12:43 03 May 2016
20350 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Müs­tə­qil­li­yi­ni bər­pa et­miş Azər­bay­ca­nın qar­şı­sın­da öl­kə­nin iq­ti­sa­di əsas­la­rı­nın ya­ra­dıl­ma­sı və­zi­fə­si du­rur­du. SSRİ if­la­sa uğ­ra­yar­kən bu bö­yük im­pe­ri­ya­nın va­hid iq­ti­sa­di mə­ka­nı par­ça­lan­dı. Hər bir ye­ni ya­ran­mış döv­lə­tin pa­yı­na ümu­mi iq­ti­sa­di po­ten­sia­lın mü­vaf­diq his­sə­si düş­sə də, bü­tün sa­hə­lər­də hökm sü­rən hərc-mərc­lik, tə­sər­rü­fat da­ğı­nıq­lı­ğı, böh­ran hə­ya­tı if­lic və­ziy­yə­ti­nə sal­mış­dı. Bu za­man, bir tə­rəf­dən müs­tə­qil­li­yə qo­vuş­maq­la əla­qə­dar müs­tə­qil öl­kə­nin iq­ti­sa­diy­ya­tı­nı for­ma­laş­dır­maq, da­ğın­tı­lar için­də ta­lan edil­miş tə­sər­rü­fa­tı aya­ğa qal­dır­maq la­zım idi. Di­gər tə­rəf­dən isə so­sia­list ic­ti­mai-iq­ti­sa­di sis­te­min­dən im­ti­na edil­di­yin­dən ya­ran­maq­da olan öl­kə iq­ti­sa­diy­ya­tı­nı ye­ni mü­na­si­bət­lər sis­te­mi əsa­sın­da qur­maq tə­ləb olu­nur­du. Müs­tə­qil­lik tək­cə onun bə­yan edil­mə­si de­yil­di. Onun ən va­cib şər­ti bu müs­tə­qil­li­yin bü­tün sa­hə­lər­də tə­mi­na­tı­na na­il olun­ma­sı idi.
Əl­ve­riş­li tə­biə­ti, bö­yük tə­bii eh­ti­yat­la­rı və əmək re­surs­la­rı­, zən­gin mə­də­niy­yə­ti olan Azər­bay­can iq­ti­sa­diy­ya­tı bö­yük po­ten­sia­la malik idi. La­kin ya­ran­mış böh­ran və­ziy­yə­tin­də onun düz­gün is­ti­fa­də­si, is­ti­qa­mət­lən­di­ril­mə­si, ida­rə edil­mə­si xü­su­si ya­naş­ma tə­ləb edir­di. Azər­bay­ca­nın iq­ti­sa­di po­ten­sia­lın­da kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı əsas yer tu­tur­du. La­kin bu eh­ti­yat­lar əbə­di de­yil­dir və mü­əy­yən müd­dət­dən son­ra tü­kən­mə­si la­büd­dür. Bu­na gö­rə də yal­nız bu po­ten­sia­la gü­və­nə­rək iq­ti­sa­diy­ya­tın bir­tə­rəf­li in­ki­şa­fı­na rə­vac ver­mək, öl­kə­nin bu eh­ti­yat­lar­dan ası­lı­lı­ğı ilə ba­rış­maq gə­lə­cək­də prob­lem­lər üçün zə­min ya­ra­dır. Azər­bay­can Res­pub­li­ka­sın­da iq­ti­sa­diy­ya­tın pers­pek­tiv­li sa­hə­lə­rin­dən bi­ri də tu­rizm idi.
Azər­bay­can­da tu­rizm hə­lə So­vet­lər döv­rün­də mü­əy­yən qə­dər in­ki­şaf et­miş­di. Bu­ra­da SSRİ tu­rizm ida­rə­çi­li­yi sis­te­mi­nə da­xil olan mü­əy­yən qu­rum­lar da ya­ran­mış və
in­ki­şaf et­miş­di­lər. Res­pub­li­ka­da sa­na­to­ri­ya ku­rort mü­əs­si­sə­lə­ri, is­ti­ra­hət zo­na­la­rı fəa­liy­yət gös­tər­miş­dir. Hə­min dövr­də Azər­bay­can SSR-də tu­rizm sə­na­ye­si­nin tə­mə­li­nin ya­ran­ma­sı işin­də Hey­dər Əli­ye­vin hə­lə müs­tə­qil­li­yə qə­dər­ki fəa­liy­yə­ti döv­rün­də gör­dü­yü iş­lə­ri qeyd et­mək la­zım­dır. XX əs­rin 70-80-ci il­lə­rin­də sa­na­to­ri­ya-ku­rort mü­əs­si­sə­lə­ri­nin şə­bə­kə­si xey­li ge­niş­lən­di­ril­miş­di. 1984-cü il­də Azər­bay­can­da Xə­zər­sa­hi­li zo­na­da ümu­mit­ti­faq əhə­miy­yət­li ku­ror­tun ya­ra­dıl­ma­sı haq­qın­da qə­ra­rın ve­vil­mə­sin­də o za­man SSRİ Na­zir­lər So­ve­ti­ səd­ri­nin bi­rin­ci müa­vi­ni pos­tu­nu tu­tan Hey­dər Əli­ye­vin səy­lə­ri mü­hüm rol oy­na­mış­dır.
La­kin 1980-ci il­lə­rin axır­la­rın­da SSRİ mə­ka­nın­da baş ve­rən dra­ma­tik ha­di­sə­lər və zid­diy­yət­li pro­ses­lə­rin baş­la­ma­sı ilə tək­cə Azər­bay­can­da de­yil, bü­tün it­ti­faq əra­zi­sin­də tu­rizm sə­na­ye­si­nə də ağır zər­bə vu­ru­lur. SSRİ-nin par­ça­lan­ma­sı və müs­tə­qil döv­lət­lə­rin ya­ran­ma­sı döv­rün­də isə tu­rizm sə­na­ye­si son də­rə­cə ağır və­ziy­yə­tə dü­şür. Müs­tə­qil Azər­bay­can­da tu­riz­min in­ki­şa­fı So­vet döv­rün­dən qal­ma cü­zi tə­məl üzə­rin­dən start gö­tür­mə­li idi.
Müs­tə­qil­li­yin ilk il­lə­rin­də tu­riz­min köh­nə dövr­dən qal­ma po­ten­sia­lın­dan is­ti­fa­də et­mək­dən söh­bət ge­də bil­məz­di. So­si­al –iq­ti­sa­di sı­xın­tı­lar için­də bo­ğu­lan, hər­bi tə­ca­vü­zə mə­ruz qal­mış bir ol­kə­də tu­rizm­dən da­nış­maq, öl­kə­yə tu­rist cəlb et­mək, bir söz­lə, tu­rizm sə­na­ye­si­nin az-çox fəa­liy­yə­ti­ni tə­min et­mək üçün şə­ra­it yox idi. Bu mə­na­da Azər­bay­ca­nın ma­lik ol­du­ğu so­vet döv­rün­dən qal­ma cü­zi inf­rast­ruk­tur, bir də onun ya­ra­dıl­ma­sı və in­ki­ş­af et­di­ril­mə­si üçün də­yər­li ola bi­lə­cək tə­bii və mə­də­ni eh­ti­yat­lar idi.
