10:07 23 Mart 2014
5024 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

     Bağçasaraylı İsmayıl bəy Qaspralının Səid Ünsizadənin Tiflisdəki “Ziya” mətbəəsində çap olunmuş “Tunğuç”məcmuəsi (17 may1881-ci il) və ya  açılmayan   qapılar, pəncərələr…

   Bu yazını   AMEA  M.Füzuli adına Əlyazmalar İnstitutunun sabiq direktoru,elmi araşdırmalar zamanı mənə materialların tapılmassında kömək göstərmiş mərhum professor Məmməd Adilovun xatirəsinə həsr edirəm. 

 

“Tunğuc”—XIX əsrin II yarısında  Qafqazın baş şəhərinə-Tiflisə işıq və ziya dalınca gedən Azərbaycanın maarifpərvər ziyalıları Səid Əfəndi və Cəlaləddin Əfəndi qardaşlarının  öz şəxsi mətbəələrində qanadlandırdıqları və pərvazlandırdıqları, cəmi dörd səhifəlik  türkdilli məcmuədir. İlk və bizə məlum olan yeganə nömrəsinin materialları  İsmayıl ibn Mustafa (İsmayıl bəy Qasprinski- N.N.) tərəfindən 8(20)may 1881-ci ildə ( fi 20 şəhri cəmadiyülaxir səneyi-islamiyyə 1298 )  Bağçasaray şəhərində imzalanaraq, “Tunğuc” (“ilk,birincı, pioner” mənasına  uyğundur –N.N.) adı ilə “Ziya” mətbəəsində  çap olunmaqdan ötrü Tiflisə-Ünsizadə qardaşlarına göndərilmişdir. Məcmuə- Qafqaz Senzor Komitəsinin razılığı ilə cəmi bir həftədən sonra “Ziya” mətbəəsində təb olunmuşdur. “Tunğuc”un belə qısa  bir müddətdə işıq üzü görməsinin əsas səbəbi İ.Qasprinskinin hökumət dairələrindəki nüfuzu ilə bağlı idi;  o, Bağçasaray şəhərinin rəisi  kimi səmərəli fəaliyyət göstərir, rus və türkdilli  mətbuatda (“Ziya” qəzetində)  Rusiya müsəlmanlarının  həyat və məişəti, məktəb və maarifçiliklə bağlı problemləri haqqında məqalə və risalələrlə çıxış edirdi.

   “Tunğuc”un çap üçün məhz  Tiflisə göndərilməsi təbii idi.  Tiflis-Qafqazın  paytaxtı sayılırdı.Burada  güclü ədəbi mühit yaranmışdı.Tiflis– bir çox ziyalıların özlərinə yaşayış və iş yeri seçdikləri, doğma saydıqları, yaradıcılıq şəraiti, işgüzarlıq mühiti  olan şəhər kimi  tanınırdı.Türk dünyasının dahilərindən biri olan  M.F.Axundovun ömrünün ən maraqlı, millət və xalq üçün uğurlarla dolu olan həyatı bu şəhərdə keçmişdi. Öz dövrünün ən böyük aydınları olan şeyxülislam Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə bu şəhərdə dini fəaliyyətlə yanaşı,  səmərəli maarifçilik fəaliyyəti də göstərirdilər.

   M.Ş.Vazeh, A.Bakıxanov, İ.Qutqaşınlı kimi   XIX əsr Azərbaycan maarifçılərini  də Avropaya tanıdanTiflis ədəbi mühiti olmuşdur.

  “Əkinçi” qəzetinin redaktoru Həsən bəy Məlikovun( o, rəsmi sənədlərdə belə tanınırdı-N.N.) Şamaxı Ali İbtidai məktəbindən sonraki  bir illik gimnaziya təhsili də bu şəhərlə bağlı idi.  O, Tiflisdəki Real Gimnaziyanı qurtarandan sonra Moskva Universitetinə daxil olmuş, ali təhsilli mütəxəssis kimi bu şəhərə qayıtmışdı.

    İ.Qasprinskinin Tiflisdə sözü keçən, dar gündə ona kömək göstərməyə gücü və  qüvvəsi çatan, qələminə inandığı və   güvəndiyi çoxlu əqidə və məslək dostları var idi. Onlardan biri də “Qafqaz” qəzetinin 5 mart 1881-ci il tarixli 50- ci nömrəsində dünyanın məşhur mətbəə  və tipoqrafiya  sahibləri Franklin  və  Qutenberqlə müqayisə edilən Səid Əfəndi Ünsizadə idi.

