsil məktəbinin birgə pedaqoji əlaqələrinin əsası 
qoyuldu.  Bu iki məktəbin maraqlı tədbirləri sonralar da davam etdirildi.
  Şəkidəki ən maraqlı tədbirlərimiz  şəhərin tarixi keçmişi ilə  tanışlıq oldu. Şəki memarlıq  abidələri bu şəhərin tarixi məktəblərinin və bu məktəblərin müəllimlərinin   düşüncə tərzinin elmi və bədii təfəkkürünün məhsuludur, xalqın dünyagörüşünün daşlaşmış yaddaşıdır.

   Böyük Britaniya Universitetlərinin rus dilini öyrənən tələbələri 
 Azərbaycan Dövlət Universitetinin  bir qrup tələbəsini  1972-ci ilin yanvar-fevral aylarında öz ölkələrinə dəvət etmişdilər. Bəri başdan deyim ki, bu,turist səfəri deyildi,ölkələrarası münasibətlərin yaranmasına və inkişafına yönələn işgüzar  dostluq və əməkdaşlıq tədbiri idi.Biz İngiltərənin və Şotlandiyanın  bir sıra nüfuzlu ali məktəblərində olduq.İngilislərin təhsil tarixi,xarici dilləri öyrənmə ənənələri ilə tanış olduq.Mən bu səfər haqqında "Qabaqcıl texnika uğrunda" çoxtirajlı qəzetinin yeddi  nömrəsində "İngiltərə qörüşləri"  adlı yol qeydlərimdə ətraflı söz aşmışam.Yol qeydlərim yüksək səviyyədə qiymətləndirildi, görkəmli jurnalist Osman Mirzəyev onu "Vışka" qəzetində çap etdirmək üçün rus dilinə tərcümə etdi. O.Mirzəyev nədənsə tərcüməni rus oxucularına çatdıra bilmədi.Görünür, Azərbaycan təhsilinə  və onun tarixinə aid fikirlərim  kiminsə xöşuna gəlməmişdi. Nümayəndə heyətimizin başçısı, "Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanovun "Təzadlar ölkəsində" adlı yazısında da  Azərbaycan  təhsili ilə ingilis  təhsilinin  əməkdaşlığı haqqında   maraqlı fikirlər söylənilmişdi.
  Sözümün canı odur ki,biz uğurlarımızdan da söz açmağı bacarmalıyıq.Burada bir məsələdən də danışmaq istəyirəm.İndi Azərbaycanda onlarla xarici ölkə vətəndaşları həvəs və özünəməftunluqla  özəl orta məktəblər açırlar.Əlbəttə bu, bəyəniləndir.Bir şərtlə ki,xarici ölkə pedaqoqlarında  Azərbaycan təhsilinə yuxarıdan baxma vərdişi yaranmasın.Onları məktəblərə işləməyə dəvət edəndə milli təhsilimizin tarixi haqqında sorğu-suala tutmaq lazımdır. Milli təhsilimizə  xarici ölkə pedaqoqlarının etinasızlığı bağışlanılmazdır.  Mən təbəssümlə ironiyanı fərqləndirməyi bacaran  təhsil rəhbərlərini həmişə yüksək qiymətləndirirəm.
  Vaxtilə bir yerdə işlədiyim  müəllim yoldaşlarımdan biri hər dəfə  köhnə dostları ilə rastlaşanda  yeni iş yerindəki  amerikalı direktoru haqqında bədahətən qoşulan anektotları (lətifə ilə anektotun incə fərqləri var-N.N.) xısın-xısın danışmağı xoşlayırmış. Çuğulçular bunu amerikalıya çatdıranda  idmanşı müəllim dostumuz  iş-gücü ilə vidalaşmalı olur. Əslində,o,amerikalının  yersiz təbəssümlərinin ona yaraşmadığını açıq deyə bilərdi.
  25-30 il  bundan əvvəl Azərbaycanda  rusdilli ziyalılar dəbdə idi. Doğrudur,onların bəzisinin mütaliə dairəsi geniş idi.Rus dili onları dünnyaya çıxara bilmişdi.Amma onların eqoizmi təhsilimizə əngəl törədirdi.Yaxşı ki zəngin milli ənənəli təhsilimiz qalib  gəldi.
  İnsan öz fikrini öz dilində daha yaxşı ifadə edir. Orta və ali  məktəblərimizdə ana dilli təhsilimizin inkişafının bugünkü təntənəsi milli düşüncə tərzimizin ən əsas göstəricilərindəndir. Xarici dillərin öyrənilməsi yolundakı çalışmalar bəyənilən olsa da, hər bir ölkə vətəndaşının  ana dilinində mükəmməl danışması günümüzün ən vacib bəzifələrindən biri olmalıdır.
  Son vaxtlarda xarici ölkələrdə ali təhsil almaq bir növ alüdəçiliyə çevrilib.Xaricdə təhsil almaq ənənəsi əvvəllər də var idi.Bu, hər şeydən əvvəl həmin ölkələrin elmi-texniki tərəqqisi ilə ilgili məsələ idi. İndi Azərbaycanda bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək mümkündür.
  Bu gün  bizə Xəzərin zənginliklərindən bəhrələnmək üçün elmi mütəxəssislər lazımdır. Biz b
u gün kosmik tədqiqatlar yolunda uğurlu elmi  işlər görmək üçün  elmi gücümüzü artırmalıyıq.
  Mənə elə gəlir ki,hansı ölkənin yaxşı kitabxana və zəngin arxivləri varsa,orada təhsil almaq  daha maraqlıdır. Yüksək təhsil milli  dünyagörüşü və  milli ideologiya ilə bağlı məsələdir, Bu gün xarici ölkələrlə  tələbə mübadiləsi etmək hələ çox gərəkli görünür. Rusiya və onun baş şəhərləri-Moskva və Peterburq bu cəhətdən  daha çox önəmlidir.
  Mən diplom işi üzərində işləyərkən, eləcə də AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxuduğum illərdə dəfələrlə Moskva və Leninqrad şəhərlərindəki kitabxana və arxivlərdə həftələrlə işləmişəm.Topladığım materiallardan indi də məqamı düşəndə istifadə edirəm.
  Azərbaycanın bir çox görkəmli ziyalılarının tarixə düşmələrinin əsas səbəbi, məncə, bu şəhərlərdə  zəngin elm və təhsil mühitinin olmasıdır.
 