Onun təd­ri­cən dir­çəl­dil­mə­si və in­ki­şaf et­di­ril­mə­si yal­nız öl­kə iq­ti­sa­diy­ya­tı­nın dir­çəl­dil­mə­si, öl­kə­də əmin-aman­lı­ğın tə­min edil­mə­si, əha­li­nin mad­di ri­fa­hı­nın yük­səl­dil­mə­si, mü­ha­ri­bə­ və təx­ri­bat­la­rın qar­şı­sı­nın alın­ma­sı şə­rai­tin­də müm­kün idi. Tu­rizm sa­hə­si­nin gənc Azər­bay­can Res­pub­li­ka­sı üçün va­cib ol­ma­sı tək­cə onun özü­nün bu sa­hə­də ma­lik ol­du­ğu po­ten­sia­lın­dan irə­li gəl­mir. Müa­sir dövr­də tu­rizm dün­ya öl­kə­lə­ri­nin bö­yük ək­sə­riy­yə­tin­də apa­rı­cı sa­hə­lər­dən bi­ri­ni təş­kil edir.
Dün­ya iq­ti­sa­diy­ya­tın­da tu­rizm nis­bə­tən ca­van sa­hə­dir. O, qə­dim ta­ri­xə ma­lik ol­sa da, öl­kə­lə­rin iq­ti­sa­diy­ya­tın­da yal­nız son yü­zil­lik ər­zin­də da­ha bö­yük ak­tu­al­lıq kəsb et­miş, da­ha çox gə­lir gə­ti­rən sa­hə­lər­dən bi­ri­nə çev­ril­miş­dir. Xü­su­si­lə İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­dən son­ra in­ki­şaf et­miş öl­kə­lə­rin ək­sə­riy­yə­tin­də bir iq­ti­sa­diy­yat sa­hə­si ki­mi ona bö­yük ma­raq gös­tə­ri­lir. Tu­riz­min be­lə ak­tu­al­laş­ma­sı­nın sə­bə­bi bir tə­rəf­dən in­san­la­rın sə­ya­hət­lə­rə, ma­raq­lı is­ti­ra­hə­tə mey­li­nin art­ma­sı idi­sə, di­gər tə­rəf­dən elm və tex­no­lo­gi­ya­la­rın in­ki­şa­fı sa­yə­sin­də nəq­liy­ya­tın və kom­mu­ni­ka­si­ya­nın güc­lən­mə­si, müx­tə­lif sə­bəb­lər­dən ge­diş-gə­li­ş im­kan­la­rı­nın ge­niş­lən­mə­si idi. Qlo­bal­laş­ma şə­rai­tin­də dün­ya bü­töv­ləş­dik­cə in­san­la­rın əla­qə­yə gir­mək, bir­gə mü­za­ki­rə­lər ke­çir­mək, dün­ya­nın ma­raq­lı yer­lə­rin­də ol­maq, ye­ni-ye­ni əra­zi­lər və ora­da ya­şa­yan in­san­lar­la, on­la­rın mə­də­niy­yə­ti ilə ta­nış ol­maq eh­ti­ya­cı da güc­lə­nir.
Tu­rizmin iq­ti­sa­diy­ya­tın gə­lir­li və ma­raq­lı is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­mə­si ilə onun bey­nəl­xalq aləm­də təş­ki­lat­lan­ma­sı pro­se­si də baş­la­yır. Onun gün­bə­gün da­ha çox re­gi­on­la­rı və döv­lət­lə­ri əha­tə et­mə­si bu pro­se­si şərt­lən­di­rir­di. Qeyd olun­du­ğu ki­mi, ar­tıq XX əs­tin II ya­rı­sın­da tu­rizm dün­ya öl­kə­lə­ri­nin iq­ti­sa­diy­ya­tı­nın ən mü­hüm sa­hə­lə­rin­dən bi­ri­nə çev­ri­lir. 1947-ci il­də “Rəs­mi Tu­rist Təş­ki­lat­la­rı­nın Bey­nəl­xalq Bir­li­yi” ya­ra­nır. 1975-ci il­də bu təş­ki­lat Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı (ÜTT) ki­mi fəa­liy­yə­ti­ni da­vam et­di­rir. Azər­bay­can 2001- ci il sent­yabr ayın­da Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı­na üzv qə­bul edil­miş­dir. (1)
Müa­sir dövr­də bey­nəl­xalq tu­rizm ba­za­rı struk­tur ba­xı­mın­dan sü­rət­lə in­ki­şaf edir. Bey­nəl­xalq tu­rizm dün­ya­da ÜDM-in 9.5%-ni təş­kil edir. Bu sa­hə­də dün­ya üz­rə rəs­mi ola­raq 266 mil­yon nə­fər ça­lı­şır. Son 10 il­də tu­riz­min ümu­mi ÜDM-də pa­yı hər il üz­rə 4% art­mış­dır. 2012 – ci il­də dün­ya­da tu­rist­lə­rin sa­yı 1 mil­yard­lıq həd­di aşır. Hə­min il on­la­rın sa­yı 1 035 milyon nə­fə­rə ça­tır. 2013 – cü il­də dün­ya­da tu­rist­lə­rin sa­yı 5% ar­ta­raq növ­bə­ti re­kord həd­də – 1087 milyon nə­fə­rə çat­mış­dır.(2, s.5-6)
Be­lə bir şə­ra­it­də müs­tə­qil­li­yə qə­dəm qoy­muş Azər­bay­can bu pro­ses­lər­dən kə­nar­da qa­la bil­məz­di. Tu­riz­min həm dün­ya iq­ti­sa­diy­ya­tın­da ye­ri, həm də Azər­bay­ca­nın ma­lik ol­du­ğu po­ten­si­al onun qey­ri-neft sek­to­ru­na al­ter­na­tiv sa­hə ki­mi önəm ver­mə­si­ni zə­ru­ri edir­di. Bu­na gö­rə də bu sa­hə­nin in­ki­şa­fı üçün şə­ra­it ol­ma­dı­ğı ilk dövr­lər­də be­lə Azər­bay­can­da zə­ru­ri ad­dım­lar atıl­ma­ğa baş­la­mış­dı. 1991-ci il­də Na­zir­lər Ka­bi­ne­ti nəz­din­də Tu­rizm Şö­bəsi ya­ra­dıl­dı. O za­man iq­ti­sa­diy­ya­tın di­gər sa­hə­lə­ri ki­mi tu­riz­min in­ki­şa­fı üçün ilk ad­dım­lar atıl­sa da onun ye­ni­dən dir­çəl­dil­mə­si üçün za­man tə­ləb olu­nur­du.Onun mad­di-tex­ni­ki ba­za­sı­nın da­ğıl­ma­sı, öl­kə da­xi­lin­də möv­cud olan pə­ra­kən­də­lik, er­mə­ni­lə­rin Azər­bay­ca­na et­di­yi hər­bi tə­ca­vüz, təh­lü­kə­siz­lik prob­le­mi­nin kəs­kin­li­yi tu­riz­mə ağır zər­bə vu­rur­du.