   İ.Qasprinskinin Ünsizadələrlə tanışlığı  və  maarifçilik əməkdaşlığı 1879-cu ilin  noyabrından başlanır.

    Zaqafqaziya Əhli-Təsənni İdarəsində işləyən Səid Ünsizadənin Qafqaz rəhbərliyinə  yazdığı ərizəyə əsasən 1878-ci il   dekabrın 6-da  ona 1879-cu il yanvarın 1-dən “Ziya”adlı qəzet çıxarmağa icazə verilir. S.Ünsizadə çıxaracağı qəzetin əvvəlcədən hazırlanmış  proqramını   özünü qələm  əhli sayan ziyalılara göndərir.

   Özünü  qələm əhli sayan aydınlardan biri də İsmayıl bəy Qasprinski idi.   İsmayıl bəy “Tunğuc”un  ilk səhifəsində özünü məhz belə tanıdırdı: “Sahibi-qələm İsmail ibn Mustafa”.

   İsmayıl bəy Qasprinskinin  “Ziya”dakı ilk məqaləsi qəzetin  7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunmuşdur.  “İsmail Mirzə “ imzalı müəllif (İsmayıl bəy Qasprinski- N.N.)  “Bağçasaraydan göndərilən məktub” adı ilə verilən bu yazıda  iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və  qəzetsiz olduqlarına təəssüflənir.  O, yazının bu yerində birincı ədəbiyyatın adını çəksə  də, mətbuatdan daha çox danışır: ”Ğazetə məmləkətin lisanıdır. Ğazetələr  millətə mühafiz ola bilürlər.Ticarət və hər cins islahat  sırasında ( cərgəsində)  (fərqləndirmə,izahat, çox güman ki, S.Ünsizadənindir-N.N.)  yolgöstərici ola bilürlər. Qissəsi,( yəni gödəküz ) qəzetəsiz və ədəbiyyatsız millət sağər,  kor, dilsiz  adamə bənzər. Bu halda “Ziya”ğəzetəsi nəşr olunmasının çox faidəli,  iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. “Ziya”ğəzetəsinin gündən-günə ilərü (irəli)getməsini istəyiriz (istəyirik) və məful (adət etmiş-N.N.) edəriz. Bundan sonra  bəz-bəz “Ziya” ğəzetəxanəsinə məktub və ğeyri kağızlar göndərməgi kəndimizə borc ediriz”.

   Sonuncu cümlədəki “məktub və ğeyri kağızlar” ifadəsi çox maraqlı görünür. Biz“Tunğuc”un bu “ğeyri kağızlar”dan  birı olması qənaətinə gəlir və söhbətimizi davam etdiririk.

    İ.Qasprinski “Tunğuc”un “Sözi-əvvəl”ində(“Ön söz”də-N.N.) yazırdı: “Bundan əvvəl  taş basma ilə işbu əsəri- acizanəmizi nəşr etmək istəmişük isək  də murad hasil olmadığından bu dəfə Tiflisdə Ünsizadə həzrətlərinin basmaxanəsində nəşr etməyə qərar verdük.Hər tazə iş kibi  bizim çolpa və çəlimsiz  əsərimiz dəxi bir xeyli müzakirələrə səbəb oldu”.

   “Tunğuc”un yaranma illərində Bağçasarayda  qəzet, jurnal  və kitab çapı üçün mükəmməl mətbəə olmadığı üçün İ.Qasprinski  Rusiya  müsəlmanlarına  deyəcəyi sözləri daha tez çatdırmaq istəyir, maarifçilik görüşlərini  hamıya ucadan, var qüvvəsi ilə bəyan etməyə can atırdı.

