09:29 26 Aprel 2016
1968 dəfə oxunub
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 “Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan bu gün dünya dövlətləri, beynəlxalq təşkilatlarla uğurlu və perspektivli əməkdaşlıq imkanlarına sahibdir. Bu mənada Azərbaycanın yürütdüyü siyasət, sərgilədiyi ədalətli mövqe hər zaman dəstəklənir, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzu günbəgün yüksəlir.”

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, vurğulayıb ki, ölkəmiz 1992-ci ildən üzvü olduğu BMT ilə sıx əməkdaşlıq edir: Bu nüfuzlu beynəlxalq qurum Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə buna əyani sübutdur. Eyni zamanda, ölkəmizin 155 dövlətin  səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanla qurum arasındakı əlaqələrin yaxınlığı ilə yanaşı, həmçinin dövlətimizin artan gücünün təzahürüdür.”

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən söz açan V.Rəhimzadə qeyd edib ki, bu gün dünya birliyinin ayrılmaz bir hissəsi olan Azərbaycan Şəqrlə Qərbi birləşdirən mühüm layihələrin təşəbbüskarı kimi çıxış edir: “Bununla yanaşı, ölkəmiz uzun illərdir ki, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu mənada Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, 2014-cü ildə BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə məhz Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forumda Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir.”

V.Rəhimzadə hesab edir ki, belə bir qlobal Forumun Bakıda keçirilməsi kifayət qədər mühüm hadisədir: “Nəzərə almaq lazımdır ki, forum sivilizasiyalararası dialoqun, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, milli, dini və irqi ayrı-seçkiliyin, sülh və təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması, həmçinin qlobal məsələlərin müzakirə edildiyi mühüm bir platformadır. Ona görə də burada regional və dünya miqyaslı problemlər, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, xüsusilə Ermənistan siyasi hakimiyyətinin yürütdüyü məkrli siyasətin sülhə və təhlükəsizliyə böyük təhdid olması bir daha vurğulanmalıdır.”

Vüqar Rəhimzadə qeyd edib ki, əslində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyil: “Çünki Azərbaycan tarixən müxtəlif millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkan olub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılıb, milli azlıqların hüquqları qorunub. Ümummilli lider Heydər Əliyev hər zaman bu məsələlərə xüsusi həssaslıqla yanaşıb. Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdəki müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşaması üçün mühüm addımlar atıb. Dövlət başçısının Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi də ölkəmizin bu bəşəri dəyərlərə nə qədər hörmətlə yanaşmasının göstəricisidir. Şübhə yoxdur ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun işi kifayət qədər uğurlu və məhsuldar olacaq, bu beynəlxalq tədbir sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək.”

 

 


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1039 san