Tu­rizm sa­hə­si­nin in­ki­şa­fın­da əsas­lı dir­çə­liş 1990-cı il­lə­rin axı­rı – ye­ni əs­rin əv­vəl­lə­rin­də mü­şa­hi­də edil­mə­yə baş­la­dı. 1999-cu il­də “Tu­rizm haq­qın­da” qa­nun qə­bul edi­lir. Bu ha­di­sə tu­rizm sa­hə­si­nə bö­yük irə­li­lə­yi­şin baş­la­ma­sı­nın gös­tə­ri­ci­si ol­du. Qeyd olun­du­ğu ki­mi, Azər­bay­ca­nın 2001-ci il­də Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı­na qo­şul­ma­sı onun bey­nəl­xalq miq­yas­da cid­di fəa­liy­yə­ti üçün şə­ra­it ya­ra­dır.
Ye­ni əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın hə­ya­tın­da ye­ni bir mər­hə­lə baş­la­yır. Əgər bun­dan əv­vəl­ki döv­rü öl­kə­nin ic­ti­mai hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də müs­tə­qil döv­lət­çi­li­yin bər­qə­rar ol­ma­sı, gə­lə­cək in­ki­şa­fın star­tı­nın ve­ril­mə­si döv­rü ki­mi xa­rak­te­ri­zə et­mək olur­sa, bun­dan son­ra­kı dövr hə­min iş­lə­rin öz bəh­rə­si­ni ver­mə­si döv­rü ki­mi sə­ciy­yə­vi­dir. Əv­vəl­ki il­lər ər­zin­də Ulu Ön­dər Hey­dər Əli­ye­vin rəh­bər­li­yi al­tın­da ya­ra­dıl­mış fun­da­ment Azər­bay­ca­nın ye­ni mər­hə­lə­də öz po­ten­sia­lı­nı tam şə­kil­də gös­tər­mə­si və hə­ya­tın bü­tün sa­hə­lə­rin­də əhə­miy­yət­li nə­ti­cə­lər əl­də edə­rək özü­nü re­gio­nal li­der döv­lət ki­mi təs­diq et­mə­si­ni tə­min et­di.
Azər­bay­ca­nın iq­ti­sa­di in­ki­şa­fın­da neft ami­linin əvəz­siz ye­ri var­dır. Müs­tə­qil­lik döv­rün­də Hey­dər Əli­ye­vin rəh­bər­li­yi al­tın­da iş­lə­nib ha­zır­lan­mış və re­al­laş­dı­rıl­ma­ğa baş­la­mış neft stra­te­gi­ya­sı bu döv­lə­tin iq­ti­sa­di əsas­la­rı­nın for­ma­laş­ma­sın­da fun­da­men­tal rol oy­na­yır. La­kin elə hə­min dövr­də də neft stra­te­gi­ya­sı­nı işə sal­maq­la ya­na­şı Hey­dər Əli­ye­vin iq­ti­sa­di in­ki­şaf kon­sep­si­ya­sın­da qey­ri-neft sek­to­ru­nun dir­çəl­dil­mə­si və öl­kə iq­ti­sa­diy­ya­tın­da onun öz ye­ri­ni tut­ma­sı va­cib mə­qam­lar­dan bi­ri ki­mi diq­qə­ti cəlb edir. Qey­ri-neft sek­to­ru­nun ən pers­pek­tiv­li və cəz­be­di­ci sa­hə­lə­ri içə­ri­sin­də tu­riz­min pa­yı ki­fa­yət qə­dər bö­yük­dür. Bu sa­hə­nin in­ki­şa­fı üçün Azər­bay­ca­nın ma­lik ol­du­ğu po­ten­si­al döv­lə­tin ona mü­na­si­bət­də hə­ya­ta ke­çir­di­yi proq­ram­la­rın düz­gün­lü­yü­nü bir da­ha təs­diq edir.
Tu­rizm iq­ti­sa­diy­ya­tın di­gər sa­hə­lə­rin­dən bir sı­ra xü­su­siy­yət­lə­ri­nə gö­rə fərq­lə­nir­. O, ic­ti­mai-iq­ti­sa­di hə­ya­tın de­mək olar ki, bü­tün sa­hə­lə­ri ilə sıx bağ­lıdır. Onun nor­mal in­ki­şa­fı isə cə­miy­yə­tin mü­əy­yən sə­viy­yə­də mi­ni­mum ri­fa­hı­nın tə­min edil­mə­si­ni tə­ləb edir­. Bu­na gö­rə cə­miy­yət­də olan müs­bət və mən­fi amil­lər tu­rizm sa­hə­sində öz mü­va­fiq tə­si­ri­ni gös­tə­rir­.
2000-ci il­lə­rin or­ta­la­rın­da iq­ti­sa­di in­ki­şaf­da əl­də olun­muş nai­liy­yət­lər, trans­mil­li la­yi­hə­lə­rin işə düş­mə­si so­si­al-iq­ti­sa­di hə­ya­tın bü­tün sa­hə­lə­rin­də ge­niş fəa­liy­yət üçün şə­ra­it ya­rat­dı. Öl­kə­də apa­rı­cı neft sek­to­ru­na al­ter­na­tiv ola bi­lə­cək sa­hə­lər­dən bi­ri ki­mi tu­riz­mə də xü­su­si diq­qət ye­ti­ri­lir, onun güç­lü mad­di-tex­ni­ki ba­za­sı­nın ya­ra­dıl­ma­sı, ida­rəe­dil­mə­si sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si, in­for­ma­si­ya ba­za­sı­nın ya­ra­dıl­ma­sı, bu sa­hə­də xid­mə­tin mü­va­fiq sə­viy­yə­yə qal­dı­rıl­ma­sı, onun üçün pe­şə­kar kadr­la­rın ha­zır­lan­ma­sı is­ti­qa­mə­tin­də iş­lə­rə tə­kan ve­ril­di.
2001-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı Gənc­lər və İd­man na­zir­li­yi­nin fəa­liy­yə­ti­nə tu­tizm xü­su­si bir is­ti­qa­mət ki­mi əla­və edil­di. Bu na­zir­lik Cənc­lər, İd­man və Tu­rizm Ha­zir­li­yi ad­lan­ma­ğa baş­la­dı. 2006-cı il­dən eti­ba­rən isə tu­rizm sa­hə­si­nin ida­rə edil­mə­si funksi­ya­sı ye­ni­dən ya­ra­dıl­mış Mə­də­niy­yət və tu­rizm na­zir­li­yi­nin sə­la­hiy­yə­ti­nə da­xil edil­di. Elə hə­min vaxt­lar­dan baş­la­ya­raq tu­rizm sa­hə­sin­də iş­lər əhə­miy­yət­li də­rə­cə­də ge­niş­lən­di­ril­di. Bir-bi­ri­nin ar­dın­ca “Tu­riz­min in­ki­şa­fı üz­rə döv­lət proq­ram­la­rı­nın” qə­bu­lu və hə­ya­ta ke­çi­ril­mə­si döv­lə­tin bu sa­hə­yə ayır­dı­ğı diq­qə­ti nü­ma­yiş et­di­rir­di. İlk be­lə proq­ram 2002-2005-ci il­lər­də tu­riz­min in­ki­şa­fı­nı nə­zər­də tu­tan döv­lət proq­ra­mı ol­du. Döv­lə­tin bu sa­hə­yə xü­su­si diq­qət ayır­ma­sı sa­yə­sin­də bu­ra­da bö­yük irə­li­lə­yiş mü­şa­hi­də olun­ma­qa baş­la­yır.