 “Sözi-əvvəl”də oxuyuruq”: …hər nə ki yazar isək, ğərəzimiz cümlə ilə müzakirədir.Məsələn, şimdiki üsul yaşamamızın islahə möhtac bin türli nöqsanımız vardır.Əxlaqca neçə türlü dəvalara möhtac  illətlərimiz var. İştə bunları müzakirə etməli. İslahinə, dəfinə, çarəsinə  yol aramalı. Ara-sıra bunun kibi sual (məsələ)ləri meydanə qoymaq ilə bərabər lisani-tatariyyənin işlənməsinə, ilərüləməsinə çalışmaq istəriz.  Usta   və qələmkar degil isək də, vətənimizin yerişüb gələn (bəlkə də yeriyərək gələn-N.N.)   gəncləri qələm və fünun ərbabı, əməl və ğeyrət sahibləri olurlar. Hüsni- zənnilə baltalama  qələmimizi ələ alub çar (fəlsəfədə dörd ünsür: torpaq,su,hava və od )    açmayə niyyət elədük. Böylə olduqca qüsurlarımıza  baqılmasun: çala-çala  öydərirüz (öyrədirik-N.N.)deyilən kibi .Bizim qələmimiz odun isə  də, gənc vətəndaşlarımız odunları qələm edüb cümlə faidəsinə çalışurlar  ümidindəyiz.Kəndimizə gəlincə göstərildigi yolda  cüzi faidə edə bilsək,  nəfsimizcə kəmali-mükafat hesab edəriz”.

   “Tunğuc”un ön söz kimi verilən “Sözi-əvvəl”ini məcmuənin baş yazısı, İ.Qasprinskinin  yazı,üslub, əqidə və məslək manifesti kimi  başa düşmək olar.

   Məcmuənin birinci səhifəsinin tən ortasında  “Ziyayi-Qafqasiyyə” adlı yazı  şagirdin ustasına təşəkkürünə oxşayır. Bu yazı xələfin sələfinə minnətdarlığıdır: ”Qışın  şiddətində günəş görünüb fəqirləri qüvvətləndirdiği  kibi ,(”Ziya”)nın nəşri dəxi neçə müsəlmanları məmnun elədi. Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları (litoqrafiyaları –N.N.) və qəzetələri olduğu halda, biz müsəlmanların nə qəzetəsi və nə bir basmaxanəsi var idi. Amerika keyikləri (kik də oxumaq olar, geridə qalmış tayfa kimi də başa düşmək olar- N.N.) kibi cahılliq dəryasınə talmada idik, lakin üç sənədən bəri (1881-ci il -3 il = 1878 –ci il- N.N.)Tiflis  zadəganlarından Ünsizadələr (müəllif   yanılır, Ünsizadələr əslən Şamaxı şəhərindəndilər  -N.N.) Səid və Cəlal (əslində Cəlaləddindir-N.N.) Ünsızadələrin himməti  və ğeyrəti ilə Tiflisdə “Ziyayi-Qafqasiyyə” (əslində “Ziya”dır, “Qafqasiyyə” sözü “Ziya”ya sonradan əlavə olunub-N.N.) bənam bir tatar(“tatar” sözü burada türk, Azərbaycan kimi başa düşülməlidir-N.N.)  ğəzetəsi nəşr olunmaqdadır. Bunun kibi işi meydanə gətirmək hər nə qədər güc  və  müşkül  isə  də “Ziyayi-Qafqasiyyə” ğəzetəsi  qiyafət və hürufatca  və ğəzetədə  basıldığı bəndlər xəbərlərcə ilərüləməkdə olduğu aşkar olub, gənc müsəlmahlar beynində böyük məmnuniyyət hasil etmişdir”.

   Müəllif   xalqın tərəqqisində mətbu sözü   yüksək qiymətləndirirərək,  yazır ki,”ədəbiyyat və ğəzetə xəlqin sədası və lisanıdır. Gözü pərdəli və qulağı təpalu olanlara  böyük dəvadır…(üç nöqtə  burada  məqsədəyönlü şəkildə  nəyinsə buraxılmasıdır-N.N.).Bu səbəblərə görə  (Ünsizadə ) dutduğı  şərif  və əziz işlərinin daim məmnuniyyətindən maəda, işinin ilərüləməsini hər vəcə ilə etməliyiz. Bu da ərbabi-qələmin yazması  ilə oxumaq bilənlərin ğəzetəni alub  oqumaq ilə meydanə gələ bilür, nemsə,fransız və ingiliz kibi  millətlərin  binlərinə qəzetələri vardır: bəzi əkləncəyə, bəzi  ticarətə dair və bəzi tədtis və tərbiyəyə  dair və bəzi  hər türlü  şeydən  məlumatdan  xəbər verir.Vətənimiz rusiya  dəxi  bir qaç  qəzetələr çıqar: rus lisanından  maəda (başqa, qeyri –N.N. ), polyaq,nemsə, şbed, yəhudi lisanlarında  dəxi qəzetə vardır.Sair millətlər ədəbiyyat və qəzetəçiliq  ilərüləməsinə(irəliləməsinə-N.N) onunçun ğeyrət ilə çalışurlar ki, ədəbiyyat və qəzetə xalqın  sədası və lisanıdır, halının tərifçəsirir, həqiqətin duaçısıdı, gözü pərdə və qulağı  təpalu olanlara böyük dəvadır.(fərqləndirmə mənimdir-N.N.)”.

