09:43 25 Aprel 2016
3756 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

                        110 yaşlı "Dəbistan" jurnalı  (1906-1908)  
                                            və yaxud 
         şagird və müəllimlər üçün dərsliyə bərabər dövri  nəşr


   
             

     Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da,  uşaq mətbuatının tarixi  1906-cı il  aprel ayının  16-dan başlayır. Həmin gün Bakıda  "Dəbistan" adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdır.     
     Üç il ərzində(1906-1908) dərginin  27 nömrəsi çap edilmişdir. 1907-ci ildə  "Dəbistan"ın   8 nömrəsi  çıxmışdır.1908-ci ildə  cəmi bir  nömrəsi çıxan   "Dəbistan"  - 1907-ci il noyabrın  28-də Bakıda vəfat etmiş görkəmli təbiətşünas alim,1875-1877-ci illərdə "Əkinçi" adlı qəzetin redaktoru, "Dəbistan"ın fəal müxbiri   Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmişdir. 
    "Dəbistan"ın naşir və redaktorları  Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri  Əliisgəndər   Cəfərzadə (1875-1941) və  Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən  sonra naşir və redaktorluq  işini Ə.Cəfərzadə təkbaşına görmüşdür.   "Dəbistan"ın ətrafına bir çox  ziyalı adamların ,  məktəb  müəllimlərinin toplanması  bu mətbu orqanı aydınların tribunasına çevirmişdir.
    H.Zərdabi,S.M.Qənizadə,S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının "Dəbistan"dakkı çıxışları dərginin əhəmiyyətini  xeyli artırmışdır.
    M.Ə.Sabir   " Dəbistan"da  çıxış etməsə də, onun  nəşrinin dayandırılmasından narahatlığını   "Molla Nəsrəddin" jurnalının  29 iyul 1907-ci il tarixli 28-ci nömrəsində  dərc etdirdiyi  "Əlminnətü-lillah ki,"Dəbistan" da qapandı"
  şeirində - 7 beytlik  qəzəlində özünəməxsus  rümuzlarla  belə bildirmişdir:

                           "Meydani-rəqabətdə bizim himmətimizdən
                            Dəva qapanıb Rüstəmi-dastan da qapandı!
                                                                *
                            Ətfali -vətən qoy bağırıb ölsün acından
                            Yandı analar sinəsi, püstan da qapandı!
                                                                *
                           Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
                            Darüzzəfəri-tazəpərəstan da qapandı!
                                                                *
    Maraqlıdır ki, M.Ə.Sabir  bu şeirin dərcindən təxminən  bir ay yarım əvvəl - "Molla Nəsrəddin" jurnalının  8 iyun 1907-ci il  tarixli 25-ci nömrəsində"Ədəbiyyat" başlığı altında  10 beytlik  "...ölübə"  rədifli qəzəlini  çap etdirmişdir. Məzmun ,
nüktə  və rümuzlarına görə bu şeirin  də iyunun 4-dən sonra  qapadılan "Dəbistan"a aid olmasını düşünmək olar.
    Cəlil Məmmədquluzadənin jurnalın elə bu nömrəsində yerləşdirdiyi "Dəbistan" felyetonu da bu ehtimalı gücləndirir. "Dedim-Dedin" şəklində yazılmış bu felyetondan   bir hissəni oxucuların diqqətinə  çatdırırıq: 

    "Necədir,dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?
    Bir il bundan qabaq  sən başlayırdın "Dəbistan" jurnalı çıxartmağa və məndən  məsləhət soruşdun.Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Qoy yadına salım:
    Mən sənə dedim "dəli olma". Sən dedin "yox, "Dəbistan"çıxardacağam". Mən sənə dedim   "başına soyuq dəyib". Sən dedin,  " yox  ,  çıxadacağam". Mən sənə dedim ki, "görükür ki,  çox puln var". Sən dedin ki, "yox, çıxardacağam".
     Cəlil Məmməquluzadə redaktorun bu inadkarlığı xatıtlatmaqla, onun düzgün yolda olduğunu oxuculara Ezop manerası ilə başa salmaq istəyirdi. "Qızım, sənə deyirəm, gəlinim , eşit"  deyimi  burada əsl həqiqəti üzə çıxarır: "Dəbistan" maarif və elm fədailərinin qaranlıq yollarını işıqlandırır. 