Öl­kə­də tu­rizm sfe­ra­sı­na diq­qə­tin ar­tı­rıl­ma­sı ar­tıq 2000-ci il­lə­rin əvəl­lə­rin­dən bu sa­hə­nin gös­tə­ri­ci­lə­rin­də özü­nü bü­ru­zə ve­rir. Öl­kə­yə gə­lən və xa­ri­ci öl­kə­lə­rə ge­dən tu­rist axı­nı gün­bə­gün güc­lə­nir. Tu­rizm in­dust­ri­ya­sı­nın eh­ti­yac­la­rı­nın təd­ri­cən ödə­nil­mə­si onun in­ki­şa­fı­nın ye­ni həd­lə­ri­ni açır.
Azər­bay­can Res­pub­li­ka­sı­na həm tu­rist ki­mi, həm də müx­tə­lif məq­səd­lər­lə sə­fər edən xa­ri­ci və­tən­daş­la­rın sa­yı il­dən-ilə ar­tır. Bü­tov­lük­də on­la­rın qar­şı­lan­ma­sı, yer­ləş­di­ril­mə­si və di­gər xid­mət­lər­lə əha­tə edil­mə­si tu­rizm sek­to­ru­na aid olan struk­tur­la­rın üzə­ri­nə dü­şür. Bu­na gö­rə də ölkəyə gələnlər ara­sın­da qə­ti fərq qoy­maq o qə­dər də düz­gün de­yil­dir.
Döv­lə­tin tu­rizm sa­hə­sin­də iş­lə­ri bir ne­çə is­ti­qa­mət­də apa­rı­lır­dı. On­la­rın sı­ra­sı­na tu­rizm qa­nun­ve­ri­ci­li­yi­nin güc­lən­di­ril­mə­si, tu­rizm inf­rast­ruk­tu­ru­nun ya­ra­dıl­ma­sı, tu­rizm kadr­la­rı­nın ha­zır­lan­ma­sı, tu­rizm sfe­ra­sı­nın ida­rə e­dil­mə­sin­də iş­lə­rin tək­mil­ləş­di­ril­mə­si, tu­rizm sa­hə­sin­də biz­nes struk­tur­la­rı­na dəs­tək ve­ril­mə­si və s. da­xil idi.
Öl­kə­nin tu­rizm sə­na­ye­si­ni pe­şə­kar kadr­lar­la tə­min et­mək üçün döv­lət təh­sil mü­əs­si­sə­lə­rin­də bu ix­ti­sas yö­nüm­lü is­ti­qa­mə­ti ge­niş­lən­di­rir. 2006-cı il­də isə pre­zi­den­tin fər­ma­nı ilə Azər­bay­can Tu­rizm İns­ti­tu­tu tə­sis edi­lir. Ya­ran­dı­ğı gün­dən tu­rizm ins­ti­tu­tu sa­hə­nin kadr prob­le­mi­ni həll et­mək üçün ge­niş fəa­liy­yət proq­ra­mı­nı hə­ya­ta ke­çi­rir. Ye­ni stan­dart­lar­la təd­ris pro­se­si­nə baş­la­yan ATİ elə ilk gün­dən Av­ro­pa­nın qa­baq­cıl uni­ver­si­tet­lə­ri ilə sıx əmək­daş­lıq edir, bir­gə proq­ram­lar əsa­sın­da təd­ri­si hə­ya­ta ke­çi­rir. Avst­ri­ya­nın, Al­ma­ni­ya­nın, Fran­sa­nın, İs­pa­ni­ya­nın, Yu­na­nıs­ta­nın uni­ver­si­tet­lə­ri ilə tə­lə­bə mü­ba­di­lə­si çər­çi­və­sin­də müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən ha­zır­lıq pro­se­si­ni qur­ma­ğa ça­lı­şır. 2014-cü il­dən ATİ Azər­bay­can Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­ti ki­mi fəa­liy­yə­ti­ni da­vam et­di­rir və onu da­ha da ge­niş­lən­di­rir. 2006-cı il­də fəa­liy­yə­tə baş­la­yan bu ali təh­sil mü­əs­si­sə­sin­də 10 il ər­zin­də yüz­lər­lə mü­tə­xəs­sis ye­tiş­di­ril­miş­dir. On­lar ha­zır­da gün­bə­gün ge­niş­lən­mək­də olan tu­rizm sfe­ra­sı­nın müx­tə­lif is­ti­qa­mət­lə­rin­də fəa­liy­yət gös­tə­rir­lər. (3)
Elə hə­min dövr­dən eti­ba­rən tu­riz­min sta­tis­tik gös­tə­ri­ci­lə­rin­də cid­di irə­li­lə­yiş mü­şa­hi­də olun­ma­ğa baş­la­yır. İnf­rast­ruk­tu­run güc­lən­mə­sin­də nai­liy­yət­lər əl­də edi­lir. Azər­bay­ca­na gə­lən tu­rist­lə­rin sa­yı da il­bə­il ar­tır. 2008-ci il­də öl­kə­yə gə­lən tu­rist­lərin sa­yı 1 mil­yon nə­fə­ri ke­çir. xa­ri­ci 2011-ci il­də bu­ra­ya gə­lən xa­ri­ci və­tən­daş­la­rın bö­yük his­sə­si­ni tu­rizm məq­sə­di ilə gə­lən­lər təş­kil edir. Ar­tıq 2013-cü il­də öl­kə­mi­zə gə­lən xa­ri­ci və­tən­daş­la­rın sa­yı 2508,9 min nə­fər ol­muş­dur. Öl­kə­mi­zə gə­lən xa­ri­ci və­tən­daş­lar ara­sın­da apa­rıl­mış sor­ğu­nun nə­ti­cə­lə­ri­nə əsa­sən əc­nə­bi və­tən­daş­la­rın 2129,5 min nə­fə­ri (84,9 fai­zi) öl­kə­mi­zə tu­rizm məq­sə­di­lə sə­fər et­miş­dir. (4)
2014-cü il­də tu­rizm məq­sə­di­lə öl­kə­mi­zə gə­lən xa­ri­ci və­tən­daş­la­rın sa­yı 2013-cü il­lə mü­qa­yi­sə­də 1,4 % ar­ta­raq 2159,7 min nə­fər ol­muş­dur.(5)
Azər­bay­ca­na tu­rist axı­nı­nın güc­lən­mə­si, onun dün­ya tu­rizm sis­te­mi­nə in­teq­ra­si­ya­sın­da bü­tün baş­qa amil­lər­lə ya­na­şı öl­kə­də sa­bit­li­yin tə­min edil­mə­si, to­le­rant­lıq mü­hi­ti­nin dəs­tək­lən­mə­si və təl­qin edil­mə­si is­ti­qa­mə­tin­də Azər­bay­can ha­ki­miy­yə­ti­nin ye­rit­di­yi si­ya­sə­tin əhə­miy­yə­ti­ni qeyd et­mək va­cib­dir.