 Müəllif daha sonra yazır:

   Bu səbəblərə görə  (Ünsizadə)həzrətlərinin)tutduğu şərif və izir (əzəmətli,böyük-N.N.)  işlərinin daim  məmnuniyyətindən  maəda( başqa, əlavə , qeyri-N.N.)işinin ilərüləməsini  hər vəcə  ilə tələb etməliyiz. Bu da ərbabi-qələmin  yazmasılə  oqumaq bilənlərin  ğəzetəni alub, oqumaq ilə meydana gələ bilür”.

   “Tunğuc”dakı””Ziyayi-Qafqasiyyə” ”məqaləsini  qissədən hissə kimi də başa düşmək olar.Başqa sözlə, burada “qızım, sənə deyirəm, gəlinim,eşit” zərbi-məsəli yada düşür.İ.Qasprinski qəzetçiliklə məşğul olanları və ya olmaq istəyənləri S.Ünsizadədən nümunə    götürməyə çağırır.

   Bizcə, bu məqalə “Qafqaz” qəzetində S.Ünsizadənin  və “Ziyayi- Qafqasiyyə” qəzetinin əleyhinə yazılmış  məqalələr silsiləsinə cavab kimi yazılmışdır.(bax: “Qafqaz” qəzeti, 1881-ci il, N 39;50;55).

   18 fevral 1881-ci ildəV.V.Bezobrazov tərəfindən başlanan müzakirədə xoş sözlərlə yanaşı,iftira və böhtanlar da var idi.Qəzet redaktoru kimi S.Ünsizadə  rus dilini yaxşı bilməməkdə təqsirləndirilir, ədəbi dilin normalarını korlamaqda  günahlandırılırdı.Əslində əsas məsələ S.Ünsizadəni nüfuzdan salmaq,onun gündən-günə güclənən marifçilik fəaliyyətini gözdən salmaq idi.Müzakirənin əsas təşkilatçısı vaxtilə Rusiyanın Təbrizdə səfiri, sonralar Bakı Bəy Komissiyasının sədri olanVladimir Valeriyanoviç Bezobrazov idi. O, Saratov zadəganlarından biri kimi Peterburqda şərq dilləri üzrə təhsil almışdı. Səid Ünsizadəni qaralamaqda əsas məqsədi “Ziya” qəzetinə rəhbərlik etmək idi.

V.V.Bezobrazov ömrünün sonlarında “Terek” qəzetinin redaktoru olmuşdur.Qulağının dibindən çıxan şişdən ölmüşdür. Haqqında arxivlərdə çox az məlumat vardır. Çöx təəssüf ki, universitetlərdə  gənc jurnalist tələbələrə Vladimir Valeriyanoviç Bezobrazovu hələ də məşhur rus yazıçısı  Saltıkov-Şedrinin lisey yoldaşı və dostu kimi  tanıdırlar.Halbuki Saltıkov-Şedrinin  dostu  iqtisadçı akademik Vladimir Vladimiroviç Bezobrazovdur.

   “Qafqaz” qəzetindəki  müzakirədən  bir neçə gün sonra”Ziyayi-Qafqaziyyə”nin narın və rizə hürufatı daha aydın və oxunaqlı yazı  xətləri ilə dəyişdirildi. İki aydan sonra “Tunğuc” işıq üzü gördü, İ.Qaspirinski dostunu bədxahların böhtan və  iftiralarından qurtardı.