  "Dəbistan"  başlığı altında - onun  iki həftədə bir dəfə nəşr olunan , millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N  )jurnal olduğu bəyan edilmişdir.  Jurnalın idarəxanəsi  Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında   yerləşirdi. 
   Jurnalın oxuculara ünvanlanan , ön söz sayıla bilən sütununda  "göndərilən yazıların  sadə türkcə olmaları təmənna olunur".Bu xahiş və göstərişə  "Dəbistan"ın , demək olar ki,  bütün yazarları əməl etmişlər.
  
     Jurnalın üz qabığında  üç rəsm əsəri kollaj edilmişdir. Rəsmlərin ikisində  rəsm müəllifilərinin adına işarə vardır.        Adını hələ  aça bilmədiyimiz    P.M. və V.S kriptoqramları şəkillərdə  ( burada  ad və soyadlarının baş hərfi )  aydın görünür. Bu rəssamlardan  birinin  çəkdiyi   şəkillərin birində  məscidin önündən keçərək  nəvəsini  məktəbə aparan nurani  bir qoca ilə   qoltuğunda dəftəri olan nəvəni görürük.
   İkinci şəkildə  yeni məktəbə aid atributlar göstərilir.  İki rəsmin ortasnda üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssürat yaratmağa xidmət edən gürüntüləri verilmişdir. 
  Jurnalın  nömrələrindəki    səhifələrin sayı  fərqlidir. 
  Hər səhifə iki sütuna bölünmüş, hər sütunda 30 sətirlik material  yerləşdirilmişdir.
   "Dəbistan"ın  hər nömrəsinin sonunda  dərc olunan materiallarin içindəki çətin sözlərin lüğəti verilmişdir.Bu səhifənin müəllifi  jurnalın redaktoru Əliisgəndər Cəfərzadə idi .  O,  imza kimi adını təşkil edən sözlərin baş hərflərindən istifadə edirdi.
   "Dəbistan"ın hər ay  8 səhifəlik əlavəsi   çıxırdı. Əlavələrdə  ayrı-ayrı siniflər  üzrə müəllimlərə metodiki göstərişlər verilir, dərs cədvəllərinin tərtibi qaydaları izah olunurdu. Bu cəhətdən  "Dəbistan"ın   əlavələrdən biri--15 sntyabr 1906-ci ilə aid   "Valideynə məxsus vərəqə"si  diqqəti cəlb edir.
    "Əlavə"dəki materiallardan  biri  1906-cil  avqust ayının  15-dən  ayın  axırınadək davam edən "Müəllimlər ictimaisi"ndə 
 ( Avqust müşavirələrində -N.N.) edadi ( orta məktəb-N.N.),rüşdiyyə (ibtidai məktəblə orta məktəb arasında olan məktəb ) və dörd illik  məktəblər üçün tərtib olunan məramnamələrin çap variantıdır. Siniflər üzrə tərtiç olunmuş məramnamələr valideyn-məktəb münasibətlərinin  əlaqələndirməsi  baxımından maraqlı görünür.
Oxucuların diqqətini  " Türk dilinin məramnaməsi " başlıqlı  materiallara yönəldirik :
                                        Birinci sinif
 1) Dərsi-şifahiyyə
  (yəni ağızdan deyilən dərslər)  - bir aydan ay yarıma qədər
 2)Əlifba təlimi-  martın on beşinə qədər
 3) Asan və müxtəsər hekayə və mənzumələr