Azər­bay­can­dan xa­ri­ci öl­kə­lə­rə tu­rist­lə­rin get­mə­si işi­nin təş­ki­li də onun mü­hüm is­ti­qa­mət­lə­rin­dən bi­ri­dir. Bu is­ti­qa­mət­də də tu­rist­lə­rin sa­yın­da ar­tım mü­şa­hi­də edil­mək­də­dir.
Otel­lə­rin sa­yı­nın və key­fiy­yə­ti­nin yük­səl­dil­mə­si, nəq­liy­yat sa­hə­sin­də ye­ni­lik­lər, is­ti­ra­hət zo­na­la­rı­nın ya­ra­dıl­ma­sı, in­for­ma­si­ya – rek­lam iş­lə­ri­nin güc­lən­di­ril­mə­si, il­bə­il öz müs­bət nə­ti­cə­lə­ri­ni gös­tə­rir. 2004-cü il­də otel­lə­rin sa­yı 238-dən 2013-cü il­də 530-a ça­tır. Re­gi­on­lar­da olan aero­port­la­rın ye­ni­dən qu­rul­ma­sı, tu­rizm üçün əhə­miy­yət­li re­gi­on­lar­da aero­port­la­rın in­şa­sı nəq­liy­yat prob­le­mi­ni həll et­mə­yə im­kan ve­rir.

2004 – 2013-cü il­lər üçün meh­man­xa­na­lar haq­qın­da mə­lu­mat (6)

2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
Meh­man­xa­na, meh­man­xa­na tip­li mü­əs­si­sə­lə­rin sa­yı (va­hid) 238 262 285 320 370 452 499 508 514 530
Nöm­rə­lə­rin (otaq­la­rın) sa­yı (va­hid) 9827 10661 11403 11829 12789 13964 14158 14815 15898 16559


Son 10 il­də öl­kə­də yük­sək ka­te­qo­ri­ya­lı otel­lə­rin sa­yı 2 də­fə ar­tı­rıl­mış­dır. Ye­ni otel­lə­rin içə­ri­sin­də çox məh­şur dün­ya brend­lə­ri də var­dır. On­lar­dan Fo­ur Sea­sons Ho­tel Ba­ku, Hyatt Re­gency, JW Mar­ri­ott Abs­he­ron Ba­ku Ho­tel, Ju­mei­rah Bil­gah Be­ach Ho­tel, Grand Ho­tel Euro­pe, Hil­ton Ba­ku, Kem­pins­ki Ho­tel Ba­dam­da­rı və s. gös­tər­mək olar. Ar­tıq re­gi­on­lar­da xey­li “5 ul­duz­lu” otel­lər is­ti­fa­də­yə ve­ril­miş­dir.
2010-cu il­də “Azər­bay­can Res­pub­li­ka­sın­da 2010-2014-cü il­lər­də tu­riz­min in­ki­şa­fı­na da­ir”  Döv­lət Proq­ra­mı  qə­bul olun­du. Bu proq­ram­da re­gi­on­lar­da tu­riz­min in­ki­şaf et­di­ril­mə­si, ora­da tu­rizm in-f­rast­ruk­tu­ru­nun güc­lən­di­ril­mə­si, xid­mə­tin key­fiy­yə­ti­nin yük­səl­dil­mə­si, mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ay­rı­lır.
Döv­lət Proq­ra­mı­nın  qə­bul edil­mə­si  tu­riz­min in­ki­şa­fı­na güc­lü tə­kan ver­di.  Bu vax­ta ki­mi proq­ra­mın ic­ra­sı çər­çi­və­sin­də re­gi­on­lar­da tu­riz­min müx­tə­lif növ­lə­ri­ni in­ki­şaf et­dir­mək, tu­rizm xid­mə­ti ob­yekt­lə­ri­nə yer­li tu­rizm şir­kət­lə­ri­nin sə­fər­lə­ri­ni  mü­tə­ma­di şə­kil­də təş­kil et­mək, ey­ni za­man­da  da­xi­li tu­rizm ba­za­rı­nın fə­al­lı­ğı­nı ar­tır­maq məq­sə­di­lə mü­va­fiq la­yi­hə­lər hə­ya­ta ke­çi­ril­miş­dir. Yer­lər­də tu­rizm in­for­ma­si­ya mər­kəz­lə­ri şə­bə­kə­si ge­niş­lən­di­ri­lir.(7)
2010 - 2014-cü il­lər­də tu­riz­min in­ki­şa­fı­na da­ir Döv­lət Proq­ra­mı”nın ic­ra­sı çər­çi­və­sin­də “Azər­bay­can­da pal­çıq vul­kan­la­rı” tu­rizm nö­vü üz­rə tur­la­rın təş­ki­li məq­sə­di­lə 2012-ci ilin 04 may ta­ri­xin­də Qa­ra­dağ ra­yo­nu əra­zi­lə­rin­də Lök­ba­tan, Daş­gil və Qo­tur­dağ­da “Pal­çıq vul­ka­nı” eko­tu­rizm marş­ru­tu üz­rə in­fo­tur ke­çi­ril­miş­dir. Şə­ki ra­yo­nu əra­zi­sin­də­ki atüs­tü tu­rizm marş­ru­tu üz­rə Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin xa­ti­rə­si­nə həsr olun­muş mil­li atüs­tü tu­rist yü­rü­şü ke­çi­ril­miş­dir. Ba­kı­da ke­çi­ri­lən “Euro­vi­si­on” mah­nı mü­sa­bi­qə­si ilə bağ­lı şə­hə­ri­mi­zə gə­lən qo­naq­la­rın müx­tə­lif çe­şid­li eks­kur­si­ya proq­ram­la­rı­nın tə­min edil­mə­si ilə bağ­lı Ba­kı şə­hə­ri üz­rə 3 şə­hər tu­ru proq­ra­mı və re­gi­on üz­rə 1 eks­kur­si­ya proq­ra­mı ha­zır­la­na­raq hə­ya­ta ke­çi­ril­miş­dir. (8, s.78)
Azər­bay­ca­na tu­rist­lə­rin gəl­mə­sin­də sə­nəd­ləş­mə­ni sa­də­ləş­dir­mək üçün ye­ni bir cid­di ad­dım atı­lır. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti 20 no­yabr 2012-ci il­də «Azər­bay­can Res­pub­li­ka­sı­na gə­lən əc­nə­bi­lər və və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lə­rə vi­za rəs­mi­ləş­di­ril­mə­si sa­hə­sin­də tə­xi­rə­sa­lın­maz tədbir­lər haq­qın­da» 2577 nöm­rə­li Sə­rən­cam im­za­la­yır. Onun ic­ra­sı­nın tə­min edil­mə­si məq­sə­di­lə 15 mart ta­ri­xin­dən elekt­ron vi­za sis­te­mi­nin tət­bi­qi­nə baş­la­nıl­mış­dir.(9, s. 60)
Re­gi­on­la­rın in­ki­şa­fı üz­rə döv­lət proq­ram­la­rı­nın qə­bu­lu və re­al­laş­dı­rıl­ma­sın­da tu­riz­min pa­yı çox bö­yük idi. Bu is­ti­qa­mət­də hə­ya­ta ke­çi­ri­lən so­nun­cu döv­lət proq­ra­mı “Azər­bay­can Res­pub­li­ka­sı re­gi­on­la­rı­nın 2014-2018-ci il­lər­də so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət Proq­ra­mı” re­gi­on­lar­da iq­ti­sa­diy­ya­tın mü­him sa­hə­lə­ri­nin in­ki­şa­fın­da, mak­ro­iq­ti­sa­di sta­bil­li­yin tə­min edil­mə­sin­də, sa­hib­kar­lıq fəa­liy­yət­lə­ri­nin ge­niş­lən­di­ril­mə­sin­də, ye­ni mü­səs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı və iş yer­lə­ri­nin açıl­ma­sın­da xey­li nai­liy­yət­lər əl­də edi­lir. Re­gi­on­lar­da əha­li­nin ri­fa­hı­nın yax­şı­laş­dı­rıl­ma­sı, yox­sul­luq sə­viy­yə­si­nin mi­ni­mu­ma en­di­dirl­mə­sin­də tu­riz­m sə­na­ye­si­nin öz ye­ri və ro­lu var­dır.