   “Tunğuc” məcmuəsindəki   yerləşdirmə ardıcıllığına  görə  üçüncü məqalə “Şöyləmidir, degilmidir?” başlığı ilə verilmişdir. Burada müəllifin  onu düşündürən suallarına  cavab axtarmaq  heç də həmişə   tələb olunmur. Müəllif   sual tərzində dediklərini  özü mənalandırır, oxucunu düşünməyə, nəticə çıxarmağa məcbur edir, bəzən də  onu  cəmiyyətdə  hələ də öz həllini tapmayan prollemli məsələləri dərindən araşdırmağa çağırır.Maraqlıdır ki, “Tunğuc”un bu məqaləsi “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-c- ildəki 17-ci nömrəsində olduğu kimi dərc edilmişdir. O  da maraqlıdır ki,”Tunğuc”un dili ortaq türk dilində yazılmış əsər kimi çox düşündürücüdür.Bizim fikrimizcə, ortaq   türk dili  məsələsində birincilik Səid Əfəndi Ünsizadəyə  məxsusdur. İ.Qasprinski bu işdə onun layiqli ardıcılıdır.

 

   “Şöyləmidir, degilmidir?”  məqaləsi üstü örtük ibarələrlə, Ezop manerası ilə yazılmışdır: ”Ulu vətənimiz dövləti-Rusiya iki parçadır,(Rusiyeyi-Avropa), digəri (Rusiyeyi-Aziya).Rusiyeyi-Avropa Qafqas və Dağıstan ilə bərabər on beş vilayətdə (ğuberniyda)  beş milyona qədər müsəlman vardır.Bunların əksəri tatar  türki qəbiləsindən olub,    lisanları dəxi   yek lisandır ( bir dildir-N.N.). Şöylə ki təkləmdə anlaşa bilürlər və cümləsi üçün bir lisani-ədəbiyə qullanması  küc degildir.  Qazanda yazılan bir kağız Orenburqda, Şəkidə, Bağçasarayda oqunub,  anlaşıldığı kibi , Bağçasarayın  qələm ibarəsi dəxi ol tərəflərdə lazımınca keçə bilür. Lakin nə yazı bilirüz, nə də  oqumaq  istəriz!”

   İ.Qasprinski xalqın geridə qalmasının əsas səbəbini maarif və mədəniyyət məsələlərinə biganəlik  göstərilməsində görür: ”Hər kəs  milləti əcnəbi bulub, vətəni karvansara görüb,  boğazı və nəfsi üçün bildiyinə görə çalışır, turtunur durar.Vətən və millət nədir,  tərəqqi və islahiyyət nədir, mədəniyyət  və insaniyyət fazilləri nədir, heç xəbərləri yoq kibidir. Üstü örtük söyləməyi biz bilməriz.Şöylə ki, bizcə, şimdiki üsul yaşamamız üç hərəkətdən ibarə kibidir. Çolpa-çolpa  çalışmaq, qabul- qabul aşamaq(yaşamaq-N.N.). Vəqtbəvəqt yuxlamaq! Və əlhasil: Yaşamamız insaniyyət şanınca degildir.Və lakin fəna halımız  təsdiq olunur isə nöqsanlarımız aşkar olsa, islahiyyət yolları müzakirə olsa, millət ilərüməsi üçün ağniyalar və zadəganlar və millətə məhəbbəti olan zatlar yəvaş-yəvaş ğeyrətə gəlüb millətin hər sərdə ilərüləməsinə çalışurlar zənn edəriz. Rusiyada bəhri-millət irəlüləməkdədir. Bizləri,  əlimizi, ayağımızı, gözümüzü kim bağladı? Sopa ilə əllərimiz iş üçün, başımız fikir üçün degilmidir? Dövlətimiz bizim ilərülədikimizi və rahətimizi istəyür, biz müsəlmanlara bunca ixtiyarlar (pravalar) bəxşiş etmişdir.Cümlə divanları, məktəbləri dəxi açmışdır. Kəndimizə gəlincə, cərvətkar zadəganlarımız, ağniyalarımız çoxdur.Böyük sərmayəli tüccarlarımız az degildir. Şöylə ki,  ğeyrətə gəlür isük  ilərüləmək üşün alətimiz var kibidir. On beş, igirmi sənə əvvəl bizlər kibi gerüdə olan latışlar,…, yəhudilər, qəraimlər aralarından  şimdi neçə xocalar, zabitlər,nazirlər, advaqatlar, makanaçılar çıka bilür, səbəb nə ki bizlər də bunlar kibi çalışmayaq?Bizə qalur isə də  ibtidai halda Qazan,Orenburğ,Ufa,Qacımxan, Nijni Saratof,Şəki Ajdərxan,Bağçasaray kibi  şəhərlərin cəmaətləri  məxsusi rüxsət ilə  bir cəmiyyəti-fənniyəyi  xeyriyyə tərtib edüb səbiyyə məktəbləri islahına ,mədrəsələrin tərəqisinə ,yeni sənət məktəbləri  və kitabxanələr açılmasına  çalışmalıdırlar…Bizlər zəmanəmizcə olan  beş-on məktəb beş-on kitabxanə  peyda edəməmizmi?”