   Həsən bəy Məlikzadə Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, astaralı akademik M.Pavlov və bir çox başqaları məhz bu mühitin yetirmələridir.
  Başqa olkədə təhsil almaq üçün mütləq ana dilini mükəmməl bilməklə yanaşı, həmin ölkənin dövlət dilini də öyrənmək lazımdır.S.Ə.Şirvaninin oğluna nəsihətini xatırlayırsınızmı?


Ey gözüm, hər lisanə ol rağib,

(Ey gözüm, hər dilə rəğbətin olsun-N.N.).

Xassə kim, rusidir  bizə vacib,

(Ələlxüsus bu günümüz üçün vacib olan   rus elmini öyrən-N.N.).

Onlara  ehtiyacımız çoxdur,

Bilməsək dil,əlacımız yoxdur.

(Dil bilməsək,başqa əlacımız yoxdur).

  Təəssüf ki,Azərbaycanda xarici dillərin öyrənilməsində hələ də problemlərimiz var.Biz xarici dili şeir yazmaq dərəcəsində bilmirik.S.Ə.Şirvani  ana dilində də, fars dilində də şeir yazırdı.Ərəb dilli dini məsələləri şərh edə bilirdi. nun rus dilində yazdığı tarix əsəri də unudulmamalıdır.
  Mükəmməl məktəb təhsili görməyən M.F.Axundov Azərbaycan, fars və rus dillərində həm bədii, həm də elmi-fəlsəfi əsərlər yazırdı.Onun ərəb dilindən etdiyi, arxivlərdə yatıb qalan tərcümələrindən çoxlarının xəbəri yoxdur.


Son illərdə Azərbaycanda ingilis dilini öyrənənlərin sayı  daha da artmışdır. Çox yaxşı. Amma bu ingilislərin bəziləri Azərbaycan dilində kəkələyəndə, vallah adam xəcalət çəkir.

Dil bimək yolunda yolumuz hayanadır?


Qəbələ,15.04.2016.


Müəllifin digər yazıları

  1. Testdən qəsdən danışmırıq
  2. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  3. Dərsliklərimizin halı və vəziyyəti
  4. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  5. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  6. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  7. Hırsızın gözü əlyazmalara düşdü
  8. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  9. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  10. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  11. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  12. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  13. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  14. Hacı Səid Əfəndi Ünsizadə-191
  15. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  16. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  17. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  18. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  19. Bir daha Ünsizadələr haqqında
  20. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  21. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  22. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  23. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  24. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  25. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  26. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  27. Bizə hansı elmlər lazımdır və yaxud ...
  28. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  29. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  30. Soyqırımı günündə dostumu itirmişəm
  31. Bu yaz bir başqa yazdır
  32. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  33. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  34. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  35. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  36. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  37. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  38. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  39. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  40. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  41. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  42. Dərgahdan başlanan yol
  43. Fikrin ifadə formalarından biri
  44. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  45. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  46. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  47. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  48. Təhsil tariximizin maraqlı səhifələri
  49. Təhsil tariximizdən maraqlı səhifələri
  50. Akademiklərin cərgəsindəki müəllim
  51. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  52. Mübarizə bu gün də var,sabah da...
  53. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  54. "Əkinçi" qəzeti-140
  55. Mustafanın Çanakkala məktubu
  56. Məktəbdə elm və texnologiya həftəsi
  57. Mübarizə bu gün də var, yarın da....
  58. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  59. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  60. Yazımızın tarixi-özümüzün tarixi
  61. Fikrət Sadıq -Dədə Qorqud
  62. Tədqiqatçı öz fikrində israrlıdır
  63. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  64. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  65. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  66. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  67. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  68. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  69. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  70. "Bağçasaraydan göndərilən məktub"
  71. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  72. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  73. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  74. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  75. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  76. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  77. Abdulla Şaiqin uşaq bağçası
  78. "Ziya"nın biblioqrafiyası
  79. Kasıblığın üzü qara olsun
  80. Bu gün M.Ə.Sabirin ad günüdür
  81. Keçən günə gün çatarmı ... - Fotolar
  82. Elmə yönələn yolun başlanğıcı - FOTO
  83. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  84. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  85. Ucundadır dilimin həqiqətin böyüyü ...
  86. İlk hesab dərsliyimiz
  87. Yusif Vəzirovun kölgədə qalan yazıları
  88. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  89. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  90. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  91. Dərslik, dərslik, yenə də dərslik...
  92. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  93. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  94. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  95. "ZİYA"lı ziyalı - Foto
  96. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1203 san