Azər­bay­can­da tu­riz­mə xü­su­si diq­qət ye­ti­ril­mə­si­ni 2011-ci ilin “Tu­rizm ili” elan edil­mə­si özün­də tə­cəs­süm et­di­rir. Azər­bay­can Res­pub­li­ka­sı il­bə­il xa­ri­ci döv­lət­lər­lə tu­rizm sa­hə­sin­də əmək­daş­lı­ğı­nı ge­niş­lən­di­rir. Bu sa­hədə bey­nəl­xalq əmək­daş­lı­ğı ar­tır­maq üçün Azər­bay­can Res­pub­li­ka­sı Tu­rizm və Mə­də­niy­yət Na­zir­li­yi Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı, Av­ro­pa Şu­ra­sı, İs­lam Konf­ran­sı Təş­ki­la­tı, Müs­tə­qil Döv­lətlər Bir­li­yi Tu­rizm şu­ra­sı, GU­AM, Qa­ra Də­niz İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı və.s. ki­mi bey­nəl­xaq təş­ki­lat­lar­la əla­qə­lə­ri­ni güc­lən­di­rir. (10)
2002-ci il­dən eti­ba­rən hər il Azər­bay­can­da “AITF” Bey­nəl­xalq tu­rizm sər­gi­si ke­çi­ri­lir. Hə­min sər­gi­lər­də müx­tə­lif öl­kə­lər­dən iş­ti­rak edən tu­rizm şir­kət­lə­ri­nin sa­yı­nın art­ma­sı Azər­bay­can tu­riz­mi­nin ar­tan in­ki­şaf di­na­mi­ka­sı­nı və ge­niş­lə­nən əla­qə miq­ya­sı­nı nü­ma­yiş et­di­rir. Bu sər­gi­də həm yer­li, həm də xa­ri­ci tu­rizm şir­kət­lə­ri­nin nü­ma­yən­lə­ri iş­ti­rak edir. 2002-ci il­də 5 öl­kə­dən 26 şirkət var idisə, ar­tıq 2007-ci il­də 18 öl­kə­dən 60 tu­rizm şi­rə­ti iş­ti­rak et­miş­dir. On­dan son­ra­kı il­lər­də hə­min sər­gi­lə­rin miq­ya­sı və əha­tə et­di­yi öl­kə­lə­rin və şir­kət­lə­ri­nin sa­yı ar­tır. Qeyd et­mək va­cib­dir ki, ke­çi­ri­lən sər­gi­lər öl­kə tu­riz­mi­nin dün­ya­da rek­lam edil­mə­si­nə xid­mət edir. Tu­rizm ba­za­rı­nın ge­niş­lən­mə­sin­də və Azər­bay­can tu­rizm şir­kət­lə­ri­nin bu ba­za­ra cəlb olun­ma­sın­da on­la­rın müs­təs­na əhə­miy­yə­ti var­dır.
Xa­ric­də ke­çi­ri­lən sər­gi­lər­də Azər­bay­can mü­tə­ma­di ola­raq iş­ti­rak edir. On­lar­dan Nyu-York, Lon­don, Mosk­va, Ber­lin, Pe­kin, Mad­rid, Mi­lan, İs­tan­bul, To­kio və.s. şə­hər­lə­rdə ke­çi­ri­lən bey­nəl­xalq sər­gi­lə­ri gös­tər­mək olar. Öl­kə tu­riz­mi­nin xa­ri­ci öl­kə­lər­də ta­nı­dıl­ma­sı üçün in­ter­net­də, məş­hur te­le­vi­zi­ya ka­nal­la­rın­da rek­lam kam­pa­ni­ya­la­rın­da Azər­bay­can tu­riz­mi rek­lam edi­lir.“Euro­news”, “CNN”. “Dis­co­very Chan­nel”, “Na­tio­nal Ge­og­rap­hic”, “Tra­vel Chan­nel” ki­mi ka­nal­lar­da öl­kə­nin ta­nı­dım çarx­la­rı ya­yım­la­nır.
Azər­bay­can­da tu­riz­min in­ki­şa­fı­na tə­kan ve­rən amil­lər­dən bi­ri də öl­kə­də müx­tə­lif bey­nəl­xalq təd­bir­lə­rin, fo­rum­la­rın, mü­sa­bi­qə­lə­rin, id­man ya­rış­la­rı­nın ke­çi­ril­mə­si, on­la­rın sa­yə­sin­də Azər­bay­ca­nın mə­də­niy­yə­ti­nin, mə­nə­vi ru­hu­nun, qo­naq­pər­vər­li­yi­nin ta­nı­dıl­ma­sı­dır. Azər­bay­ca­nın tu­rizm cə­hətdən cəl­be­di­ci­li­yi­ni nü­ma­yiş et­dir­mək, öl­kə­yə küt­lə­vi tu­rist axı­nı­na tə­kan ver­mək ba­xı­mın­dan 2010-cu il­də ke­çi­ril­miş “Av­ro­vi­zi­on” mah­nı mü­sa­bi­qə­si­ni, 2015-ci il Ba­kı­da Av­ro­pa id­man oyun­la­rı­nın əhə­miy­yə­ti­ni qeyd et­mək olar. (11, s. 78)
Azər­bay­can döv­lə­ti tu­riz­min in­ki­şa­fı­na yö­nəl­miş da­xi­li və xa­ri­ci in­ves­ti­si­ya­nın ar­tı­rıl­ma­sı­na bö­yük əhə­miy­yət ve­rir. Qey­ri-neft sek­to­ru­nun güc­lən­di­ril­mə­si kur­sun­da onun ən pers­pek­tiv­li sa­hə­si olan tu­rizm sfe­ra­sı diq­qət mər­kə­zin­də­dir. Azər­bay­can tu­riz­mi­nin pers­pek­tiv in­ki­şa­fı 2013-2020-ci il­lə­ri əha­tə edə­cək tu­rizm pla­nın­da öz ək­si­ni tap­mış­dır. Tu­rizm inf­rast­ruk­tu­ru­nun in­ki­şaf et­di­ril­mə­si, tu­riz­m xid­mət­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si, ye­ni meh­man­xa­na, tu­rizm komp­leks­lə­ri­nin ti­kil­mə­si, ta­ri­xi abi­də­lə­rin bər­pa­sı nə­ti­cə­sin­də 2016-cı ilə qə­dər tu­rizm sa­hə­sin­də 21.9% ar­tı­mı nə­zər­də tu­tul­muş­dur. Re­gi­on­lar­da tu­riz­min in­ki­şa­fı­na xü­su­si diq­qət ay­rı­lır. Bu məq­səd­lə tu­rizm sis­te­mi­nin in­ki­şaf stra­te­gi­ya­sı aşa­ğı­da­kı is­ti­qa­mət­lər əsa­sın­da qu­ru­lur və ida­rə olu­nur: Azər­bay­can­da qey­ri-neft sek­to­ru­na ay­rı­lan ya­tı­rım­la­rın ar­tı­rıl­ma­sı­na əv­vəl­ki il­lər­də də xü­su­su diq­qət ye­ti­ri­lir­di. Aşa­ğı­da­kı cəd­vəl­də bu gös­tə­ri­ci əya­ni şə­kil­də gö­s­tə­ril­miş­dir.