    Məcmuənin 3-cü və 4-cü  səhifələrində  yerləşdirilən ”Almazıstan səyahətnaməsinin müqəddiməsi” adlı yazı da diqqəti cəlb edir.Gözəl təbiət təsviri ilə zəngin olan bu bədii parça  İ.Qasprinskinin bədii söz ustası kimi məharətli olmasından da xəbər verir:”Günlərdən bir gün səbah erkən Bağçasaray civarında Beşikdağ üstünə çıxub seyri-ətrafı təmaşeyi- bəhar eləmədə idim….. Önümdə o rəngi əcəm xəlisi kibi çiçəkli çöllər döşənmiş, bir tərəfdə qəleyi-xərabatı neçələrin kəmalının zəvalının şahidi sanasan deyirəm ki,  “Bana baq, dünyaya baq”, digər tərəfimdə   Gəncə dağı sevdigi ilə iltifat edər kibi səbah ruzgarı ilə quşların nazik səsləri qarışub mollaya şükranə münacatı kibi tatlı-tatlı ötürdi. Üzərimdə dilbərin ala gözləri  kibi təmiz  və pak göglər  çəkilmiş uzaq dağın gerüsindən məşuqum  uyqudan qalxar kibi utanub, qızarıb səmavi dilbəri kövnişən göründi”…

 “Tunğuc” məcmuəsinin sonuncu ( 4 -cü ) səhifəsindəki   materialların hamısı  gənc nəslin, mübtədi  (ibtidai)   sinif  şagirdlərinin  mütaliə mədəniyyətinin  yüksəldilməsinə  yönəldilmişdir. Buradakı lətaif, gülməcə və məsəllər türk dili anlaşılan ölkələrdə  maraqla qarşılanır.   

   İ.Qasprinskinin “Ziya” mətbəsində çap olunan ikinci məcmuəci “Şəfəq”dir.

   “Ziyayi-Qafqasiyyə” qəzetinin 27 avqust 1881—ci il tarixli 25-ci nömrəsində verilmiş “İxtar”da (xatırlamada, bildirişdə -N.N.) oxuyuruq:”Ziya”nın bugünkü nüsxəsilə göndərilən “Şəfəq” nam məcmuə keçənlərdə mətbəəmizdə təb və nəşr olunub “Ziya”nın keçən dəfə öz vəqtində çıxmağına mane olduğu üçün…məzkur məcmuədən bir nüsxə möhtərəm müştərilərimizə göndərilmişdir”.

 “Tunğuc” məcmuəsi  də “Ziyayi-Qafqasiyyə” qəzetinin  oxucularına məccani(pulsuz,parasız)  göndərilmişdir.       

   Şəfəq” məcmuəci haqqında növbəti yazılarımızın birində ətraflı söz açacağıq.

Nazim Nəsrəddinov,

 Azərbaycan Respublikasının əməkdar  müəllimi,

 Təhsil Nazirliyinin Elmi-Metodik  Şurasının Azərbaycan dili və ədəbiyyatı  bölməsinin üzvü, türkoloq

 Bakı, 18.12.2011  -  22.03.2014                               

 

 

                                Ədəbiyyat:

 

1.”Tunğuc” məcmuəsi.  Tiflis, 17 may 1881-ci il, 4 səhifə.

 2. Zühal Yüksel. Kirim Devlet Sanayi –Pedaqoji Universitesi. “Tonğucun dil ve muhteva hususiyetleri.// “İsmail Bey Gaspralı için”, səh.185-196. 

3. İsmail Bey Qaspralı için.    Ankara.Birinci  Baskı,Ekim 2004.697səh. Baş editor Hakan Kırımlı.

 4. Abid Tahirli.Bütün tütklərin tərcümanı. Bakı,”Ozan” nəşriyyatı, 2012,312 səh.

5.Nazim Nasreddinov. 130 yaşlı “Tunğuc” ve ya açılmayan kapılar,  pencereler  “Halduncezayirlioğlu”Koleksiyonu,22 aralık (dekabr)2011-ci  il.