                                 Yazı   dərsləri
1)  əczayi-hüruf  yazısı ( indiki anlamda - hərflərin hissələr üzrə yazılma qaydaları -N.N.)
2) hərflər,kəlmələr və mətləblər yazısı
3) şəkil çəkmək
4) imla dərsi ( sövt  ilə səs, sədailə-N.N. )
5) kitab üzündən yazdırma
6) hüsnxətt
 
 Müasir dövrün müəllimləri  106  illik bu metodiki məlumatlardan çöx bəhrələnə bilərlər. Bu cəhətdən 3-cü sinif  üçün məsləhət  görülən "Yazı dərsləri"ni  nəzərdən keçirək.

                                   Yazı dərsləri
1)hifzdən yazdırmaq (oxudulmuş mənzumələrdən)
2)imla dərsləri
3)oxudulmuş nəqlli hekayələrin   məzmununu yazdırmaq(suallar vasitəsilə və yaxud sualsız )
4)müxtəlif məzmunlarda  məktublar inşa etmək
5)məşq  və şəkil dərsləri

"Dəbistan"ın  reklam xarakterli elanları da bugünkü uşaq mətbuatı orqanları üçün nümunə ola bilər.Burada müxtəlif annotasiyalara , yeni nəşrlərin reklamlarına səxavətləyer ayrılmışdır. Bu materiallar məktəb tarixi, dərsliklər vəlüğətlər haqqındamaraqlı xəbərlərlə ilgilidir. 
   "Rəhbər" -jurnalının reklamına diqqət yetirin: 

                                                                    " Rəhbər"-

    Qafqazın və tamam Rusiyanın  məişətindən bilümum ( ümumən -N.N.)Rusiya  müsəlmanlarının  məişətindən bilxüsus ( xüsusilə-N.N.)  ədəbiyyatından  və üsuli-təlim və  tərbiyədən  bəhs edən aylıq türk jurnalıdır, həmin sentyabr ayının 20-dən  etibarən  çıxmağa başlayacaqdır.   İl başınacan  (1907-ci ilin ibtidasınacan ) abunə qiyməti bir manat  50 qəpikdir.  Müştəri olmaq xahiş edənlər  " Dəbistan" jurnalının   idarəsinə rücuh etsinlər. 

    Sahibi-imtiyazı   və  müdir  --Mahmud bəy Mahmudbəyov".

                                                                  ***
 "Dəbistan"dakı digər bir elan   hesab dərsliyi  tarixini öyrənmək cəhətindən yadda saxlanılmalıdır.
    

                          ***Mütəəllimlərə (elm öyrənənlərə-N.N)  töhfə ****
 Mübtədi şagirdlərə türk lisanında elmi-hesabdan bir töhfəcik.  Biri beş şahı ( 25 qəpik ) pul əvəzinə,  poçta markası qəbul olunur.  Adres: Bakı, maqazin   "Hİdayət"-    Əliyev.
                                                                 ***
  "Dəbistan" jurnalında  klassik ədəbiyyatımızın öyrənilməsinə  aid  bir çox materialların  işıqlandırılması  bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin   bir neçəsinin  müəllifi  Qori şəhərində yerləşən  Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən  F.Köçərli  idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan  M.Hadi də  "Dəbistan"nı  öz şeir və tərcümələri ilə  rövnəqləndirirdi.
   Jurnalda həyatının son  illərini yaşayan Həsən bəy Zərdabinin təbiət mövzusunda yazdığı  elmi-populyar yazılardan bu günün biologiya və zoologiya müəllimlər çəkinmədən istifadə edə bilərlər.  "Tarixi-təbii" başlıqlı bu yazılarda məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl  şəkildə  formalaşdırılmasında   istifadə etmək olar.
  "Dəbistan" fars sözüdür.Mənası  ibtidai məktəb, mədrəsə  deməkdir. Bu məktəb  mətbu söz vasitəsi ilə digər sahələrin,    elm , sənət,  mərifət, qanacaq  öyrədən  təhsil  və tərbiyə  ocaqlarının    əsasını  qoydu.
  Bu   bünövrənin ikinci mərtəbəsi   - "Rəhbər" jurnalıdır. 
  Üçüncü mərtəbə özü bir məktəbdir -   "Məktəb"dərgisi.
  Bu mərtəbər-uşaq mətbuatımızin  mərtəbələri   haqqında sonrakı yazılarımızda məlumat  verəcəyik. 