 

Öl­kə tu­riz­mi­nin in­ki­şaf po­ten­sia­lı­nın 50%-i re­gio­n­la­rın pa­yı­na dü­şür.(12)
2010 2011 2012 2013 1995-2013
Neft sek­to­ru­na qo­yu­lan xa­ri­ci in­ves­ti­si­ya­lar (mln. ABŞ dol­la­rı) 3624.9 4124.6 4584.8 5235.6 48700.2
Qey­ri – neft sek­to­ru­na qo­yu­lan xa­ri­ci in­ves­tis­ya­lar (mln. ABŞ dol­la­rı) 4622.9 4549.3 5729.2 5305.3 35078.9


Azər­bay­can hö­ku­mə­ti son dövr­lər­də öl­kə iq­ti­sa­diy­ya­tı­na da­ha çox xa­ri­ci in­ves­ti­si­ya cəlb edil­mə­si is­ti­qa­mə­tin­də mü­əy­yən ad­dım­lar at­mış­dır. Bu işi sü­rət­lən­dir­mək üçün müx­tə­lif va­si­tə­lər­dən is­ti­fa­də edi­lir. Gö­rün­dü­yü ki­mi, gös­tə­ri­lən 4 il­də xa­ri­ci in­ve­ti­si­ya­lar da­ha çox qey­ri – neft sek­to­ru­na yö­nəl­dil­miş­dir.
Ye­ri­di­lən ar­dı­cıl xətt sa­yə­sin­də Azər­bay­can iq­ti­sa­diy­ya­tın­da tu­riz­min tə­si­ri il­dən-ilə art­maq­da­dır. 2013-cü il­də ÜDM-ə 1,343.1 mil­yon ma­nat bir­ba­şa tu­rizm və sə­ya­hət­dən qa­za­nıl­mış­dır. Bu isə ÜDM-nin 2.4%-ni təş­kil edir. Bu gös­tə­ri­ci­nin 2024-cü ilə qə­dər 5.5%-ə qə­dər art­ma­sı göz­lə­ni­lir. 2013-cü il­də sırf tu­rizm sa­hə­sin­də ça­lı­şan əha­li­nin sa­yı 95.000 nə­fə­rə çat­mış­dır ki, bu da əmək­qa­bi­liy­yət­li əha­li­nin 2.2%-i de­mək­dir. (13)
Ötən il­lər ər­zin­də Azər­bay­can tu­rizm sə­na­ye­si in­ki­şaf et­dik­cə onun ge­niş­lən­mə im­kan­la­rı da ar­tır, möv­cud po­ten­sia­lı güc­lə­nir. Döv­lə­tin hə­ya­ta ke­çir­di­yi proq­ram­lar sa­yə­sin­də Azər­bay­ca­nın gə­lə­cək­də bö­yük və in­ki­şaf et­miş tu­rizm öl­kə­si­nə çev­ril­mə­si üçün güc­lü ba­za tə­şək­kül ta­pır. Gün­bə­gün tu­rizm üçün əhə­miy­yə­ti olan ob­yekt­lə­rin sa­yı ar­tır, tə­bi­ət, ta­ri­xi və mə­də­niy­yət abi­də­lə­ri­nin tu­rizm ob­yek­ti ki­mi is­ti­fa­də­si üçün şə­ra­it ge­niş­lə­nir.
Özü-öz­lü­yün­də öl­kə­nin tə­biə­ti­nin qo­run­ma­sı, ta­ri­xi və mə­də­ni abi­də­lə­rin mü­ha­fi­zə­si­nin güc­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər hə­min ob­yekt­lə­rin tu­rizm üçün is­ti­fa­rə­si üçün də əl­ve­riş­li şə­ra­it ya­ra­dır. Mə­sə­lən, hal-ha­zır­da öl­kə­də 14 döv­lət tə­bi­ət qo­ru­ğu (Qı­zı­la­ğac, Za­qa­ta­la, Tür­yan­çay, Pir­qu­lu, Şir­van, Bə­sit­çay, Qa­ra­ya­zı, İs­ma­yıl­lı, Qa­ra­göl, İli­su, Şah­buz, El­dar şa­mı, Pal­çıq vul­kan­la­rı qru­pu və Kor­çay), 8 mil­li park (Or­du­bad, Şir­van, Ağ göl, Hir­kan, Al­tıa­ğac, Ab­şe­ron, Şah­dağ və Göy-göl) və 22 qo­ruq (Qa­ra­ya­zı, Şə­ki, La­çın, İs­ma­yıl­lı, Qu­sar, Qı­zıl­ca, Qu­bad­lı, Zu­vand, Şəm­kir, Bər­də, Kor­çay, Bən­do­van, Gil ada­sı, Ki­çik Qı­zı­la­ğac, Da­şal­tı ,Qə­bə­lə, Araz­bo­yu, Qax, Or­du­bad, Hir­kan və Za­qa­ta­la) fəa­liy­yət gös­tə­rir. Mil­li park­lar öl­kə əra­zi­si­nin 3,1%-ni təş­kil edir.(14)
Azər­bay­can­da yer­li, res­pub­li­ka və dün­ya əhə­miy­yət­li qo­ru­nan ta­ri­xi və mə­də­niy­yət abi­də­lə­rin sa­yı 6000-ə ya­xın­dır. Bun­la­ra İçə­ri­şə­hər, Çı­raq­qa­la, Qo­bus­tan, Ke­şiş­dağ, Xı­na­lıq, Nar­da­ran Qa­la­sı, Şu­şa, Şə­ki, La­hıc, Za­qa­ta­la, Bas­qal, Gən­cə, Qa­za­xın «Avey», Qə­bə­lə, İli­su, Or­du­ba­dın «Gə­mi­qa­ya», Şə­ru­run «Ar­pa­çay», Or­du­bad, Cul­fa­nın «Gü­lüs­tan», Də­və­çi­nin «Çı­raq­qa­la», Də­və­çi­nin «Şab­ran şə­hə­ri», Ha­cı­qa­bu­lun «Pir Hü­seyn Xa­nə­ga­hı» və s., döv­lət mə­də­niy­yət, et­noq­ra­fi­ya qo­ruq­la­rı­nı mi­sal gə­tir­mək olar. (15)
Azər­bay­ca­nın zən­gin tu­rizm eh­ti­yat­la­rı bu­ra­da onun müx­tə­lif nov­lə­ri­ni in­ki­şaf et­dir­mə­yə im­kan ve­rir. Ha­zır­da mə­də­ni tu­rizm, id­man tu­riz­mi, eko­lo­ji turizm, kənd tu­riz­mi, et­noqrafik tu­rizm və s. is­ti­qa­mət­lə­rə diq­qət ay­rı­lır, on­la­rın ge­niş­lən­di­ril­mə­si və in­ki­şaf et­di­ril­mə­si üçün məq­səd­yön­lü iş apa­rı­lır.