6.Haldun Cezayirlioğlu. TONĞUÇ mecmuası. “Haldunsezayirlioğlu Kolleksiyonu”, 24 aralık 2011.  

 

 

 

 

 

 

 

 

 

 

 

                                

 


Müəllifin digər yazıları

  1. Bizə ən gərəkli - Fil hesabatı
  2. “Bağçasaraydan göndərilən məktub”
  3. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  4. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  5. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  6. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  7. Doğma yurdun qış lövhələri...
  8. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  9. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  10. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  11. Hamıya dostam mən,bir qardaşam mən
  12. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  13. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  14. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  15. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  16. Söz sözü çəkər, əgər sözün közü varsa
  17. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  18. Müəllim olanda da yaxşı müəllim olun
  19. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  20. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  21. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  22. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  23. Ay Allah bəndəsi, niyə yazıqsan?
  24. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  25. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  26. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  27. Təbrizdən kənd məktubları
  28. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  29. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  30. Dünya yaman dünyadır
  31. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  32. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  33. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  34. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  35. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  36. Sözgəlişi, ola bilər düzəlişi...
  37. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  38. Bu Dünya- Şirin Dünya.....
  39. Göz görür,ağıl kəsir....
  40. Tərcüməsiz başa düşülən tatar bayatıları
  41. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  42. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  43. Mənim nəğməli bibim - Foto
  44. Sən yazmasan,mən yazaram
  45. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  46. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  47. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  48. Qulam Məmmədli-120
  49. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  50. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  51. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  52. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  53. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  54. Bu tarix ki var, qəliz məsələ imiş......
  55. SÖZ KİMİNDİR?
  56. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  57. Mənim dualarım
  58. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  59. Təzadlar, ay təzadlar....
  60. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  61. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  62. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  63. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  64. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  65. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  66. Testdən qəsdən danışmırıq
  67. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  68. Dərsliklərimizin halı və vəziyyəti
  69. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  70. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  71. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  72. Hırsızın gözü əlyazmalara düşdü
  73. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  74. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  75. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  76. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  77. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  78. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  79. Hacı Səid Əfəndi Ünsizadə-191
  80. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  81. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  82. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  83. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  84. Bir daha Ünsizadələr haqqında
  85. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  86. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  87. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  88. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  89. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  90. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  91. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  92. Bizə hansı elmlər lazımdır və yaxud ...
  93. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  94. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  95. Soyqırımı günündə dostumu itirmişəm
  96. Bu yaz bir başqa yazdır
  97. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  98. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  99. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  100. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  101. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  102. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  103. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  104. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  105. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  106. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  107. Dərgahdan başlanan yol
  108. Fikrin ifadə formalarından biri
  109. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  110. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  111. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  112. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  113. Təhsil tariximizin maraqlı səhifələri
  114. Təhsil tariximizdən maraqlı səhifələri
  115. Akademiklərin cərgəsindəki müəllim
  116. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  117. Mübarizə bu gün də var,sabah da...
  118. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  119. "Əkinçi" qəzeti-140
  120. Mustafanın Çanakkala məktubu
  121. Məktəbdə elm və texnologiya həftəsi
  122. Mübarizə bu gün də var, yarın da....
  123. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  124. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  125. Yazımızın tarixi-özümüzün tarixi
  126. Fikrət Sadıq -Dədə Qorqud
  127. Tədqiqatçı öz fikrində israrlıdır
  128. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  129. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  130. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  131. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  132. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  133. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  134. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  135. "Bağçasaraydan göndərilən məktub"
  136. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  137. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  138. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  139. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  140. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  141. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  142. Abdulla Şaiqin uşaq bağçası
  143. "Ziya"nın biblioqrafiyası
  144. Kasıblığın üzü qara olsun
  145. Bu gün M.Ə.Sabirin ad günüdür
  146. Keçən günə gün çatarmı ... - Fotolar
  147. Elmə yönələn yolun başlanğıcı - FOTO
  148. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  149. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  150. Ucundadır dilimin həqiqətin böyüyü ...
  151. İlk hesab dərsliyimiz
  152. Yusif Vəzirovun kölgədə qalan yazıları
  153. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  154. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  155. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  156. Dərslik, dərslik, yenə də dərslik...
  157. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  158. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  159. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  160. "ZİYA"lı ziyalı - Foto
  161. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5973 san