Müəllifin digər yazıları

  1. Dünya yaman dünyadır
  2. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  3. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  4. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  5. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  6. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  7. Sözgəlişi, ola bilər düzəlişi...
  8. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  9. Bu Dünya- Şirin Dünya.....
  10. Göz görür,ağıl kəsir....
  11. Tərcüməsiz başa düşülən tatar bayatıları
  12. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  13. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  14. Mənim nəğməli bibim - Foto
  15. Sən yazmasan,mən yazaram
  16. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  17. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  18. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  19. Qulam Məmmədli-120
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  21. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  22. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  23. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  24. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  25. Bu tarix ki var, qəliz məsələ imiş......
  26. SÖZ KİMİNDİR?
  27. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  28. Mənim dualarım
  29. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  30. Təzadlar, ay təzadlar....
  31. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  32. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  33. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  34. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  35. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  36. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  37. Testdən qəsdən danışmırıq
  38. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  39. Dərsliklərimizin halı və vəziyyəti
  40. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  41. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  42. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  43. Hırsızın gözü əlyazmalara düşdü
  44. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  45. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  46. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  47. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  48. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  49. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  50. Hacı Səid Əfəndi Ünsizadə-191
  51. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  52. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  53. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  54. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  55. Bir daha Ünsizadələr haqqında
  56. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  57. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  58. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  59. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  60. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  61. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  62. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  63. Bizə hansı elmlər lazımdır və yaxud ...
  64. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  65. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  66. Soyqırımı günündə dostumu itirmişəm
  67. Bu yaz bir başqa yazdır
  68. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  69. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  70. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  71. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  72. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  73. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  74. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  75. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  76. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  77. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  78. Dərgahdan başlanan yol
  79. Fikrin ifadə formalarından biri
  80. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  81. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  82. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  83. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  84. Təhsil tariximizin maraqlı səhifələri
  85. Təhsil tariximizdən maraqlı səhifələri
  86. Akademiklərin cərgəsindəki müəllim
  87. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  88. Mübarizə bu gün də var,sabah da...
  89. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  90. "Əkinçi" qəzeti-140
  91. Mustafanın Çanakkala məktubu
  92. Məktəbdə elm və texnologiya həftəsi
  93. Mübarizə bu gün də var, yarın da....
  94. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  95. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  96. Yazımızın tarixi-özümüzün tarixi
  97. Fikrət Sadıq -Dədə Qorqud
  98. Tədqiqatçı öz fikrində israrlıdır
  99. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  100. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  101. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  102. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  103. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  104. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  105. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  106. "Bağçasaraydan göndərilən məktub"
  107. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  108. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  109. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  110. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  111. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  112. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  113. Abdulla Şaiqin uşaq bağçası
  114. "Ziya"nın biblioqrafiyası
  115. Kasıblığın üzü qara olsun
  116. Bu gün M.Ə.Sabirin ad günüdür
  117. Keçən günə gün çatarmı ... - Fotolar
  118. Elmə yönələn yolun başlanğıcı - FOTO
  119. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  120. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  121. Ucundadır dilimin həqiqətin böyüyü ...
  122. İlk hesab dərsliyimiz
  123. Yusif Vəzirovun kölgədə qalan yazıları
  124. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  125. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  126. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  127. Dərslik, dərslik, yenə də dərslik...
  128. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  129. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  130. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  131. "ZİYA"lı ziyalı - Foto
  132. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2017
20-07-2017
20.07.2017 Neft ucuzlaşıb
19-07-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3088 san