Çox­say­lı di­ni ti­ki­li­lər, mə­bəd­lər, zi­ya­rət­gah­lar döv­lət qay­ğı­sı ilə əha­tə olu­nur. Mil­li mə­də­ni ir­sin öy­rə­nil­mə­si, təq­dim və təb­liğ edil­mə­si is­ti­qa­mə­tin­də iş­lər gö­rü­lür. Bu iş­lər öl­kə tu­riz­mi­nin müx­tə­lif is­ti­qa­mət­lə­ri­ni in­ki­şaf et­dir­mək üçün zən­gin ba­za ro­lu­nu oy­na­yır.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2012-ci il 29 de­kabr ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş­ “Azər­bay­can 2020: Gə­lə­cə­yə ba­xiş” in­ki­şaf kon­sep­si­ya­sin­da tu­riz­mə bö­yük önəm ve­ri­lir. Kon­sep­si­ya çər­çi­və­sin­də tu­rizm inf­rast­ruk­tu­ru­nun in­ki­şaf et­di­ril­mə­si, bey­nəl­xalq stan­dart­la­ra ca­vab ve­rən tu­rizm xid­mət sa­hə­lə­ri­nin dai­rə­si­nin ge­niş­lən­di­ril­mə­si, bu sa­hə­nin rə­qa­bət qa­bi­liy­yə­ti­nin yük­səl­dil­mə­si və ÜDM-də xü­su­si çə­ki­si­nin ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də bö­yük təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur”.(16)
Gö­rün­dü­yü ki­mi, son dövr­lər­də Azər­bay­ca­n iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fı­nın di­ver­si­fi­ka­si­ya­sı yö­nü­mün­də apa­rı­lan döv­lət si­ya­sə­ti tu­riz­mə diq­qə­ti da­ha da ar­tı­rır. Na­zir­lər Ka­bi­ne­ti­nin 2015-ci ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da İl­ham Əli­yev öz nit­qin­də tu­riz­min in­ki­şa­fı­nı sü­rət­lən­dir­mə­yin va­cib­li­yi­ni bir da­ha vur­ğu­la­mış­dır. (17)
Qey­ri-neft sek­to­run­da özü­nə­məx­sus yük­sək yer tu­tan tu­rizmin ya­xın gə­lə­cək­də öl­kə iq­ti­sa­diy­ya­tı­nın apa­rı­cı sa­hə­lər­dən bi­ri ol­ma­sı göz­lə­ni­lən re­al­lıq­dır və döv­lə­tin bu sa­hə­də apar­dı­ğı si­ya­sət bu re­al­lı­ğın hə­ya­ta keç­mə­si­nə is­ti­qa­mət­lən­miş­dir. Son il­lər­də Azər­bay­ca­n tu­riz­mi­nin dün­ya­da təb­li­ğa­tın­da əhə­miy­yət­li irə­li­lə­yiş mü­şa­hi­də olun­maq­da­dır. (18, s. 82-88)
Dün­ya mət­bua­tın­da, elekt­ron in­for­ma­si­ya va­si­tə­lə­rin­də apa­rı­lan in­ten­siv iş, sər­gi­lər­də Azər­bay­ca­nın tu­rizm im­kan­la­rı­nın və cəz­be­di­ci cə­hət­lə­ri­nin yer­ləş­di­ril­mə­si, bu sa­hə­də əmək­daş­lıq əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­si öl­kə­də tu­riz­min ge­niş­lən­mə­sin­də özü­nü gös­tə­rir. Be­lə bir in­ki­şaf Azər­bay­ca­nı dün­ya­nın apa­rı­cı tu­rizm öl­kə­lə­rin­dən bi­ri­nə çev­ril­mə­si hə­də­fi­nə ya­xın­laş­dı­rır.

  

ƏDƏBİYYAT:

1. http://www2.unw­to.org/con­tent/his­tory-0
2. UNW­TO hight­lights 2014, s. 5-6. http://www.e-unw­to.org/doi/df/10.18111/9789284416226
3. http://tou­rism.edu.az/2015/in­dex.php/haqq-m-zda/ati-r-q-ml-rd
4. http://www.stat.gov.az/so­ur­ce/tou­rism/az/Gel­me-get­me_tu­rizm2013.pdf)
5. http://www.stat.gov.az/so­ur­ce/tou­rism/az/Gel­me-get­me_tu­rizm.pdf)
6. http://www.stat.gov.az/so­ur­ce/tou­rism/
7. “Xalq qə­ze­ti” 11 fev­ral 2014-cü il)
8. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin il­lik HE­SA­BA­TI 2012, Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi Ba­kı 2013, səh 78)
9. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin il­lik HE­SA­BA­TI 2013, Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi Ba­kı 2014, səh 60)
10. http://mct.gov.az/styles/doc/he­sa­bat_2014.pdf
11. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin il­lik HE­SA­BA­TI 2012, Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi Ba­kı 2013, səh 78)
12. http://www.stat.gov.az/so­ur­ce/tou­rism/
13. Pro­duc­ti­on and Ser­vi­ces Ca­ta­lo­gue 2015 – ICAO, Da­ta­ba­ses)
14. http://mct.gov.az/abo­ut-tourism) ( http://eko­tu­rizm.az/ho­me.htm)
15. http://mct.gov.az/up­lo­ad/1446100065mto.pdf)
16. “Azər­bay­can 2020: Gə­lə­cə­yə ba­xiş” in­ki­şaf kon­sep­si­ya­sı. Ba­kı, 2012, səh 17)
17. http://pre­si­dent.az/ar­tic­les/17442)
18. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin il­lik HE­SA­BA­TI 2014, Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi Ba­kı 2015, səh 82-88)

Geostrategiya" jurnalı № 01 (31)  YANVAR-FEVRAL 2015


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.701 san